Məhkəmə qərarları › İş №2-1(112)-1094/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1094/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1094/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-ci il tarixində 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olaraq təyin olunmuş müddətsiz əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqim edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-4/3-316854/2023 saylı qərarın ləğv edilməsi, İddiaçı Nazm oğluna 2013-cü ildə təyin edilmiş müddətsiz əlilliyin bərpası və məlumatların əlillik altsisteminə daxil edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1976-ci ildə anadan olmuşdur. 11 illik tam orta məktəb bitirmiş, 1994-1997-ci illərdə Silahlı Qüvvələrdə əsgər kimi həqiqi hərbi xidmət keçmişdir. 2002-ci ildən 2010-cu ilədək Daxili İşlər Nazirliyinin (DİN) X6 (CPA) polis çavuşu rütbəsində, əməliyyatçı vəzifəsində xidmət etmişdir. xx.xx.2010-cu il tarixdə xidməti vəzifələrinin icrası zamanı aldığı travmaya əsasən DİN-nin xx.xx.2010-cu il tarixli göndərişinə DİN-nin Mərkəzi Həkim Komissiyasının 235 nömrəli Xəstəlik Haqında şəhadətnaməsinə əsasən xidmətə yararsız hesab edilərək ehtiyyata tərxis edilmişdir. ADİN-də xx.xx.2010-cu ildə xidməti vəzifələrinin icrası zamanı aldığı travmaya əsasən, eləcə də səhhətində yaranan xəstəliklərə görə xx.xx.2010-ci il tarixdə Daxili İşlər Nazirliyinin Mərkəzi Həkim Komissiyası xəstəliklərinin səbəb əlaqəsini təyin edərək ona Xəstəlik Haqqında şəhadətnamə təqdim etmişdir. Bundan sonra, o, həmin travmaya və səhhətində olan digər xəstəliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra ƏƏSMN) Nərimanov rayon 8 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş və TSEK xx.xx.2011-cü il tarixdə “hərbi xidmət vəzifələrini yerinə yetirərkən ilə əlaqədar” olaraq ikinci qrup hərbi əlillik dərəcəsi təyin etmişdir. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar xx.xx.2011-ci ildə ona 2-ci qrup hərbi əlillik təyin edilmiş və lazımi sənədlərlə təmin edilmişdir. xx.xx.2011-ci ildən başlayaraq hər il Zona Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri tərəfindən yoxlanılaraq növbəti il üçün əlilliyi təsdiqlənirdi. xx.xx.2013-cü il tarixdə növbəti komissiyada (TSEK) əlillik dərəcəsinin xx.xx.2014-cü il tarixədək təsdiqlənməsinə baxmayaraq, xx.xx.2013-cü il tarixdə xəsarətlərinin ağırlığını nəzərə alaraq ona təyin edilmiş İİ-ci qrup əlillik dərəcəsi müddətsiz olaraq təyin edilmişdir. Lakin 2020-ci ilin sentyabır ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi (bundan sonra DTSERA) ona xx.xx.2013-cü il tarixdə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar təyin edilmiş müddətsiz İİ-ci qrup əlillik dərəcəsini, həkim komissiyasına dəvət etmədən, iştirakı olmadan, poliklinika tərəfindən 88 saylı forma yazılmadan, heç bir rəsmi xəbərdarlıq edilmədən pensiya və müavinəti dayandırılmışdır. Dəfələrlə ƏƏSMN-də yaxud Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olmuş, hər dəfədə deyilmişdir ki, narahatçılığa səbəb yoxdur, yoxlanış aparılır, yoxlanış bitdikdən sonra dərhal pensiya təmin ediləcək. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə AR DİN Tİ-nin xx.xx.2024-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Digər posttravmatik qonartrozlar, Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu. Sol medial meniskin yırtığı. Daimi ağrı sindromu ilə..; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..” səbəbi imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan 235 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, 1976cı il təvəllüdlü İddiaçı - Diaqnoz və yaralanmaların (travmarım, xəsarətin, kontuziyanm) xəstəliyin səbəb əlaqəsi haqqında XHK-nın qərarı; Sol diz oynağının postravmatik deformasiyaedici artrozu, İİİ -dərəcə. Sol dizin medial meniskinin zədələnməsi, oynaqda ağır dərəcəli hərəkət məhdudluğu, kəskin ağrı sindromu və funksiyanın pozulması ilə. Nevrotik reaksiyalar. Travma xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır. XHK-nın xidmətə yararlılıq haqqında qərarı: DİN-nin 25 saylı xx.xx-2002 tarixli əmrinin Xəstəliklər cədvəlinin 65b maddəsinin İİ qrafasına və ƏTC-ə əsasən DİO-da xidmətə yararsızdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar “Sol oynağın postravmatik deformasiya edici artrozu İİ dərəcə, sol dizil medial misiskinin xədələnməsi, oynaqda ağır dərəcəli hərəkət məhdudluğu, kəskin ağrı sindromu” diaqnozu üzrə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İşdən görünür ki, iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixli H00085746CRN nömrəli əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi əsası ilə iddiaçının müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-16854/2023 nömrəli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 235 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu, İİİ dərəcə. Sol dizin medial meniskinin zədələnməsi, oynaqda adır dərəcəli hərəkət məhdudluğu, kəskin adrı sindromu və funksiyanın pozulması ilə. Nevrotik reaksiyalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, aşağı ətraflarda şiddətli ağrılardan, bir qədər fiziki aktivlikdən sonra diz oynağının açılıb-bükülmə funksiyasında məhdudiyyət yaranmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında Rusiyada yaşadığını, orada müalicə aldığını bildirmişdir. Müayinə zamanı sol diz oynağında 180-100 dərəcə arası hərəkət göstərmiş, kontraktura, hərəki məhdudluq qeyd edilməmişdir. Ə.D.Məlikov adına X4 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu. daimi ağrı sindromu. Sol diz oynağı iç meniskinin zədələnməsi. Sol diz oynağının kontrakturası, funksiyanın pozulması. Həyəcan nevrozu. Hepatosteatoz İ mərhələ” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X3 və Ortopediya institutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu. Sol medial meniskin yırtığı. Daimi ağrı sindromu. Yeriş funksiyasının pozulması. Sol diz oynağının açıcı-bükücü kontrakturası. Diz oynağında açma 170 dərəcə, bükmə 100 dərəcə (hərəkət 80 dərəcə). Axsama ilə yeriş funksiyasının pozulması” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İşdə olan olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-23415/2024 nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2014-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin H00085746CRN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə, həmçinin www.e-gov.az və www.e-sosial.az internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. Vətəndaşın əyani müayinəsinə dair video qeydiyyat aparılmamışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/3-316854/2023 saylı qərarın ləğv edilməsi, ona 2013-cü ildə təyin edilmiş müddətsiz əlilliyin bərpasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, Tibbi Sosial Ekspert Komissiyasının 105276 nömrəli TSEK-də müayinə aktından çıxarışa istinadən müddətsiz təyin edilmiş əlilliyinin bərpasını xahiş edir. Lakin həmin çıxarışın verilməsinə əsasən olan, iş materiallarına əlavə edilmiş 9 saylı Xəzər rayon TSEK-in Təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabından görünür ki, xx.xx.2013-cü il tarixli 203 nömrəli protokola əsasən iddiaçıya 1 il müddətinə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi müddətsiz deyil, 1 il müddətinə qüvvədə olmuş, onun əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmişdir. Belə olan halda aydındır ki, hazırkı iddia məcburetmə haqqında iddiaya uyğundur və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşdən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü ildə SMS vasitəsilə məlumat verilmişdir. Görünüdüyü kimi, iddiaçı artıq xx.xx.2023-cü il tarixdə ona əlillik təyinindən imtina edilməsindən məlumatlı olmuş, lakin hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İstinad olunan norma inzibati icraat çərçivəsində yuxarı inzibati orqana verilən inzibati şikayətlə bağlı müddəti tənzimləsə də, İPM-də hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmayan inzibati aktlara münasibətdə fərqli müddət (30 günlük müddətdən) müəyyən olunmadığından, analogiya əsasında bu müddəanı həmin inzibati aktları məhkəmədə mübahisələndirmə halına şamil etdikdə belə, İddiaçının həmin müddəti də ötürdüyü aydın olur. Belə ki, iddiaçı hazırkı iddianı ona imtina barədə məlumat verildikdən 6 aydan artıq müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmə icraatı zamanı iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi üçün hüquqi yardım göstərilmiş, lakin iddiaçı ərizədə ona verilmiş müddət ərzində müvafiq ərizəni, qanunda nəzərdə tutulmuş bu müddətlərin təqsiri olmadan buraxılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Yəni qanunvericiliyə əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Hazırkı halda sonuncu göndərişin verilməsindən 12 aydan artıq müddət keçməsini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, o, əliliyinin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar