Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10941/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı Bəhram oğlunun iştirakı ilə, İddiaçı Bəhram oğlunun cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bəhram oğlu (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etsə də, bu günə kimi müraciətlərinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, işə məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 12:40 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə piyada gedərkən bir nəfər cavan oğlan velosipedlə onun yanından keçən zaman sol qoluna toxunmuş, ona öz iradını bildirmiş, bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Sonradan yolu keçən tanımadığı bir şəxs onlara yaxınlaşaraq, onları sakitçiliyə dəvət etdiyini və velosiped sürən şəxsin həmin ünvandan uzaqlaşıb getməsini bildirmiş, velosiped sürən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, daxil olmuş materialın icrası ilə bağlı İddiaçı ilə görüşən zaman, ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, izahat verməkdən imtina etmişdir. Araşdırma zamanı, hadisə yerində mövcud olan kamera görüntülərinə baxış keçirilmiş, lakin hadisəni əks etdirən görüntülər aşkar edilməmişdir. Ətrafda olan şəxslərlə velosiped sürücüsünü müəyyən etmək məqsədi ilə söhbətlər aparılmış, lakin icraat müddətində velosiped sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Bu barədə arayış tərtib edilərək, materiala əlavə edilmişdir. Arayışda qeyd olunanlar, nəzərə alınaraq, toplanmış materialın işə alınması üçün PŞ-nin dəftərxanasına təhvil verilməsinin məqsədəmüvafiq olduğu göstərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin xx.xx.2021ci il tarixli 8738S-3221 nömrəli məktubundan görünür ki, cavabdehin müvafiq struktur qurumu İddiaçının müraciəti ilə bağlı ona məktub ünvanlayaraq, Nəsimi RPİ-nin, 22-ci PŞnə ünvanladığı müraciətə baxıldığını, araşdırma müddətində velosiped sürücüsünün şəxsiyyətini müəyyən etmək mümkün olmadığı üçün toplanmış materialların işə alınması üçün PŞ-nin dəftərxanasına təhvil verildiyi bildirilmişdir. Beləliklə, sadalanan normalardan görünür ki, iddiaçı onunla arasında mübahisə yaranan şəxs barəsində tədbir görülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə həmin şəxsin şəxsiyyətini müəyyən edə bilmədiyindən materialları işə alaraq bu barədə iddiaçıya məlumat vermişdir. İddaçının hazırkı tələbi onun xx.xx.2021-ci il tarixli müraciətinə cavab verilməsi olsa da, məhkəmə iclasında iddiaçı həmin cavab məktubunu aldığını, lakin onun əsaslandırılması ilə razı olmadığını bildirdi. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan kimi cavabdeh quruma müraciət etmiş, cavabdeh qurum isə həmin müraciətə müvafiq cavab məktubunu iddiaçıya göndərmişdir. İddiaçının bu məsələ üzrə hüquqi marağı ona cavab verilməsi olmuş, artıq həmin cavabı almışdır. Həmin müraciətin məzmunu ilə razılaşmaması isə onun subyektiv qiymətləndirməsidir və müraciətinin nəticəsinin onu qane etməməsi müraciətə cavab verilməməsi kimi qiymətləndirilə bilməz. Müraciətin mahiyyətinə gəldikdə isə iddiaçının müraciəti onunla arasında mübahisə yaranan şəxs barəsində müvafiq tədbirin görülməsi, məhkəmə iclasında bildirdiyinə əsasən isə onun əmlakına və səhhətinə ziyan dəydiyindən həmin şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, əgər iddiaçı onunla arasında mübahisə yaranan şəxsin inzibati xəta üzrə və ya cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirsə, onda İnzbati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) və ya Cinayət Prosesual Məcəllənin (bundan sonra - CPM) tələblərindən çıxış edərək aidiyyəti üzrə yuxarı inzibati orqana şikayət edə və ya ümumi məhkəməyə müraciət edə bilər. Çünki İXM-in 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. İXM-in 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmçinin CPM-in 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; CPM-in 449.3-cü madəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə (CPM-in 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri) şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə mümkünlük şərtlərinə cavab vermir, ona görə də mümkün sayıla və baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova
Məhkəmə qərarları › İş №2-1(112)-10941/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10941/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver