Məhkəmə qərarları › İş №2-1(112)-10946/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10946/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10946/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, **********0 nömrəli imtina məktubunun etibarsız hesab edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.-ci maddəsinə əsasən 60 yaş həddinə uyğun əmək şəraitinə görə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə doğulmuşdur. İddiaçıya məxsus əmək kitabçasında, arayışda və diplomda əksini tapmış məlumatlara əsasən o, 1980-1985-ci illərdə Rusiya Federasiyasının Voronej şəhərində yerləşən X4 təhsil almış, gənc mütəxəssis kimi göndərişlə xx.xx.1985-xx.xx.1991-ci illərdə keçmiş SSRİ X3 Dövlət X2 İnstitutunda mühəndis işləmiş və sonradan elmi işçi vəzifəsində çalışmışdır. İnstitutun Moskva vilayətinin Mıtişi şəhərində yerləşməsinə baxmayaraq Azərbaycan SSRİ-yə daimi ezam olunaraq neft məhsulları ilə çirklənmiş torpaqların rekultivasiyası və tədqiq olunan obyektlərin torpaq sahələrindən götürülən qruntların kimyəvi analizi ilə (benzol, sulfat turşusu, xlorid turşusu və sair zəhərli maddələrdən istifadə etməklə) məşğul olmuşdur. İddiaçı məhkəməyə təqdim etmək məqsədi ilə digər ölkənin ləğv edilmiş qurumunun zəruri arxiv sənədlərini heç bir qaydada ala bilmir. Əslində, bütün məlumatlar əmək kitabçasında əksini tapmışdır. SSRİ-nin süqutu ilə əlaqədar SSRİ Nazirrlər Soveti yanında fəaliyyət göstərən Dövlət Komissiyasının xx.xx.1991-ci il tarixli, 50 nömrəli əmrinə əsasən Dövlət X2 İnstitutunun Azərbaycan şöbəsi Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin “Dövlət Yerquruluşu Layihə İnstitutu”nun tabeliyinə verilmişdir. 1991-1999-cu illərdə həmin institutda eyni xarakterli işlərlə torpaqayırma, torpaq tədqiqatı və geobotanika şöbələrində çalışmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.1985-ci ildən bu vaxtadək 37 il, 3 ay 17 gün ümumi iş stajı vardır. Bunun 5 il, 8 ay, 7 gün (o cümlədən, iradəsindən asılı olmayaraq 1 il 6 ay müddətində Sovet Ordusu sıralarında) SSRİ Dövlət X2 İnstitutunda labaratoriya və çöl-tədqiqat axtarış işlərində, xx.xx.1991-xx.xx.1996-cı illərdə 5 il 5 ay 23 gün, xx.xx.1997-xx.xx.1999-cu illərdə 1 il 6 ay 10 gün və xx.xx.1999-xx.xx.2000-ci illərdə 3 ay 17 gün Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda çöl-tədqiqat axtarış işlərində işləməklə cəmi 13 il, 3 ay, 17 gün güzəştli iş stajını toplamışdır. Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər; 22. Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadır torpaq elementləri ilə işlər. 22.1. Müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübəkonstruktor təşkilatlarında və tibb müəssisələrində işlər. Lakin cavabdeh müvafiq araşdırma aparmadan, əmək kitabçasındakı qeyd olunan və Dövlət X2 İnstitutunda işlədiyini nəzərə almadan yalnız arayışda qeyd olunan ezamiyyə günlərinə əsaslanaraq iddiaçının iş stajının 4 il 11 ay olduğunu göstərərək imtina etmişdir. Halbuki, həmin arayışda 1992-ci ilə dair ezamiyyə üzrə əmr kitabının arxivdə mövcud olmadığı bildirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki hallarına əsasən İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla onun kifayət qədər güzəştli stajı olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bildiririk ki, iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Nazirliyin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu işçilərin əmək stajının hesablanması zamanı günlərinin təqvim günlərinə çevrilməsi qaydası müəyyən edilib. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabr 18-dən sonrakı dövr üçün 160,0 saat götürülür. Çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapılır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 36 il 16 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 16 gün əmək stajı (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 16 il 10 ay sığorta stajı, güzəştli iş stajı isə 12 il 6 aydan az ( 5 il 6 ay (xx.xx.1991-xx.xx.1999-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 2**********0 saylı imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, iddiaçı 1991 - 1999-cu illərdə ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutunda işləmişdir. İddiaçı çöl ezamiyyətləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: xx.xx.1993 - xx.xx.1993 - 168 gün, xx.xx.1994 - xx.xx.1994 - 182 gün, xx.xx.1995 - xx.xx.1995 - 218 gün, xx.xx.1996 xx.xx.1996 - 140 gün, xx.xx.1997-xx.xx.1997 - 65 gün, xx.xx.1998 - xx.xx.1998 - 241 gün, xx.xx.1999 - xx.xx.1999 - 32 gün. İddiaçı çöl işləri üzrə stajı 1224 gün təşkil edir. - İddiaçıya məxsus QR № 041944 saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1985- xx.xx.1987-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus diplomdan görünür ki, o, Rusiya Federasiyasının Voronej X7 1980-1985-cı illərdə təhsil almışdır. - İddiaçıya məxsus AТ-İV seriyalı ******* saylı xx.xx.1985-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.1985-ci, xx.xx.1987-xx.xx.1991ci illərdə SSRİ X3 Dövlət X2 İnstitutunda mühəndis və elmi işçi, xx.xx.1991-xx.xx.1996-cı illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda Torpaq və Geobotaniki Tədqiqat şöbəsində İİİ dərəcəli mühəndis, xx.xx.1997-xx.xx.1999-cu illərdə Yerquruluşu-İ şöbəsində sahə rəisi və rəis, xx.xx.1999-xx.xx.1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsində Şamaxı rayon torpaq şöbəsinin müdiri, xx.xx.1999xx.xx.2000-ci illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunda texniki şöbədə baş mütəxəssis, xx.xx.2000-xx.xx.2001-ci illərdə Dövlət Torpaq Komitəsində Bakı şəhər torpaq şöbəsində baş mütəxəssis, xx.xx.2001-xx.xx.2001-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsində baş mütəxəssis, xx.xx.2001-xx.xx.2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Bakı şəhər şöbəsində baş mütəxəssis, xx.xx.2015-xx.xx.2016-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri üzrə 4 saylı ərazi şöbəsinin baş məsləhətçisi, xx.xx.2016-xx.xx.2016-cı illərdə Azərbaycan Repsublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində məsləhətçi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Azərbaycan Repsublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baş məsləhətçi və məsləhətçi, xx.xx.2017-xx.xx.2021-ci illərdə baş məsləhətçi, xx.xx.2021-ci il tarixdən Azərbaycan Repsublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin böyük məsləhətçi vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1643/2023 nömrəli məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 1985-1991-ci illərdə SSRİ Dövlət X2 İnstitutunda işlədiyi dövrə aid sənədlər arxivdə aşkar edilməmişdir. Lakin İddiaçı aid AT-İV № ******* nömrəli əmək kitabçasında olan qeydlərə əsasən, o, xx.xx.1985-ci il tarixdə SSRİ Dövlət X2 İnstitutunun Azərbaycan bölməsində mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1990-ci il tarixdə elmi işçi vəzifəsinə keçirilmiş və SSRİ Dövlət X2 İnstitutunun 15 may 1991-ci il tarixli 60K nömrəli əmri ilə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna köçürülmüşdür. İddiaçı Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda xx.xx.1991-ci ildən xx.xx.1996-ci il tarixədək Torpaq və Geobotaniki Tədqiqat şöbəsində İİİ dərəcəli mühəndis, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Yerquruluşu-İ şöbəsində sahə rəisi və rəis vəzifələrində işləmişdir. İşlədiyi müddətdə çöl-tədqiqat və çöl ölçmə işlərinin yerinə yetirilməsi ilə bağlı 1224 gün ezamiyyətdə olmuşdur. İddiaçı müraciətinə əsasən çöl-tədqiqat və çöl ölçmə işlərinin yerinə yetirilməsi ilə bağlı 1224 gün çöl ezamiyyətində olması barədə arayış ona təqdim olunmuşdur. Əlavə olaraq 1992-ci ilə aid ezamiyyə əmrlərinin qeydiyyatı jurnalı 2015-ci ildə Ləğvetmə Komissiyası tərəfindən arxivə təhvil verilmədiyi üçün İddiaçı 1992-ci ildə çöl ezamiyyətində olması barədə məlumat arayışda qeyd olunmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu ilə bildirilmişdir ki, Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə əsasən hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarına əsasən 2022-ci ilin iş vaxtı norması 1921 saat, orta aylıq iş vaxtı norması 160.08 saat, orta aylıq iş günlərinin sayı 20.08 gün təşkil edir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilən dövrlərdə işçinin çöl iş günlərinin sayı göstərilmişsə, əmək stajının hesablanması zamanı bu iş günlərini təqvim günlərinə çevrilməsi zərurəti yaranır. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18- dək olan dövr üçün aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabrın 18-dən sonrakı dövr üçün isə 160,0 saat götürülməsi təklif olunur. Bu halda çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapıla bilər. Məsələn, 1991-ci il oktyabrın 18-dək olan dövr üçün iş günlərinin vaxtı 7030 saat olarsa, əmək stajı 3 il 4 ay 19 gün (7030/173.1=40.62 ay) təşkil edəcəkdir.

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasındakı dəlillərinə görə idddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1991-1999-cu illər üzrə 4 il 11 ay (çöl stajı)) təşkil edir. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin normalarına görə iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, həmin tarixədək azı 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə SSRİ Dövlət X2 İnstitutunun Azərbaycan bölməsində mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1990-ci il tarixdə elmi işçi vəzifəsinə keçirilmiş və SSRİ Dövlət X2 İnstitutunun 15 may 1991-ci il tarixli 60 K nömrəli əmri ilə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutuna köçürülmüşdür. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda xx.xx.1991-ci ildən xx.xx.1996-ci il tarixədək Torpaq və Geobotaniki Tədqiqat şöbəsində İİİ dərəcəli mühəndis, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Yerquruluşu-İ şöbəsində sahə rəisi və rəis vəzifələrində işləmişdir. İşlədiyi müddətdə çöl-tədqiqat və çöl ölçmə işlərinin yerinə yetirilməsi ilə bağlı 1224 gün ezamiyyətdə olmuşdur. Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə əsasən hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarına əsasən 2022-ci ilin iş vaxtı norması 1921 saat, orta aylıq iş vaxtı norması 160.08 saat, orta aylıq iş günlərinin sayı 20.08 gün təşkil edir. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991 -ci il oktyabrın 18- dək olan dövr üçün aylıq iş vaxtı normasının 173.1 saat, 1991 -ci il oktyabrın 18-dən sonrakı dövr üçün isə 160,0 saat götürülməsi təklif olunur. Bu halda çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapıla bilər. Buna görə də iddiaçının güzəştli iş stajı 5 il 1 ay 6 (1224 x 8/160 = 61.2 ay = 5 il 1 ay 6) gün təşkil edir. Belə ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 1.Dağmədən işləri maddəsinin 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) bəndində ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər kodu ilə göstərilmişdir. İddiaçı isə 5 il 1 ay 6 gün əmək şəraitinə görə güzəştli şərtlərlə həmin sahələrdə işləməklə yaşa görə əmək pensiyasının təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajını toplamamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar