Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10951/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı plan və ölçü sənədinin etibarsız hesab edilməsinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X1 adına 6994.36 kv.m həyətyanı torpaq sahəsinin qeydə alınması ilə bağlı A seriyalı, 124413 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi barədə öhdəliyin icrasının həvalə olunmasına dair iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə müvafiq olaraq, iddiaya qarşı münasibət təqdim edilməsi məqsədilə sərəncam göndərilmiş, sərəncam aidiyyəti üzrə baxılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərilmişdir. Sonuncu tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır. 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, İddiaçı adına, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)- 10951/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə dair tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”-nü mübahisələndirir. Göründüyü kimi, hazırki mübahisənin predmeditini daşınmaz əmlakla bağlı hüquq münasibəti təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və hazırki iş üzrə mübahisə predmetini təşkil edən daşınmaz əmlak Gədəbəy rayonunda yerləşdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi rəhbər tutularaq, hazırki inzibati iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 16.5-ci bəndinə əsasən Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Gədəbəy rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından, hazırkı iş aidiyyətı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil inzibati işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı X1 adına 6994.36 kv.m həyətyanı torpaq sahəsinin qeydə alınması ilə bağlı A seriyalı, 124413 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi barədə öhdəliyin icrasının həvalə olunmasına dair 2-1(112)-10951/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10951/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10951/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver