Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10954/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 nömrəli evin 4-cü giriş, 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqlı 62 nömrəli mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 nömrəli evin 4-cü giriş, 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqlı 62 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, İddiaçı 20 oktyabr 1975-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 4 saylı Dəmir X11nda (2001-ci ildən adı dəyişdirilərək "xxxx" ASC olmuşdur) müxtəlif işlərdə işləmiş və iş üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı 4 saylı Dəmir X11nda işlədiyi vaxt 1994-cü ildə iş yerindən ona yaşamaq üçün Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 57 №-li evin 62 №-li mənzili verilmişdir. İddiaçı sonradan həmin mənzildə əsaslı təmir işləri aparmışdır. Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının 163 saylı, 22 dekabr 2011-ci il tarixli sərəncamı ilə “İş yeri üzrə mənzil növbəsində dayanan "xxxx" ATSC-nin işçilərinə ayrılmış mənzillərə orderlərin verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin sərəncama əsasən tikinti sənayesi müəssisələri kombinatının 23 iyul 1993-cü il tarixli 21 PK №-li məktubuna əsasən "xxxx" ATSC-nin (keçmiş 4 saylı Dəmir X11) işçilərinin təminatı üçün ayrılmış və zavodun müdriyyəti və həmkarlar komitəsinin birgə iclasının 6 avqust 1993-cü il tarixli 33 №-li protokoluna əsasən bölünmüş mənzillərin sənədləşdirilməsinə dair sözügedən ATSC-nin xx.xx.2006-cı il tarixli 62K №-li məktubunu, vətəndaşların müraciətini, Bakı Şəhər İcra Hakimiyyətinin 28 oktyabr 2005-ci il tarixli Kİ-1407 №-li və 29 avqust 2006-cı il tarixli 7- 601/7g №-li məktublarını, Nizami rayonu İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə içtimai komissiyasının xx.xx.2011-ci il tarixli 3 №-li protokolu ilə rəsmilləşdirilmiş təkliyini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin xx.xx.2011-ci il tarixli xx/xx/5080-12/18 №-li dərkənarı ilə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3/75-R59 №-li rəyinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır: İş yeri üzrə mənzil növbəsində dayanan "xxxx" ATSC-nin işçisi, 1952-ci il təvəllüdlü İddiaçı, 4 nəfər ailə tərkibi ilə (özü, 1956-cı il təvəllüdlü arvadı X6, 1981-ci il təvəllüdlü oğlu X9, 1983-cü il təvəllüdlü oğlu X10) ayrılmış E.Süleymanov küçəsi, 57 №-li binanın 4-cü giriş, 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqı 62 saylı mənzilə order verilsin. Sərəncamın 1-ci bəndinə əsasən orderlə təmin edilmiş İddiaçı mənzil növbəsindən çıxarışın. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Vətəndaşların mənzil məsələləri barəsində Nizami Rayon İcra Hakimiyyətindən daxil olmuş sərəncamlara baxılması haqqında 140 №-li, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən iş yeri üzrə mənzil növbəsində dayanan "xxxx" ATSC-nin işçisi İddiaçı mənzillə təmin ediməsi barədə Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının qəbul etdiyi 163 saylı, 22 dekabr 2011-ci il tarixli sərəncamına razılıq verilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin verdiyi 18 may 2012-ci il tarixli 006541 nömrəli orderə əsasən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 57 №-li evin 62 №-li mənzili 4 nəfər ailə tərkibi (özü, arvadı və iki övladı) ilə İddiaçı verilmişdir. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 57 №-li evin 62 №-li mənzili İddiaçı və onun aiə üzvlərinə ayrıldığı vaxtdan onlar həmin mənzildə yaşamışlar. Hazırda da sözügedən mənzildə İddiaçı və onun arvadı X6 qeydiyatsız yaşayırlar. Qeyd olunan fakt Nizami Rayon Mənzil Təsərrüfat Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin 6 №-li xx.xx.2024-cü il tarixli, 103 №-li xx.xx.2024-cü il tarixli arayışarla təsdiq olunur. Qeyd oluna arayışlarda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 57 №-li evin 62 №-li mənzilində İddiaçı pasport qeydiyyatında olmaqla, həyat yoldaşı X6 isə qeydiyyatsız yaşayırlar. Bundan başqa, Nizami Rayon Mənzil Təsərrüfat Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 103 №-li xx.xx.2024-cü il tarixli “Forma 2” arayışında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 57 №-li evin 62 №-li mənzilə xx.xx.2012-ci il tarixdə 62 saylı şəxsi maliyyə haqq-hesabı açılmışdır. Sözügedən mənzil binanın 4-cü mərtəbəsində yerləşir, sahəsi 45.87 kv.m ibarət 3 otaqlı tam kommunal şəraitli mənzildir. Mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxs yoxdur. İddiaçı 4 saylı Dəmir X11 tərəfindən mənzil verilmişdir. İddiaçı müəssisəyə heç bir maliyyə borcu yoxdur. xx.xx.2001-ci il tarixdə Dövlət Əmlak Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X11 Bakı Dəmir Beton 4” ASC-yə çevrilmişdir. "xxxx" ASC-nin “ASAN Xidmət” Mərkəzinə təqdim etmək üçün verdiyi xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, “1952-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuş İddiaçı xx.xx.1975-ci il tarixdə 4 saylı X12 Zavaodunun 2 saylı Qəlbləmə sexinə 2-ci dərəcəli qəlibləyici vəzifəsinə qəbul olunmuşdur. Altı il müddətində o, öz tarif dərəcəsini 4-ə çatdırmışdır. İddiaçı qabaqcıl və intizamlı bir işçi olduğu üçün xx.xx.1984-cü il tarixdə bir il müddətinə Monqolustan Xalq Respublikasına işləmək üçün ezamiyyətə göndərilmişdir. Ezamiyyət müddəti xx.xx.1989-cu il tarixə kimi uzadılmışdır. Ezamiyyət müddəti başa çatdıqdan sonra o, öz iş yerinə qayıtmışdır və işdən azad olunana qədər bu vəzifədə çalışmışdır. 4 saylı Dəmir X11 tərəfindən İddiaçı (keçmiş Darvin küçəsi 16A) E.Süleymanov küçəsi ev 57, mənzil 62 verilmişdir. Mənzil Həmkarlar İttifaqının və müəssisə rəhbərliyinin birgə protokolu əsasında Nizami Rayon İcra Hakimiyyəti (Rayspolkom) tərəfindən verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ona 2012-ci il tarixdə 006541 saylı order verilmişdir. xx.xx.2001-ci il tarixdə Dövlət Əmlak Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X11 Bakı Dəmir Beton 4” ASC-yə çevrilmişdir”. Mənzilin özəlləşdirilməsi məqsədilə İddiaçı yazılı qaydada xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzili üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh olan inzibati orqanı İddiaçı aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-D0031-8/2024 **********64 saylı imtina cavabı vermişdir: “Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı evin 62 saylı mənzillinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedlci sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 163 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin müraciətinizə əlavə olunmuş 84 saylı MKİS tərəfindən verilmiş 103 saylı, xx.xx.2024-cü il tarixli arayışda müvafiq mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç kimin olmadığı qeyd olunmuşdur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı tərəf mənzillə bağlı hüquqmüəyyənedici sənədləri, sərəncamları, orderi, kirayə müqaviləsini, forma 2 arayışını cavabdeh inzibati orqana ərizə ilə göndərmişdir. Göründüyü kimi İddiaçı mənzilin kirayəçisi kimi mənzil hüquq münasibətlərinin iştirakçısı olaraq mənzildən istifadə hüququ, o cümlədən mənzili özəlləşdirmək hüququ yaranmışdır. Odur ki, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına heç bir maneə yoxdur.
3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı evin, 62 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 163 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin müraciətinizə əlavə olunmuş 84 saylı MKİS tərəfindən verilmiş 103 saylı, xx.xx.2024-cü il tarixli arayışda müvafiq mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç kimin olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı evin, 62 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 163 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin müraciətinizə əlavə olunmuş 84 saylı MKİS tərəfindən verilmiş 103 saylı, xx.xx.2024-cü il tarixli arayışda müvafiq mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç kimin olmadığı qeyd olunmuşdur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə yaşayış sahəsinin 45.87 kv.m olduğu qeyd edilsə də, faktiki yaşayış sahəsinin 46.7 kv.m, ümumi sahənin isə 77.7 kv.m olduğu məlum olmuşdur.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.
6. Məhkəmənin sorğusuna əsasən cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleyman küçəsi, ev 57, 57 saylı mənzil 002436 saylı xx.xx.2006-cı il tarixli orderə, forma 2 arayışına əsasən X3 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-221 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Badalova Giulnaranın adına özgəninkiləşdirmişdir. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 57, giriş 5, 80 saylı mənzil 003284 saylı xx.xx.2007-ci il tarixli orderə və Yaşayış yeri üzrə qeydiyyat haqqında 277448 nömrəli arayışına əsasən X7 adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2381 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirmişdir.
7. Nizami Rayon İcra Hakimiyyətinin 006541 nömrəli 18 may 2012-ci il tarixli orderinə əsasən E.Süleymanov küçəsi, 57 nömrəli evin 4-cü giriş,4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 45,87 kv.m. olan 3 otaqlı 62 saylı mənzil yaşamaq üçün - 4 nəfər ailə tərkibi ilə (özü, 1956-cı il təvəllüdlü arvadı X6, 1981-ci il təvəllüdlü oğlu X9, 1983-cü il təvəllüdlü oğlu X10) 1952-ci il təvəllüdlü İddiaçı adına verilmişdir. Onun iş yeri "xxxx" ATSC, vəzifəsi sürücüsü olmuşdur. Mənzil sahəsi 1981-ci ildən növbədə dayanması ilə əlaqədar verilmişdir.
8. Azərbaycan Respublikasi Dövlət X15 tərəfindən təqdim edilən İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami rayon İH-nin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli,163 saylı sərəncamından təsdiq edilmiş surətinə əsasən: Tikinti sənayesi müəssisələri kombinatının 23 iyul 1993-cü il tarixli 21PK №-li məktubuna əsasən "Bakı Dəmir Beton-4” ATSC-nin (keçmi 4 saylı Dəmir-X11) işçilərinin təminatı üçün ayrılmış və zavodun müdriyyəti və həmkarlar komitəsinin birgə iclasının 6 avqust 1993-cü il tarixli 33 №-li protokoluna əsasən bölünmüş mənzillərin sənədləşdirilməsinə dair sözügedən ATSC-nin xx.xx.2006-cı il tarixli 62K№-li məktubunu, vətəndaşların müraciətini, Bakı şəhər İcra Hakimiyyətinin 28 oktyabr 2005-ci il tarixli Kİ- 1407 №-li və 29 avqust 2006-cı ıl tarixli A601/7g №-li məktublarını, Nizamı rayon İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın xx.xx.2011-ci il tarixli iclasının 3 №-li protokolu ilə rəsmiləşdirilmiş təklifini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin xx.xx.2011-ci il tarixli xx/xx/5080-12/18№-li dərkənarı ilə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3/75-R59№-li rəyinə əsaslanaraq qərara alınmışdır:
1. İş yeri üzrə mənzil növbəsində dayanan "Bakı Dəmir Beton-4” ATSC-nin aşağıdakı işçilərinə ayılmış mənzillərə order verilsin:. 1.4.E.Süleymanov küçəsi 57№-li binanın 4-cü giriş, 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 45,87 kv.m. olan 3 otaqlı 62 saylı mənzilə - 4 nəfər ailə tərkibi ilə (özü, 1956-cı il təvəllüdlü arvadı X6, 1981-ci il təvəllüdlü oğlu X9, 1983-cü il təvəllüdlü oğlu X10) 1952-ci il təvəllüdlü İddiaçı adına.
9. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli 140 nömrəli sərəncamından çıxarışa əsasən: Aşağıda qeyd olunan sərəncamlara razılıq verilsin: Nizami RİH Başçısının xx.xx.2011-ci il tarixli 163 №-li sərəncamı - İş yeri üzrə mənzil növbəsində dayanan "xxxx" ATSC-nin işçilərinin mənzillərlə təmin edilməsi: İddiaçı
10. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin 6 nömrəli xx.xx.2024-ci il tarixli arayışına əsasən E.Süleymanov küçəsi 57 saylı evin 62 nömrəli mənzilində İddiaçı qeydiyyatsız yaşayır.
11. X4, X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizələrində bildirilmişdir ki, Bakı şəhəri, Nizamı rayonu, E.Süleymanov küçəsi, ev 57, giriş 4, mərtəbə 4, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqlı, 62 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və mülkiyyət hüququna dair çıxarışın verilməsinə heç bir etirazları yoxdur.
12. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin konsulu tərəfindən təsiqlənən X5 xx.xx.2024-cü il tarixli ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Nizamı rayonu, E.Süleymanov küçəsi, ev 57, giriş 4, mərtəbə 4, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqlı, 62 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və mülkiyyət hüququna dair çıxarışın verilməsinə heç bir etirazı yoxdur.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 4 nəfər ailə tərkibi ilə birlikdə Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 163 №-li sərəncamı əsasında Bakı şəhəri, Nizamı rayonu, E.Süleymanov küçəsi, ev 57, giriş 4, mərtəbə 4, yaşayış sahəsi 45.87 kv.m olan üç otaqlı, 62 nömrəli mənzillə təmin edilməsi qərara alınmış, həmin sərəncam Bakı şəhər İcra Hakimiyyəti başçısının 140 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilərək iş yeri üzrə mənzil növbəsində dayanan "xxxx" ATSC-nin işçilərinin (İddiaçı) mənzillərlə təmin edilməsi razılıq verilmişdir. Nizami RİH tərəfindən mənzilin ayrılması ilə bağlı 18 may 2012-ci il tarixdə verilən 006541 nömrəli orderdə vurğulanmışdır ki, İddiaçı 1981-ci ildə 3 saylı "xxxx" ATSC-də sürücü vəzifəsində mənzil uçotuna götürülmüşdür. Beləliklə, həmin sənədlər iddiaçının işlədiyi zaman yaşayış sahəsi ilə təmin olunması məqsədi ilə "xxxx" ATSC tərəfindən 1981-ci il tarix üçün verilmişdir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Sərənmcamda və orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
21. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
22. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 163 nömrəli sərəncamın xx.xx.2011-ci il tarixə aid olmasını göstərmişdir.
23. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
28. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
29. Məhkəmə hesab edir ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam 22 dekabr 2011-ci il tarixdə qəbul edilsə də, həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, həmin sərəncamda və onun əsasında verilən 18 may 2012-ci il tarixdə orderdə qeyd olunmuşdur ki, iş yeri üzrə mənzil növbəsində dayanan "Bakı Dəmir Beton-4” ATSC-nin işçilərinə mənzillərin ayrılması qərara alınmış, İddiaçı sözügedən ATSC-nin sürücüsü olmaqla 1981-ci ildən mənzil növbəsində dayanmışdır.
30. Məhkəmə sərəncamda və orderdə qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, işdə olan ailə üzvlərinin razılıq ərizələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.
31. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak xx.xx.2011-ci il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 1981-ci ildən, başqa sözlə 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır.
32. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın digər əsası isə yaşayış sahəsinin 45.87 kv.m olduğu qeyd edilsə də, faktiki yaşayış sahəsinin 46.7 kv.m, ümumi sahənin isə 77.7 kv.m olmasıdır.
33. Məhkəmə cavabdehin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, iddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 nömrəli evin yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə olduğu kimi - 45.87 kv.m olaraq 62 nömrəli mənzilinin adına özəlləşdirilməsini xahiş edir.
34. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.
35. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 nömrəli evin 4-cü giriş, 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 45.87 kv.m olan 3 otaqlı 62 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva