Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10959/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinə kimi keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC"-də təmirçi çilingər vəzifəsində, daha sonra isə, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləməsini nəzərə alaraq hüququ yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 sayılı "ASAN xidmət" mərkəzinə X3 Pensiyası Hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2021-ci il tarixdə **********5 saylı məktubla iddiaçının ərizəsinə imtina cavabı gəlmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəratiniə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardir. Həmin Qanun 9.8 - ci maddəsinə əsaən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı yuxarıda göstərilən Qanuna əsasən, güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. İddiaçı ərizəyə keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC"-nin arayışını da əlavə etmişdir. Azərbaycah Respublikası Nazirlər Kabinetinin xx.xx.1993 - cü il tarixli 320 saylı Qərarı ilə həmin işdə çalışan işçilərə Güzəştli Təqaüdə çıxmağa imkan verir. Keçmiş "Bakı Alüminyum-Yayma" zavodunda, yəni indiki “Şüvəlan ASC”-də xx.xx.2013cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də zavod iddiaçıya əlavə sənədlər təqdim edə bilmir. Ərizəyə həmin yanğın hadisəsinə dair cinayət işinin qərarının surəti, yanğın haqqında aktlarının surəti və əmək kitabçasının notarius təsdiqli Azərbaycan dilinə tərcüməsi və notarius təsdiqi də əlavə edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvalanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə aiınan, siğortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi vətəndaşın iş stajının 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
4. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, iddia ərizəsi inzibati prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla verilmədiyindən mümkün sayılmamalıdır. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh inzibati orqana qarşı olan tələbi ona yuxarıda qeyd olunan əmək fəaliyyətinin onun stajına daxil edilməsi ilə ona hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsidir. İddiaçının iddia tələbinin mümkünlük məsələsi ilə bağlı bildiririk ki, iddiaçı əvvəlki iddia ərizəsi iiə (2-1 (112)-6296/2021 nömrəli iş) Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia tələbi hazırki tələbdə olan əmək fəaliyyəti dövrlərinin stajına daxil edilməsi ilə ona 57 yaşdan əmək pensiyasının təyin edilməsi olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə əvvəlki iddia tələbi eyni məzmun və formaya malik olmaqla, hüquqi marağı yenə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının əvvəlki iddia ərizəsi üzrə iş, yəni 2-1(112)-6296/2021 nömrəli iş Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın icraatında olmuş, 10 noyabr 2021 -ci il tarixli qərarla iddiaçının iddia tələbi təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2-1(112)-6296/2021 nömrəli qərarından narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-cü il tarixli 2-1(103)-1488/2022 nömrəli qərarı, kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1 (102)-1569/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Nəticədə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2-1(112)-6296/2021 nömrəli qərarı qanuni qüvvəsini almışdır. Həmin qərarın əsaslandırma hissəsindən görünür ki, iddiaçının iddia tələbinin 57 yaşdan və hazırki iddia tələbində olan əmək fəaliyyəti dövrlərinə münasibət bildirən məhkəmə qərarının əsaslandırma hissəsində aşağıdakıları qeyd edir: Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən l/İT-l № ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasının əslinə baxış keçirilərkən əmək kitabçasının içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1990-cı il tarixindək bu günədək saxlanma müddəti (keçən 31 il) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bundan əlavə, 1990-cı ildən açılmış həmin əmək kitabçasında iddiaçının yalnız bir müəssisədə-Bakı Almüminum-Yayma Zavodunda işləməsi ilə bağlı qeydlər edilmişdir. Əmək kitabçasının rus dilindən tərcümə olunmuş nümunəsinə uyğun olaraq əmək qeydlərində iddiaçının xx.xx.1990-cı ildə Bakı Almüminum-Yayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edildiyi, xx.xx.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirildiyi, xx.xx.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verildiyi qeyd edilsə də, həmin qeydlərin heç birində (qeydin altında) əmrləri verən Bakı Alüminum- Yayma Zavodunun nə işəgötürəninin, nə də kadrlar şöbəsinin rəhbərinin adı və imzası qeyd edilməmişdir. Əmək kitabçasında Bakı Almüminum-Yayma Zavodundakı əmək fəaliyyəti dövrlərinin qeydləri zavodun kadr heyəti tərəfindən imzalanmamış, yalnız zavodun bazasında ASC yaradıldıqdan sonra iddiaçının xx.xx.2004-cü ildə işdən azad edilmə barədə qeydləri "xxxx" ASC-nin kadrlar şöbəsinin imzası və ASC-nin möhürü ilə təsdiqlənmişdir. İddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium-Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət-yanğın baş verən sahədə heç bir təmir-tikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılmışdır. Beləliklə, məhkəmə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığının qeyd edildiyi halda əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyinin göstərilməsini məntiqli hesab etmir. İddiaçı barəsində "xxxx" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyri-dəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək gah məftilçəkmə sexində metal çəkicisi, gah metalçəkmə sexində əlvan məftil çəkicisi, gah da əlvan metal əyiricisi işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə adını qeyri-dəqiq bildiyi işçinin işlədiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. Göründüyü kimi hazırki iddia ərizəsində qeyd olunan iddiaçının əmək fəaliyyəti dövrləri və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmə araşdırmasının nəticəsi olaraq qanuni qüvvəyə minmiş qərar mövcuddur. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 78-ci maddələrini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(112)-10959/2024 nömrəli inzibati iş üzrə iddiasının mümkün sayılmamasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6296/2021 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1488/2022 nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-6296/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1569/2023 Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)- 1488/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
12. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
13. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
14. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
18. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Odur ki, şəxsə (hazırki iş üzrə İddiaçı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt qanunvericilikdə nəzərdə tutulmuş minimum ümumi iş stajının və X3 stajının olmasıdır.
20. Məhkəmə nəzərə alır ki, eyni tərəflər arasında mövcud olmuş mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1569/2023 Qərarı ilə İddiaçı ümumi iş stajına və X3 stajına münasibət bildirilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1569/2023 Qərarı ilə müəyyən olunmuşdur: “...7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1990-2004-cü illərdə Bakı AlümuniumYayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC-də baş vermiş yanğınla bağlı məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığının qeyd edildiyi halda, əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyinin göstərilməsi məntiqli hesab edilmir. "xxxx" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyri-dəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək gah məftilçəkmə sexində metal çəkicisi, gah metalçəkmə sexində əlvan məftil çəkicisi, gah da əlvan metal əyiricisi işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə işçinin işlədiyi adını qeyri-dəqiq bildiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alüminium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətləri izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. ... 25. Hazırkı qərarın 14-15-ci bəndlərində qeyd olunan normalara əsasən, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olmalı, bunun 12 il 06 ayını zərərli işlərdə toplamalı və həmçinin pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixdə 57 yaşı tamam olmalıdır.
26. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından müəyyən olunur ki, iş stajı ilə bağlı dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir.
27. Belə ki, iddiaçının iş stajını təsdiq edən sənəd qismində 2 əmək kitabçası (bir üzlük altında tikilmiş 2 ayrı kitabça) təqdim edilmişdir. İddiaçının adına ikinci əmək kitabçası 1990-cı ildə açılmışdır və orada iddiaçının 1990-2004-cü illərdə yalnız Bakı Alüminium- Yayma Zavodunda işlədiyi barədə qeydlər mövcuddur.
28. Lakin iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə işlədiyinə dair müvafiq sənədlər, o cümlədən işə qəbul barədə əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə sənədlər iş üzrə materiallara əlavə olunmamışdır. İddiaçı qeyd edilən sənədlərin təqdim olunmamasını xx.xx.2013-cü ildə "xxxx" ASC-də baş vermiş yanğınla və həmin yanğın vaxtı zavodun arxiv sənədlərinin yanması ilə əsaslandırır.
29. Bununla bağlı iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli yanğın haqqında aktda qeyd edilmişdir ki, həmin akt xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-də baş vermiş yanğınla bağlı akt tərtib edilmişdir. Həmin aktda yanğının baş verdiyi ərəfədə yanğının baş verdiyi sahədə heç bir təmir-tikinti işlərinin aparılmadığı, obyektin fəaliyyətinin 2000-ci ildən dayandırıldığı qeyd olunmuşdur. Halbuki, iddiaçının əmək kitabçasında onun həmin müəssisədə 2004-cü ilədək işlədiyinə dair qeydlər əksini tapmışdır.
30. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının işlədiyi peşənin adı ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışlarda qeyd edilmiş məlumatların ziddiyyətli olması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd edir ki, iddiaçı işlədiyi peşələrin funksional məzmunu və əmək funksiyaları, əmək şəraiti və onun zərərli olmasını şərtləndirən xüsusiyyətlər barədə məhkəmənin suallarını cavablandıra və həmin suallara müvafiq izah verə bilməmişdir. Halbuki iddiaçı ən azından bununla bağlı məhkəmə qarşısında ətraflı açıqlama vermək öhdəliyi daşıyır. ...”
22. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(102)-1569/2023 Qərarı ilə İddiaçı 25 il ümumi iş stajının və 12 il 06 ay güzəştli iş stajının olmadığı qənaətinə gəlmişdir.
23. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, artıq qüvvədə olan məhkəmə qərarı olduğu və şəxsin iş stajına (ümumi və gözəştli) dair məhkəmənin qeyd edilən mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.
24. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.
25. Məhkəmə prosssual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, iddianın dəyişdirilməsi onun mümkünüzlüyünü istisna etmədiyindən onun dəyişdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsi zərurəti yoxdur.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva