Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1096/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.1986-cı ildən Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən verilmiş 62/10 saylı qərar və orderlə verilmiş mənzilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində mənzilinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və “çıxarış” ilə təmin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd etdiyi Bakı şəhəri, Telnov küçəsi 21 saylı evin 100 nömrəli mənzilində xx.xx.1986–cı ildən Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən verilmiş 62/10 saylı qərar və orden əsasında həm qeydiyyatdadır və həm də həmin mənzildə hal-hazırda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mənzilinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən ona ünvanlanan məktubda bildirildi ki, 1986-cı ildə Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən mənə verilmiş 62/10 saylı qərar və orden Dövlət arxivinin xx.xx.1986-cı ildən Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən verilmiş 62/10 saylı qərar və orden Bakı filalına verilməmiş, Xətai rayon İcra Hakimiyyəti isə tərəflərindən qəbul olunmuş 5 ilədək Sərəncamlar ona əlavə olunmuş digər sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı şəhər filialına təhvil verilir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı şəhər filialından ona ünvanlanmış 26 yanvar 2023-cü il tarixli məktubda isə keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilin dekabr ayına dair arxiv sənədləri, o cümlədən xx.xx.1986 - cı il tarixli, 62/10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir (məktublar ərizəmə əlavə olunur). Bu minvalla mən hal - hazırda yaşadığı mənzilini özəlləşdirərək “Çıxarış” ala bilmir. Bütün aidiyyatı orqanlar onu süründürməçiliklə üz-üzə qoyaraq mənzilinin özəlləşdirilməsinə mane olurlar. O da məcbur qalaraq məhkəmə orqanlarına müraciət etmə qərarına gəlmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8374/2024 saylı sərəncamının icrası ilə əlaqədar bildirlir ki, iddiaçı X2 xx.xx.1986-cı ildən Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən verilmiş 62/10 saylı qərar və orderlə verilmiş mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış ilə təmin olunması barədə iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 21 saylı evin, 100 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və **********63 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-M-00482/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Şaumyan rayon (indiki Xətai RİH) XDS İK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 21 saylı evin, 100 saylı mənzilinə verilmiş orderlə bağlı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu ünvanlanmışdır. Sorğulara cavab olaraq, ünvan 5 xx.xx.2023cü il tarixli məktubu ilə Bakı şəhər Xətai rayon (keçmiş Şaumyan rayon) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlər Bakı şəhəri İcra Hakimiyyətinin arxivində saxlanılmadığı, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 5-11/2-676/23 saylı xx.xx.2023-cü il tarixli ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər filialına təhvil verildiyindən aidiyyatı üzrə müraciət olunmasının tövsiyə olunduğu bildirilmişdir. Həmçinin qeyd edirik ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə göndərilmiş sorğu cavablandırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 3-21-3-30/2-M0440-8/2023 **********63 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-M-00482/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Şaumyan rayon (indiki Xətai RİH) XDS İK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 21 saylı evin, 100 saylı mənzilinə verilmiş orderlə bağlı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu ünvanlanmışdır. Sorğulara cavab olaraq, ünvan 5 xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhər Xətai rayon (keçmiş Şaumyan rayon) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlər Bakı şəhəri İcra Hakimiyyətinin arxivində saxlanılmadığı, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 5-11/2- 676/23 saylı xx.xx.2023-cü il tarixli ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər filialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunmasının tövsiyə olunduğu bildirilmişdir. Həmçinin qeyd edilir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə göndərilmiş sorğu cavablandırılmamışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 3-21-3-30/2-12414/2023 **********14 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 21 saylı evin, 100 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 21 saylı evin, 100 saylı mənzilinə dair verilmiş orderlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu göndərilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai (Şaumyan) rayon XDS tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderdən görünür ki, Şaumyan rayon XDSnin xx.xx.1986-cı il tarixli, 62/1a saylı qərarı ilə Xətai rayonu Əhmədli 1733-cü keçid 2348ci kvartal ev 2 İddiaçı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 153 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 21 saylı evin, 100 saylı mənzil sahəsi 1986-cı ildə istifadəyə verilmişdir. Mənzilin 30 faiz dəyəri ,yəni 3200 rubl 1986-cı ildə ödənimişdir. Mənzilin maliyyə borcu, mənzilin 6900 ilə ssuda və kommunal xidməti borcu yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1253/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, İş № 2-1(112)-8374/2024 saylı sorğuya əsasən bildirilir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilin dekabr ayına dair arxiv sənədləri, o cümlədən xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Digər tərəfdən nəzərinizə çatdırılır ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər, o cümlədən xx.xx.1986-cı il tarixli, 256490 saylı order Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3- 52/2-2514/2024 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-1(112)-8374/2024 nömrəli sorğuya baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, Bakı Şəhər Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyətinin qərar və orderləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-26286/2024 **********86 nömrəli məktubla bildirmişdir ki, ünvan 10 ünvanına dair müvafiq sənədlərin surətinin verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktından görünür ki, ünvan 10 ünvanında yerləşən mənzil hüquqmüəyyən edici sənəd üzrə 2-otaq,yaşayış sahəsi 30.05 kv.m, faktiki isə 2-otaq, yaşayış sahəsi 30.02 kv.m, ümumi sahəsi 34.15 kv.m-dır. İnventarlaşma zamanı məlum oldu ki, sözü gedən mənzil 2 otaqlıdır və ərizəçinin istifadəsindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3-52-13/2-800/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8374/2024 saylı inzibati iş üzrə məhkəmə sorğusuna əsasən bildirlir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21 ünvanındakı yaşayış binası və orada yerləşən 100 saylı mənzil "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli **********05 3-21-3-30/2- 40705/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21 ünvanında mənzillərin qeydiyyata alınıb-alınmaması barədə məlumatın və qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq sözügedən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair ilkin sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3- 52/2-4137/2024 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-1(112)- 8374/2024 nömrəli sorğuya baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, Bakı Şəhər Xətai rayonu (keçmiş Şaumyan rayonu) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2431/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, İş № 2-1(112)-8374/2024 saylı (Milli Arxiv İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş) sorğuya əsasən bildirilir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilin dekabr ayına dair, o cümlədən xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Digər tərəfdən nəzərə çatdırılır ki, vətəndaşlara mənzillərə görə verilən orderlər, o cümlədən vət. İddiaçı verilmiş xx.xx.1986-cı il tarixli, 256490 nömrəli order Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-11/2-2198/2024 saylı məktubundan görünür ki, 2-1(112)-8374/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba baxılmışdır. Məktubda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək, yaranmış zərurətlə əlaqədar rayon XDS-ti İK-nin xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarının və həmin qərar əsasında verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderin arxiv nüsxəsinin mövcud olub-olmaması, mövcud olduğu halda həmin qərarın və onunla bağlı sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunur. Məlumat üçün bildirilir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-51019/2024 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan **********, 111045446, **********, ********** və ********* qeydiyyat nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-11/2-2254/2024 saylı məktubundan görünür ki, 2-1(112)-8374/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba baxılmışdır. Məktubda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək, yaranmış zərurətlə əlaqədar rayon XDS-ti İK-nin xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarının və həmin qərar əsasında verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderin arxiv nüsxəsinin mövcud olub-olmaması, mövcud olduğu halda həmin qərarın və onunla bağlı sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunur. Məlumat üçün bildirilir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2612/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 2-1(112)-8374/2024 saylı (Milli Arxiv İdarəsinə xx.xx.2024- cü il tarixdə daxil olmuş) sorğuya cavab olaraq bildirilir ki, keçmiş Şaumyan rayonu XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 62/1a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırılır ki, vətandaşlara mənzillərə dair verilmiş orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 153 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 21 saylı evin, 100 saylı mənzil sahəsində yaşayır.Yaşadığı mənzil 2 otaqlıdır. Mənzilin yaşaış sahəsi 50.61.Mənzil 1986cı ildə istifadəyə verilmişdir.Mənzilin 9100 dəyəri, yəni 3200 rublu 1986-cı ildə ödənilmişdir. Qalan qalıq, yəni 6300 rubl tamamilə ödənilmişdir. Mənzilin maliyyə borcu yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-M-00482/2023 saylı məktubundan görünür ki, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə əsasən bildirilir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilin dekabr ayına dair arxiv sənədləri, o cümlədən xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-13/2-1025/2024 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək, yaranmış zərurətlə əlaqədar rayon XDS-ti İK-nin xx.xx.1986-cı il tarixli, 62/10 saylı qərarının və həmin qərar əsasında verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderin arxiv nüsxəsinin mövcud olub-olmaması, mövcud olduğu halda həmin qərarın və onunla bağlı sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunur. Məlumat üçün bildirilir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən ünvan 12 ünvanında qeydiytadan keçmiş mənzillərin qeydiyyatına əsas olmuş sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III.Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Bakı şəhəri Xətai (Şaumyan) rayon XDS tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderdən görünür ki, Şaumyan rayon XDSnin xx.xx.1986-cı il tarixli, 62/1a saylı qərarı ilə Xətai rayonu Əhmədli 1733-cü keçid 2348ci kvartal ev 2 İddiaçı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 153 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 21 saylı evin, 100 saylı mənzil sahəsində yaşayır.Yaşadığı mənzil 2 otaqlıdır. Mənzilin yaşaış sahəsi 50.61.Mənzil 1986cı ildə istifadəyə verilmişdir.Mənzilin 9100 dəyəri, yəni 3200 rublu 1986-cı ildə ödənilmişdir. Qalan qalıq, yəni 6300 rubl tamamilə ödənilmişdir. Mənzilin maliyyə borcu yoxdur. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Cavabdeh tərəfindən imtina əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Xətai (Şaumyan) rayon XDS tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 256490 nömrəli orderin verilməsinə əsas olmuş Şaumyan rayon (indiki Xətai RİH) XDS İK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli, 62/1a saylı qərarının arxiv nüsxəsinin mövcud olmaması göstərilmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların yaranması əsası olan hüquqmüəyyənedici sənəd kimi müəyyən edilmiş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair icra hakimiyyəti orqanının iddiaçıya verilmiş orderinin əsli mövcuddur. Həmin order ləğv edilməmiş, etibarsiz sayılmamış və ya geri çağırılmamışdır, hazırda qüvvədədir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh tərfindən təqdim edilmiş sözügedən binada reyestr qeydiyyatına alınmış mənzillərin qeydiyyata alınmasına əsas olmuş sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən mənzil mülkiyyətçilərindən hazırda iddiaçıdan arxiv nüsxəsi tələb edilən XDS-in qərarları tələb edilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (order, maliyyə arayışı) əsasında mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar. Belə olan halda, məhkəmə hesab edir ki, qərarın arxiv nüsxəsinin müvafiq dövlət qurumlarında saxlanmaması iddiaçının təqsiri deyil və cavabdehin imtinası iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə nəzərə alır ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Həmin orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur. Mənzillə bağlı mübahisə və yanlışlıq mövcud deyildir. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 12,100 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1096/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1096/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver