Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10965/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı X3 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən X1 və X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı, istefada olan mayor, 2-ci Qarabağ 2-ci qrup əlili 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı adı altında başlanan müharibənin iştirakçısıdır. Müharibə başlayan zaman “N” saylı hərbi hissənin tərkibində taboru ilə (tabor komandiri) Fizuli istiqamətində irəliləyirdilər. Döyüşlərin qızğın gedən 2-ci günündə düşmənin snayperi ilə vuruldu. 5 saatdan artıq yaralı halda döyüş meydanında qaldı, nəhayət döyüş maşını ilə təxliyyə olundu. Təxliyyə olunan zaman döyüş maşını raketlə vuruldu, ağır yaralandı. Bədəninin 16%-i 3-cü dərəcəli (ağır) şok yanıq və kor qəlpələr, sağ qolun yaraları, dirsək və hər iki said sümüklərin qırıqları və yerlərinin dəyişməsi, dirsək və əlin kontrakturası, kəllə beyin travması, gəlib keçən güllə yarası, dəri köçürülməsi, sol qulaq pərdəsini zədələnmişdir, üzərində outoder meplastika və başqa cərrahi əməliyyatlar aparılmışdır ki, hələdə bir əməliyyat qalıb. Əmək qabiliyyətini itirdiyi üçün Ordu sıralarından istefaya buraxılmışdır. Hal-hazırda 2-ci qrup müharibə əlilidir. Bildirir ki, ünvan 1 ünvanda yerləşən ev xüsusi mülkiyyətindədir. O, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə Seriya RX ******* olan reyestr nömrəsi **********02-05101-093005, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixdə reyestr çıxarışı almışdır. Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan X3, X2 həmin evdən qeydiyyatdan çıxmır. Xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən X1 və X2 qeydiyyatdan çıxarılmasına köməklik edilməsini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən xahiş etmişdir və məhkəmə qərarı olduğu halda icra ediləcəkdir. Onların iddiaçıya məxsus evdə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və onların pasport qeydiyyatında qalması iddiaçının evinə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Həmin şəxs formal qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamır və tələb etməyinə baxmayaraq qeydiyyatdan çıxmır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin verdiyi cavab məktubunda məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ünvan 1 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən X1 və X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10965/2022 nömrəli qərardadı ilə iş üzrə X3 və X8 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış 096-17577İ- 1222 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması daxili işlər orqanının səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğundan müraciəti müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməlidir. - Asan 4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.1989-cu il təvəllüdlü X10, xx.xx.1982-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.1976-cı il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2A ünvanında beşinci mərtəbədə yerləşən ümumi sahəsi 87.18 kv.m. –dən, yaşayış sahəsi 59.38 kv.m.dən, yardımçı sahə 27.8 kv.m.-dən ibarət 5 otaqlı 29 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********21 saylı məktubundan görünür ki, X3 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2a, 29 saylı mənzilə dair idstifadə hüquqlarının daşınmaz əmlkın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 5 ünvanında yerləşən 0.0598 hadan ibarət torpaq sahəsi iddiaçı, X4 mülkiyyətindədir. - 28 dekabr 2012-ci il tarixli, 1xx/xx/1425/12 nömrəli Alqı-Satqı və İpoteka Müqaviləsinin təsdiq edilmiş surətinə əsasən irəlidə Kreditor-İpoteka saxlayan adlandırılacaq etibarnamə əsasında fəaliyyət göstərən QSC “Bank Standard” KB “İpoteka” filialının direktoru X5 şəxsində, bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı olan, irəlidə Alıcı-İpoteka qoyan adlandırılacaq ünvan 6 ünvanı üzrə qeydiyyata alınmış İddiaçı, ikinci tərəfdə (şəxsi vəsiqə seriya MN № 0033319, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən “22” iyun 2007-ci ildə verilib), irəlidə Satıcı adlandırılacaq ünvan 7 ünvanı üzrə qeydiyyata alınmış X6, üçüncü tərəfdən (şəxsiyyət vəsiqəsi seriya AZE, nömrəsi 07566052 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən “03” noyabr 2009cu ildə verilib) aşağıdakılar barədə, yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləni bağlayırlar. Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “04” dekabr 2012-ci il tarixli 06/99 nömrəli arayışa əsasən 5 otaqlı, ümumi sahəsi 87.68 m2, yaşayış sahəsi 59.38 m2 olan, ünvan 1 ünvanında yerləşən mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18 iyul 2007-ci il tarixli, 478 saylı Reyestr kitabına, 44140-cü vərəqində ********* saylı qeydiyyat nömrəsinə, seriya MH, ******* saylı Çıxarışa əsasən Satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mənzilin satış qiyməti 51000 (əlli bir min) manatdır, mənzilin dəyərinin 16000 (on altı min) manatı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Alıcı-İpoteka qoyanın özü tərəfindən, 35000 (otuz beş min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən “28” dekabr 2012-ci il tarixli 1xx/xx/1425/12 saylı Kredit müqaviləsinə əsasən Alıcı-lpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış “28” dekabr 2012-ci il tarixli 1xx/xx/1425/12 № li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. İpoteka predmeti ilə aşağıdakı öhdəliklər təmin edilir: kreditin məbləği 35.000 (otuz beş min) manat; kreditin qaytarılma tarixi – kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 30 il müddətinə “05” yanvar 2043-cü il tarixinədək; kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 4%; kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 167.10 (bir yüz altmış yeddi manat, on qəpik) məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği aylıq ödənişlərin məbləği “28” dekabr 2012-ci il tarixli 1xx/xx/1425/12 kredit kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər; ipoteka predmeti Kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir; "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri “28” dekabr 2012-ci il tarixində ərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabına) əsasən, ipotekapredmeti 51000 (əlli bir min) manat dəyərində qiymətləndirilir; bu müqavilə üzrə Kreditor-İpoteka saxlayanın hüquqları Alıcı-İpoteka qoyan tərəfindən tərtib edilən və Kreditor-İpoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilir. - Bakı şəhəri Suraxanı rayonu 139 saylı MKİS-in rəisi tərəfindən məhkəmənin bildirişinə etilmiş qeydə əsasən X3 və X8 və X16 ünvan 1 ünvanında yaşamırlar. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı yaşayış evini istifadə edir, orada daimi yaşayır və qeydiyyatdadır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı evdə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçı mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən X1 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən X1 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10965/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10965/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver