Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1097/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh1 X2 üzrə X3rşı “xidmətə bərpa” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 polis nəfəri xidməti vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh1 X2 üzrə X4 üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1984-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hazırda Bakı şəhərində qeyd etdiyi ünvanda yaşayır. Həqiqi hərbi xidməti başa çatdırdıqdan sonra, 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər orqanlarına xidmətə qəbul olunmuşdur. 2009-2017-ci illərdə Cavabdeh1 Diplomatik nümayəndəliyiklərinin mühafizəsi üzrə əlahiddə polis alayında taborda polis nəfəri vəzifəsində xidmət etmişdir. 2017-ci ildə səhhətində yaranmış problemlə bağlı Azərbaycan Respublikası DİN-də xidmətdən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 355 saylı “Xəstəlik haqqında1’ şəhadətnaməyə əsasən ona əlilliyə görə pensiya təyin olunmuşdur və 2020- ci ilin yanvar ayına kimi pensiya almışdır. 2020-ci ilin yanvar ayından sonra ona pensiya ödənişi dayandılmışdır. Bu səbəbdən bütün lazımi sənədləri toplayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ancaq cavabdehlər tərəfindən təqdim edilən sənədləri və s. əsas götürərək, Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-1(112)-4299/2021 saylı Qərarı ilə iddiaçının əlillik dərəcəsinin bərpa olunmasını təmin etməmiş, hazırda sağlamlığımla bağlı problem olmadığı bildirilmiş, bu səbəbdən pensiya almağına heç bir əsas olmadığı qeyd olunmuşdur. Göstərdiyi faktı əsas götürərək iddiaçı DİO-ya xidmətə bərpa olunmağı xahişi ilə dəfələrlə AR DİN-ə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsini xx.xx.2022-ci il tarixli, 022/24-677A-3222 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, daxili işlər orqanlarında xidmətə yenidən qəbul məqsədilə müvafiq orqanın rəisinə müraciət etməlidir. Ancaq DİO-ya xidmətə qəbul ilə əlaqədar deyil, xidməti vəzifəsinə bərpa olunmaq xahişi ilə müraciət etmişdir. Bu səbəbdən bir daha Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciətlə bağlı DİN-nin Baş İctimai Təhlükəsizlik idarəsindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilir ki, ərizə araşdırılması üçün əvvəllər xidmət etdiyi DİN-nin X1 üzrə X5 göndərilib. Cavabdeh2 ona ünvanladığı xx.xx.2022-ci il tarixli, 207-5292A-3222 saylı məktubla boy həddinin uyğun gəlmədiyinə görə mən DİO-ya xidmətə qəbul oluna bilmədiyi bildirilmişdir. Qeyd edilən məktubu xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən ona ünvanlanmış əvvəlki məktublar və sonuncu xx.xx.2022-ci il tarixli məktublar əsassızdır, qeyri-qanunidir və iddiaçının cavabdehlərə ünvanladığı ərizələrə, cavabdehlər tərəfindən verilən cavablar tam uyğun deyildir. Belə ki, iddiaçı 2009-cu il tarixdən 2017-ci il tarixə kimi DİO-da xidmət etmişdir. Qeyd etdiyi kimi səhhətində yaranmış problemlə bağlı xidmətdən öz xahişinə əsasən xaric olunmuşdur və bundan sonra DİN-nin həkim komissiyasının qərarı ilə ona əlillik dərəcəsi təyin olunub və 2020-ci ilin yanvar ayı da daxil olmaqla, 2017-ci il tarixdən hər ay pensiya almışdır. 2020-ci ilin yanvar ayından sonra ona pensiya ödənişi dayandırıldığına görə, məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması aparıldıqdan sonra əlillik dərəcəsinin bərpa olunnasına əsas olmaması barədə qərar qəbul olunmuşdur. Deməli belə olduğu halda iddiaçının sağlamlığı ilə əlaqədar problemim yoxdur, ona görə də cavabdehlər tərəfindən xidmətə bərpa ilə bağlı yazdığı ərizələrə verilən cavablar əsassızdır. Çünki Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında göstərilir ki, əlillik dərəcəsinin bərpa olunmasına əsas yoxdur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4299/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı "hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır.
4. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, sıravi və kiçik rəis heyəti vəzifələrindən xaric olunmuş əməkdaşların daxili işlər orqanlarında xidmətə yenidən qəbulu baş idarə, idarə, şəhər, rayon polis orqanlarının rəisləri və nizami hissə komandirlərinin səlahiyyətləri daxilində müvafiq qaydada həyata keçirildiyindən aidiyyəti üzrə müraciət edə bilər.
5. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi X2 üzrə X4 iddiaçıya olan cavab məktubunda bildirilmişdir ki, boy həddi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X2 üzrə X4 polis nəfəri vəzifəsində xidmətə qəbul üzrə müəyyən edilmiş hazırki tələblərə uyğun gəlmədiyindən xahişin müsbət həlli məqsədəmüvafiq hesab edilməmişdir.
6. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubunda bildirilmişdir ki, cavabdeh qismində Cavabdeh2 qeyd edilmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yalnız ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab edilir. Qeyd olunanlar nəzərə alınaraq, iddia tələbinin qeyd edilən hissədə dəqiqləşdirərək məhkəməyə təqdim etməyini təklif edilmişdir.
7. 03.10.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, daxili işlər orqanlarında xidmətə qəbul qaydaları Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə tənzimlənir. Xidmətə qəbul olunma qaydaları həmin Əsasnamənin 11-28-ci maddələrində qeyd olunmuşdur. Həmin Əsasnamənin 16-cı maddəsinə əsasən “Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Daxili İşlər Nazirliyi) tərəfindən müəyyən edilir”. Qeyd olunan maddəyə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən nazirliyin müvafiq qurumlarında vakant olan siravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar olaraq müsabiqə elan edilmişdir. Şərtlərə əsasən müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (əvvəllər böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər. İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən xidmətdən xaric olunduğu, həmin vaxtdan uzun müddət keçdiyi, eləcə də boy həddinin qeyd olunan müsabiqənin şərtlərinə uyğun gəlmədiyi nəzərə alınaraq onun daxili işlər orqanlarında xidmətə yendidən qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
12. Belə ki, hüquqi yardımda da qeyd olunduğu kimi cavabdeh qismində Cavabdeh2 qeyd edilmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yalnız ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab edilir.
13. İddiaçı hesab edir ki, o, xidmətə bərpa olunmalıdır.
14. Məhkəmə hesab edir ki, iddiaçının xidmətə qəbulu xidmətə bərpa qaydasında deyil, xidmətə qəbul əsasında tənzimlənə bilər. Belə ki, daxili işlər orqanları əməkdaşlarının xidmətə, xüsusi rütbələrə və vəzifəyə bərpa edilməsi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-154-cü maddələr ilə tənzimlənir. Həmin Əsasnamədən:
149. Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.
15. Odur ki, iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından iddianı qaldırmağa subyektiv hüququ da yoxdur.
16. Məhkəmə qeyd edir ki, xidmətə qəbul “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə tənzimlənir. Xidmətə qəbul olunma qaydaları həmin Əsasnamənin 11-28-ci maddələrində qeyd olunmuşdur. Həmin Əsasnamənin 16-cı maddəsinə əsasən “Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Daxili İşlər Nazirliyi) tərəfindən müəyyən edilir”. Qeyd olunan maddəyə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən nazirliyin müvafiq qurumlarında vakant olan siravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar olaraq müsabiqə elan edilmişdir. Şərtlərə əsasən müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (əvvəllər böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər. İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən xidmətdən xaric olunduğu, həmin vaxtdan uzun müddət keçdiyi, eləcə də boy həddinin qeyd olunan müsabiqənin şərtlərinə uyğun gəlmədiyi nəzərə alınaraq onun daxili işlər orqanlarında xidmətə yendidən qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir .
17. İddiaçının boy həddi qeyd edilən tələblərə cavab vermir.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva