Məhkəmə qərarları › İş №2-1(112)-10971/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10971/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10971/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (İcra Baş İdarəsi) qarşı “cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 25 oktyabr 2021ci il tarixli 5/A-25/77-016/48 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (İcra Baş İdarəsi) qarşı Cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 25 oktyabr 2021-ci il tarixli 5/A-25/77-016/48 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi ərizəni 25 oktyabr 2021-ci il tarixli 5/A-25/77- 016/48 saylı məktubla baxılması üçün Cavabdehnə göndərib. Lakin Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 25 oktyabr 2021-ci il tarixli 5/A- 25/77-016/48 saylı məktubu ilə cabadeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. İşin faktiki hallarından göründüyü kimi, yerli icra qurumu tərəfindən məhkəmə qərarı icra edilməyib. Yerli icra qurumu məhkəmə qərarının icra edilməsi barədə müraciətlərini cavablandırmayıb, həmçinin məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməyib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Dövlət nəzarəti şöbəsi tərəfindən şikayət ərizəsi baxılması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin Ədliyyə Nazirliyi müraciətin cavablandırılmasını təmin etməyib. Ədliyyə Nazirliyinin müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında» qanunun, «Dövlət qulluğu haqqında» qanununun 18.0.5-ci, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanının 3-cü və “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cu il 24 noyabr tarixli 4 nömrəli fərmanının 7ci bəndinin tələblərinə ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2021-ci il tarixli 5/A- 25/77-016/48 saylı məktubla Ədliyyə Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün Göyçay regional ədliyyə idarəsinə göndərilmiş və sonuncu tərəfindən ərizəçiyə müvafiq cavab verilmişdi. İcra baş idarəsi tərəfindən sözügedən ərizə ilə bağlı hərəkətsizlik edilmədiyi, eləcə də ona cavab verməkdən imtina olunmadan baxılması üçün qanunamüvafiq qaydada regional ədliyyə qurumuna göndərildiyi nəzərə alınaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə iddiaçının və cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 5/A-25/77-016/48 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciət 25 oktyabr 2021-ci il tarixli 5/A-25/77-016/48 nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Cavabdehnə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunan Cavabdeh İcra Baş İdarəsinin rəis müavini Qabil Əliyevin iddiaçıya göndərdiyi, Göyçay Regional Ədliyyə İdarəsinin rəisi cənab Elnur Əsədova ünvanladığı xx.xx.2021-ci il tarixli 04/M-13315 nömrəli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Ağdaş Rayon İcra ve Probasıya Şöbəsinin icraatında olan məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətin baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur. Cavabdeh iddiaçı olan "xxxx" MMC-nin nümayəndəsi İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli məktubuna əsasən iddiaçının məhkəmə qərarlarının icrası ilə bağlı daxil olmuş təkrar müraciətinə regional ədliyyə idarəsində baxılaraq cavab verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 3.0-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; Həmin Qanunun 7.11-ci maddəsinə əsasən yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsindən imtina edilməmiş, onun müraciəti Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmış və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi ilə bağlı hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 25 oktyabr 2021-ci il tarixli 5/A-25/77-016/48 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasıtəmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 73, 85.1, 86-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinə (İcra Baş İdarəsi) qаrşı cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 25 oktyabr 2021-ci il tarixli 5/A-25/77-016/48 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar