Məhkəmə qərarları › İş №2-1(112)-10975/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10975/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10975/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi) “tədiyyə bildirişlərinin etibarsız hesab edilməsi, inzibati aktın və qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********0769 saylı, xx.xx.2024-cü il tarixli **********510359 saylı və xx.xx.2025-ci il tarixli **********126754 saylı tədiyə bildirişlərinin etibarsız hesab edilməsi, xx.xx.2025-ci il tarixli inzibati aktın və xx.xx.2025-ci il tarixli 64/02 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən sənədlər əsasında onun 557,24 manat borcunun olmasından İcra şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişini əldə etdiyi zaman məlumatlı olmuşdur. xx.xx.2020-ci ildə şifahi məlumat əldə etmişdir. Daha əvvəl cavabdeh tərəfindən ona rəsmi qaydada heç bir sənəd göndərilməmiş, borcu olması barədə məlumatlı olmamışdır. Yalnız 2023-cü ilin avqust ayında Bələdiyyənin hüquqşünası ilə telefon danışığı zamanı əsasında onun Vergi Məcəlləsinin 199.14-cü maddəsinin tələblərinə əsasən mikro sahibkarlıq subyekti olması əsası ilə əmlak vergisindən azad olmalar və güzəştlərin ona tətbiq edilməsinə dair cavabdehə müraciəti zamanı əlaqə saxlanılmışdır. Sonrakı dövrdə barəsində aparılmış icraatdan məlumatsız olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********0769 saylı, xx.xx.2024-cü il tarixli, **********510359 saylı və xx.xx.2025-ci il tarixli, **********126754 saylı tədiyə bildirişləri etibarsız hesab edilməli, xx.xx.2025-ci il tarixli inzibati akt və xx.xx.2025-ci il tarixli, 64/02 saylı qərar ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən həmin sənədlərin ona rəsmi təqdim edilməməsi əsası ilə onlar hüquqi qüvvəyə malik deyildir. Həmçinin, tədiyyə bildirişi verilmədən vergitutma həyata keçirilə bilməz. Eyni zamanda, ondan ötən dövrlər üçün və 2025-ci il üçün vergi, o cümlədən, borc üçün maliyyə sanksiyası tələb edilir. Halbuki qanunvericiliyin tələblərinə əsasən son 3 il üçün vergi tutulmasına yol verilir. İddiaçıya tədiyyə bildirişi təqdim edilmədən borc, cərimə və faizlər hesablanmış, mikrosahibkarlıq subyekti kimi əmlak vergisindən azad edilməsi barədə rəsmi müraciət etməsinə baxmayaraq ona tətbiq edilməmiş, pensiyaçı olaraq ona güzəştlər tətbiq edilməmiş, xx.xx.2025-ci il tarixli aktda tədiyyə bildirişinin ona verilməsi və onun ödənişdən yayınması əsassız şəkildə qeyd edilmiş, cavabdeh 2025-ci ildə hesablanmış vergini əsassız şəkildə müvafiq qaydada tələb etmiş tədiyyə bildirişləri qanunun tələbini pozmaqla tərtib edilmiş, müvafiq məlumatlandırma qanunvericiliyə uyğun aparılmamış, verginin necə hesablanması əks olunmamış və cavabdeh iddiaçının öhdəliyini 2022-ci ildən hesablanması əsaslarını qeyd etməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia “tədiyyə bildirişlərinin və xx.xx.2025-ci il tarixli inzibati aktın etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İşdən göründüyü kimi iddiaçı hazırda Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, **********0769 saylı, xx.xx.2024-cü il tarixli **********510359 saylı və xx.xx.2025-ci il tarixli **********126754 saylı tədiyə bildirişlərinin ləğv edilməsini məhkəmədən xahiş edir. Sözügedən tədiyə bildirişləri ilə iddiaçıya ümumilikdə 557,24 manat vergi borcunun olması bildirilmiş və həmin borcların ödənilməsi tələb edilmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da görünür ki, Bakı şəhəri Cavabdeh vergi borcunun ödənilməsinə dair tədiyə bildirişi inzibati akt deyil, məcburi hüquq və vəzifələr yaratmır. Həmin bildiriş sadəcə olaraq mahiyyətcə məlumatlandırıcı xarakter daşıyır. Bu səbəbdən həmin bildirişin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. Eyni zamanda iddiaçının “xx.xx.2025-ci il tarixli inzibati akt” kimi mübahisələndirdiyi sənəd cavabdehin əmdaşlarının iştirarı ilə sadəcə “akt” şəklində tərtib edilmişdir. Həmin aktda iddiaçının vergi borcunu ödəməkdən yayındığı üçün barəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Həmin akt onu tərtib etmiş şəxslər tərəfindən “inzibati akt” adlandırılsa da, mahiyyətcə inzibati aktlar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermədiyi üçün inzibati akt hesab edilə və inzibati qaydada mübahisələndirilə bilməz. Çünki həmin akt iddiaçı üçün hər hansı öhdəliklərin yaranmasına səbəb olmur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tədiyyə bildirişlərinin etibarsız hesab edilməsi, inzibati aktın və qərarın ləğv edilməsi” barədə iddiası tədiyyə bildirişlərinin və “xx.xx.2025-ci il tarixli inzibati akt”ın etibarsız hesab edilməsi hissəsində mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tədiyyə bildirişlərinin və etibarsız hesab edilməsi, inzibati aktın və qərarın ləğv edilməsi” barədə iddiası “tədiyyə bildirişlərinin və “xx.xx.2025-ci il tarixli inzibati akt”ın etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar