Məhkəmə qərarları › İş №2-1(112)-1098/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1098/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1098/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X4 və X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və hüquqi yardım üzrə vəkil xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin xx xxx 2020-ci il tarixli, **********0 əmrinin ləğv edilməsi, İddiaçı dövlət qulluğuna bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş) yüz manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2015-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahanı Mərkəzinin təşkil etdiyi dövlət qulluğu imtahanlarında iştirak edərək, test imtahanından və daha sonra şifahi müsahibədən uğurla keçmişdir. 2016-cı ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Astara Rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda inzibati vəzifə kateqoriyası üzrə baş məsləhətçi təyin olunmuşdur. 2 il ərzində həmin fondda işləmiş və işlədiyi müddət ərzində heç bir töhmət almamışdır və bütün işçilərin rəğbətini qazanmışdır. Yeni rəhbər 2018-ci ilin sentyabrında 3-də təsdiq olunduqdan sonra, iddiaçı ilə açıq-aşkar şəxsi münasibətlərdə qərəzlik eləməyə başlamış, bununla belə iddiaçı yenə öz vəzifələrini layiqincə icra elməyə çalışmışdır. Lakin, bəzi hallarda İddiaçı ondan asılı olmayan səbəblərdən problemlərlə rastlaşmışdır. Belə ki, İddiaçı yoxlamağa getdiyi ailələrin ailə tərkibi və sayı, ümumiyyətlə, yoxlanılacaq ailələr barədə rəhbərliyin yaratdığı maneəlerdən asılı olaraq heç bir məlumatı olmurdu. Belə halların birində iddiaçı yoxlamada olduğu zaman özünü təmsilçi kimi təqdim edən qadından şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin qadın vəsiqənin özündə olmadığını bildirmişdir. Qadının iddiaçıya, ailənin 4 nəfərdən ibarət olduğu və bir uşağın talasimiya xəstəsi olduğu barədə məlumat verilmişdir. Məlumat üçün bildirmək lazımdır ki, İddiaçı əvvəllər həmin vətəndaşı tanımayıb və onunla heç bir ünsiyyəti olmamışdır. İddiaçı ona təqdim olunmuş məlumatları aktda qeyd etmişdir. Nə müayinə zamanı, nə də sonradan vətəndaşın Eyvazov Günaydan heç bir şikayəti olmayıb və onun vətəndaşdan heç bir təminatı olmamışdır. Sonradan onun əldə etdiyi məlumatlara əsasən, Qurbanzadə Uğur Əlövsət oğlu ondan Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyinə təqdimat yazıb. Lakin qeyd etmək lazımdır ki, İddiaçı heç bir zaman şöbə müdirinin və sektor müdirinin tapşırıqlarına laqeyd münasibət göstərməmişdir. X16 və Qurbanzadə Uğur dəfələlərlə İddiaçıı sektordan uzaqlaşdıracaqları barədə məlumat vermişdir. Çünki, İddiaçı vətəndaşlar tərəfindən ünvanlı sosial yardımla bağlı Vemtasa ötürülən müraciətlərin evlərdə müayinəsinin vaxtında icra olunmamasını onlara bildirmişdir. İddiaçı əsas vəzifələrindən biri ünvanlı dövlət sosial yardımı üzrə ailələrin maddi-məişət şəraitlərinin sistemini yoxlanmasıdır. Lakin həmin sistemi yoxlamağa sonradan ona icazə verməyiblər və bundan sonra demək olar ki, ona heç bir iş verilmirdi, sadəcə ona işlər çox olduğundan vətəndaşların ad, soyad haqqında məlumatları işləmək verilirdi, digər məlumatları, yəni onların maddi vəziyyəti haqqında sistemdə olan digər məlumatları görmürdü. İddiaçı bir neçə dəfə təqdimat yazılmış, lakin onu vəzifəsindən kənarlaşdırmağa nail ola bilməmişlər. Uğur Qurbanzadə vəzifəyə gəldikdən sonra 2019-cu ilin oktyabrda İddiaçı haqqında təqdimat yazmış halbuki, təqdimat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməli olduğu halda Astara rayon DSMF-dən verilmişdir və töhmətdə prosessual qaydalar ciddi şəkildə pozulmuşdur. 2020-ci ilin mayın 20-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin **********0 əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Sonda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin xx xxx 2020-ci il tarixli, **********0 əmrinin ləğv edilməsi və İddiaçı dövlət qulluğuna bərpa edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş) yüz manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xx xxx 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxx 2020-ci il tarixli **********4 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, Fondun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi İddiaçı ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşların maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı ciddi nöqsanlara yol vermişdir. Belə ki, o, X3 təmsilçisi olduğu ailənin maddi məişət şəraitinin müayinəsini keçirərkən, müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmışdır və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktda qeyd etmişdir. Müayinənin nəticəsi barədə əsaslı şübhələr yarandığından yenidən sektor müdiri X5 iştirakı ilə vətəndaşın qeydiyyatda olduğu qaynatasının evində müayinə təşkil edilmişdir. X3 qaynatası Səyasət Həsənov gəlini və oğlunun ailə üzvləri ilə birgə Xırdalan şəhərində kirayədə yaşadığı məlum olmuşdur. Əlavə olaraq Astara rayonu Kakalos kənd icra nümayəndəliyinin verdiyi arayışa əsasən vətəndaşın həqiqətən də “Ərizə-bəyannamə”də göstərilən ünvanda yaşamadığı müəyyən olunmuşdur. Həmçinin, təmsilçinin aliment alması ilə bağlı elektron bazada qeyd etdiyi məlumatların da həqiqiliyi öz təsdiqini tapmamış və heç bir məhkəmə qərarı aşkarlanmamışdır. Təmsiliçnin rəsmi nikahı olmadığı halda “Ərizə-bəyanmədə”də göstərilən ünvanda yaşamadığı müəyyən olunmuşdur. Təmsilçinin rəsmi nikahı olmadığı halda “Ərizə-bəyannamə”də ərinin onunla yaşamasını gizlətmək üçün aliment alması barədə həqiqətə uyğun olmayan məlumat qeyd etmişdir, lakin İddiaçı bu halın doğruluğunu araşdırmamışdır. Fondun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elçin Məlikov yaranmış vəziyyətlə əlaqədar həmin sektorun baş məsləhətçisi İddiaçı izahat yazmağını tələb etsə də onun bundan imtina etdiyi göstərilmişdir. Göründüyü kimi iddiaçı vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildiyi üçün işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiqinə mane olmur. Bununla bağlı iddaçının yazılı izahatı alınmışdır. Təqdim edilmiş materiallardan göründüyü kimi baş vermiş hadisə ilə bağlı ilk öncə sektor müdiri X9 xx.xx.2019-cu il tarixdə Fondun Astara rayon şöbəsinin müdirinə məlumatlandırmış. Şöbə müdiri bu barədə xx.xx.2019-cu il tarixli **********4 nömrəli xidməti məruzə ilə Fondun mərkəzi Aparatına məlumat vermişdir. Öz növbəsində Fondun direktoru “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.11-ci yarımbəndini əsas götürərərək xx xxxxxx 2019-cu il tarixli **********2 nömrəli əmri ilə xidməti araşdırma təyin etmişdir. Xidməti araşdırmanın nəticəsi Fondun direktoru tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.9-cu yarımbəndinə uyğun olaraq xx xxx 2020-ci il tarixli **********4 nömrəli yazılı məruzə ilə Nazirliyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən işəgötürən qismində dövlət orqanının rəhbəri İddiaçı barəsində intizam tənbehi tədbiri tətbiq edərək işdən azad etmişdir.İddiaçı fərqli vaxtlarda fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar ona Nazirliyin xx xxxxxx 2018-ci il tarixli **********1 nömrəli əmri ilə töhmət verilmişdir İddiaçı töhmət verilməsində əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxx 2018ci il tarixli **********5 nömrəli yazılı məruzəsi olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun həmçinin, əlavə olaraq izahat verərək bildirmişdir ki, bir dövlət qulluqçusu kimi iddiaçıya intizam tənbehi bunun üçün əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən müddət pozulmuş, həmçinin, Nazirlik tərəfindən xidməti araşdırma həyata keçirilməli olduğu təqdirdə iddiaçı barəsində xidməti araşdırma qanunvericiliyin tələbləri pozulmaqla DSMFnun direktorunun əmri ilə həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etirazda və etiraza əlavədə göstərilən məzmunda, həmçinin əlavə izahat verərək bildirmişlər ki, Dövlət qulluğu haqqında Qanunun 25.5-ci maddəsinin tələbləri pozulmamış, iddiaçı barəsində xidməti araşdırmanın getdiyi müddət qeyd edilən 1 aylıq müddətə daxil edilmir. Həmçinin, DSMF-nun xidməti araşdırmaq səlahiyyəti mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 5.6.9-cu yarımbəndinə əsasən Fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Həmin Əsasnamənin 5.6.11-ci yarımbəndinə əsasən Fondun işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia tələbi ilə iddiaçı əmrin ləğvi, dövlət qulluğuna bərpa edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş pulun cavabdehdən tutularaq ödənilməsini xahiş edir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixlidir, iddiaçı hazırki iddia tələbi ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlər: - xx.xx.2019-cu il tarixli **********8 saylı Elçin Məlikov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri Uğur Qurbanzadəyə xidməti məruzəsindən görünür ki, ünvan 1 olan X2 ünvanlı dövlət sosial yardımı ilə bağlı \/EMTAS-a elektron qaydada müraciətinə əsasən Şöbənin Sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi İddiaçı tərəfindən ailəsinin maddi-məişət şəraitinin müayinəsi keçirilmişdir. Müayinə zamanı təmsilçi ailəsi ilə birgə Bakı şəhərində yaşamasına baxmayaraq, anasının iştirakı ilə akt tərtib edilmiş və anasına imza etdirmişdir. Təmsilçinin əri ilə rəsmi nikahı olmaması və məhkəmə qərarı olmadan aliment alan şəxs kimi məlumatları təhrif edilmiş və ünvanda yaşaması qeyd edilmişdir. Müayinənin nəticəsi şübhə doğurduğundan təmsilçinin qeyd etdiyi ünvanda yenidən müayinə təşkil edilmiş və həmin ünvanda ailənin yaşamadığı, qayınatasının evi olduğu və qayınatası Səyasət Həsənovun akta əlavə etdiyi kimi Ş.Rzayeva əri Elnur Həsənovla rəsmi nikahı olmasa da ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı məlum olmuşdur. Keçirilmiş müayinənin nəticəsi olaraq Sektorun baş məsləhətçisi İddiaçı işinə laqeyd yanaşmasını, vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməsini nəzərə alaraq barəsində ciddi tədbirlər görülməsi xahiş edilmiş, bundan əlavə İddiaçı məsələ ilə bağlı yazılı izahat tələb etsə də izahat verməkdən imtina etmiş və Dövlət qulluqçularının etik və davranış qaydaları haqqında Qanunun tələblərini kobud şəkildə pozaraq işlərini yoxlatdırmaqla hədələmiş və ondan şikayət edəcəyini bildirmişdir. - xx.xx.2019-cu il tarixli **********4 saylı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri X11 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru cənab Himalay Məmişova xidməti məruzəsindən görünür ki, Nazirlik yanında DSMF Astara rayon şöbəsinin sosial yardım və müavinətlər sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən X7 xx xxxxxxx 2019-cu il tarixli **********8 saylı xidməti məruzəsində bildirmişdir ki, həmin sektorun baş məsləhətçisi İddiaçı Ünvanlı Dövlət Sosial Yardımla bağlı vətəndaşların maddi-məişət müayinəsinin keçirilməsində ciddi nöqsanlara yol vermiş, ünvan 1 olan X2 VEMTAS-a müraciətinə əsasən qeyd etdiyi ünvanında müayinə keçirərək təmsilçinin iştirakı olmadan anasına təmsilçinin adından saxta imza etdirmiş və elektron sistemdəki məlumatları eynilə akta qeyd etmişdir.Müayinə nəticəsi əsaslı şübhələr yaratdığı üçün yenidən Sektor müdirinin iştirakı ilə vətəndaşın qeydiyyatda olduğu qaynatasının evində müayinə təşkil edilmiş və qaynatası Səyasət Həsənov gəlini və oğlunun ailə üzvləri ilə birgə Xırdalan şəhərində kirayədə yaşadığını bildirmişdir.Bundan əlavə yerli icra nümayəndəliyinin verdiyi arayışa əsasən vətəndaşın həqiqətən də ünvanda yaşamadığı müəyyən olunmuşdur.Təmsilçinin aliment alması ilə bağlı elektron bazada qeyd etdiyi məlumatların da həqiqiliyi öz təsdiqini tapmamış və heç bir məhkəmə qərarı aşkarlanmamışdır.Təmsilçinin əri ilə rəsmi nikahı olmadığını və ərizə bəyannamədə ərinin bəyan edilməməsini ört-basdır etməkdən ötrü aliment aldığını qeyd etmiş və İddiaçı bu halın rəsmiliyini araşdırmamışdır. E.Məlikov yaranmış vəziyyətlə əlaqədar tabeliyində olan baş məsləhətçi İddiaçı yazılı izahat tələb etsə də o bundan imtina etmiş və sektor müdirini işlərini yoxlatdırması ilə hədələmiş, “Dövlət qulluqçularının etik davranış qaydalarını haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozmuşdur. E.Məlikov İddiaçı ilə bağlı ciddi tədbir görülməsini xahiş etmişdir. E.Məlikovun xidməti məruzəsi ilə əlaqədar İddiaçı dəvət edib yazılı izahat tələb etsə də heç bir izahat verməyəcəyini bildirmiş və imtina etmişdir. İddiaçı qanunsuz əməlləri ilə bağlı bir-neçə dəfə xidməti məruzə verdiyini, sektor müdiri E.Məlikovun xidməti məruzəsini nəzərə alaraq onun vəzifə funksiyalarının icrası zamanı yol verdiyi kobud nöqsanlara görə, işinə səhlənkar yanaşdığına görə ciddi tədbir görməyini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2019-cu il tarixli № **********2 saylı xidməti araşdırmanın aparılması haqqında əmrin surətindən görünür ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.6.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı xidməti fəaliyyətinin araşdırılması, xidməti araşdırmanın aparılması X8 nəzarət və struktur bölmələrlə iş şöbəsinə həvalə edilməsi və əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli xidməti məruzi qeyd edilmişdir. - xx xxx 2020-ci il tarixli № **********4 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab X14 əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) Fondun Astara rayon şöbəsinin müdiri Uğur Qurbanzadə tərəfindən şöbə əməkdaşının fəaliyyətində yol verdiyi nöqsanlar barədə daxil olmuş xidməti məruzə Fondda araşdırılmışdır. Xidməti məruzədə qeyd edilir ki, Fondun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi İddiaçı ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşların maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı ciddi nöqsanlara yol vermişdir. Belə ki, o, X3 təmsilçisi olduğu ailənin maddi məişət şəraitinin müayinəsini keçirərkən, müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmışdır və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktda qeyd etmişdir. Müayinənin nəticəsi barədə əsaslı şübhələr yarandığından yenidən sektor müdiri X5 iştirakı ilə vətəndaşın qeydiyyatda olduğu qaynatasının evində müayinə təşkil edilmişdir. X3 qaynatası Səyasət Həsənov gəlini və oğlunun ailə üzvləri ilə birgə Xırdalan şəhərində kirayədə yaşadığını bildirmişdir. Əlavə olaraq Astara rayonu Kakalos kənd icra nümayəndəliyinin verdiyi arayışa əsasən vətəndaşın həqiqətən də “Ərizə-bəyannamə”də göstərilən ünvanda yaşamadığı müəyyən olunmuşdur. Həmçinin, təmsilçinin aliment alması ilə bağlı elektron bazada qeyd etdiyi məlumatların da həqiqiliyi öz təsdiqini tapmamış və heç bir məhkəmə qərarı aşkarlanmamışdır. Təmsilçinin rəsmi nikahı olmadığı halda “Ərizə-Bəyannamə”də ərinin onunla yaşamasını gizlətmək üçün aliment alması barədə həqiqətə uyğun olmayan məlumat qeyd etmişdir, lakin İddiaçı bu halın doğruluğunu araşdırmamışdır. Fondun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elçin Məlikov yaranmış vəziyyətlə əlaqədar həmin sektorun baş məsləhətçi İddiaçı izahat yazmağını tələb etsə də o, bundan imtina etmişdir. Məsələ ilə əlaqədar araşdırma aparılmış və İddiaçı izahatı tələb edilmişdir. İddiaçı izahatında onun tərəfindən maddi-məişət şəraitinin müayinəsi keçiriləcək ailə haqqında əvvəlcədən heç bir məlumatının olmadığını qeyd etmişdir. Həmçinin, ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı “Ərizə-Bəyannamə”də adı qeyd olunmuş təmsilçini nüəyyən etmək üçün ailənin təmsilçisi kimi özünü təqdim edən qadından şəxsiyyət vəsiqəsi tələb etdiyini, lakin qadın şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün həmin qadının “Ərizə- Bəyannamə”də adı qeyd olunmuş vətəndaş olduğu hesab etdiyini qeyd etmişdir. Bundan əlavə olaraq Fondun Astara rayon şöbəsinin müdiri Uğur Qurbanzadə tərəfindən fərqli vaxtlarda İddiaçı fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar Fonda xidməti məruzələr daxil olmuşdur və ona xx xxxxxx 2018-ci il tarixli **********1 nömrəli əmrlə töhmət verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Fondun Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi İddiaçı barəsində ciddi intizam tənbeh tədbirinin görülməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli xx xxx 2020-ci il tarixli İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Əmrdən göründüyü kimi “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı xx xxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxx 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxx 2020-ci il tarixli **********4 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. İş üzrə araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli № **********1 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən, əmək funksiyalarının icrasında yol verildiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmiş. Əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri H.lmanovun xx xxxxxxx 2018-ci il tarixli **********8 nömrəli və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Z. Babayevin xx xxxxxxx 2018-ci il tarixli **********5 nömrəli məktubu qeyd edilmişdir. Beləliklə, iş materiallarından və işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir, cavabdehin xx xxx 2020-ci il tarixli əmri ilə onunla xx.xx.2017-ci ildə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, cavabdehin xx xxx 2020-ci il tarixli, **********0 saylı əmrinin ləğv edilməsini, əmrin ləğvi nəticəsində dövlət qulluğuna bərpa edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, ünvanlı sosial yardım ilə bağlı vətəndaşın maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmış və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktda qeyd etmişdir. Müayinənin nəticə barədə əsaslı şübhələr yarandığından, yenidən müayinə təşkil edilmiş, vətəndaşın həmin yaşayış sahəsində deyil, başqa şəhərdə yaşadığı məlum olmuşdur. Həmçinin, iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının fərqli vaxtlarda fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar ona cavabdeh inzibati orqanın xx xxxxxx 2018-ci il tarixli **********1 nömrəli əmri ilə töhmət verilmişdir. İddiaçı Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə araşdırması zamanı qeyd etdiyi “dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, Dövlət qulluğu haqqında Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İş üzrə araşdırma zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildi ki, iddiaçının vətəndaşın maddi-məişət şəraitinin müayinəsi zamanı yol verdiyi pozuntu, həmin vətəndaşın təkrar maddi-məişət şəraitinin yoxlanılması zamanı-xx.xx.2019-cu il tarixində aşkar edilmiş, Dövlət Sosial Müdafiə Fondunun direktorunun xx xxxxxx 2020-ci il tarixli **********2 saylı Əmri ilə iddiaçının xidməti fəaliyyətinin araşdırılması başlanılmış, DSMF-nun Astara rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli əmri ilə növbəti məzuniyyətə buraxılmış, xidməti araşdırma çərçivəsində iddiaçıdan və DSMF-nin Astara rayon şöbəsinin Sosial yardım və müavinətlər sektorunun müdirindən izahatlar alınmış, xidməti araşdırmanın nəticəsində Fondun direktorunun xidməti məruzəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli xx xxx 2020-ci il tarixli İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Əmri ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, barəsində danışılan hadisə aşkar edildiyi vaxtdan (xx.xx.2019-cu il) 1 ay keçməmiş xidməti araşdıma başlanılmış (xx.xx.2019-cu il), xidməti araşdırma müddəti Qanunun tələb etdiyi 1 aylıq müddətə daxil edilmir. Xidməti araşdırma yekunlaşdırdan sonra xx xxx 2020-ci il tarixdə DSMF-nin direktoru Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xidməti məruzə ünvanlamış və xx xxx 2020-ci il tarixində iddiaçının mübahisələndirdiyi əmr qəbul edilmişdir. Məhkəmə iddiaçının DSMF-nin xidməti araşdırma aparmaq səlahiyyətinin olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 5.6.9-cu yarımbəndinə əsasən Fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Belə olan halda Məhkəmə hesab edir ki, DSMFnun yerli orqanı sayılan Astara rayon Şöbəsinin əməkdaşı barədə xidməti araşdırma aparmaqda DSMF səlahiyyətli olmuşdur. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə ididaçının hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi tələbi əsassız olduğundan, bu hissədə də tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və hüquqi yardım üzrə vəkil xərcinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və hüquqi yardım üzrə vəkil xərcinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov küç, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar