Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10987/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndə(lər)si X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “vergi borcunun silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkadına yaranan 180 manat pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdən sentyabr ayından 2021-ci il tarixinə kimi Nəqliyyat Nazirliyinin tabeçiliyində olan London taksi qarajında sürücü kimi işləmişdir. İşlədiyi müddətdə iddiaçının əmək haqqından Sosial Müdafiə Fonduna pul tutulurdu. 2024-cü ilin mart ayında banka kart almaq üçün müraciət etmişdir, orada iddiaçıya məlum olmuşdu ki, onun Əmək və Əhalinin Sosial Müdafiə Fonduna 180 manat borcu var. İddiaçıya bildirdilər ki, taksi fəaliyyəti ilə məşğul olduqda adına VÖEN olub, həmin borc da oradan yaranıb. İddiaçının əmək haqqından, hər ay Əmək və Əhalinin Sosial Müdafiə Fonduna pul tutularaq ödənilib. Sonradan iddiaçı ərizə ilə Fonda müraciət etdikdə, ərizəyə cavab olaraq bildirmişdirlər ki, iddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2006-cı ilin 1 yanvar ayından, 2018-ci il 1 aprel tarixinədək ödənilməmiş MDSSH borcu var.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə yazılı vəsatət təqdim olunaraq İddiaçı “onun adına yaranmış 180 manat pul borcunun silinməsi”nə dair iddia tələbi üzrə Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir.
5. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunan yazılı mülahizədə qeyd edilmişdir ki, İddiaçı (FİN: xxxxxxx; SUN: **********5) oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Xidmət) qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, qeyd olunan iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciətində məcburi dövlət sosial sığorta haqqı üzrə 180,0 manat borcunun yarandığını bildirmiş və borcun araşdırılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Borclara baxış” bölümündə sığortaedənin 0730 fəaliyyət növünün kodunun (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində) məcburi dövlət sosial sığortası üzrə hesabatına əsasən sığortaedənin 185,5 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 131,0 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 54,5 manat) borcunun öz əksini tapdığı müəyyən edilmişdir. Aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci ildən etibarən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən “Bölüşdürülməmiş” və “FİN-ləşməmiş” hesablar bölümündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.az portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə “Şəxsi Kabinet” bölməsinin “Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim ediimişdir. Bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidmətinə həvalə edildiyindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar 2024-cü il 7 mart tarixli 3-17-1/2-56327/2024 nömrəli məktubla Xidmətə təqdim edilmişdir.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci ildən etibarən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən “Bölüşdürülməmiş” və “FİNləşməmiş” hesablar bölümündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.az portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə “Şəxsi Kabinet” bölməsinin “Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim edilmişdir. Müraciətlə bağlı bildirilir ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan “məcburi dövlət sosial sığorta haqları üzrə silinməli olan borc məbləğləri haqqında” məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2024-cü il 31 yanvar tarixli 1-1-23/2-R-288- 108/2024 nömrəli məktubla daxil olmuş fərdi sahibkar (sığortaedən) İddiaçı (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə silinməli olan borc məbləğləri ilə bağlı müraciətinə baxılmışdır. Müraciətlə bağlı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar təqdim edilmişdir. Sığorta VÖEN Fəaliyy Sığortaedənin Silinməli borclar DSMF tərəfindən Silinəcək borclar edənin ət xx.xx.2018-ci il tarixinə silinmiş borclar adı növünü yaranmış borcu n kodu MDS Peny Digər 2006 2015 2015 2006 2015 2015 2006 2015 2015 SH a və -cı -ci -ci -cı -ci -ci -cı -ci -ci maliy ilin 1 ilin 1 ilin 1 ilin 1 ilin 1 ilin 1 ilin 1 ilin 1 ilin 1 yə yanv yanv yanv yanv yanv yanv yanv yanv yanv sank ar ar ar ar ar ar ar ar ar siyas tarixi tarixi tarixi tarixi tarixi tarixi tarixi tarixi tarixi ı nə nədə ndən nə nədə ndən nə nədə ndən yara k yara yara k yara yara k yara nmış yara nmış nmış yara nmış nmış yara nmış və nmış və və nmış və və nmış və 2018 və 2018 2018 və 2018 2018 və 2018 -ci 2018 -ci -ci 2018 -ci -ci 2018 -ci ilin 1 -ci ilin 1 ilin 1 -ci ilin 1 ilin 1 -ci ilin 1 aprel ilin 1 aprel aprel ilin 1 aprel aprel ilin 1 aprel tarixi aprel tarixi tarixi aprel tarixi tarixi aprel tarixi nədə tarixi nədə nədə tarixi nədə nədə tarixi nədə k nədə k k nədə k k nədə k ödəni k ödəni ödəni k ödəni ödəni k ödəni lməm ödəni lməm lməm ödəni lməm lməm ödəni lməm iş lməm iş iş lməm iş iş lməm iş MDS iş məcb MDS iş məcb MDS iş məcb SH məcb uri SH məcb uri SH məcb uri borcl uri dövlə borcl uri dövlə borcl uri dövlə arı dövlə t arı dövlə t arı dövlə t t sosia t sosia t sosia sosia l sosia l sosia l l sığor l sığor l sığor sığor tası sığor tası sığor tası tası qayd tası qayd tası qayd qayd aları qayd aları qayd aları alrını nın alrını nın alrını nın n pozul n pozul n pozul pozul ması pozul ması pozul ması ması na ması na ması na na görə na görə na görə görə tətbiq görə tətbiq görə tətbiq tətbiq edilm tətbiq edilm tətbiq edilm edilm iş edilm iş edilm iş iş maliy iş maliy iş maliy maliy yə maliy yə maliy yə yə sank yə sank yə sank sans siyal sans siyal sans siyal ksiya arı ksiya arı ksiya arı sı və (hes sı və (hes sı və (hes peny ablan peny ablan peny ablan a mış a mış a mış borcl peny borcl peny borcl peny arı a arı a arı a üzrə üzrə üzrə borcl borcl borcl ar ar ar 90%, 90%, 90%, 70%. 70%. 70%. 50%) 50%) 50%) İddiaçı ********** 0730 131 54,5 0,00 0,00 10,9 0,00 0,00 0,00 0,00 0,00 10,9 0,00 0 2 2
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, borcu barədə 2024-cü ilin mart ayında məlumatı olmuşdur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən üçüncü şəxsin nümayəndəsi (X3) yazılı mülahizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, İddiaçı MDSHH və maliyyə sanksiyası borcu 2012-ci il tarixində yaranmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən yalnız 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borclarının silinməsi nəzərdə tutulmuşdur. İddiaçı əsas (MDSSH) borcu olan 131 manat isə 2012-ci il tarixdə yarandığı üçün silinməsi mümkün olmamışdır. Həmin Qanuna əsasən məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyası (penya borcları) isə 2015-ci ilin 1 yanvar tarixinədək yarandıqda və 2018-ci ilin 1 aprel tarixinədək ödənilmədikdə silinir. İddiaçı ümumi 54.50 manat maliyyə sanksiyasının 10,42 manat hissəsi 2015-ci ilin 1 yanvar tarixinədək yarandığına və 2018-ci ilin 1 aprel tarixinədək ödənilmədiyinə görə silinməsi ilə bağlı Dövlət Vergi Xidmətinə məktub ünvanlanmışdır, lakin maliyyə sanksiyasının digər hissəsi həmin kateqoriyaya aid olmadığından silinməsi mümkün deyil. Nəticə etibarilə, hazırda İddiaçı 131 manat MDSSH, 54,50 manat penya (maliyyə sanksiyası) və 10,92 manat silinməli borcu vardır. Eyni zamanda bildirdi ki, maliyyə sanksiyasının tətbiq edilməsi zamanı hər hansı qərar qəbul edilmir, sanksiya müəyyən olunduqda sistemlə bununla bağlı məlumat əks olunur.
İİ. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
13. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı 180 manat məbləğində ödənilməmiş MDSSH borcunun silinməsini tələb etmişdir.
14. Məhkəmə ilk növbədə müəyyən edir ki, hazırda İddiaçı tərəfindən mübahisələndirilən MDSSH borcu şəxsin 2011-2021-ci il tarixlərində sürücü kimi işlədiyi dövrdə yaranmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunan cədvələ əsasən isə müəyyən olunur ki, sığortaedənin (iddiaçı) xx.xx.2018-ci il tarixə 131 manat MDSSH, 54,50 manat penya (maliyyə sanksiyası) borcu mövcuddur və 10,92 manat penya (maliyyə sanksiyası) silinəcək borc olaraq müəyyən edilmişdir.
15. İddiaçı münasibətdə yaranmış MDSSH və maliyyə sanksiyası (penya) barədə məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı MDSHH və maliyyə sanksiyası borcu 2012-ci il tarixində yaranmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən yalnız 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş MDSSH borclarının silinməsi nəzərdə tutulmuşdur. İddiaçı əsas (MDSSH) borcu olan 131 manat isə 2012-ci il tarixdə yarandığı üçün silinməsi mümkün olmamışdır. Həmin Qanuna əsasən məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sansksiyası (penya borcları) isə 2015-ci ilin 1 yanvar tarixinədək yarandıqda və 2018-ci ilin 1 aprel tarixinədək ödənilmədikdə silinir. İddiaçı ümumi 54.50 manat maliyyə sanksiyasının 10,42 manat hissəsi 2015-ci ilin 1 yanvar tarixinədək yarandığına və 2018-ci ilin 1 aprel tarixinədək ödənilmədiyinə görə silinməsi ilə bağlı Dövlət Vergi Xidmətinə məktub ünvanlanmışdır, lakin maliyyə sanksiyasının digər hissəsi həmin kateqoriyaya aid olmadığından silinməsi mümkün deyil. Nəticə etibarilə, hazırda İddiaçı 131 manat MDSSH, 54,50 manat penya (maliyyə sanksiyası) və 10,92 manat silinməli borcu vardır.
16. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanunu: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
17. Məhkəmə İddiaçı münasibətdə 131 manat MDSSH borcunun silinməsinin mümkünsüzlüyü ilə bağlı üçüncü şəxsin dəlilləri ilə razılaşır. Belə ki, 1) İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 131 manat borcu 2011-2021-ci il tarixlərdə (2006-cı ilin 1 yanvar tarixindən sonra) yarandığından Qanunun 1-ci maddəsində qeyd olunan borclar kateqoriyasına daxil edilmir və silinməsi mümkün deyil. 2) İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 54,50 manat maliyyə sanksiyasının (hesablanmış penyanın) 10,92 manat hissəsi 2012-ci il tarixdə (2015-ci ilin 1 yanvar tarixinədək) yarandığı və bugünədək ödənilmədiyi üçün Qanunun 2-ci maddəsinə əsasən silinəcək borc olaraq nəzərə alınmışdır.
18. Məhkəmə hesab edir ki, hazırki iş üzrə 54,50 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının (hesablanmış penyanın) tam şəkildə silinməsinin mümkünlüyü qiymətləndirilməlidir.
19. “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə (Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları) əsasən Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: ...sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;
20. Maliyyə sanksiyası tətbiq edilərkən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına əsasən: 7.15. DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. 8.7. Sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. 9.21. Müzakirələrdə sığortaedən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları təsdiq olunduqdan sonra DSMF orqanının qərarı (Əlavə №16) əsasında sığortaedənə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə tələbnamə (Əlavə №17) göndərilir. DSMF orqanının qərarının surəti və tələbnamə sığortaedənə və ya onun nümayəndəsinə qərarın çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. DSMF orqanının qərarının surəti və tələbnaməsi sığortaedənin və ya onun nümayəndəsi tərəfindən bilərəkdən qəbul edilmirsə, bu sənədlər onların sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab olunur. X5 №16 olaraq Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında Qərarın nümunəsi təsdiq edilmişdir.
21. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
22. Beləliklə, sığorta edənə maliyyə sanksiyasının tətbiqi inzibati aktın qeyd edilən xüsusiyyətlərinə malikdir.
23. “İnzibati icraat haqqında” Qanundan: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
24. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş (“İnzibati icraat haqqında” Qanunun 57.3 və 57.5-ci maddələri), yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz.
25. Hazırkı işin hallarına uyğun olaraq maliyyə sanksiyasının tətbiqinin inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə müəyyən edilməsi və iddiaçıya münasibətdə hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyası faktiki hərəkətlərlə həyata keçirilmişdir.
26. Məhkəmənin qeyd edilən qənaəti həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadadına əsaslanır.
27. Həmin qərardadda ifadə edilən mövqeyə əsasən:
37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
28. Beləliklə, məhkəmə hesab edir ki, maliyyə sanksiyasının tətbiqinə dair həmin faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdirir. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.
29. Təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 57-ci maddəsinə (Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları) əsasən maliyyə sanksiyası vergi orqanının rəhbərinin (onun müavininin) qərarı ilə tətbiq edilir.
30. Digər tərəfdən məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyalarını müəyyən edən “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.
31. 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 9-1-ci maddə əlavə edilmişdir. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
33. Odur ki, qeyd edilən həcmdə və həmin maddəyə əsaslanan maliyyə sanksiyasının tətbiqi əsası hazırda mövcud deyildir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı münasibətdə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 54,10 manat maliyyə sanksiyasının (hesablanmış penyanın) silinməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva