Məhkəmə qərarları › İş №2-1(112)-1099/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1099/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1099/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı X9 və Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı xx.xx.2019-cu il tarixli şikayət ərizəsindəki tələblərinin Bakı şəhər İcra hakimiyyəti tərəfindən təmin edilməsi; xx.xx.2014 və xx.xx.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərarın (əmrsərəmcam-rəyi) verildiyi tarixdən ləğv edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin üzərinə cavabdeh-Sabunçu rayonu İcra hakimiyyətinə qarşı xüsusi icraat qaydasında mülki icraat üzrə məhkəmədə iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması və bununla Sabunçu rayonu İcra hakimiyyətinin xx.xx.2014 və xx.xx.2015-cı il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərarı-aktının (əmr-qərar- sərəmcam-rəy- aktı) məhkəmə yolu ilə verildiyi tarixdən ləğv edilməsi; hazırki iddia ərizəsində birləşdirdiyi cinayət tərkibli mülki qanun pozuntuları üzrə qanunsuz olaraq yolu və torpağı zəbt edən qanuni sahib olmayan X7 qarşı yolun açılması və qanunsuz tikililərin sökülməsi barədə qərarın qəbul edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin üzərinə mülki icraat qaydasında iddia qaldırılmasına məcburetmə barədə qərar çıxarılması; X4 qanunsuz itifadəsində olan torpağa, yolun qalan ərazisini qanunsuz özgəninkiləşdirən digər şəxslərin istifadəsində olan torpaqlara həbs qoyulması üçün Bakı şəhər İcra hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırmasına məcburetmə barədə qətnamə çıxarılması; bir-biri ilə bağlı hallar üzrə və qanunsuz qərar və hərəkətləri ilə dövlət mülkiyyətinin özgəninkiləşdirilməsində iştirak edən bir-biri ilə bağlı olan: a) Sabunçu rayonu polis idarəsinin, b) Sabunçu rayonu prokurorluğunun; c) Sabunçu rayonu İcra hakimiyyətinin; d) Nardaran qəsəbəsi Bələdiyyəsinin məsul şəxsləri; e) dövlətə məxsus torpaqları zəbt edərək ayrı-ayrı şəxslərə satan X3 barəsində cinayət xarakterli hərəkətlərini araşdıramaq üçün Bakı şəhər İcra hakimiyyətini hüquq mühafizə orqanları qarşısında iddia qaldırmağa məcburetmə barədə qərar çıxarılması; məcburetmə haqqında iddia vasitəsi kimi Bakı şəhər İcra hakimiyyətinin öhdəliklərinin icrası haqqında müddət müəyyən edən qərar qəbul edilməsi; iddiaçının təqdim etdiyi konkret faktları hüquqi əhəmiyyəti olan faktlar kimi qəbul edilərək, cavabdehə əsas faktlar kimi təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə X1 Ləhiş bağları massvində 5216 saylı bağın yanından keçən 3 küçəni birləşdirən yolu bağlayaraq və yolun ətrafındakı 15 sot ərazini hasarlayaraq üzərində ev tikintisinə başlamışdir. O, burada yolun mövcud olduğu barədə məlumatlı olmuş, eyni zamanda onun (iddiaçının) tərəfindən də bu barədə məlumatlandırılmış, şikayətlərə baxmayaraq ev tikintisini başa çatdırmışdır. Yol ərazisi hasarlanan ilk günündən- 2014, 2015, 2016, 2019-cu illər ərzində və hazırki vaxtadək Sabunçu rayonu İcra hakimiyyətinə, Bakı şəhər İcra hakimiyyətinə, AR Əmlak komitəsinə, AR Torpaq Komitəsinə və digər aidiyyati orqanlara 13 şikayət ərizəsi ilə müraciət etmiş, yolun açılmasını tələb etmişdir. Aidiyyati organlar, o, cümlədən Bakı şəhər İcra hakimiyyəti yolun zəbt olunduğunu, ərazinin qanunsuz hasarlandığını təsdiqləmiş, Sabunçu rayonu İcra hakimiyyətindən tikintinin dayandırılmasını, yolun açılmasım, təcili tədbirlərin görülməsini tələb etmişdir. Sabunçu rayonu İcra hakimiyyəti cavabında aidiyyati orqanlara və ona göndərdiyi cavabında yolun olmasını, açılmasının məqsədəuyğun hesab etmədiyi barədə qərar vermişdir. Rəsmi dövlət sənəd və sübutlarının özündə olmasına baxmayaraq qanunsuz qərar-aktını əsaslandırmaq üçün xx xxxxxx 1998-ci il N° 593-İQ saylı “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” AR Qanununu, Dövlətin rəsmi stinad etdiyi resursları (kartoqrafik, aerofotogeodezik xəritələr, Bakı şəhərinin ərazisinin Azərkosomosun peyk təsviri vasitəsilə ortofotolan, AR Torpaq Komitəsinin xəritələri, Əmlak Komitəsinin, özünün ərazi xəritələri) onun təqdim etdiyi, rəsmi plan, xəritə, çıxarışları sənəd hesab etməyərək, internetdən, əyləncə brauzeri olan “GOOGLE”dan ərazinin 3-4 il ərzində ğörüntüsünü çap edib bu dövlət blankındakı qərarına qoşaraq, rəsmi sənəd kimi ona və dövlət orqanlarına təqdim etmişdir. Yolun və torpağın qanunsuz olaraq zəbt olunması faktı digər aidiyyatı orqanların və Bakı şəhər İcra hakimiyyətinin özünün də təşkil etdiyi komisiyalar tərəfindən təsdiq olunmasına baxmayaraq Sabunçu rayonu İcra hakimiyyətinin bu qərar-aktları Bakı şəhər İcra hakimiyyəti tərəfindən qəbul olunmuşdur. Bakı şəhər İcra hakimiyyəti Sabunçu rayonu İcra hakimiyyətinin bu qanunsuz qərar-aktlarını ləğv etməmiş, yolun açılması üçün müvafiq tədbirlər həyata keçirməmişdir. 5 il ərzində tədbirlər görülməsini tələb etsə də nəticə olmamış, ev tikilib başa çatmış, hətta yolun qalan açıq hissəsi də ayrı-ayrı şəxslərə satılmışdır Sabunçu rayonu İcra hakimiyyətinin dövlətə məxsus mülkiyyətin, yol və torpaqların qanunsuz olaraq özgəninkiləşdirilməsi qərarına-aktına əsasən Sabunçu rayonu DİN və Sabunçu rayon prokurorluğu yolu bağlayan və bu torpağı zəbt edən X9, torpağı baba torpağı adı ilə satan X2, Nardaran Bələdiyyəsinə, Sabunçu rayonu İcra hakimiyyətinə qarşı cinayət işinin qaldırılmasını rədd etmişdir. Sabunçu rayonu İH-nin, Sabunçu rayon polis idarəsinin və Sabunçu rayon prokurorluğunun qərar və sərəncamları qanunsuz olmaqla bərabər Sabunçu rayonunda dövlət əmlakının özgəninkiləşdirilməsi məgsədi ilə dövlətin mülkiyyət hüquqlannə pozmuşdur. Dövlətdə ilk dəfə Sabunçu rayonunda “baba-torpağı” kateqoriyasında mülkiyyət kateqoriyasının olduğu qərarla, sərəncamla, aktla rəsmiləşdirmiş, rəsmi orqan adından “baba- torpağı” ilk dəfə mülkiyyət statusu kimi müəyyən edilmiş, qanuni sayılmışdır. Sabunşu rayon Polis idarəsinin qərarannda Cinayət yolu ilə zəbt olunan və hasara alman dövlət mülkiyyəti olan bağ torpaqlarını və yollarım satmaq üçün Nardaran Bələdiyyəsindən rəsmi sənəd əldə edildiyi, İcra hakimiyyətinin bu torpaqlar barədə dövlətə zidd qərar-akt verdiyi bəyan edilmişdir. Qeyd olunmalıdır ki, Sabunçu rayonu Ləhiş bağlar massivinin torpaqları 1970-ci illərin ortalarından başlayaraq 6-12 sot ölçüsü ilə Bakı şəhəri idarə və müəssisələrinin bağ kooperativlərinin üzvlərinə paylanmış torpaqlardır. Sahibləri tərəfindən özəlləşdirilməyən və baxımsız qalan Bağlar və torpaqlar Bağlar idarəsi 2007-ci ildə ləğv olunduqdan sonra (Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə AR Prezidentinin 2186 №li xx xxx 2007-ci il Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” AR Qanununun tələblərinə əsasən Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, əmlakı və arxivləri AR Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir) Dövlətin torpaq balansına, AR Əmlak komitəsinə verilmişdir. Bu torpaqların çox hissəsi mütəşəkkil cinayətkar qrup tərəfindən bir neçə şəxsin baba torpağı adı altında idarə etdikləri, alıb-satdıqları torpaqlardır. O, xx.xx.2019-cu il tarixdə Bakı ş. İcra hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edərək Nardaran Ləhiş bağları massvində Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən dövlət əmlakının qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı barədə bütün sənədləri, şəkil, xəritə, təsdiq olunmuş sxem və planları da əlavə etməklə Bakı şəhər İcra hakimiyyətinə daha bir şikayət ərizəsi göndərmişdir. Bakı şəhər İcra hakimiyyətindən şikayətləri əsasında cavabdehlərə qarşı məhkəmə iddiası qaldırmaq niyyətinin olub olmamasını bildirməyi tələb etmiş, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınması qaydalarına riayət etmişdir. xx.xx.2019-cu il tarixli Bakı şəhər İcra hakimiyyətinə verdiyi şikayət ərizəsində halları təfsilatı ilə yazmış, 13-cü dəfə məsələni qaldırmış, Bakı şəhər İcra hakimiyyətinin vəzifəsi kimi aşağıdakı konket tədbirlərin: Sabunçu rayonu Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində qanunsuz olaraq özgəninkiləşdirlmiş dövlətə məxsus (onun torpaq balansında olan) torpaqların açılması yoldan istifadə hüququnun bərpa edilməsi, hüquqlardan istifadənin təmin edilməsi məqsədi ilə (hazırki iddia ərizəsində qeyd etdiyi) hüquqi hərəkətlər edilməsini tələb etmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixdə Bakı şəhər İcra hakimiyyətinə göndərdiyi şikayət ərizəsi bir-biri ilə əlaqəli orqanların (Sabunçu rayonu İcra hakimiyyəti, Sabunçu rayonu polis idarəsi, Sabunçu rayonu prokurorluğu) mülki, cinayət və inzibati hüquqa sirayət edən qarşılıqlı hərəkətləri (hərəkətsizliyi, aktları) ilə həyata keşirdikləri biri-biri ilə əlaqədar olan qanun pozuntuları barəsində məhkəmədə iddia qaldırması tələbimdən ibarət olmuşdur. Ərizədə faktları və cavabdehləri dəqiq götərimiş, təsdiqedici faktlar şikayət ərizəsinə əlavə olunmuşdur. Lakin Bakı şəhər İcra hakimiyyəti özü baxmalı oldüğu halda onun xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə mahiyyəti üzrə baxmamış, tədbirlər görməmiş mahiyyəti üzrə cavab göndərməmişdir. Tələblərinə, faktlara sübutlara məhəl qoymamışdır. Bakı şəhər İcra hakimiyyəti şikayət ərizəsini N-l 26-008 qeydiyyat nömrəsi ilə xx.xx.2019 tarixdə cavabdehə, qaldırdığı məsələlərdə özünün tabeçiliyində olan aşağı instansiyaya, Sabunçu rayonu İcra hakimiyyətinə yönəltmişdir. Bütün bunlar, onun subyektiv hüquqlarının pozulması, qanunsuz inzibati aktın ləğv olunmaması kimi ciddi fəsadlara gətirib çıxarması, Bakı şəhər İcra hakimiyyətinin inzibati hərəkəti və hərəkətsizliyi onun inzibati icraat qaydasında Bakı şəhər İcra hakimiyyətinə qarşı bu iddianı qaldırmağına əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X9 və Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsi Cəlil Xudiyev tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2186 №li xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra hakimiyyətinin nəzdində olan bağlar təsərrüfatı idarələri ləğv edilmiş, arxivləri isə Azərbaycan Respublikası Əmıak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək və iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən E.Nəbiyevə (X16) ünvanlanmış xx.xx.2014-cü il tarixli (iddiaçı tərəfindən iddia ərizəsində xx.xx.2014-cü il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərar-akt (əmr-qərar- sərəmcam-rəyaktı) kimi qeyd olunmuşdur) məktubda müraciətçiyə bildirilmişdir ki, ona məxsus bağ sahəsinin yerləşdiyi əraziyə baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə bütün yollar Bilgəh-Pirşağı avtomobil yoluna perpendikulyar olaraq çəkilib. Həmin yola paralel yollar qeyd olunan ərazidə mövcud deyil. Onun tələb etdiyi yol vətəndaş X5 istifadəsində olan torpaq sahəsinə aiddir. Ərizədə qeyd olunan ərazidə paralel yollar olmadığından yolun açılması məqsədə uyğun hesab olunmur. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti tərəfindən E.Nəbiyevə (X16) ünvanlanmış xx.xx.2015-ci il tarixli (iddiaçı tərəfindən iddia ərizəsində xx.xx.2015-ci il tarixli qeyri normativ xarakterli akt məzmunu daşıyan qərar-akt (əmr-qərar- sərəmcam-rəy- aktı) kimi qeyd olunmuşdur) məktubda müraciətçiyə bildirilmişdir ki, ona məxsus 5216 saylı bağın AA 021894 saylı xx.xx.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündə iddia etdiyi yol əksini tapmamışdır. Həmçinin həmin ərazinin 2001, 2009, 2010 və 2012-ci il tarixlərində fəza çəkilişlərində iddia etdiyi yolun olmadığı məlum olmuşdur. 2009-cu ildə bağ sahəsini özəlləşdirərkən həmin ərazidə bağ evinin olmadığı 2009-cu ilin fəza çəkilişində öz əksini tapmışdır. Torpaq sahəsi özəlləşdirildikdən sonra bağ evinin tikintisinə icazənin alınması üçün o, tikəcəyi bağ evinin eskiz layihəsini və torpaq sahəsinin sənədlərini Sabunçu rayon İcra hakimiyyətinə təqdim etməlidir. Lakin. O, 2010-cu ildə tikinti işlərinə başlamış və 2012-ci ildə tikinti işlərini başa çatdırmışdır. Bu müddət ərzində və ondan əvvəl də Nardaran qəsəbəsi, Ləhiş bağ massivində Bilgəh-Sumqayıt avtomobil yoluna paralel yolların olmadığı 2001-ci ildən bu günə qədər fəza çəkilişlərində öz əksini tapmamışdır. İddiaçı və X16 tərəfindən Bakı şəhər İcra hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli şikayət ərizəsində Əsasnaməyə və Azərbaycan Respublikası Konstitusiyasına görə Dövlət əmlakı olan və zəbt edilərək, özgəninkiləşdirilən yolun, dövlət mülkiyyətinə qaytarılması məqsədi ilə cinayət işinin qaldırılmasının təmin olunması, xüsusi icraat qaydasında baxılması üçün məhkəməyə müraciət olunması, prosessual və inzibati hüquq normalarına əsaslanaraq yolun açılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********92 №li xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ sahəsi, 0,12 hektardan ibarət olan 5216 saylı bağ sahəsi xx.xx.1998-ci il tarixli, 21632 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi xx.xx.2010-cu il tarixli. 4Ə-01-50 rüyüstr nömrəli bağışlama müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra 0,12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 149,8 kv. metr olan 5216 saylı bağ evi vahid əmlak kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5216 saylı bağ evi xx.xx.2013-cü il tarixli, 4Ə-01-91 reyestr nömrəli bağışlama müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən ərazidə yerləşən və əvvəllər iddiaçıya məxsus olmuş 5216 saylı bağ evi hazıda İddiaçı deyil, xüsusi mülkiyyət hüququ ilə digər bir şəxsə məxsusdur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (maddə 26.1). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (maddə 60.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, hüququ pozulmuş şəxsin vəzifəsi kimi, deyil hüququ kimi təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı hazırki iddia ərizəsində qeyd etdiyi tələblərlə bağlı məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra hakimiyyətinə qarşı X9 və Bakı şəhər Sabunçu rayon İcra hakimiyyəti 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar