Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (təsisçisi və qanuni təmsilçisi) X2, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti başçısının 765 nömrəli, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə “Gülüstan Firmasına (bundan sonra – iddiaçı) Əzizbəyov rayonu, Bakı- Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində avtomobil dayanacağı üçün meydança təşkilinə 1 ha müvəqqəti torpaq sahəsi təhkim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 nömrəli qətnaməsinin icrası təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 542 nömrəli sərəncamının 3-cü abzasının ləğv edilməsi və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 162 nömrəli və İddiaçı firmasının xx.xx.2004-cü il tarixli, 19 nömrəli məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 nömrəli sərəncamının hüquqi qüvvəsinin bərpa edilməsi, həmin sərəncamdan “müvəqqəti” sözünün çıxarılması, Əzizbəyov rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində İddiaçı firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsinin avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsi ünvanda istifadədə olan 0.63515 ha torpaq sahəsində yerləşən 5743.8 kv.m ümumi, 385.5 kv.m əsas, 5358.3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1282 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan həmin qeyri yaşayış sahəsi Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsilə əlaqədar sökülmüş, iddiaçı vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırılmış və həmin iddia 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2 in(82) -125/2011 saylı, 23 may 2011-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, dəymiş maddi ziyanın əvəzi kimi 1.171.735 manat məbləğində pulun dövlət büdcəsi hesabına “Gülüstan" firmasına ödənilməsinin təmin edilməsi "xxxx" ASC-yə həvalə edilmiş və qərar icra edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 12256.2 kv.m torpaq sahəsinə görə ******* manat kompensasiyanın ödənilməsinə görə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Xəzər rayonu, Bakı – Aeroport yolunun cənub hissəsində yerləşən 1,2148 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı 750.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra hakimiyyəti başçısının 09 avqust 1999-cu il tarixli, 765 saylı və 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamları əsasında İddiaçı firmasının daimi istifadəsində və mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bakı-Aeroport yolunun “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində yerləşən 1 ha 22 sot torpaq sahəsi və eyni zamanda faktiki istifadəsində olan 2256,2 kv.m olmaqla, cəmi 12256,2 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığından həmin torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə olunacaq keyfiyyətə, ölçüyə və istehsal potensialına malik torpaq sahəsini İddiaçı firmasının daimi istifadəsinə verilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə iddia ilə müraciət edilir. 2012-ci ildən bu məsələ ilə bağlı İddiaçı firmasının oxşar 2 (08)-398/2012 nömrəli, 08 may 2012-ci il tarixli qərarı iddia ilə aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və 2 (08)-398/2012 nömrəli, 08 may 2012-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 09 avqust 1999-cu il tarixli, 765 saylı və 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamları əsasında İddiaçı firmasının daimi istifadəsinə verilmiş 1 ha torpaq sahəsi əvəzinə eyni keyfiyyətdə və ölçüdə torpaq sahəsinin İddiaçı firmasının istifadəsinə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisad kollegiyasının 2-1 İnz(103)- 1077/2012 nömrəli, 27 noyabr 2012-ci il tarixli qərarı ilə cavabdeh, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiiqtisad Məhkəməsinin 2 (08)-398/2012 nömrəli, 08 may 2012-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisad kollegiyasının 2-2(102) 246/ 2013 nömrəli, 10 aprel 2013-cii il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad kollegiyasının 2-1 lnz (103)-1077/2012 nömrəli, 27 noyabr 2012-ei il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş və kassasiya şikayətinin təmin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2013-cii il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2 (08)-398/2012 nömrəli, 08 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2013-cii il tarixli qərarından İddiaçı firması tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad kollegiyasının 2-2(102)-270/2014 nömrəli, 01 aprel 2013-cii il tarixli qərarı ilə qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2013-cü ilin sentyabrında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə yazdığı sorğuya əsasən İdarənin 13 sentyabr 2013-cü il tarixli, **********30 saylı cavab məktubunda bildirilmişdir ki, “Bakı şəhəri. Xəzər rayonu. Bakı- Aeroport yolunun cənub hissəsində yerləşən 1.22562 ha torpaq sahəsi 01 fevral 2008-ci il tarixdə “Gülüstan" Firmasının adma dövlət reyesterində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir." AR ƏMDK-nin 23 sentyabr 2013-cü il tarixli, **********4 saylı cavab məktubunda bildirilir ki, “ AR Əmlak məsələləri Dövlət komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinindo electron bazaya toplanmış məlumatlara və arxiv materiallarına, habelə DTXK tərəfindən təqdim edilmiş kadastr və tam olmayan anket məlumatlarına əsasən “Gülüstan" firmasının adına Bakı şəhəri, Xəzər rayonu. Bakı Aeroport yolunun cənub hissəsində yerləşən 1.22562 ha torpaq sahəsi qeydiyyata alınmışdır.” Verdiyi kassasiya şikayətinə Ali Məhkəmə tərəfindən 01 aprel 2014-cü il tarixində, iş N-2-2(102)- 270/14 saylı iş üzrə çıxardığı Qərara əsasən kassasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin arxivinə verilmişdir. Ali Məhkəmə tərəfindən 01 aprel 2014-cü il tarixində, iş N-2-2(102)-270/14 saylı iş üzrə çıxardığı Qərarın nəticə hissəsində qeyd edilir: “İddiaçının hazırkı tələbindən görünür ki, o torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığını bildirərək həmin torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyət və ölçüyə uyğun torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Yəni, iddiaçı məcburetmə haqqında iddia ilə çıxış etmişdir. Bu zaman o iddia tələbi üzrə cavabdehlər kimi Bakı Şəhər İcra Hakimiyyətini, "xxxx" ASC-nni və Bakı şəhər Xəzər rayonu. Binə bələdiyyəsini göstərsə də, tələbini konkret olaraq cavabdehlərdən hansına qarşı yönəltdiyini dəqiqləşdirməmişdir. Məcburetmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə müvafiq iddianın əsl cavabdehə qarşı qaldırılmış olmasıdır. İddiaçının hazırkı tələbi torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması halından irəli gəlir. Ona görə də iddiaçının sahənin geri alınmasından irəli gələn tələbləri müvafiq olaraq alan orqana qarşı yönəlməlidir. Bu mənada torpaq sahəsinin geri alınması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Xəzər rayonu, Binə bələdiyyəsi hər hansı formada iştirak etmədiklərindən onlara qarşı tələblər düzgün cavabdehlərə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Alan orqan kimi qəbul edilmiş "xxxx" ASC-yə münasibətdə isə iddia ona görə mümkün sayıla bilməz ki. onun hazırkı məzmunda irəli sürülmüş iddia tələbi üzrə, yəni, geri alınmış torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə və ölçüyə malik torpaq sahəsinin iddiaçının daimi istifadəsinə verilməsi barədə qərar qəbul etmək barədə səlahiyyəti yoxdur. Çünki, Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün səhmlər dövlətə məxsusdur və açıq tipli səhmdar cəmiyyət statuslu hüquqi şəxsdir. Onun hüquqi və fiziki şəxslərə torpaq sahəsi ayırmaq səlahiyyəti yoxdur. Beləliklə, "xxxx" ASC-yə qarşı yönəldilmiş tələb mübahisə predmeti ilə bağlı mümkünlük şərtlərinə cavab vermir. İddiaçı tərəfindən bu halda alan orqan kimi çıxış edən “Azəryolsrvis" ASC-nin malik olduğu səlahiyyətlər nəzərə alınmayaraq doğru iddia növü seçilməmişdir.“ Qərara aldı hissəsində kassasiya şikayəti qismən təmin edilmiş. Digər tərəfdən iddia mümkün sayılmamışdır. Deməli, Ali Məhkəmə tərəfindən 01 aprel 2014-eü il tarixində, iş N-2-2( 102)-270/14 saylı iş üzrə çıxardığı və qüvvəyə minmiş qərarından göründüyü kimi İddiaçı firmasının daimi istifadəsinə olan 1,22 ha torpaq sahəsi əvəzinə eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsinin İddiaçı firmasının istifadəsinə verilməsi vəzifəsinin cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, "xxxx" ASC- nin və Xəzər rayon Binə bələdiyyəsindən tələb edilə bilməz. Belə olan halda iddiaçıya bir seçim qalır ki, torpaq sahəsinin geri alınması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Xəzər rayonu, Binə bələdiyyəsi hər hansı formada iştirak etmədiklərindən onlara qarşı tələblər düzgün cavabdehlərə qarşı yönəlmədiyindən mümkün sayılmadığından torpağı alan orqan kimi qəbul edilmiş "xxxx" ASC-yə isə qarşı torpaq sahəsinin deyil.yəni, yalnız geri alınmış torpaq sahəsinin natura formasında deyil onun bazar qiymətində dəyərinin hesablanaraq dəymiş maddi ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırılmalıdır. Beləliklə. İddiaçı firmasının daimi istifadəsində olmuş və dövlət ehtiyaclarından geri alınmış 12256.2 kv.m torpaq sahəsinin dəyərini bazar qiymətilə hesablamaqla, yəni 984000+196800 = ******* manat dəymiş maddi zərərin “Gülüstan" firmasının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi məqsədəuyğundur. “Gülüstan" firması keçmiş “Azəravtoyol"xxxx" ASC-nin rəhbərliyinə dövlət ehtiyacları üçün geri alınmış və Gülüsan" firmasına məxsus 1.22 ha torpaq sahəsi üçün kompensasiyanın ödənilməsi barədə 2019-eu ilin mart ayında göndərdiyi rəsmi məktuba indiyədək cavab ala bilməmidirı. Ona görə də məhkəmə qaydasında bunu rəsmi dövlət idarəsinin imtinası kimi qəbul edərək məhkəməyə müraciət edirik. Bir daha xatırlatmaq yerinə düşərdi ki, idddiaçı olaraq əvvəl mübahisəli torpaq sahəsi üzərində yerləşən 5743.8 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin Hava Limanı- Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsilə əlaqədar sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırılmış və həmin iddia 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2 in(82)-125/2011 saylı, 23 may 2011-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, dəymiş maddi ziyanın əvəzi kimi 1.171.735 manat məbləğində pulun dövlət büdcəsi hesabına “Gülüstan" firmasına ödənilməsinin təmin edilməsi "xxxx" ASC-yə həvalə edilmiş və icra edilmişdir. Beləliklə, ödənilmiş həmin vəsait qeyri-yaşavış sahəsinin sökülməsi ilə bağlı olmuş, iddiaçının əlindən alınan 1.22562 ha torpaq sahəsi üçün ona heç bir kompensasiya ödənilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh iddia tələbinə etiraz edərək mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq: İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı: 1.1. “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 1.4. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
Məhkəmənin mövqeyi: Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 765 nömrəli, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə “Gülüstan Firmasına (bundan sonra – iddiaçı) Əzizbəyov rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində avtomobil dayanacağı üçün meydança təşkilinə 1 ha müvəqqəti torpaq sahəsi təhkim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 nömrəli qətnaməsinin icrası təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 542 nömrəli sərəncamının 3-cü abzasının ləğv edilməsi və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 162 nömrəli və İddiaçı firmasının xx.xx.2004-cü il tarixli, 19 nömrəli məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 nömrəli sərəncamının hüquqi qüvvəsinin bərpa edilməsi, həmin sərəncamdan “müvəqqəti” sözünün çıxarılması, Əzizbəyov rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində İddiaçı firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsinin avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilməsi qərara alınmışdır. İddiaçı firma ona təhkim edilmiş torpaq sahəsində qeyri-yaşayış obyelti tikmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının mülkiyyətində olan həmin qeyri yaşayış sahəsi Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsilə əlaqədar sökülmüş və bununla bağlı iddiaçıya 1.171.735 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçınını hazırkı iddianı qaldımaqda hüquqi marağı həmin qeyri-yaşayış obyektinin yerləşdiyi, Xəzər rayonu, Bakı – Aeroport yolunun cənub hissəsində yerləşən 1,2148 ha torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə görə hər hansı tələb oirəli sürmək üçün subyektiv hüququ olmadığına görə, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi sərəncamlardan da göründüyü kimi, həmin Sərəncam torpaq sahəsinin ayrılması barədə deyil, torpaq sahəsində tikintinin layihələndirilməsinə dair verilmişdir. Digər tərəfdən, xx.xx.1999-cu il tarixli Sərəncamın 3-cü, xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamın isə 3.5-ci bəndlərindən qeyd edilmişdir ki, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Qeyd olunduğu kimi, həmin sərəncam torpaq sahəsinin ayrılması və ya tikinti layihəsinin təsdiqi yaxud tikintiyə icazə barədə deyil, yalnız tikintinin layihələndirilməsinə dair verilmişdir. Buna görə də, iddiaçı həmin sərəncam əsasında torpaq sahəsinə kompensasiya tələb edə bilməz. Eyni zamanda iş matereallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ümumi sahəsi 5743.8 kv.m olan 1.2256 ha torpaq sahəsi üzərində yerləşən Bakı şəhəriş, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən qeyriyaşayış binası İddiaçı Firması adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Təqdim edilən kadastr məlumatlarına əsasında bildirirlər ki, sorğuya əlavə edilmiş yerquluşu planında koordinatlara əsasən sahə yaşıllıq əraziləri olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında məhkəmə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi torpaq sahəsi sözügedən koordinatlar sahə yaşıllıq əraziləri olmaqla dövlət mülkiyyətindədir. Oxşar hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2096/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncam torpaq sahəsinin ayrılması barədə deyil, yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri olmayan torpaq sahəsində tikintinin layihələndirilməsinə dair verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, vaxtilə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmış evin altında yerləşən torpaq sahəsinə onun əşya hüququ olmuşdur. Lakin, işin materiallarına görə, iddia olunan torpaq sahəsinin koordinatlarını, buradan, mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olmuş evin yerləşdiyi torpaq sahəsinin də əhatə olunduğunu təsdiq edən plan və ölçü sənədi, yaxud təsdiq edilmiş layihə hazırda mövcud deyil. Digər tərəfdən, sərəncamın 4-cü bəndində aşkar olaraq göstərilir ki, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Başqa sözlə, yalnız layihələndirmə başa çatdıqdan və müvafiq inzibati aktla təsdiq edildikdən sonra, - təsdiq olunmuş layihənin iddiaçının daşınmaz əmlaka əşya hüquqlarına müdaxilə etdiyi halda, - həmin inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilərdi. Hazırkı işdə bu, baş verməyib”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov