Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1101/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və onun hüquqlarını müdafiə edən vəkili X14, Cavabdehin nümayəndəsi X18 üçüncü şəxs İbrahimov Elman Cavanşir oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs İbrahimov Elman Cavanşir oglu olmaqla “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və tərtib olunmuş plan və ölçünün ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İbrahimov Elman Cavanşir oğlunun adına ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin 20.06.2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X1 icarəsinə verilmiş, icarəçi M.H.Sətyarov 23.11.2015-ci ildə vəfat etmişdir. İbrahimov Elman Cavanşir oğlunun DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın verilməsi barədə iddiası məhkəmədə araşdırılarkən iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mübahisəli yer- Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində deyil, Sabunçu rayonu, Nardaran qəsəbəsinə aid inzibati ərazisində bir bağ sahəsidir və iddiaçı 24 (iyirmi dörd) il müddətində ona ayrılmış 500 kvadrat metr torpaq sahəsinin yerini belə müəyyən edib-tapa bilməmiş və 24 ildən sonra ona aidiyyəti olmayan 50 (əlli) ildən artiq müddətdə həmin sahədə iddiaçının atası Mirzə Hüseynin, əmilərinin və atasının atası Həmzənin istifadə etdiyi 2007-ci il tarixdən köhnə tikilinin yerində müvafiq yeni yaşayış evi və yardımçı tikililər aparılmış və müxtəlif ağaclar əkilməklə salınmış bağ sahəsinə dair qanunsuz olaraq torpaq sahəsinin planı və ölçüsünü tərtib etdirmişdir. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Bağ -tikinti kooperativlərinin tərkibində 2 /iki/ ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 13 iyul 1992-ci il tarixli 941 N-li Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli Aktın təsdiq edilmiş surətlərindən aydın görünür ki,1988-ci ildən 1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına və digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Belə olduğu halda iddiaçı İbrahimov Elman Cavanşir oğluna verilən üzvlük kitabçası ləğv edildiyi üçün onun adına X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN-426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün heç bir hüquqi əsası yoxdur və saxta bir sənəd olması göz qabağındadır. Məhkəmə ilk növbədə İbrahimov Elman Cavanşir oğlunun adına qeydiyyata alınmış iddiaçının atasının adına icarəyə götürülmüş sahənin fərqli və ayrı-ayrı bağ sahələri olması faktına qiymət verməlidir. Yəni Azərbaycan Dövlət Neft Akademiyasına aidiyyəti olmayan bağ sahəsinə dair - Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisində Ləhiş bağ massivində yerləşən 500 kvadrat metr bağ sahəsinə deyil, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisində bağ massivində yerləşən 500 kvadrat metr sahəsi olan 39 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü“nün verilməsinə qiymət verməlidir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21 may 2013-cü il tarixli və 13 avqust 2013-cü il tarixli məktublarla “Ayrıc Aktı” adlı Siyahının Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərara əlavə edilməməsi barədə” və nümayəndənin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialına sorğu ilə aldığı cavabda da Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərarda hətta “Adlı Siyahının, Ayrıc Aktının və Cizginin” də olmaması faktına qiymət verməlidir. Məlum edir ki, iddia ərizəsinə əlavə etdiyi sübutlara əsasən Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan Çıxarışdan da aydın göründüyü kimi onlara ayrılmış 50 nəfər üçün bağ sahəsi Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə deyil, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisinə aid bir torpaq sahəsidir və Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahəsi ilə həmin torpaq sahələri bir-birindən çox uzaq məsafədə yerləşir və fərqli ərazilərdir və məhkəmə tərəfindən müvafiq ekspertizaların təyin edilməsi nəticəsində qeyd etdikləri öz təsdiqini tapacaqdır. Onlar sonradan Dublikat kimi hazırladıqları 20 oktyabr 1989-cu il tarixli,11 saylı Protokolda tərcüməni özlərinə sərf etdiyi formada dəyişdirərək “Ləhiş bağ massivi” sözlərini artırmışlar. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 40 N-li arayışına əsasən inzibati ərazidə yerləşən 20 iyul 2007-ci il tarixli müqavilə əsasında nəzərdə tutulmuş 1200 kv.metr torpaq sahəsində 2009-cu ildə 23 noyabr 2015-ci ildə vəfat etmiş atası X7 ev tikmişdir. Vətəndaş həmin sahədə ağaclar əkib bağ salmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi və digər qeyd etdiyi inzibati və mülki iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 39 N-li arayışına və digər arayışlara əsasən qəsəbə nümayəndəliyinin inzibati ərazisində iddiaçı İbrahimov Elman Cavanşir oğluna, X20 və X5 məxsus torpaq sahəsi və tikili mövcud deyil və heç bir söküntü işləri də həyata keçirilməmişdir. Belə olduğu halda 50 ildən qabaq və 2007-ci ildən sonra da mövcud ağacların əkildiyi, hasarlanmış sahə və yaşayış evi və yardımçı tikililərin olduğu bir torpaq sahəsinə dair İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü“nün verilməsi mümkün deyildir. Göründüyü kimi “Torpaq sahəsinin planı və ölçüsü“ bu torpaq sahəsinə deyil, Nardaran Qəsəbəsinin inzibati ərazisinə aid bir torpaq sahəsinə verilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi İbrahimov Elman Cavanşir oğlunun adına Kürdəxanı Qəsəbəsi üzrə inzibati ərazisində adına torpaq sahəsi və hər hansı bir tikili olmaması, vergi ödəyicisi olmaması barədə Kürdəxanı Qəsəbəsi 30 avqust 2018-ci il tarixli, 63 N-li və Kürdəxanı Bələdiyyəsinin 25 iyun 2018-ci il tarixli, 66 N-li, 30 avqust 2018-ci il tarixli, 60 N-li arayışının əslinə əsasən və Bakı şəhəri, Sabunçu rayonu, X9 05 aprel 2017-ci il tarixli, 73 N-li məktubuna əsasən X5 məxsus Bələdiyyə tərəfindən torpaq sahəsi qeydiyyata alınmamış və X10 vergi ödəyicisi deyil. Qeyd edir ki, Üzvlük Kitabçalarında o cümlədən, X5 məxsus 13 yanvar 1998-ci il tarixli,41 N-li X6 da birbaşa göstərilmişdir ki, 2 (iki) il ərzində verilmiş torpaq sahəsindən istifadə edilmədikdə Bağçılıq Cəmiyyətinin üzvləri Cəmiyyətdən xaric edilə bilərlər. Göründüyü kimi Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış 500 kv.metr bağ sahəsindən 20 (iyirmi) ildən də artıq bir müddətdə nəinki istifadə etməmiş və hətta becərmə və abadlıq işləri həm onun, həm də digərləri tərəfindən aparılmamışdır. Qeyd edilənlərdən başqa Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində 1200 (bir min iki yüz kvadrat metr) torpaq sahəsi vergi ödəyicisi kimi 20 iyul 2007-ci il tarixli, 1424 N-li X21 ilə X1 adına qeydiyyata alınmışdır və orada 2007-ci il tarixdən müvafiq yaşayış evi və yardımçı tikililər aparılmış və müxtəlif ağaclar əkilməklə bağ salınmışdır. Hətta 50 (əlli) ildən artiq müddətdə həmin sahədə mərhum Mirzə Hüseyn və mərhum atası Həmzə istifadə etmiş və incil ağacları və üzüm tingləri və digər ağaclar əkərək meyvələrindən istifadə etmişlər. Göstərilənlərə əsasən iddiaçı hazırki iddia ərizəsi ilə X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrəsilə qeydiyyata alınmış AN 426821 seriyalı həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın predmetini dəyişdirilərək “İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X31 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A №426821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləgv edilməsinə dair qərar qəbul edilməsi”ni xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 18 oktyabr 2018ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçının nümayəndəsi X23 02 aprel 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 05 aprel 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4072/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi, vəkil X23 21 may 2019-cu il tarixində ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin üzrlü hesab edilməsi və inzibati işin apelyasiya şikayəti ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019- cu il tarixli qərardadı ilə İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019- cu il tarixli qərardadından iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2111/2019 saylı, 23 avqust 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 14 oktyabr 2019cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilərək buraxılmış müddət bərpa edilmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadına əsasən apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)-633/2020 saylı qərardadı ilə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Geri qaytarılmış iş materialları 11.06.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş İbrahimov Elman Cavanşir oglu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş edir. Belə ki, 1989-cu ildə bağ sahəsi ona verilmişdir, çıxarış almaq üçün cavabdeh DƏDRX-ə müraciət etmiş, lakin torpaq sahəsi hazırkı iş üzrə iddiaçı tərəfindən zəbt edilmişdir. Ona görə də məhkəmə qaydasında iddia tələbinin təmin edilməsinə dair iddia qaldırmışdır, lakin iddia qaldırandan sonra iddiaçı onun işinə baxılmasına süni əngəllər törədərək uzatmaq üçün əsassız və qanunsuz iddialar qaldırmaqla onun torpaq sahəsinə planı və ölçüsü sənədinin ləğv edilməsini məhkəmə qaydasında mübahisələndirir. Bununla da onun ilkin iddia tələbinin baxılmasına maneçilik törədir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində də onun torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi təsdiqlənir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uygun olaraq izahat verdilər, əlavə olaraq qeyd etdilər ki, üçüncü şəxsin adına Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan Çıxarışla ayrılmış bağ sahəsinin Sabunçu rayonunun Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə deyil, Sabunçu rayonunun Nardaran Qəsəbəsi inzibati ərazisinə aid bir torpaq sahəsi oldugu və Kürdəxanı bələdiyyəsinin 20.06.2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X1 icarəsinə verilmiş Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inzibati ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi ilə həmin torpaq sahələri bir-birindən çox uzaq məsafədə yerləşdiyi, fərqli ərazilər oldugu məhkəmə ekspertizası ilə təsdiq olundugundan iddianın təmin edilməsini, İbrahimov Elman Cavanşir oğlunun adına ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN 426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi bildirdi ki, aparılmış araşdırma zamanı 39 saylı bağ sahəsinə Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı ilə “Gülüstan-2” bağçılıq-yoldaşlığının 20.10.1989-cu il tarixli 11 saylı protokoldan çıxarış əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində cəlb olunmuş İbrahimov Elman Cavanşir oglu şifahi məhkəmə baxışı iclasında bildirdi ki, Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan Çıxarışla ona ayrılmış bağ sahəsi Sabunçu rayonunun Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə aiddir. Həmin çıxarış əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən adına 28.01.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmiş, daşınmaz əmlakın çıxarışını almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin torpaq sahəsi hazırkı iş üzrə iddiaçı tərəfindən zəbt edilmişdir. İddiaçının həmin torpaq sahəsinə subyektiv hüququnu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində də onun torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi təsdiqlənir.Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin 20.06.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi iddiaçının atası X1 icarəsinə verilmişdir; - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsinin 30.08.2018-cı il tarixli, 63 N-li və 60 N-li arayışlarına əsasən İbrahimov Elman Cavanşir oğlunun adına Kürdəxanı Qəsəbəsi üzrə inzibati ərazisində adına torpaq sahəsi və hər hansı bir tikili olması, arxivində heç bir sənəd aşkar olunmamışdır; - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 42 N-li arayışına əsasən inzibati ərazidə yerləşən 26.07.2007-ci il tarixli müqavilə əsasında nəzərdə tutulmuş 1200 kv.metr torpaq sahəsində 2009-cu ildə X7 ev tikmişdir. Vətəndaş həmin sahədə ağaclar əkib bağ salmışdır; - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 43 N-li arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsində təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə 13.07.1992-ci il tarixli 941 saylı sərəncamı və 03.09.2005-ci il tarixli aktı məhkəməyə göndərilmişdir. - iddiaçının vəkili X14 20 oktyabr 2016-cı il tarixli, 331/2016 saylı sorğusuna cavab olaraq arxiv arayışı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının təsdiqlənmiş kserosurəti göndərilmişdir. Arxiv arayışına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində 2 /iki/ ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 13 iyul 1992-ci il tarixli, 941 N-li Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli aktın təsdiq edilmiş surətlərindən görünür ki, 1988-ci ildən 1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına və digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının iddiaçının vəkilinin sorğusu ilə baglı 16 may 2017-ci il tarixli,1471 N-li məktubunda arxiv çıxarışı ilə Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı göndərilmiş, həmin qərara heç bir adlı siyahının, ayrıc aktının və cizginin əlavə olmaması göstərilmişdir; - arxiv çıxarışı ilə göndərilmiş Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989cu il tarixli, 11/387 N-li Qərarından göründüyü kimi Azərbaycan Neft Kimya İnstitutuna 50 nəfər ibarət bağçılığın təşkili üçün keçmiş Lenin rayonunun Nardaran qəsəbəsinin şimalqərb hissəsində torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokolundan Çıxarışın Dublikat kimi hazırlanmış tərcüməsində “Ləhiş bağ massivi” sözlərini artırılmışdır; - Baki Şəhəri Nərimanov Rayon Prokurorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə ünvanladıgı 10.02.2017-ci il tarixli 56-8-17 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakinləri X12 və qeyriləri tərəfindən Nərimanov rayon prokurorluğuna ünvanlanmış kollektiv müraciətdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2016-cı il tarixli 941 №-li Sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 №-li Qərarla verilmiş bağ sahəsinə dair kitablar və orderlər ləğv edilmişdir. Buna baxmayaraq ləğv edilmiş həmin sənədlərlə mərhum Mirzəhüseyn Sətyarovun evinin altına X20 40 saylı və X3 41 saylı və başqalarına torpağa dair ƏMDKYDƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni sənəd verilmişdir və bu da məhkəmədə əsassız mübahisəyə səbəb olmuşdur və təmin edilməmişdir. Bu qeyri-qanuni sənəd verilməsi yenə də davam etdirilir. Odur ki, ləğv edilmiş həmin sənədlərin əsasında torpağa dair qeyri-qanuni sənəd verilməsinin qarşısının alınması xahiş edilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.02.2017-ci il tarixli məktubda göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 40 saylı və 41 saylı bağ sahələrinin sənədləşdirilməsinin qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı kollektiv müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Aparılmış araşdırma zamanı 40 saylı bağ sahəsinə “Gülüstan-2” bağçılıq-yoldaşlığının 20 noyabr 1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən 15 fevral 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-lqtisad Məhkəməsinin 10 iyun 2014-cü il tarixli 2-1 (82)-1559/2014 saylı qərarı əsasında 41 saylı bağ sahəsi 13 iyul 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 12.02.2018-cı il tarixli, 04 N-li arayışına əsasən İddiaçı həqiqətən də, atası X4 20.07.07-ci il tarixdə 1424 saylı İcarə müqaviləsi əsasında 1200,0 kv.metr torpaq sahəsi verilərək torpaq və əmlak vergisinə cəlb olunmuşdur. X7 2015-ci ildən vergi ödəyicisidir və itOc (. : heç bir vergi borcu yoxdur; - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 30.08.2018-cı il tarixli, 1104 N-li arayışına əsasən mərhum X8 23.11.2015ci il tarixdə vəfat edib (ölüm haqqında şəhadətnamə AZ-İ 782905) vəfat edən günə kimi ünvan 4 ünvanda qeydiyyatda olmuş və yaşamışdır. Mərhumun öldüyü gündən bu günə kimi oğlu mirasa faktiki sahiblik edir. - 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin verdiyi 07.12.2015-cı il tarixli, AZ-1 N 782905 ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23.11.2015-cı il tarixdə ölmüşdür; - 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariusu S.Həbibbəylinin verdiyi 31.08.2018-ci il tarixli 1223 saylı arayışda iddiaçının ərizəsinə əsasən 23.11.2015-ci il tarixində vəfat etmiş atası X2 adına V-75/2018 saylı vərəsəlik işinin açıldıgı və mərhumun vərəsəsi kimi tanınması göstərilmişdir; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 39 saylı bağ sahəsinə Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə “Gülüstan-2” bağçılıqyoldaşlığının 20.11.1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 500 kv.metr torpaq sahəsinin Sabunçu Rayonun Ləhiş bag massivində yerləşdiyi göstərilmişdir; - Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin 20.09.2019-cu il tarixli, 78 Nli arayışına əsasən İddiaçı hal-hazırda faktiki istifadəsində olan Kürdəxanı Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 1424 saylı icarə müqaviləsi əsasında verilmiş Ləhiş bag massivindəki 1200,0 kv.metr torpaq sahəsi X9 İnzibati Ərazisinə daxildir; -Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müstəntiqinin 09.06.2018-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi İbrahimov Elman Cavanşir oğlunun ona məxsus torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi barədə şikayəti üzrə hər-hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21.07.2017-ci il tarixli **********15 saylı məktuba istinadən göstərilir ki, elektron baza məlumatlarına əsasən sözügedən bag sahəsinin yerləşdiyi “Gülüstan-2” bağçılıq-yoldaşlığın ayrıc aktı barədə heç bir məlumat aşkar edilməmişdir; -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)-633/2020 saylı qərardadı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadına əsasən işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin 2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X13 icarəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsası kimi həmin sənədlərə əsaslanmış və üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş X31 kitabında 28 yanvar 2013-cü il 33389 nömrə ilə qeydiyyata alınmış AN 426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nü mübahisələndirmişdir. Lakin məhkəmə göstərilənləri nəzərə almamış əsassız olaraq iddiaçının subyektiv hüququnun olmaması barədə nəticəyə gəlmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin 20 sentyabr 2019-cu il tarixli arayışından da görünür ki, mübahisəli torpaq sahəsi hazırda İddiaçı faktiki istifadəsindədir. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən "torpaq sahələrinin üst-üstə düşməməsi ilə bağlı sübutun olmaması” ilə bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına verilmiş və X31 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış 426821 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 500 kv.m torpaq sahəsinin iddiaçının mərhum atası X1 icarəsinə verilmiş 1200 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı heç bir sübutun təqdim edilməməsi iddianın mümkünlüyü şərtlərinə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən hallar iddianın əsaslılığının yoxlanılması zamanı araşdırılmalı və hüquqi qiymət verilməli hallardır. Məhkəmə isə iddianı mümkün saymamaqla iddiaçının məhkəməyə müracət etmək barədə konvension hüququnu pozmuşdur. - Məhkəmə qərardadına əsasən alınmış 13 yanvar 2021-ci il tarixli 10/2700 saylı məhkəmə-tikinti texniki ekspertizasının rəyinin tədqiqatın nəticəsində göstərilmişdir: “xxxx” MMC-nin 24 noyabr 2020-ci il tarixli, 110 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sxemində hər hansı tərpənməz nöqtəyə bağlılıq və ayrıc aktı olmadığından həmin bağ torpaq sahəsnin yerini dəqiq müəyyən etmək mümkün olmadı. Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi həmin bağçılığın Nardaran qəsəbə inzibati ərazisinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsinin ərazisi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi ilə müqavilə üzrə mərhum icarəçi X7 arasında bağlanmış 1424 saylı, 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsi üzrə icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişir və üst-üstə düşür”. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük bileti və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 13-cü maddəsinə görə: - (1-ci bənd) icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən pozula bilər; - (4-cü bənd) müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır; - (5-ci bənd) müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə eyni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqavilənin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər; - (6-cı bənd) icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunıa birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi — X31nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 29.09.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin X31, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 17.06.2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: - müvafiq torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının qeydiyyatının ləğv edilməsi; - müvafiq torpaq sahəsinə dair üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi X31nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Göstərilənləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunduğunu, hazırda “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin DƏDRX-in səlahiyyətləri daxilində olmasını nəzərə alaraq, məhkəmə hesab ki, hazırkı iddiaçı “torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi” tələbi ilə hazırkı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddiaçının iddia tələbinin əsasını o təşkil edir ki, üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları iddiaçının mərhum atasının, sonradan isə onun istifadəsinə keçmiş torpaq sahəsinin ərazisinə düşür. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin ləgv edilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mərhum X7 ilə Kürdəxanı bələdiyyəsi arasında müvafiq torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığından və hazırkı İddiaçı ərizəsi əsasında atası mərhum X26 miras qalmış əmlaklarla bağlı vərəsəlik işi açılaraq İddiaçı vərəsələrin dairəsinə (tək vərəsə kimi) daxil edildiyindən, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən iddiaçının həmin müqavilə ilə icarəyə verilmiş 1.200 kv.m torpaq sahəsinə istifadə hüquqları yaranmışdır. Bu fakt iddianın mümkünlüyü məsələsinə qiymət verən yuxarıda qeyd olunan məhkəmə aktlarında da öz əksini tapmışdır. Bakı şəhəri X28 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və X22 rayonunun Nardaran qəsəbəsində ayrılmış torpaq sahəsində İbrahimov Elman Cavanşir oğlunun adına 39 saylı 500 kvadrat metr torpaq sahəsi həmin qərardan, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli,11 saylı protokolundan çıxarışdan, Milli Arxiv İdarəsinin arayışından, üzvlük kitabçasından da aydın göründüyü kimi Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə deyil, Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisinə aid bir torpaq sahəsi olmuşdur. Qeyd edilənlər iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tikinti texniki eksperizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində göstərildiyi kimi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi həmin bağçılığın Nardaran qəsəbə inzibati ərazisinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinə aiddir və ərazisi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi ilə müqavilə üzrə mərhum icarəçi X7 arasında bağlanmış 1424 saylı, 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsi üzrə icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişir və üst-üstə düşür. Beləliklə də işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı üçüncü şəxsin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 28.01.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməkdə haqlı olmuş, həqiqətən də həmin sənəd verilərkən torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməmiş, nəticə etibarı ilə uzun müddət iddiaçının mərhum atasının, sonradan isə onun istifadəsinə keçmiş torpaq sahəsinin koordinatları səhvən həmin sənəddə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uygun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanların səhvi nəticəsində koordinatları iddiaçının mərhum atası X1 icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uygun olaraq verilmiş, iddiaçının şikayətlərinə baxmayaraq sonradan həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı oldugundan təmin edilməli, İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X31 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A №426821 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləgv edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X31 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A №426821 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləgv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1101/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1101/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver