Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11013/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “qərarın qismən ləğvi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və ondan tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə atası X4 xərçəng xəstəliyindən vəfat etmişdir. Atası vəfat etdikdən sonra, yəni xx.xx.2014-cü il tarixdən böyük qardaşı X6 ailə başçısını itirməyə görə pensiya verilmişdir. Qardaşı universiteti bitirdikdən sonra isə artıq pensiyanı iddiaçı almağa baslamışdır. O, hələ də həmin pensiyanı alır, lakin xx.xx.2021-ci il tarixdən etibarən təyin olunmuş pensiya məbləğində azalmalar müşahidə etmişdir. Bununla əlaqədar cavabdeh inzibati orqana şifahi muraciət etmişdir. Həmin müraciətinə DSMF tərəfindən verilmiş cavabda iddiaçıya bildirilmişdir ki, ona ilk dəfə DSMF tərəfindən xx.xx.2014-cü il tarixdə pensiya təyin edilən zaman anası X1 əmək qabiliyyəti olmayan şəxs olması ilə əlaqədar əlilliyə görə pensiya aldığı nəzərə alınmamışdır və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası bölünmədən tam məbləğdə ödənilmişdir. Nəticədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat artıq ödəmə müəyyən olunmuşdur. Buna görə də cavabdeh inzibati orqan tərəfindən ailə başçısını itirməyə görə pensiyasının məbləği 158,15 manata endirilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın artıq ödənilməsi iddia olunan pensiya məbləğinin iddiaçıdan tutulmasi ilə bağlı hərəkətləri ədalətsiz və qanunsuzdur. Qanunvericilikdə artıq ödənmiş pensiyanın geri qaytarılmasının yalnız iki yolu mövcuddur - məhkəmə qərarı ve tərəfin razılıgı. Lakin hər iki hal mövcud deyildir ve cavabdeh inzibati orqan qanunsuz olaraq inzibati qaydada qərarla məsələni həll etmişdir. Belə ki, əgər təyinat zamani hər hansi bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Çünki iddiaçı sadəcə ona ödənilmiş məbləği istifadə etmişdir, ödənilən məbləğin dəyəri isə cavabdehin məsuliyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Qeyd olunmuş maddəyə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. İddiaçı əyani təhsil almağı ilə əlaqədar pensiya aşağıda qeyd olunmuş cədvələ uyğun olaraq yenidən hesablanmaqla davam etdirilməkdədir: başlanğıc tarix: xx.xx.2014, hesablamayadək məbləğ: 195,94, hesablandıqdan sonra məbləğ: 147,97, son tarix: xx.xx.2014; başlanğıc tarix: xx.xx.2015, hesablamayadək məbləğ: 197,25, hesablandıqdan sonra məbləğ: 148,62, son tarix: xx.xx.2015; başlanğıc tarix: xx.xx.2016, hesablamayadək məbləğ: 201,14, hesablandıqdan sonra məbləğ: 150,57, son tarix: xx.xx.2016; başlanğıc tarix: xx.xx.2016, hesablamayadək məbləğ: 211,14, hesablandıqdan sonra məbləğ: 160,57, son tarix: xx.xx.2016; başlanğıc tarix: xx.xx.2017, hesablamayadək məbləğ: 223,68, hesablandıqdan sonra məbləğ: 166,84, son tarix: xx.xx.2017; başlanğıc tarix: xx.xx.2017, hesablamayadək məbləğ: 223,68, hesablandıqdan sonra məbləğ: 111,84, son tarix: xx.xx.2017; başlanğıc tarix: xx.xx.2018, hesablamayadək məbləğ: 236,43, hesablandıqdan sonra məbləğ: 118,21, son tarix: xx.xx.2018; başlanğıc tarix: xx.xx.2019, hesablamayadək məbləğ: 243,52, hesablandıqdan sonra məbləğ: 121,76, son tarix: xx.xx.2019; başlanğıc tarix: xx.xx.2020, hesablamayadək məbləğ: 283,94, hesablandıqdan sonra məbləğ: 141,97, son tarix: xx.xx.2020; başlanğıc tarix: xx.xx.2021, hesablamayadək məbləğ: 316,31, hesablandıqdan sonra məbləğ: 158,15, son tarix: xx.xx.2021. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının anası X2 əmək qabiliyyəti olmayan şəxs olması ilə əlaqədar əlilliyə görə əmək pensiyası aldığı halda, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası bölünmədən tam məbləğdə ödənilmişdir. Nəticədə, xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63 1ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması və “qərarın ləğvi və tutulmuş məbləğin geri qaytarılması” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, 16 oktyabr 2021-ci il tarixli 164106 saylı qərarda nəzərdə tutulmuş xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 8453,81 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla DSMF-yə ödənilməsi hissəsində ləğv olunması və tutulmuş vəsaitin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2000-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nörməli məktubu ilə göndərilmiş İddiaçı (Pensiya № 164106, Sabunçu rayonu) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətindən görünür ki: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 164106 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında qərarına əsasən xx.xx.2000-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin 158,15 manat müəyyən olunması, xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Qeyd olunmuş maddəyə əsasən sizə xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Əyani təhsil almağınızla əlaqədar pensiyanız aşağıda qeyd olunmuş cədvələ uyğun olaraq yenidən hesablanmaqla davam etdirilməkdədir: başlanğıc tarix: xx.xx.2014, hesablamayadək məbləğ: 195,94, hesablandıqdan sonra məbləğ: 147,97, son tarix: xx.xx.2014; başlanğıc tarix: xx.xx.2015, hesablamayadək məbləğ: 197,25, hesablandıqdan sonra məbləğ: 148,62, son tarix: xx.xx.2015; başlanğıc tarix: xx.xx.2016, hesablamayadək məbləğ: 201,14, hesablandıqdan sonra məbləğ: 150,57, son tarix: xx.xx.2016; başlanğıc tarix: xx.xx.2016, hesablamayadək məbləğ: 211,14, hesablandıqdan sonra məbləğ: 160,57, son tarix: xx.xx.2016; başlanğıc tarix: xx.xx.2017, hesablamayadək məbləğ: 223,68, hesablandıqdan sonra məbləğ: 166,84, son tarix: xx.xx.2017; başlanğıc tarix: xx.xx.2017, hesablamayadək məbləğ: 223,68, hesablandıqdan sonra məbləğ: 111,84, son tarix: xx.xx.2017; başlanğıc tarix: xx.xx.2018, hesablamayadək məbləğ: 236,43, hesablandıqdan sonra məbləğ: 118,21, son tarix: xx.xx.2018; başlanğıc tarix: xx.xx.2019, hesablamayadək məbləğ: 243,52, hesablandıqdan sonra məbləğ: 121,76, son tarix: xx.xx.2019; başlanğıc tarix: xx.xx.2020, hesablamayadək məbləğ: 283,94, hesablandıqdan sonra məbləğ: 141,97, son tarix: xx.xx.2020; başlanğıc tarix: xx.xx.2021, hesablamayadək məbləğ: 316,31, hesablandıqdan sonra məbləğ: 158,15, son tarix: xx.xx.2021. Bildirilir ki, müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, ananız X2 əmək qabiliyyəti olmayan şəxs olması ilə əlaqədar əlilliyə görə əmək pensiyası aldığı halda, sizə əmək pensiyası bölünmədən tam məbləğdə ödənilmişdir. Nəticədə, xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat artıq ödəmə müəyyən olunmuşdur. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 164106 nömrəli qərarına əsasən sizə artıq ödənilmiş 8453,81 manat məbləğ bölünərək aylıq əmək pensiyanızdan tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. - X12 Sistemindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı təyin edilmiş aylıq pensiya məbləği xx.xx.2022-ci il tarixdən əmək pensiyasından oktyabr 2021-ci ildən sentyabr 2022-ci il tarixə kimi 30.34 manat, oktyabr 2022-ci ildə 48.80 manat tutulmalar həyata keçirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh SÖTMF-nin artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Tutulmuş məbləğin geri qaytarılması barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərardan iddiaçının hansı vaxtdan məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərar rəsmi şəkildə təqdim edilməmiş, iddiaçı mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının anası X5 əlilliyə görə əmək pensiyası aldığı halda İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası bölünmədən tam məbləğdə ödənildiyi müəyyən olunmuş, bu əsasdan xx.xx.2021-ci il tarixli qərarla iddiaçının ailə başçısını itirməyə görə pensiya məbləği 158.15 manat müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixləri arası ödənilmiş pensiya məbləğindən 8453,81 manatın artıq ödənildiyi əsas gətirilərək həmin məbləğin aylıq pensiyadan tutulmaqla büdcəyə bərpa edilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixli qərarın artıq ödənilmiş 8453,81 manatın əmək pensiyasından tutulması hissəsində ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın qanuniliyini mübahisələndirilən hissədə “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. İddiaçıya aid pensiya alt sistemindən çıxarışa əsasən onun əmək pensiyasından 2021-ci ilin oktyabr ayından başlayaraq tutulma aparılmışdır. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğin əmək pensiyasından tutulmanın aparıldığı barədə “məlumat”dır. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə qərar qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmiş və həmin aktın bilavasitə icra edilməsinə başlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli 164106 saylı qərar pensiyanın tutulması hissəsində iddiaçıya münasibətdə əliverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həm də həmin hissədə qanunsuz hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalı və belə bir akt ləğv olunmaqla bərabər onun yaratmış olduğu hüquqi nəticələr də aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 164106 saylı qərarı xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi hissəsində ləğv edilməli, iddiaçıya ödənilən ailə başçısını itiməyə görə əmək pensiyasından 2021-ci ilin oktyabr ayından etibarən tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 164106 saylı qərarı “xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 8453,81 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi” hissəsində ləğv edilsin. İddiaçı ödənilən ailə başçısını itiməyə görə əmək pensiyasından 2021-ci ilin oktyabr ayından etibarən tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11013/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11013/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver