Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11018/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablamanın ləğv edilməsini, pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan 37.3.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-7-7065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-11018/2024 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10906/2024 saylı (iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-10906/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanmasından ibarətdir. Göründüyü kimi hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, birlikdə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11018/2024 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-10906/2024 saylı (iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-10906/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11018/2024 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-10906/2024 saylı (iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati işə birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın yenidən hesablanması” tələbinə dair iş 2-1(112)-10906/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-11018/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11018/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver