Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1102/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş stajı nəzərə alınmaqla pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı kimi pensiya təyin edilməsinə dair öhdəliyin cavabdehə həvalə edilməsinədair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-11020/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X10 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Binəqədi rayon Şöbəsi ilə əvəz edilmmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 61 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, o, müxtəlif idarə və komitələrin qarşısında günlərlə vaxt itirərək öz konstitusion hüququnu bərpa etmək məqsədi ilə, yəni ona məxsus pensiyasının alınmasına çalışsa da, xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubla cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən də, o məhkəməyə müraciət etmişdir. O, xx xxxxxx 1975-ci il tarixdən öz fəlaiyyətini Ağdam rayon əhalinin məişət xidməti kombinatında başlayaraq düz xx xxxxxx 2005-ci il tarixə qədər 545 №-li aptekdə farmaseft texnoloq vəzifəsində işləyərkən öz iş fəaliyyətini dayandırmış, ancaq çox təəssüflər olsun ki, o, pensiyasını ala bilmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi idida tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonu, Boyad kəndində anadan olmuşdur. İşdə olan ididaçıya məxsus xx xxxx 1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Ağdam rayon Əhaliyə Məişət xidmətinin kombinatında işə başlamış, xx.xx.1976-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1977-ci ildə Ağdam rayon Xalça fabrikinə işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1978-ci ildə Ağram rayon X1 işə qəbul edilmiş, xx.xx.1978-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1980-ci il tarixdə 442 №-li aptekə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə 78 №-li aptekə dəyişdirildiyinə görə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə 78 №-li aptekə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə təzə açılmış 545 №-li xəstəxanalar arası aptekə öz vəzifəsinə köçürülmüş,xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X7 tərəfindən verilmiş 68 nömrəli, xx xxxxx 2019-cu il tarilxi arxiv arayışın surətindən görünür ki, Dövlət X7nda saxlanılan Ağdam rayon 545 nömrəli aptekin 1994-2005-ci illlərin arxiv sənədlərinə baxılmış, X2 həmin aptekdə əczaçı vəzifəsində işləmiş və əmək haqqı almışdır. İşdə olan cavabdehin iddiaçıya ünvanladığı “Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********7 saylı məktubun surətindən görünür ki, iddiaçının ona pensiya təyin edilməsinə dair ərizəsinə pensiya təyin edən komissiyada baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imtkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığında ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığı iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində qeyd edilir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olduğundan, onun 61 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş və onun 61 yaşı tamam olduğundan iddiaçının artıq 25 ildən çox əmək stajı olmuşdur. Bununla da, iddiaçının qanunvericiliklə müəyyən edilmiş pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 61 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1102/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1102/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver