Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1102/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı torpaqların alğısatqı aktının və qərarların etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı Cavabdeh 25 avqust 2007-ci il tarixli, 055 və 056 saylı qərarların və buna müvafiq olaraq torpaqların alğı-satqı aktlarının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70-ci maddəsinin rəhbər tutularaq etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə hazırlıq icraatı mərhələsində cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati mübahisənin həll edilməsi məqsədilə 2-1(112)- 5026/2020 saylı, 12.11.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 iyun 2021-ci il tarixli, 10/2901 nömrəli ekspert rəyi təqdim edilərək, qərardadda qoyulmuş birinci və ikinci suallar üzrə bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 iyun 2021-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyinə əsasən, 1865 saylı bağın ərazisi ilə **********1-10301 və **********0-10301 reyestr nömrəli sahələrin üst-üstə düşmədiyi müəyyən olunur. Sxemdə iddia olunan bağ sahəsi kimi göstərilən sahə **********43-10301 reyestr nömrəsi, sxematik xəritə ilə 1865 saylı bağ sahəsinin həqiqi ərazisi də **********14 (“X8 İstets Limited” MMC-nin adına) reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, sxematik xəritəyə əsasən 1865 saylı bağın təqribi uyğun gəldiyi sahə, **********1-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X1 ayrılmış və **********0-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X3 ayrılmış torpaq sahələrindən kənarda yerləşir. Göründüyü kimi, iddiaçının, Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli, 378 saylı qərarı ilə ona ayrılmış, Sabunçu rayonu, Bilgəh bağlar massivi, 59 saylı BTK-nın nəzdində, sahəsi 0.12 ha olan 1865 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü iddia etdiyi, Cavabdeh 25 avqust 2007-ci il tarixli, 055 və 056 saylı qərarları və həmin qərarlara əsasən tərtib olunmuş torpaqların alğı-satqı aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində, **********1-10301 və **********0-10301 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş torpaq sahələri, ona ayrılmış bağ sahəsindən kənarda yerləşdiyindən, onun hazırda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur. İşin bu cür halında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1102/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1102/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver