Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11030/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Məhərrəm oğlunun, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhərrəm oğlunun cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Cavabdeh2 məhdud məsuliyyətli cəmiyyəti və "xxxx" Azərbaycan İnkişaf Şirkətinə qarşı kompensasiya ödənilməsi və s. tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhərrəm oğlu cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti (bundan sonra mətndə Xətai RİH), Cavabdeh2 məhdud məsuliyyətli cəmiyyəti və "xxxx" Azərbaycan İnkişaf Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RİH-nin məsul şəxslərinin və digər əməkdaşlarının sakinlərə qarşı mütəmadi qanunsuz hərəkətlərini nəzərə alaraq, Xətai RİH-nin bu köçürülmə tədbirindən kənarlaşdınlmasını, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsində yaşayan mülkiyyətçilərin daşınmaz əmlakları, "xxxx" Azərbaycan İnkişaf Şirkətinə (bundan sonra mətndə AİŞ) tərəfindən cəlb etdiyi investorların hesabına, mülkiyyətçilərlə razılaşaraq, həmin ərazidə mövcud dövrə görə, daşınmaz əmlakların orta bazar qiymətləri nəzərə almaqla, qiymətləndirilib, sakinlərə təzminatın ödənilməsini, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının "08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimatın 1.5, 2.19, 2.30 bəndlərində daşınmaz əmlakların qiymətləndirilməsi yalnız çöl ölçülərdən istifadə edilərək, evlərinin qiymətləndirilməsini, “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında AR 987-İİİQ saylı Qanunun 1.1.1-ci maddəsinə görə istifadədə və ya icarədə olan torpaqlara görə kompensasiya və ya əvəzinin verilməsini, “X3” AR Qanunun 9-cu maddəsinə görə tikilinin altındakı torpaq sahəsinə görə təzminatın ödənilməsini və AR Mənzil Məcəlləsinin 5.1, 5.2, 5.3-ci maddələrinə görə sakinlərin mülkiyyətlərinin və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM 45.4) maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə göndərilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehlərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı Məhərrəm oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Məhərrəm oğlunun ərizəsi təmin edilsin. İddiaçı Məhərrəm oğlunun cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Cavabdeh2 məhdud məsuliyyətli cəmiyyəti və "xxxx" Azərbaycan İnkişaf Şirkətinə qarşı kompensasiya ödənilməsi və s. tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11030/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11030/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver