Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11037/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində soyad sonluğunun dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş doğum haqqında akt qeydində soyadının “Qəhrəmanlı”dan “Qəhrəmanova”ya dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydində soyad sonluğunun “Qəhrəmanlı”dan “Qəhrəmanova”ya dəyişiklik edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının doğumu xx.xx.1979-cu ildə Ağdam rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış və ilkin doğum haqqında şəhadətnamədə soyadı “Qəhrəmanova” kimi qeyd edilmişdir. Hazırda istifadə etdiyi AZ-İV 006696 nömrəli doğum haqqında şəhadətnamədə isə iddiaçının soyadı “Qəhrəmanlı" kimi yazılmışdır. Halbuki şəxsiyyət vəsiqəsində, nikah və nikahın pozulması haqqında şəhadətnamlərdə, eləcə də xarici pasportda iddiaçının soyadı "Qəhrəmanova” kimi qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydində və şəhadətnamədə soyadın sonluğuna dəyişiklik edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli cərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişikliklər edilməsi, həmçinin onun bərpa olunması kifayət cədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi yer üzrə qeydiyyat şöbələri, aidiyyəti şəxslər arasında mübahisə olduqda isə məhkəmələr tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı”, “li” “lu”, ”lü”, “zadə” , “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Qanunvericilikdə müəyyən olunmuş əsasların olmaması səbəbindən soyad sonluğunun yenidən “Qəhrəmanlı”-dan “Qəhrəmanova”-ya dəyişdirilməsindən imtina edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü tarixli məktubda yanlış şəxsə aid inzibati icraat materialları təqdim olunmuşdur.
6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü tarixli məktubda qeyd olunur ki, İddiaçı doğum haqqında akt qeydinin uşaq bəndində soyadın “Qəhrəmanlı”dan "Qəhrəmanova”ya dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yaşamal rayon qeydiyyat şöbəsinə ərizə daxil olmuşdur. Bildirilmişdir ki, Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1979-cu iİ tarixdə 128 saylı doğum akt qeydi tərtib edilərkən uşaq bəndində soyad “Qəhrəmanova” yazılmış, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli 495 nömrəli qərarına əsasən soyad sonluğu “Qəhrəmanova”dan “Qəhrəmanlı”ya dəyişdirilmişdir. Ləkin vətəndaşa məxsus olan digər vətəndaşlıq vəziyyəti akt qeydlərində soyad “Qəhrəmanova" olaraq qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daim yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir Göstərilənlərə əsəsən doğum haqanda akt qeydinin uşaq bəndində soyadın “Qəhrəmanlı”dan "Qəhrəmanova”ya dəyişdirilməsindən imtina edilmişdir.
7. İddiaçıya məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adı bəndlərində müvafiq olaraq İddiaçı Nizami qızı qeyd olunmuşdur.
8. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, 128 saylı doğum haqqında şəhadətnaməyə əsasən, iddiaçının ad soyad və ata adı İddiaçı Nizamı qızı olaraq qeyd olunmuşdur.
9. 07.10.1995-ci il tarixli, 479 nömrəli Nikahın bağlanması haqqında akt qeydinə əsasən, iddiaçının soyadı “Qəhrəmanova”dan “Nəcəfova”ya dəyişdirilmişdir.
10. AZ-İ 033901 qeydiyyat nömrəli xx.xx.2004-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, iddiaçıya nikah ləğv olunandan sonra “Qəhrəmanova” soyadı verilmişdir.
11. 02.10.2008-ci il tarixli iddiaçıya məxsus Nikah haqqında akt qeydinə əsasən soyad bəndində “Qəhrəmanova” qeyd olunmuşdur.
12. AZ-İ 453759 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikah pozulduqdan sonra iddiaçının soyadı “Qəhrəmanova” olaraq qeyd olunmuşdur.
13. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, C01188993 nömrəli ümumvətəndaş pasportunun soyad bəndində “Qəhrəmanova” qeyd olunmuşdur.
14. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı 172698 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı Qəhrəmanova olaraq qeyd olunmuşdur.
15. 29.09.2019-cu il tarixli, AZ-T 113489 qeydiyyat nömrəli iddiaçıya məxsus Doğum haqqında şəhadətnaməyə əsasən soyad bəndində “Qəhrəmanlı” qeyd olunmuşdur.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vaxtilə soyad sonluğunun dəyişdirilməsinə dair qeydiyyat orqanına hər hansı ərizə təqdim etməmişdir. Sənədlərindəki soyad sonluğu ilə bağlı uyğunsuzluq ona vətəndaş hüquqlarının həyata keçirilməsinə maneələr törədir.
17. Cavabdeh məhkəmə baxış iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
24. X4 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X4 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
25. İlk növbədə qeyd edilməlidir ki, X4 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).
26. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X4 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
30. X4 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X1rşı).
31. Beləliklə, məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərə əsasən iddiaçının soyadının ilk dəfə “Qəhrəmanova”dan “Qəhrəmanlı”ya dəyişdirilməsinə dair ərizəsi olduğu müəyyən olunmur. Hazırda doğum haqqında akt qeydində iddiaçının soyad sonluğu “Qəhrəmanlı” olaraq yazıldığından iddiaçı faktiki olaraq soyad sonluğunu “Qəhrəmanlı”dan “Qəhrəmanova”ya dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus vətəndaşlıq vəziyyəti aktlarında - xx.xx.1979-cu il tarixli 128 saylı doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, məcburi köçkün vəsiqəsində, ümumvətəndaş pasportunda, nihakın pozulması haqqında şəhadətnamələrdə iddiaçının soyad sonluğu “Qəhrəmanova” olaraq göstərilmişdir. Odur ki, dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.
32. Odur ki, doğum haqqında akt qeydində müvafiq düzəlişi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
33. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydində soyad sonluğunun “Qəhrəmanlı”dan “Qəhrəmanova”ya dəyişdirilməsinə dair qeyd edilməklə buna dair yeni şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva