Məhkəmə qərarları › İş №2-1(112)-1104/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1104/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1104/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, Səlyan rayonu Seyidsadıqlı kəndi ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvandakı evin həyətində yerləşən qaraja mövcud vəziyyətdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı 25 aprel 2022-ci il tarixli qərardadı əsasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı evin həyətində yerləşən qaraj 2001-ci ildən etibarən iddiaçıya məxsusdur. Əvvələr həmin qaraj X1 istifadəsində olmuş və həmin qarajı iddiaçı İ.K.İsmayılovdan almışdır (faktiki olaraq aralarında alqı-satqı münasibətləri baş vermişdir). Yasamal rayon 64 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 04 saylı arayışına əsasən İ.Qutqaşınlı küçəsi, 101 saylı ünvandakı evin həyətində yerləşən qarajın İddiaçı məxsus olması təsdiq edilir. 2001-ci ildən etibarən qarajın kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixində Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına (qaraja) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə sənədləri DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********32 №-li cavab məktubu ilə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mənə ünvanladığı imtina məktubu əsassızdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin qənaətinə görə göstərilən qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin torpaq sahəsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Əvvəla həmin torpaq sahəsi ümumi istifadədədir. Hesab etdikdə ki, qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin istifadəsindəddirsə, onda həmin şəxsin qarajın sökülməsini və ya ona verilməsi ilə bağlı tələbi olardı. Lakin belə bir hal yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iddiaya etiraz edərək və etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı ünvan 2 ünvandakı evin həyətində yerləşən qeyri-yaşayış binasına (qaraja) mövcud vəziyyətdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsə ("xxxx" MTKya) icarə hüququ ilə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN- 2467 nömrəli şəhadətnaməsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyriyaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********32 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdmimasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı MKİS tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, İ.Qutqaşınlı küçəsi 101 saylı evin həyətində yerləşən qaraj X2 məxsus olmuş və onun istifadəsində olmuşdur. Vətəndaş İ.K.İsmayılov həmin qarajı 2001-ci ildə İddiaçı istifadəsinə vermişdir. Hal-hazırda İ.Qutqaşınlı küçəsi 101 saylı ünvanda yerləşən qaraj vətəndaş İddiaçı istifadəsindədir. -“ANT LTD” birgə müəssisəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, A3/74-04 saylı məktubdan görünür ki, iddiaçının 11 yanvar 2022-ci il tarixli müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixil 188 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Tikinti aparmaq məqsədi ilə 0.524 ha torpaq sahəsi BM-nin istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsinin bir hissəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi tam olaraq başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. İddiaçı istifadəsində olan, 56,0 kv.metr sahədən ibarət qaraj sahəsi ANT LTD birgə müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisi layihələndirilmişdir. Həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqı-satqı müqaviləsi bağlanacağı, həmçinin iddiamının istifadəsində olan 56,0 kv.metr sahədən ibarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına hər hansı etiraz və iddianın olmadığıni bildirmişlər. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 88 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamdan görünür ki, “ANT LTD” birgə müəssisəsinin xx.xx.2002-ci il tarixli, 41 saylı məktubu və Azərbaycan Respublikası 1 saylı İqtisad Məhkəməsinin N1768/2-450 saylı qətnaməsi nəzərə alaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 533-cü məhəliədə 0,524 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün «ANT LTD» birgə müəssisəsinə icarəyə verilmiş, istifadəyə verilmiş torpaq sahəsinə dair 02/69 №li Ayrıc Aktı tərtib edilməklə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 88 saylı Sərəncamı və xx.xx.2002-ci il tarixli 0086 saylı icarə müqaviləsi ilə Yasamal rayonu, İnşaatçılar prospektindəki 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədi üçün 49 il müddətinə 0.517243 ha torpaq sahəsi müvəqqəti istifadəyə verilməsinə dair JN-2467 (kod ********) nömrəli şəhadətnamə verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı və icarə müqaviləsi əsasında Yasamal rayonu, İnşaatçılar prospektindəki 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədi üçün 49 il müddətinə 0.517243 ha torpaq sahəsi müvəqqəti istifadəyə verilməsinə dair JN- 2467 (kod ********) nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 88 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamdan görünür ki, “ANT LTD” birgə müəssisəsinin xx.xx.2002-ci il tarixli, 41 saylı məktubu və Azərbaycan Respublikası 1 saylı İqtisad Məhkəməsinin N1768/2-450 saylı qətnaməsi nəzərə alaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 533-cü məhəliədə 0,524 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün «ANT LTD» birgə müəssisəsinə icarəyə verilmiş, istifadəyə verilmiş torpaq sahəsinə dair Ayrıc Aktı tərtib edilməklə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmişdir. Sonradan “ANT LTD” birgə müəssisəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixliı məktub əsasında qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisinin layihələndirildiyi, həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqı-satqı müqaviləsi bağlancağı, həmçinin iddiaçının istifadəsində olan 56,0 kv.metr sahədən ibarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına hər hansı etiraz və iddialarının olmadığı bildirmişdir. İddiaçı hazırki tələbi ilə bağlı ilk öncə inzibati orqana müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 27 aprel 2021-ci il tarixli **********32 nömrəli imtina məktubu ilə iddiaçının ünvan 2 ünvanda yerləşən qeyri yaşavıs binasına (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış və texniki pasportun alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfinən göstərilən qarajın yerləşdiyi torpaq sahəsinə digər şəxsə verilmiş (ləğv edilmiş) X6 Komitəsinin JN-2467 nömrəli şəhadətnamənin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyri yaşayış binasının (qarajın) sənədləşdirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı sənədi təqdim edilməli olduğu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.2. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməli olduğu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olması bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Məhkəmə cavabdeh inzibati orqanın elektron kadastr məlumatlarına əsasən göstərilən qarajın yerləşdiyi torpaq sahəsinin "xxxx" MTK-ya icarə hüququ əsasında verildiyinə dair dəlilinə münasibətdə qeyd edir ki, “ANT LTD” birgə müəssisəsi tərəfindən iddiaçıya ünvanlanan məktuba əsasən iddiaçının 11 yanvar 2022-ci il tarixli müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixil 188 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verildiyi, tikinti aparmaq məqsədi ilə 0.524 ha torpaq sahəsi BM-nin istifadəsinə ayrıldığı, həmin torpaq sahəsinin bir hissəsində yüksək mərtəbəli yaşayış binasının tikintisinin tam olaraq başa çatdırıldığı və sakinlərin istifadəsinə verildiyi, İddiaçı istifadəsində olan, 56,0 kv.metr sahədən ibarət qaraj sahəsinin də ANT LTD birgə müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, lakin qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisinin layihələndirildiyi və həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqı-satqı müqaviləsi bağlancağı, həmçinin iddiaçının istifadəsində olan 56,0 kv.metr sahədən ibarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına dair hər hansı etiraz və iddianın olmadığıni bildirmişlər. Məhkəmə cavabdehin göstərdiyi hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı digər dəlilinə münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən qeyriyaşayış binasının (qaraj) yerləşdiyi sahə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 88 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamına əsasən ANT LTD” birgə müəssisəsinə ayrılmış, qeyd olunan sahə 49 il müddətinə 0.517243 ha torpaq sahəsi müvəqqəti istifadəyə verilməsinə dair JN-2467 (kod ********) nömrəli şəhadətnamə əsasında rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydə alınması üçün əvvəlki sahibi ilə bağlanmış faktiki alqı-satqı müqaviləsi mövcud olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvandakı evinin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar