Məhkəmə qərarları › İş №2-1(112)-11045/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11045/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11045/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixdə elan olunan Atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında döyüşən ordunun tərkibində 896, N və N saylı hərbi hissələrdə bütün xidmətini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan edilmiş Atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 896, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qərardan irəli gələn ehtiyata buraxılmasına dair Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı 1988ci il tarixdən 1990-cı il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. 24 iyul 1993-cü il tarixdə SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən təkrar hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr 1993cü il tarixli 0175 nömrəli əmrilə ona kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin xx.xx.1993-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olaraq, bütün növ təminatlarla təmin olunmuşdur. 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin bu günə qədər digər döyüş yoldaşlarının Müharibə Veteranı adı və vəsiqəsi alsalar da, iddiaçı müvafiq adı ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 9/2- 171 №-li Arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xidməti barəsində N saylı hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli 01N №-li əmrilə N saylı hərbi hissənin xx.xx.1993-cü il tarixli adlı siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olunaraq, bütün növ təminatlarla təmin olunması və uzun müddət hərbi hissədən yayınmasına görə komandirin 01 noyabr 1993-cü il tarixli 0208 №-li əmrilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar olunması barədə məlumat vardır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, X1 göndərilən Arxiv Arayışında onun hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatında olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrləri Arxivə göndərilməmişsə, onun təqsiri yoxdur. Bütün bunların araşdırılması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı vəsatətində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmət keçməsinə dair arxivdə olan müvafiq əmrlər əsasında araşdırma aparmış və 16 yanvar 2015-ci il tarixli arxiv arayışı təqdim etmişdir. Həmin arayışda iddiaçının N nörməli hərbi hissə komandirinin N sentyabr 1993-cü il tarixli əmri ilə vəzifəyə təyin olunması və bütün növ təminatlarla təmin edildiyi, uzun müddət hərbi hissədən yayındığına görə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edildiyi qeyd edilmişdir. Həmçinin, iddiaçı analoji tələblə daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021ci il tarixli 2-1(112)-1429/2021 nömrəli qərarı ilə tələbi təmin edilməmiş, qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(103)-2474/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(103)-2474/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 24 iyul 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 896 (160-N saylı hərbi hissələrdə) saylı hərbi hissədə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılması nəticəsində qərar qəbul edilməsi və həmin hərbi hissələrdə döyüş əməliyyatlarında iştirakı barədə qərardan irəli gələn onun ehtiyata buraxılmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, “İddiaçı müvafiq müraciətinə cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən arxiv arayışı verilmişdir. Həmin arayışda iddiaçının 1993 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti barədə xüsusatlara toxunulmuş, lakin onun xidmətdən tərxis olmasına dair məlumatlar əks olunmamışdır. İddiaçı bu səbəbdən də yenidən araşdırma aparılması və yeni arxiv arayışının verilməsini tələb edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması (hətta, buna etimal olunan) barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə ərayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır.” Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işə yenidən baxılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2474/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1056/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2474/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Həmçinin iddiaçı eyni tələblə eyni cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2706/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi, yuxarıda sadalananlardan müəyyən olunur ki, iddiaçı daha əvvəl eyni tələblə məhkəməyə müraciət etmiş, iddiaçının bu tələbi üzrə qəbul edilmiş məhkəmə qərarlarında iddiaçının müvafiq müraciətinə cavabdeh inzibati orqan tərəfindən arxiv arayışının verilməsi, həmin arayışda iddiaçının 1993 – 1994-cü illərdə müvafiq hərbi hissələrdə xidməti barədə xüsusatlara toxunulması, lakin onun xidmətdən tərxis olmasına dair məlumatların əks olunmaması göstərilmiş, iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən onun iddiası təmin olunmamışdır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Hazırkı iş üzrə istinad olunan normadakı hallardan hər hansı birinin mövcud olması və iddiaçının bununla bağlı cavabdehə təkrar müraciət etməsi də müəyyən olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında da göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar