Məhkəmə qərarları › İş №2-1(112)-11046/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11046/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11046/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Vətən müharibəsi və Silahlı Qüvvələr veteranı olduğunu təqvim üzrə 26 ildən çox hərbi xidmət etdiyini nəzərə alaraq, güzəştli əsaslarla ailə tərkibinin 4 nəfərdən ibarət olmaqla ehtiyyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülərək Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən hərbi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixindən müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi vəzifəsinin Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək AR DİN Daxili Qoşunlarında və xx.xx.2003-cıi ildən xx.xx.2023-cü ilədək Silahlı Qüvvələrdə fasiləsiz olaraq hərbi xidmət keçmişdir. Qarabağ müharibəsinin veteranıdır. Müdafiə Nazirinin xx.xx.2023-cti il tarixli 0742 saylı əmrinə əsasən yaşa görə hərbi geyimi daşımaq hüququ ilə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. N saylı hərbi hisə komandirinin N nömrəli xx.xx.2023-cü il tarixli əmrinə əsasən xx.xx.2023-cü il tarixindən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki. Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Na/irliyi tərəfindən mənzillə təmin edilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, respublika ərazisində iddiaçının adına yaşayış sahəsi aşkar olunmamışdır. Hal hazırda ailəsi ilə Bakı şəhəri. ünvan 1 ünvanında kirayədə yaşayır. İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdir ki, Vətən müharibəsinin veteranı olduğu, Silahlı Qüvvələrdə təqvim üzrə 26 ildən çox xidmət etdiyi nəzərə alınaraq, ailəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısında qeydiyyata alınaraq iddiaçıya ailə tərkibinə görə ehtiyyata buraxıldığı və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən hərbi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixindən kirayə pulunun ödənilməsində köməklik göstərilsin. Lakin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaşın adı Azərbaycan Respublikası Prezidentinin 28.12.201 1-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş 3-25-22/2-V-8xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayış). Müraciətlə əlaqədar bildirilir ki, daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-V-001 8-8/2025 **********38 saylı arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 7, 119 saylı mənzil 14.1 1.2018-ci il tarixdə adınıza qeydiyyata alınmışdır, lakin 3 saylı Bakı "ASAN xidmət" notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 4Ə-1 190 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmçinin ünvan 3 ünvanı xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Gəncə şəhər 5 saylı notariat kontorunun 40-560 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı satqı və ipoteka m üqav i 1 əsinə əsasən özgəninkiİəşdirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Vətəndaşın adının Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və eyni zamanda mülkiyyətinizdə olmuş mənzil sahəsinin özgəninkiləşdirilməsi tarixindən 5 il keçmədiyindən müraciətinizdə qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciət əsasında məsələyə yenidən baxıla bilər.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti İddiaçı iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixli 5-10/1-V-6- 068/2025 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş 3-25-22/2-V-8xxxx/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışı). Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən 119 saylı mənzil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində 4Ə-1190 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin mənzili özgəninkiləşdirmişdir. Habelə, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 40 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Gəncə şəhər 5 saylı notariat kontorunun 4Ə-560 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə sasən özgəninkiləşdirilmişdir. Sözügedən müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli 5-10/2-V-6-068/2025 nömrəli cavab məktubunda, adının Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi, eyni zamanda mülkiyyətində torpaq sahəsi olması və mülkiyyətində olmuş mənzillərin özgəninkiləşdirilməsi tarixindən 5 il keçmədiyindən müraciətdə qeyd olunmuş məsələnin müsbət həllinin mümkün olmadığı ətraflı izah edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vatandaş qismində uçota almaqdan imtinaya yol verilir. İşin araşdırılan hallarından və istinad olunan qanunvericilik normasından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının adına əvvəllər daşınmaz əmlaklar mövcud olmuşdur, lakin o, hansısa səbəbdən həmin əmlakları özgəninkiləşdirmişdir. Bu hal isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Həmin hərəkətlərə yol vermiş vətəndaşlar isə göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Bununla yanaşı, qeyd edirik ki, Rayon İcra Hakimiyyəti iddiaçıya kirayə pulu ödəmək üçün ilk olaraq vətəndaşı mənzil növbəsinə götürməlidir. İddiaçı isə artıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mənzil növbəsindədir. Bir vətəndaşın iki qurum tərəfindən mənzillə təmin olunması qanunvericilikdə birbaşa göstərilməmişdir. Təcrübədə yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş şəxslər isə həmin Nazirlik tərəfindən mənzillə təmin olunurlar. Bu səbəbdən də, bir şəxsin iki qurum tərəfindən mənzil növbəsinə götürülməsini qanunamüvafiq hesab etmirik. Beləliklə də, hesab edirik ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin Qərarın 4.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi əsassız olduğu üçün onun iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur.

5. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən Sizə aşağıdakı ipoteka kreditləri verilmişdir: Kreditin Kreditin Müqavilə tarixi, Məbləğ № Müvəkkil bank Alınan yaşayış sahəsi bağlanma növü nömrəsi (AZN-lə) tarixi xx.xx.2010, 1 "xxxx" ASC Adi 22000 ünvan 8 xx.xx.2022 68 xx.xx.2018, 2 "xxxx" ASC Adi 61600 ünvan 7 xx.xx.2023 İSF/177 Qeyd olunan kreditlər üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Hazırda Fondun mövcud informasiya sistemlərində şəxsin adına aktiv ipoteka krediti mövcud deyildir.

6. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, 1975-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AR SQ-da DİN DQ-da, xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. AR MN-nin xx.xx.2023-cü il tarixli 0742 saylı əmrinə əsasən ”HXH” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N nömrəli (nizami hissə üzrə) xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.0648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 7 ünvanı xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin 3 saylı Bakı “ASAN xidmət” notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 4Ə-1190 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 8 ünvanı xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Gəncə şəhər 5 saylı notariat kontorunun 4Ə-560 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

8. Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1404 nömrəli Arayışa əsasən ehtiyatda olan mayor İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur.

9. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən ehtiyatda olan mayor İddiaçı adı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilmişdir.

10. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və elektron baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur.

11. Müqəddəmi ruzbəy Cavanşir oğlu və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Mənzilləri, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” Müqaviləsi (Kirayə Müqaviləsi) iş materiallarına əlavə olunmuşdur.

12. İş materiallarına əlavə olunmuş AZ-İİ 216408 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X3 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vəliyeva (Osmanova) Gülnarə Osman qızının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

14. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X4 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində şəxsə verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

28. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...

30. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən: ... Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutrnuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habeli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə ‘tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin X1 qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir...

32. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən iddiaçı 1975-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AR SQ-da DİN DQ-da, xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. AR MN-nin xx.xx.2023-cü il tarixli 0742 saylı əmrinə əsasən ”HXH” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N nömrəli (nizami hissə üzrə) xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - ünvan 7 ünvanı xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin 3 saylı Bakı “ASAN xidmət” notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 4Ə-1190 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən). - ünvan 8 ünvanı xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Gəncə şəhər 5 saylı notariat kontorunun 4Ə-560 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən).

34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

35. Məhkəmə nəzərə alır ki, xx.xx.2010-cu il tarixdə və xx.xx.2018-ci il tarixdə İddiaçı adına daşınmaz əmlak (mənzil) qeydiyyata alınmışdır. Daha sonra iddiaçı xüsusi mülkiyyətdə olan daşınmaz əmlakları (ünvan 8 və ünvan 7) özgəninkiləşdirmiş və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur.

36. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə cavabdeh orqan daşınmaz əmlakın özgəninkiləşdirildiyi tarixdən etibarən 5 il ərzində İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilə bilər.

37. Məhkəmə nəzərə alır ki, İddiaçı mülkiyyətində olan sonuncu daşınmaz əmlak (ünvan 7) xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən).

38. Odur ki, məhkəmə müəyyən edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək məqsədi ilə niyyətli hərəkətlərə yol vermiş vətəndaşlar üçün qanunvericiliklə müəyyən edilmiş 5 illik müddət (niyyətli hərəkətlərə yol verdikləri gündən) İddiaçı münasibətdə başa çatmamışdır.

39. Məhkəmə eyni zamanda nəzərə alır ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən ehtiyatda olan mayor İddiaçı adı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına daxil edilmişdir.

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar