Məhkəmə qərarları › İş №2-1(112)-11048/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11048/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11048/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Nərimanov rayon Qeydiyyat Şöbəsində aparılmış 15.05.1971-ci il tarixli, 1124 nömrəli akt qeydi nəzərə alınmaqla ona doğum haqqında təkrar şəhadətnamə verilməsinin cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 08 aprel 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həmin vaxt Nərimanov rayon Qeydiyyat Şöbəsində 15.05.1971-ci il tarixdə 1124 nömrə ilə akt qeydləri aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ona SSRİ vətəndaşının pasportu verilmişdir. Doğum haqqında .şəhadətnaməsi naməlum şəraitdə itmişdir və tapılmamışdır. O, şəxsiyyət vəsiqəsi ala bilməmiş və hal-hazırda ona verilmiş SSRİ vətəndaşının pasportu etibarsızdır. Ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh orqan olan Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də şəxsiyyət vəsiqəsi olmadığından bundan imtina edilmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından o şəxsiyyət vəsiqəsini ala bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş və bu barədə Məhkəməyə məlumat verilməmişdir. Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanan 30.11.2021-ci il tarixli məktubda bildirilir ki, iddiaçının iddiasına etiraz edilmir və işin həlli məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırda Binəqədi rayonu ərazisində yaşadığını, doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirdiyini, bu səbəbdən şəxsiyyət vəsiqəsini ala bilmədiyini qeyd edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İddiaçı yetkinlik yaşına çatdığı üçün və şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün ona təkrar doğum haqqında şəhadətnamə verilməmişdir. - Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17.11.2021-ci il tarixli, 2205 nömrəli məktuba qoşma kimi əlavə edilmiş 15.05.1971-ci il tarixli, 1124 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 08 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası 12.05.1918-ci il təvəllüdlü X6, anası 18.03.1931-ci il təvəllüdlü X1r. - Bakı şəhəri Kirov rayonu İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş 22 iyun 1987-ci il tarixli XV-ЖГ № 713333 saylı Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının pasportunun surətindən görünür ki, Quliyev X4 08 aprel 1971-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 1.1, 2.1, 2.2-ci mаddələrinə görə, tərəflər аrаsındа оlаn hazırki mübаhisə inzibаti-hüquq хаrаktеr dаşıyır. Həmin Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Bеlə ki, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçının bildirdiyinə görə onun doğumu 1971-ci ildə qeydə alınsa da sonradan bu barədə verilmiş şəhadətnamə itirilmiş, hazırda iddiaçıya doğum haqqında şəhadətnamə cavabdeh tərəfindən verilmir, doğum haqqında şəhadətnaməsi itirildiyi üçün o, şəxsiyyət vəsiqəsini almaq imkanına malik olmadığı üçün cavabdeh iddiaçıya doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı təkrar doğum haqqında şəhadətnaməsinin şəxsiyyət vəsiqəsi olmadan verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı iddia ərizəsi təmin edilməli, 08 aprel 1971-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 34-cü, 68ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddiаçı İddiaçı iddiası təmin edilsin. 08 aprel 1971-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar