Məhkəmə qərarları › İş №2-1(112)-1105/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1105/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1105/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (Saatlı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb edilməklə “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi” barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək AR Müdafiə Nazirliyi sistemində, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək AR Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmət keçmiş və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 0157 ş/h №-li, xx.xx.2018-ci il tarixli əmri ilə polkovnik hərbi rütbəsində xəstəliyə görə istefaya buraxılmışdır. Göründüyü kimi Azərbaycan Ordusunda (AR Müdafiə Nazirliyində) 20 il 08 ay, 04 gün təqvim hesabı ilə zabit kimi həqiqi hərbi xidmət keçmişdir (xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək). AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmiş və hal-hazırda kirayədə yaşayır. Hərbi xidmət dövrü “Silahlı Qüvvələr Veteranı” və digər medallarla, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı və veteranıdır, 1995-ci ildə Dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak etmişdir. Hesab edir ki, onun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Prezidenti adından AR Müdafiə Nazirinin 147 t nömrəli, xx.xx.2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuş, “Müharibə veteranı” hesab olunur, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, cavabdehin özü tərəfindən iddiaçının AR Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət keçməyi etiraf olunur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən təqdim etdiyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 5286 nömrəli məktubunda İddiaçı Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəməm iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəməm iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Nəciyev etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışını nəzərə alaraq, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinin Mənzil komissiyasının sədrinə ünvanlanmış xx.xx.2017-ci il tarixli 11/2636 nömrəli məktubda bildirilmişdir ki, polkovnik-leytenant İddiaçı Hüquq İdarəsinə ünvanladığı müraciətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət keçdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini və hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olması ilə əlaqədar dövlət hesabına mənzillə təmin olunmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, polkovnik-leytenant İddiaçı 12 təqvim ili Sovet Ordusunda, 20 təqvim ilindən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır, xidmətinin qüsurlu sayılması üçün əsaslar yoxdur və mənzil şəraitinin yaxşılaşdıırlmasına ehtiyac vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənzil təminatının yaxşılaşdırılması sahəsində təşkilati tədbirlər barədə” xx.xx.2014-cü il tarixli 385 nömrəli əmrinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət keçmiş polkovnik-leytenant İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət hesabına mənzillə təmin edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin MİHO/1-1-2-2022-1542 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyada ehtiyatda olan hərbi qulluqçu İddiaçı mənzil təminatı ilə bağlı məsələyə baxılaraq müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, sözügedən hərbi qulluqçu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan mənzillə təmin edilmiş və həmin mənzilin onun şəxsi mülkiyyətinə verilməsi barədə müvafiq məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmişdir. Sözügedən Komissiyaya sərəcamında mənzili olan hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması həvalə olunmamış və bu barədə həmin ehtiyatda olan hərbi qulluqçuya dəfələrlə müvafiq qaydada məlumat verilmişdir. xx.xx.2005-ci il tarixli vəsiqənin surətinə əsasən, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı” medalı ilə təltif olunmuşdur. xx.xx.2003-cü il tarixli vəsiqənin surətinə əsasən, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. 004093 saylı vəsiqənin surətinə əsasən xx.xx.1998-ci il tarixdə İddiaçı müharibə veteranı statusu verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 16 saylı arayışına əsasən, İddiaçı xx.xx.1980-xx.xx.1984cü illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində, xx-xx.0984-xx.xx.1984-cü illərdə Odessa HD Komandanının sərəncamında, xx.xx.1984-xx.xx.1985-ci illərdə Odessa HD ** OK *** MAD 100 MA alayında, xx.xx.1985-xx.xx.1985-ci illərdə Türk.HD Komandanının sərəncamında, xx.xx.1985-xx.xx.1987-ci illərdə Türk.HD 40 ÜO 201 MAD 122 MA alayında, xx.xx.1987-xx.xx.1989-cu illərdə Zaq.HD 7 qv. 127 MAD 128 MA alayında, xx.xx.1989-xx.xx.1990-cı illərdə 4 ÜO Komandanının sərəncamında, xx.xx.1990xx.xx.1990-cı illərdə 60 MAD 14 MA alayında, xx.xx.1990-xx.xx.1990-cı illərdə Şamaxı RHK-da, xx.xx.1990-xx.xx.1992-ci illlərdə Nərimanov RHK-da, xx.xx.1992-xx.xx.1992-ci illərdə 777 h/h-da, xx.xx.1992-xx.xx.1992-ci illərdə AR MN Təşkilat-səfərbərlik idarəsində, xx.xx.1992-xx.xx.1993-cü illərdə Nərimanov RHK-da, xx.xx.1993-xx.xx.1995-ci illərdə 777 h/h-da, xx.xx.1995-xx.xx.1995-ci illərdə AR HK-nın sərəncamında, xx.xx.1995-xx.xx.2006cə illərdə Şuşa RHK-da, xx.xx.2006-xx.xx.2008-ci illərdə Lerik RHK-da, xx.xx.2008xx.xx.2009-cu illərdə Tovuz RHK-da, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə AR SHXÇDX rəisinin sərəncamında, xx.xx.2012-xx.xx.2012-ci illərdə Tovuz RŞ-da həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2012-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2016xx.xx.2017-ci illərdə SHXÇDX Aparatında, xx.xx.2017-xx.xx.2018-ci illərdə Ağdaş RŞ-da, xx.xx.2018-xx.xx.2018-ci illərdə AR SHXÇDX rəisinin sərəncamında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2018-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, istefada olan polkovnik İddiaçı xx.xx.1980-xx.xx.1984-cü il tarixlərdə Bakı Ali Umumqoşun Komandirlər məktəbində kursant, xx.xx.1984-xx.xx.1992-ci il tarixlərdə Sovet Ordusunda zabit qismində, xx.xx.1992-xx.xx.2012-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində, xx.xx.2012-xx.xx.2012-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixlərdə isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. İstefada olan polkovnik İddiaçı xx.xx.2019-cu ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 5931 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, istefada olan polkovnik İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən ünvan 2 ünvanında xx.xx.1990-cı il tarixli 034497 saylı order əsasında yaşayış sahəsi ilə təmin olunmuşdur. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilmək üçün verilir. 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X9, oğlu X2, oğlu X5, qızı X3. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, İdarənin mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1980-ci ildən Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun da adının daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşagıdakı əsaslara görə iddiaçını öz tələbində haqlı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsində göstərilmişdir: “ 1.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar.

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması bu Qanunla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.

4. Hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.” Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İşin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, o, xx.xx.1984-cü ildən xx.xx.1991-ci il tarixədək Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövrü ərzində iddiaçı müvafiq medallar, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı” medalı, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd olunan əsasları sübut edən sənədlərlə cavabdehə müraciət edərək 20 təqvim ili və daha çox qüsursuz xidmətinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun adının daxil edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, imtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı artıq ünvan 1 ünvanında 2 otaqlı (29,07 kv.m) məzillə təmin olunmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının əsası kimi qeyd etdiyi halı əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, etirazda göstərilən Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 9 saylı ev, 99 saylı mənzil xx.xx.1990-cı il tarixli 034497 saylı order əsasında SSRİ Müdafiə Nazirliyi tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, SSRİ ordusundakı hərbi xidmətinə görə iddiaçının təmin olunduğunu mənzil “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli fərmanı əsasında verilə bilməzdi. Eyni zamanda, cavabdeh iddiaçının adının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına almaqdan imtina edərkən, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 26 il 08 aydan artıq müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi, iddiaçının qüsursuz xidmətə görə medallarla təltif olunması kimi halları nəzərə almamışdır. Odur ki, cavabdehin imtina məktibunda və iddiya dair etirazında göstərilən əsaslarla iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina edilməsi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1. –ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati icraat zamanı məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmadan və nəzərə almadan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar