Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1106/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3, X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə (3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı fasiləsiz xidmət illərinə görə əlavənin yenidən hesablanması və müvafiq hesablama vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi, Fövqəladə hallar orqanları işçilərinə verilən müalicə, məzuniyyət və maddi yardım haqqı orta aylıq əmək haqqımda nəzərə alınmaqla pensiyamın yenidən hesablanması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, ildə bir dəfə, orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinətin verilməsi vəzifəsi həmin İdarəyə həvalə edilməsi, sonrakı dövr üçün pensiya məbləğində yaranmış fərqin birgə birdəfəlik ödənilməsi (həm 25 faiz xidmət illərinə görə əlavənin pul təminatımda nəzərə alınmaqla hesablanmış fərq, həm orta aylıq əmək haqqının hesablanması zamanı müalicə, məzuniyyət və maddi yardım haqqının nəzərə alınması ilə yaranmış fərq, həm də ildə bir dəfə orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinətin yaranmış fərqi) vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının vəsatəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin prosessual hüquqi statusu 3-cü şəxsə dəyişdirilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx xxxxxx 2005-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X1 İdarəsindən tərxis olunmuş və hazırda AR Cavabdeh1 pensıyaçısıdır. 12 il 06 ay 08 gün təqvim ili olmaqla güzəştli şərtlərlə birgə 15 il 03 ay 13 gün əmək stajına malik olduğundan orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilərək ödənilir (xx.xx.1983-cü il tarixli AT-İİİ № ******* nömrəli Əmək kitabçasının 12-13 səhifələri ilə təsdiq olunur). Pensiyaya çıxdığı dövrdən etibarən pensiyanın əsasını təşkil edən pul təminatının vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə 15 faiz əlavəsi, ərzaq payı əvəzinə pul kompensasiyası, ikinci ixtisas dərəcəsinə görə 10 faiz əlavədən hesablanırdı (xx.xx.2015-ci il tarixli 03/89/03-269 nömrəli məktubla təsdiq olunur). Pul təminatında xidmət illərinə görə faiz əlavəsinin 25 faiz olması xx xxxxx 2019-cu il tarixdə FHN-ə müraciət edərək pul təminatının tərkib ünsürü olan fasiləsiz xidmət illərinə görə əlavənin 15 deyil, 25 faizlə hesablanması ilə əlaqədar müraciət etmişdir. Müraciətinin nəticəsi olaraq FHN-nın 21.06 2019-cu il tarixli 14/xxxx/04047 nömrəli məktubu ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edildi və müraciətdə göstərildi ki, xidmət illərinə görə əlavə 20 faiz deyil, yalnış olaraq 15 faiz qeyd edilmişdir. FHN məktubunda DİN-in Maliyyə-Plan İdarəsinin veridiyi cavab məktubuna istinad etmişdir ki, məlumat vərəqəsində xidmət illərinə görə əlavə xx xxxxxx 2005-ci il tarixdən (ilk dəfə pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilən vaxtdan) 15 faiz qeyd olunmuşdur. Yəni FHN idarəyə müraciətində göstərdi ki, xidmət illərinə görə əlavə 20 əvəzinə, 10 faiz kimi məlumat vərəqəsində göstərilmişdir. Nəticə etibarilə iddiaçının xidmət illərinə görə faiz əlavəsi 5 faiz artırılmış və xx xxxxxx 2019-cu il tarixdən hesablanaraq ödənilmişdir. Halbuki, pul təminatına daxil olan xidmət illərinə görə əlavə pensiyaya çıxdığı dövrdən etibarən 25 faiz kimi hesablanmalı idi. Belə ki, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş AR DİN-in polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları’’na 2 nömrəli əlavəyə əsasən 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə 25 faiz haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq ödənilir. Oxşar müddəa fövqəladə hallar orqanları əməkdaşları üçün də müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası"na görə isə 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə 25 faiz məbləğlərdə ödənilir. Fasiləsiz xidmət illərinə görə haqq fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır. Göründüyü kimi pensiyaya çıxdıqdan bəri pensiyanın hüquqi əsasını təşkil edən təminat xərcliyimin tərkibində xidmət illərinə görə əlavə 25 faiz olduğu halda, iddiaçıya səhvən 15 faiz olaraq hesablanaraq ödənilmişdir. Bununla əlaqədar iddiaçı təkrarən Azərbaycan Respublikası Cavabdeh1 və Daxili İşlər Nazirliyinə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmiş və Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 027-3eoƏ-3120 nömrəli cavabında göstərmişdir ki, xx xxxxx 2000-ci il tarixli 73 nömrəli Qərara əsasən fasiləsiz xidmət illərinə görə verilən haqqın 10 ildən 15 ilədək müddətə görə 20 faiz müəyyən edilmişdir və iddiaçının də 12 il 06 ay 08 gün xidmət illəri olduğundan xidmət illərinə görə verilən haqq 20 faiz kimi vərəqədə göstərilmişdir. Azərbaycan Respublikası Cavabdeh1 isə iddiaçının müraciətini ümumiyyətlə cavabsız qoymuşdur. Yəni növbəti cavabda Daxili İşlər Nazirliyi xidmət illərinə görə əlavənin az göstərilməsini xidmət ilinin 15 ildən az olması ilə əlaqələndirdi. Halbuki, xidmət illərinin təqvimlə 12 il 06 ay 08 gün olsa da, güzəştli şərtlərlə birgə 15 il 03 ay 13 gündür. Əks halda, iddiaçıya orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilməzdi. Belə ki, “X5" Qanunun xx xxxxxxx 2012-ci il tarixli redaksiyasının 20.28.3-cü maddəsinə görə həmin Qanunun 20.1, 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilirdi. Belə ki, orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə əyin edilməsi elə iddiaçının xidmət illərinin, yaxud qulluq stajının 15 ildən artıq olmasını birbaşa sübut edir. Digər tərəfdən, Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na əsasən Azərbaycan Respblikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar X6 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Azərbaycn Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya , feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» xx xxxxxx 1992-ci il tarixli 631 №-lı Qərarının 2-ci maddəsinin a) bəndinə görə daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. Qərarın tələbinə əsasən xx xxxx 1992-ci ildən xx xxxx 1996-cı ilədək xidmətli təqvimin 1 ayı 2 ay sayılmışdır ki, həmin güzəştli şərtlərlə xidmət illəri (3 il 10 ay 20 gün) 12 il, 06 ay, 08 gün təqvimli xidmət illərinə əlavə olunduqda ümumilikdə güzəştli şərtlərlə 16 il, 04 av, 28 gün stajın olması müəyyən olunur. Bundan başqa iddiaçı qeyd edir ki, Qərarın 1-ci maddəsinin 10-cu bəndinə görə X6 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin 1 ili 6 ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. xx xxxx 1983-cü il tarixli Г-İ 012111 nömrəli diplomun surətindən görünür ki, xx xxxxxxxx 1978-ci ildən, (çünki həmin dövrdə bütün təhsil müəssisələrində dərslər 01 sentyabr tarixdən başlayırdı) xx xxxx 1983-cü il tarixədək 4 il, 10 ay, 11 gün mülki ali təhsil müəssisəsində keçirdiyi təlim-tədris vaxtı olmuşdur ki, həmin təlim-tədrisin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edildikdə 02 il, 05 ay, 05 gün xidmət ili müəyyən olunur. Azrbaycan Respublikası Nazirlər Kabietinin ”Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması” Qaydası xx.xx.2011-ci il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 2.4. maddəsinə görə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə hüquq mühafizə və hərbi orqanlarda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması halları fövqəladə hallar orqanlarında xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Həmin xidmət ilini (02 il, 05 ay, 05 gün) güzəştli şərtlərlə olan 16 il, 04 ay, 28 gün xidmət illəri (qulluq stajı) ilə topladıqda cəmi 18 il, 10 ay 03 gün alınır. Beləliklə, təhlil edilənlər onu göstərir ki, iddiaçının 15 ildən 20 ilədək müddətdə X6 (indiki fövqəladə hallar orqanları) fasiləsiz xidmət illəri mövcuddur və bu da iddiaçıya xidmət illərinə görə 25 faiz əlavə verilməsini şərtləndirir. Bunun əksinə isə, Daxili İşlər Nazirliyi tərəfindən xüsusi rütbəli şəxs kimi təminat xərcliyi barədə məlumatlar düzgün tərtib edilmədən pensiya təyin edən orqana göndərilmiş, nəticədə iddiaçının pensiyası az məbləğdə hesablanaraq ödənilmişdir. Qeyd edir ki, X4 İdarəsi xx xxxxxx 2005-ci ildən bəri Azərbaycan Respublikası Cavabdeh1 tabeliyində olan qurum sayıldığından və qurumla əlaqədar Azərbaycan Respublikası Cavabdeh1 Daxili İşlər Nazirliyinin hüquqi varisi olduğundan1 pensiya hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək İdarəyə göndərilməsi vəzifəsi ona həvalə edilməlidir. Odur ki, pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək idarəyə göndərmək vəzifəsi Azərbaycan Respublikası Cavabdeh1nə həvalə edilməlidir. Bununla belə, pensiya yenidən hesablandıqda sonrakı dövr üçün yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi idarəyə həvalə edilməlidir. "X5” Qanunun 30.1- ci maddəsinə əsasən əmək pensiyası təyinatı (hesablanma, yenidən hesablanma və əmək pensiyasının bir növündən digərinə keçid) səlahiyyəti əmək pensiyası təyin edən orqan kimi ƏƏSMN-ya aid edilmişdir. Həmçinin, Prezidentin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ƏƏSMN yanında Fond haqqında Əsasnamə”nin tələbinə əsasən əmək pensiyalarının ödənişini təmin etmək Fondun vəzifəsidir. İdarə də Fondun tabeliyində olmaqla hərbi qulluqçular və xüsusi rütbəli şəxsin pensiya münasibətlərinin tənzim etməsini, o cümlədən təyinatı və ödənişini həyata keçirən qurumdur. Bu baxımdan pensiya yenidən hesablandıqda sonrakı dövr üçün yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi məhz idarəyə həvalə edilməlidir. Sadalananlarla yanaşı, qeyd edilməlidir ki, "X5” Qanunun 32.1-1-ci maddəsində göstərilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. Halbuki, bu müddəa bərabərlik və sosial təminat hüquqlarına ziddir. Məhz bununla əlaqədardır ki, Konstitusiya Məhkəəsinin “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 106-cı maddəsinin birinci hissəsinin Konstitusiyaya uyğunluğuna dair” xx xxx 2001-ci il tarixli qərarı ilə pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan qeyd edilən müddəanı Konstitusiyanın 25 və 38-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab etmişdir. Bu baxımdan pensiya yenidən hesablandıqda əvvəlki illər üzrə yaranmış fərq məbləği məhz pensiya hüququ yarandığı gündən etibarən birdəfəlik ödənilməlidir. Əvvəlki illər üzrə yığılmış fərq məbləği də ona görə birdəfəlik ödənilməlidir ki, bu məbləğ şəxsin mülkiyyətidir. Belə ki, Ali Məhkəmə sədrinin xx xxxxx 2018-ci il tarixli icmal məktubunda göstərilir ki, əmək pensiyası hüququ olan şəxslərin bu hüququ yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması üçün müraciəti nəzərə alınaraq pensiya məbləği hesablandığı halda yaranmış fərq əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edilir və yaranmış fərq birdəfəlik ödənilməlidir. Göstərilənlərə əsasən, hesablanmış pensiyanın sonrakı dövr üçün yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi İdarəyə həvalə edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, pensiyaya çıxarkən iddiaçıya fövqəladə hallar orqanları işçiləri üçün orta aylıq əmək haqqında nəzərə alınan məzuniyyət, müalicə, maddi yardım nəzərə alınmamışdır və bunsuz pensiya təyin edilərək ödənilmişdir.....Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndələri iddia ərizəsində göstərilənlərə etiraz edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarına əlavə olunan iddiaçıya məxsus AA ******* № li, xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanan məktubda qeyd etmişdir ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, məhkəmənin qərarına əsasən, “X5 ’’Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edildiyi xx.xx.2012-ci il tarixdən etibarən ona 3-cü tarif dərəcəsi yanığınsöndürən kimi iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının vəzifə maaşı- 200,00 manat, rütbə maaşı - 102,00 manat, xidmət illərinə görə 15 faiz əlavə - 45,30 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat və məharət dərəcəsinə görə 10 faiz əlavə - 20,00 manat olmaqla cəmi təminat xərcliyi 431,30 manat təşkil edir. 27 il xidmətə görə ona təminat xərcliyinin 80 faizi, yəni 345,04 manat məbləğində pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq (pensiyaların artımı ilə bağlı) son sərəncamına əsasən xx.xx.2013-cu il tarixdən iddiaçının vəzifə maaşı - 220,00 manat, rütbə maaşı -102,00 manat, xidmət illərinə görə 15 faiz əlavə - 48,30 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat və məharət dərəcəsinə görə 10 faiz əlavə - 22,00 manat olmaqla cəmi təminat xərcliyi 456,30 manat təşkil edir. 27 il xidmətə görə ona təminat xərcliyinin 80 faizi, yəni 365,04 manat məbləğində pensiya hesablanmışdır. Eyni zamanda bildirmişlər ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ona xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək yaranan 2665,45 manat pensiya artım fərqi xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2016-ci il tarixədək 25 ay ərzində hər ay pensiyasının üzərinə 106,61 manat əlavə olunmaqla 471,65 manat ödənilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan xx xxxxxx 2020-ci il tarixli 27-3COƏ-3120 saylı məktubdan görünür ki, iddiaçının pensiya təminatı ilə bağlı ərizəsi Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsi tərəfindən araşdırılaraq İddiaçı bildirilmişdir ki, arxiv pensiya işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, BDYTİ-nin Sumqayıt şəhəri DYTİ-nin 16-HYH yanğınsöndürəni vəzifəsindən xx.xx.2005-ci il tarixindən «ştat ixtisarına görə» X6n xaric edilmişdir. Sumqayıt şəhəri DYTİ-nin tərtib etdiyi Hesablama Vərəqinə əsasən pensiya təyini üçün xidmət müddətinin DİO-da təqvimi hesablama ilə 12 il, 6 ay, 8 gün, mülki iş stajının 15 il, 3 ay, 13 gün, cəmi 27 il, 9 ay, 21 gün təşkil etmişdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 27 il iş stajı nəzərə alınaraq müvafiq təminat xərcliyinin 57 faizi (Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında nəzərə alınmaqla) hesabı ilə ona pensiya təyin edilmiş və xx.xx.2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən aldığları məlumata əsasən onlar tərəfindən ödənilən pensiya təminatı: vəzifə maaşı - 378 manat, rütbə maaşı - 117 manat, xidmət illərinə görə 20 faiz ələvə - 99 manat, məharət dərəcəsinə görə 10 faiz əlavə - 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat, cəmi 695,80 manat məbləğində pul təminatından, «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»na (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) görə 556,64 manat təşkil edir. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi barədə bildiririk ki, X6 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması DİN-in xx.xx.2004-cü il tarixli 337 nömrəli əmri ilə elan edilmiş «DİO əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçun xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 98 nömrəli Qərarı əsasında hesablanmışdır Qərarın 2-ci bəndinə əsasən X6 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinə «X6 işə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti» hesablanır. Fasiləsiz xidmət illərinə görə verilən haqqın hesablanması üçün nəzərə alınan X6 iddiaçının xidmət müddəti 12 il, 6 ay, 8 gün təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında» xx xxxxx 2000-ci il tarixli 73 saylı Qərarına əsasən fasiləsiz xidmət illərinə görə verilən haqqın 10 ildən 15 ilədək müddətə görə 20 faiz müəyyən edildiyi üçün, 12 il, 6 ay, 8 gün xidmət müddəti nəzərə alınaraq təminat xərcliyində fasiləsiz xidmət illərinə görə verilən haqq 20 faiz məbləğində hesablanmışdır. Həmçinin bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən xx xxxxxx 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirir. Pensiya təminatı, pensiya faizi və maaş artımlarına müvafiq pensiya artımları barədə aidiyyatı üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsi tövsiyə edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş 0xx/xx-1770 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər X1 İdarəsinin xx xxxxxx 2005-ci il tarixli 90ş/h nömrəli əmrinə əsasən X6 xidmətdən xaric edilmişdir. İddiaçı X6 xidməti müddəti: təqvimi hesablama ilə - 12 il, 06 ay, 08 gün, mülki əmək stajı - 15 il, 03 ay, 13 gün, ümumi əmək stajı - 27 il, 09 ay, 21 gün təşkil etmişdir. Fasiləsiz xidmət illərinə görə verilən haqqın hesablanası ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na əsasən İddiaçı mülki iş stajının onun fasiləsiz xidmət illərinə hesablanması mümkün deyildir. Məhkəmə cavabdeh orqanın bu mövqeyi ilə razılaşmayaraq, aşağıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti üçüncü şəxsdən tələb edilmiş, həmin pensiya işinin surəti məhkəməyə təqdim olunaraq, tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin Pensiya işinə əlavə edilmiş “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən iddiaçı 15 il 3 ay 13 gün təqvimi xidmət ili mülki iş stajı, 12 il 6 ay 8 gün təqvimi xidmət ili X6, cəmi 27 il 09 ay 21 gün xidmət ili ilə, xx.xx.2005-ci ildə baş serjant rütbəsi ilə ştat ixtisarına görə tərxis edilmiş, həmin tarixdən ona yaşa görə pensiya təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan DİN seriyalı, 991335 saylı məlumat vərəqindən görünür ki, Əyybova Almaz Paşa qızı xx.xx.2005-ci il tarixdə BDYTİ-nin Sumqayıt şəhəri DYTİ-nin 16- HYH yanğınsöndürəni vəzifəsindən «ştat ixtisarına görə tərxis olunmuşdur. Pensiya təyin olunarkən onun vəzifə maaşı, 200,00 manat rütbə maaşı 102,00 manat, xidmət illərinə görə əlavə, 15 % əlavə - 45,30 manat, ərzaq payı əvəzində kompensasiya, 64,00 manat məharət dərəcəsinə görə 10 % əlavə - 20 manat olmaqla, cəmi təminat xərcliyi 431, 30 manatdan ibarət olmuşdur. Lakin sonradan iddiaçının müraciəti əsasında təminat xərcliyi xx xxxxxx 2019-cu il tarixdən 20 % olmaqla hesablanmağa başlanmışdırdir. İş materiallarında olan iddiaçıya məxsus diplomun surətindən görünür ki, iddiaçı 1978-ci il tarixdə Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1983-cü ildə orada riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli Qərarın hazırki redaksiyasına müvafiq olaraq zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “X5" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X6 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Sözügedən Qərarın tələbi baxımından iddiaçının xx xxxx 1992-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək X6 xidmət etməsi, xidmətin təqvimin 1 ayı 2 ay sayılmaqla, həmin güzəştli şərtlərlə xidmət illəri (3 il 10 ay 20 gün) 12 il, 06 ay, 08 gün təqvimli xidmət illərinə əlavə olunduqda ümumilikdə güzəştli şərtlərlə 16 il, 04 av, 28 gün stajın olması müəyyən olunur. Təhsil illərinə görə stajı (02 il, 05 ay, 05 gün) güzəştli şərtlərlə olan 16 il, 04 ay, 28 gün xidmət illəri (qulluq stajı) ilə topladıqda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablandıqda cəmi 18 il, 10 ay 03 gün olması müəyyən edilir. Beləliklə işin araşdırılan hallarından görünür ki, işin mübahisələndirilən halı iddiaçının hazırkı iddia ilə tələb etdiyi qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 20 % olmaqla hesalanmasıdır. Bu hala məhkəmə hüquqi qiymət verərə qeyd edir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 4 iİ 10 ay 11 gün V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil müddəti, təhsil illərinə görə staj 2 il 05 ay 05 gün(xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı ilədək 3 il 10 ay 20 gün, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 8 il 11 ay 28 gün, DYTX-də fasiləsiz xidmət illərinə görə iş stajı-12 il 06 ay 08 gün DYTX-də güzəştli xidmət illərinə görə iş stajı- 3 il 10 ay 20 gün, DYTX-də fasiləsiz və güzəştli xidmət illərinə görə stajın cəmi 16 il 04 ay 28 gün təşkil etdiyindən və Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə müvafiq olaraq 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə verilən əlavə haqqın fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə 25 faiz məbləğdə ödənilməsi tənzimləndiyindən, məhkəmə iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması barədə olan tələbini qanuni və əsaslı hesab etməklə haqlı olduğunu hesab dir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 04 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması” Qaydalarının 2.1-ci bəndinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1 bəndinə əsasən fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti; 2.1.3. Cavabdeh1 xüsusi təhsil müəssisələrində və nazirliyin göndərişi ilə digər dövlətlərin xüsusi təhsil müəssisələrində əyani təhsil aldıqları, habelə ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət; 2.2. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan fövqəladə hallar orqanlarında xidmətdən xaric olunmuş, sonradan xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imzalandığı günədək fövqəladə hallar orqanlarında xidmət keçmədikləri müddət fasiləsiz xidmət illərinə daxil edilir. Həmin Qaydalrın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə hüquq mühafizə və hərbi orqanlarda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması halları fövqəladə hallar orqanlarında xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır, həmçinin polis əməkdaşları dövlət qulluqçusu hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir: 1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X6 xidmətkeçmə haqqında Əsasnamə"yə və X6 xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra X6 xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar X6 fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. «X5» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən iddiaçının 20 ilədək müddətdə X6 (hazırkı fövqəladə hallar orqanları) fasiləsiz xidmət illəri mövcud olması işin təhlil olunan halları ilə sübuta yetirildiyindən və bu hallar iddiaçıya xidmət illərinə görə 25 % əlavə verilməsini şərtləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 04 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3.1-ci bəndinə əsasən fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə maaşlarından hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz; 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz; 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz; 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz; 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz; 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz; 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz; 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz. Qeyd olunan Qaydaların 3.2-ci bəndinə əsasən təqvim ayı ərzində fasiləsiz xidmət illərinə görə haqqın məbləği artdığı, eyni zamanda, əməkdaşların vəzifə və rütbəyə görə maaşları dəyişdiyi təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır; 3.3. Fasiləsiz xidmət illərinə görə haqq fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır. Belə ki, X4 İdarəsi xx xxxxxx 2005-ci ildən Azərbaycan Respublikası Cavabdeh1 tabeliyində olan qurum sayıldığından və qurumla əlaqədar Azərbaycan Respublikası Cavabdeh1 Daxili İşlər Nazirliyinin hüquqi varisi olduğundan pensiya hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi ona həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 % göstərilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 % göstərilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1106/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1106/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver