Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1106/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlaka (ev və onun altında olan torpaq sahəsinə) aid hissəsində etibarsız hesab edilməsi haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, ünvan 2 ünvanında yaşayır, sözügedən yaşayış sahəsi mərhum atası X9 qanun üzrə vərəsəlik qaydasında keçmiş və onlara verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd olunan yaşayış sahəsinə hüquqları xx.xx.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qanuni istifadəsində olan torpaq sahəsini hər hansı məlumat vermədən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla icarəyə vermiş və bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Sözügedən sərəncamdan istifadə etməklə "xxxx" MMC iddiaçının yaşayış evinin yerləşdiyi ərazidə yaşayış evlərini sökərək guya əvəzində yeni bina tikiləcəyini əsas gətirərək iddiaçının mülkiyyətində olan yaşayış evinin sökülməsi tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamla torpaq sahəsinin icarəyə verilməsinə dair inzibati aktın ləğv edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə yazılı müraciət edilsədə həmin müraciəti bu günə qədər cavablandırılmamışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının qanunsuz və əsassız sərəncamını əsas gətirən "xxxx" MMC sərəncamda göstərilmiş ərazidə yaşayan sakinlərin bəzilərini köçürdükdən sonra heç bir təhlükəsizlik tədbirləri görmədən binaları sökərək evə gələn elektrik enerjisini, su və kanalizasiya sistemini, qazın verilməsini mütəmadi olaraq dayandırmaqla onları evlərindən çıxmağa məcbur edir. Hazırda həmin sərəncam əsasında "xxxx" MMC iddiaçının evinin ətrafını qəzalı vəziyyətə gətirib çıxarmışdır. "xxxx" MMC dövlət ehtiyacı üçün deyil şəxsi ehtiyacı üçün iddiaçını mülkiyyətindən məhrum etmək istəyirki, bu da AR Konstitusiyası, Mülki Məcəlləsi və "xxxx" AR qanunun tələblərinə ziddir. MMC-nin adını "xxxx" qoymaqla bu söküntülər pilot layihəsi əsasında dövlət ehtiyacına çevrilmir, sadəcə şəxsi mənfəət etmək üçün yaradılan adi bir MMC-dir. Şirkətin təsis sənədlərdən görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalı 100 manatdan ibarətdir. Onun tələbinə görə məhdud məsuliyyətli cəmiyyətdə təsisçi nizamnamə kapitalı həddində məsuliyyət daşıyır. Dəməli bu məsuliyyətin altına girən şəxsin heç bir fəaliyyətinin olmadığını, nizamnamə kapitalının 100 manat olduğunu, maddi vəsaitinin olmadığını, ümumiyyətlə tikinti işləri ilə bağlı hər hansı bir təcrübəsinin olmadığını cavabdeh nəzərə almamışdlr. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha, torpaq sahəsinin "xxxx" MMC –yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamı İddiaçı qanuni istifadəsində olan ünvan 1 ünvanın əhatə etdiyi 0,01115 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” kimi məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,0114460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı ”Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikinti üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında sərəncamından görünür ki, "xxxx" MMC-nin müraciəti, Nəsimi RİH-nin AR ƏMDK yanında TDİT üzrə DA-nin və AR DŞ və AK-nın razılıq məktubları nəzərə alaraq “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə və AR mülki və torpaq qanunvericiliyinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əssında "xxxx" MMC –nin istifadəsinə verilməsi qərara alınmış və həmin sərəncamın 1.1-ci bəndi ilə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi məsələlərinin həll edilməsi təqdim edilməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC-yə həvalə olunmuşdur. Sərəncamının məzmunundan görünür ki, qeyd edilən həcmdətorpaq sahəsi 3-cü şəxs "xxxx" MMC-yə, həm səlahiyyəti dövlət orqanların razılığı alınmaqla və həm də şərtlə yəni ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərinin həll edilməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll olunması şərti ilə ayrılmışdır. İddiaçının hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı güman edir ki, onun mülkü haqqı ödənilmədən söküləcəkdir və "xxxx" MMC məhz bu məqsədlə Nəsimi rayon məhkəməsində iddia qaldırmışdır. Hesab edilir ki, əvvəla , iddiaçının bu “güman” reallıq kimi qəbul oluna bilməz və digər tərəfdən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən vətəndaşlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaqların və tikililərin haqqı ödənilmədən alınmasına Bakı şəhəri İcra Hakimiyyəti susmaqla razılıq verə bilməz və razılıq verməmişdirdə. İddiaçı qeyd edir ki, sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 21.3.4-cü bəndinin tələbinə görə inzibati orqan – ümumi xarakterli sərəncamı qəbul edərkən maraqlı şəxsləri və onların nümayəndələrini dinlənillmədən imtina edə bilər. Həmçinin işin ümumi mənzərəsindən görünür ki, "xxxx" MMC tərəfindən evlərin alınması prosesinə 2020-ci ilin oktyabr- noyabr aylarından başlanılmışdır. İddiaçı keçən müddət ərzində susmuşdur. Hazırkı vəziyyətdə qeyd edilən iddianın məhkəmənin icraatına qəbul edilib baxılması və təmin olunması yol verilməzdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-ci maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinə dair etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiа tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə idda tələbini təsdiq edən sübut qismində fərdi evə və torpağa dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, şəxsiyyət vəsiqəsinin surətini, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarxli, 51 nömrəli sərəncamının surətini, fərdi yaşayış evinin texniki pasportunu əlavə etmişlər. 3-cü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarxli, 51 nömrəli sərəncamının surəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 27 iyul 2020-ci il tarixli, xx/xx-2893 nömrəli “Şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” məktuba əlavə edilmiş, “Şəhərsalma əsaslandırılması”, “Torpaq”sahəsinin icarəyə verilməsi haqqında “ 17 aprel 2020-ci il tarixli müqavilənin surəti, torpaqayırma sənədləri(cizgi, koordinatları və s.) Məhkəmə qeyd edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı ünvan 3 yerləşən evin və 0,014460 ha torpaq sahəsinin mülkiyyətçisidir, iddiaçının mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin "xxxx" MMC tərəfindən həll edilməli olması göstərilmişdir.Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı, X14, X2, X4, X5, X10, X13, X15, X11 X1, X6, Əmiraslanov Rauf oğluna qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş mövcuddur. Hazırda iddiaçı həmin tələbin qeyd edilən sərəncam əsasında qaldırılmaqla həmin sərəncamla onun hüquqlarına toxunulduğunu hesab edərək sərəncamın ona aid hissədə etibarsız hesab edilməsini məhkəmədə tələb edirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İşin faktiki halarına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısınn 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamında qeyd edilən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrin tikintisi nəzərdə tutulan, icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidə iddiaçının mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi yerləşir. Lakin hazırda iddiaçının mübaisələndirdiyi sərəncam nəzərdən keçirilən zaman müəyyən edilir ki, sərəncamda məhz İddiaçı mülkiyyətində olan əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir, eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı, və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir yaşayış evi olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığı halda qeyd edilən sərəncamla hal-hazırda iddiaçının hər hansı bir hüququnun pozulması müəyyən edilmir. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1106/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1106/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver