Məhkəmə qərarları › İş №2-1(112)-1108/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1108/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1108/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Xüsusi X1rşı güzəştli şərtlərlə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəl orta texniki peşə məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1982-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin yol inşaat maşınları və traktorları təmiri üzrə çilingər peşəsi təhsili almışdır. xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi 3-cü sahədə 2 dərəcəli çilingər montajnik vəzifəsində işləmişdir. xx xxxxx 1983-cü il tarixdən xx xxxx 1985-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988ci il tarixədək Sumqayıt Alüminium zavodunda elektıoliz sexində ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixinə kimi Sumqayıt Alüminium zavodunda əlvan və qiymətli metalların emalı və təkrar emalı üzrə sobaların yanında məşğul olan çilingər vəzifəsində işləmişdir. xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxx 2006-cı il tarixinə kimi Sumqayıt Alüminium zavodunda elektıoliz sexində ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxx 2006-cı il tarixdən xx xxx 2009-cıı il tarixinə kimi Sumqayıt Alüminium zavodunda struktur dəyişikliyi ilə əlaqədar əmək fəaliyyətini Texniki xidmət və təmiri Departamentinin Elektıoliz və Metallurgiya avadanlıqlarının təmiri sahəsində təmirçi çilingər vəzifəsində davam etdirmişdir. xx xxx 2009-cu il tarixdən bu günə kimi “xxxxxxxxxxxxx” ASC Sumqayıt filialında ödənişsiz məzuniyyətdədir. “xxxxxxxxxxxxxxxxxxxxx” ASC Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli, 14 №-li arayışına əsasən o, “xxxxxxxxxxxxx ASC’” Sumqayıt Alüminium” İstehsalat Sahəsində aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir. xx xxxxxxx 1985ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Siyahı №1, bölmə X, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a əlvan və qiymətli metalların emalı və təkrar emalı ******* a-19614 Sobaların yanında məşğul olan çilingər; xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a- 17531 təmirçi çilingər; xx xxx 1995-ci il tarixdən xx xxxx 1995-ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531t əmirçi çilingər; xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a- 17531təmirçi çilingər. “xxxxxxxxxxxxxxxxxxxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019cu il tarixli 14 №-li arayışına əsasən o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodlarına əsasən o, 1 №-li pensiya Siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Beləliklə, onun əmək kitabçasına, Hərbi Biletinə və Azərbaycan SSR Sumqayıt şəhər 44 nömrəli orta texniki peşə məktəbinin diplomuna əsasən ümümi iş stajı 25 il 11 ay təşkil edir. "xxxxxxxxxxxxxxxxxxxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 №-li arayışına əsasən onun xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinə kimi güzəştli şərtlərlə iş stajı 12 il 04 ay 22 gün təşkil edir. xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə ərizə ilə müraciət edərək, ona xx xxx 2016-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi xx xxxxxx 2019-cu il tarixli məktub ilə ona 52 yaşdan, yəni xx xxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. O ümumilikdə xx xxxxxxxx 1979-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək 25 il 11 ay 00 gün ümumi iş stajına malikdir. “xxxxxxxxxxxxxxxxxxxxx ASC” Sumqayıt filialının xx xxxxxxxx 2019-cu il tarixli 14 №-li arayışına əsasən onun xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinə kimi güzəştli şərtlərlə is stajı 12 il 04 ay 22 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun tələblərini nəzərə almaqla onun əmək stajı 25 ildən çox və bu müddətin 12 il 4 aydan çox hissəsi güzəştli olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxx 2016cı il tarixdən yaranmış olur. Onun ödənişsiz məzuniyyətdə olmağı səbəbindən həmin müddətin iş stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassızdır, cunki onun ödənişsiz məzuniyyətdə olduğu dovr xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2003-cu il tarixədək olan müddəti əhatə etdiyindən, həmin huquq münasibətinə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “xxxxxxxxxxxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 14 №li arayışı təqdim etmişdir. Qeyd edilən arayışın mətnindən göründüyü kimi, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək, xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək olan müddətlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli, 189 nömrəli qərarının 3-cü hissəsinin ikinci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. İddiaçının təqdim etdiyi arayışdan göründüyü kimi, o xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olmuş, bu şəbədən onun iş stajı 20 ildən azdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, şəxsə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin əsas məqsədi həmin şəxsin zərərli peşə ilə məşğul olduğu zaman həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasıdır. Hazırki iş üzrə İddiaçı ödənişsiz məzuniyyətdə olduğundan o zərərli əmək fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də onun ödənişsiz məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan müddətə daxil edilə bilməz. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X6 şəhərində xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - İddiaçı məxsus 609293 №-li diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cü ildən xx.xx.1982-cı ilədək Sumqayıt şəhər 44 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhərində təhsil almış, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxx 1983-cü il tarixinə kimi və xx xxxxxxx 1985-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixinədək Sumqayıt Alüminium zavodunda elektroliz sexində təmirçi çilingər vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 14 №-li arayışından görünür ki, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində: xx xxxxxxx 1985-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək Siyahı №1, bölmə X, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxx 1988-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a əlvan və qiymətli metalların emalı və təkrar emalı ******* a- 19614 Sobaların yanında məşğul olan çilingər; xx xxxxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1994-cü il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531təmirçi çilingər; xx xxx 1995-ci il tarixdən xx xxxx 1995ci il tarixə kimi №1, bölmə X, yarımbölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər; xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531t əmirçi çilingər; xx xxxxxx 2003-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi №1, bölmə X, yarım bölmə 10a ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması 1071200a-17531 təmirçi çilingər vəzifələrində işləmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrinin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 1 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. xx xxxxxx 2007-ci il tarixdən xx xxx 2009-cu il tarixədək bölmə 7, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması təmirçi çilingər; xx xxxx 2009-cu il tarixdən xx xxxxxx 2009-cu il tarixədək bölmə 7, yarım bölmə 10a Ərimiş metalda elektrolitik üsulu ilə metalın alınması təmirçi çilingər vəzifələrində işləmişdir. İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin X2 sahəsində xx.xx.1994-xx.xx.1995-dək, xx.xx.1995-xx.xx.2000-dək, xx.xx.2001- 23ş01.2003-dək,xx.xx.2009-xx.xx.2009-dək, xx.xx.2009-xx.xx.2019-dək (ödənişsiz məzuniyyət davam edir) ödənişsiz məzuniyyətlərdə olmuşdur. - “xxxxxxxxxxxxx” ASC-nin 01-83 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanladığı məktubdan görünür ki, dünya maliyyə-iqtisadi sistemində və Alüminium sənayesində 2008-ci ildə yaranmış böhran ilə əlaqədar olaraq “xxxxxxxxxxxxx” TASC-də istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi 2009-cu ilin aprel ayından etibarən istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. İstehsalat fəaliyyətinin dayanması işəgötürənin təqsiri üzündən deyil fors major halı olması səbəbindən minimum sayda mühəndis-texniki və dövlət əmlakının qorunması üçün mühafizə işçiləri işdə saxlanılmaqla Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə İddiaçı da daxil olmaqla digər işçilər ödənişsiz məzuniyyətə göndərilmişlər. - Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********2 №-li məktubdan görünür ki, İdarəyə təqdim edilən “xxxxxxxxxxxxx” ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 14 nömrəli arayışında xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində uzun müddətli ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən ümumi iş stajı 20 ildən az təşkil edir. Göstərilənləri nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək ödənişsiz məzuniyyətdə olmuş, cavabdeh həmin müddətin iddiaçının ümumi iş stajına daxil edilməsinin mümkünsüz olduğunu, bununla da iddiaçının qanunla tələb olunan güzəştli və ümumi iş stajının yaranmadığını bildirmişdir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun: – 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir. Göründüyü kimi ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajı kimi qəbul edilməsi həm xx.xx.2006-cı il tarixədək qüvvədə olan, həm də hal-hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, şəxs ödənişsiz məzuniyyət dövründə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajı yaranmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar