Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11080/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “Kermur” ixtisaslaşdırılmış vəkil bürosunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumatların təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Kermur” ixtisaslaşdırılmış vəkil bürosu (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kermur İxtisaslaşdırılmış Vəkil Bürosu” tərəfindən verilmiş KVB 69 nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavab verilməsi və X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Səlyan şossesi, 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznez Mərkəz”-indəki 2170,9 kv.m sahənin neçə otaqdan ibarət olması, həmin otaqların hər birinin hansı mərtəbədə yerləşməsi, hər bir otağın ölçüsü, sahənin hansı hissəsinin əsas və hansı hissəsinin köməkçi sahə olduğu barədə məlumatların təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı dada sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kasastn və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində mövcud olan qeyri-yaşayış binasının texniki pasportundakı, mülkiyyət hüququnun qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarındakı və həmin binadakı sahələrin alqı-satqısı haqqında müqavilələrdəki məlumatlara əsaslanaraq X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Səlyan şossesi, 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznez Mərkəz”-indəki 2170,9 kv.m sahənin neçə otaqdan ibarət olması, həmin otaqların hər birinin hansı mərtəbədə yerləşməsi, hər bir otağın ölçüsü barədə məlumatların təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X9 ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri- yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə iddiaçı X6 adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh X2 üzərinə qoyulması, sonradan 200000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun X1 alınaraq iddiaçı X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1331 /2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 200.000 (iki yüz min) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən ümumi sahəsi 2170,9 kv.ııı olan sahə üzərinə Bakı Kommersiya Məhkəməsinin e-16(113)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Hal-hazırda borcun ödənilməsi üçün həmin sahədən borcun məbləğinə uyğun dəyərdə olan hissəsi ayrılmalıdır və hərraca çıxarılmalıdır. X2 mülkiyyətində olan 2170,9 kv.m sahənin neçə otaqdan ibarət olması, həmin otaqların hansı mərtəbələrdə yerləşməsi, hər bir otağın ölçüsü barədə məlumatların əldə edilməsi üçün cavabdehə KVB 58 nömrəli, xx.xx.2024-cü il tarixli sorğu verilmişdir. Sorğuya cavab olaraq verdiyi xx.xx.2024 tarixli 3-21-2-90/2-49656/2024 **********56 saylı məktubunda qeyd olunmuşdur ki, ‘‘Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 saylı ünvanında yerləşən ümumi sahəsi 13077,6 kv.m. əsas sahəsi 10064,2 kv.m. köməkçi sahəsi 3013,4 kv.m. olan qeyriyaşayış binasının X3 məxsus olan 2170.9 kv.m. sahəsinə dair ayrıca texniki pasport tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir.” Bakı Kommersiya Məhkəməsində e-2- 2(113)-1331/2023 nömrəli işə baxılan zaman məhkəmə tərəfindən xx.xx.2023-ci il tarixli sorğu ilə cavabdehə müraciət edilərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvana dair məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-18368/2023 **********8 məktubla bildirilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, ünvan 3 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətlərini sizə göndəririk.” Qoşmada **********33-06301 reyestr nömrəli qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 saylı qeyri-yaşayış binasının texniki pasportu təqdim edilmişdir. KVB69 saylı, xx.xx.2025-ci il tarixli sorğu ilə cavabdehə təkrar müraciət edilərək, X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznez Mərkəz”-indəki 2170,9 kv.m sahənin neçə otaqdan ibarət olması, həmin otaqların hər birinin hansı mərtəbədə yerləşməsi, hər bir otağın ölçüsü, sahənin hansı hissəsinin əsas və hansı hissəsinin köməkçi sahə olduğu barədə məlumatların təqdim edilməsini xahiş edilmişdir. Sorğuya cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21 -3-30/2- 17101/2025 **********01 nömrəli məktubda bildirilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair məlumatların təqdim edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizəzinə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından qeyri- yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması tərəfimizdən mümkün olmamışdır.” Həmin imtina cavabı xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bu faktı poçt zərfinin üzərindəki ştamp əksi sübut edir. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-18368/2023 **********8 nömrəli məktubun qoşmasında olan **********33- 06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 saylı qeyri- yaşayış binasının texniki pasportu xx.xx.2016-cı il tarixə olan vəziyyətə əsasən tərtib olunmuşdur və hüququ subyekti X4 qeyd edilmişdir. Cavabdeh orqanda qeyriyaşayış binasının texniki pasportu olduğu halda əsassız olaraq Bakı şəhəri, Səbail Rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 15 mərtəbəli “Biznez Mərkəz”-indəki 2170,9 kv.m sahənin neçə otaqdan ibarət olması, həmin otaqların hər birinin hansı mərtəbədə yerləşməsi, hər bir otağın ölçüsü, sahənin hansı hissəsinin əsas və hansı hissəsinin köməkçi sahə olduğu barədə məlumatların təqdim edilməsindən imtina etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********01 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək mahiyyəti üzrə baxılmasını və təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir. Həmin Qanunun 3-cü maddəsinə görə vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Qanunun 4.1-ci maddəsinə əsasən vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. Qanunun 15.2-ci maddəsinə əsasən vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarını, qanuni maraq və mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiə və təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; vəkillik fəaliyyətini həyata keçirməklə əlaqədar sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları (məlumatları) və digər sənədləri dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy və məlumatlar almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq; kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil etmək. İstinad olunan normalardan görünür ki, vəkillik fəaliyyəti vəkil bürosu tərəfindən deyil, vəkil tərəfindən həyata keçirilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı yazılı sorğular vermək büronun deyil, vəkilin hüququdur. İşdə olan xx.xx.2024-cü il tarixli vəkil orderindən də görünür ki, X10 ona hüquqi yardım göstərilməsi üçün müvafiq müqaviləni büro ilə deyil, vəkil X11 ilə bağlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsi, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsi üçün qurumun təsisçiləri olan vəkillərin işini təşkil etmək, vəkillik peşəsinin nüfuzunu yüksəltmək olan “Kermur” ixtisaslaşdırılmış vəkil bürosuna deyil, həmin büronu vəkili F.Kərimova məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5ənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11080/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11080/2025
27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver