Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11082/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ən azı 500 manat maddi və ən azı 5000 manat mənəvi zərərin, ümimilikdə 5 500 manatın cavadehdən alınaraq ödənilməsi qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bülbülə qəsəbəsi, S.Bəhlulazadə küçəsində yeləşən “Megastore" marketində “West gold” və “Beloruskaya” əmtəə nişanlı kərə yağ adı ilə satılan “kərə yagı” məhsullarının bir müddət mütəmadi istehlakından sonra (təxminən 2 aya taxın) mədə-bağırsaq, eləcə də qarın boşluğu nahiyihəsində yaranan problemlin aradan qaldırılması ilə bağlı TƏBİB-in müxtəlif tibbi müəsisələrinə müraciət edib. Hər bir muəsisənin teapevtlərinin, eləcə də qastroloqlarının miiyainəsindən pulsuz keçdikdən sonra sağlamlığının bərpası ilə bağlı həkimlərin məsləhət bildikləri müxtəlif dərman vasitələrindən almğa məcbur oldu. Huriyyət tv kanalının verilişlərinin birinə baxarkən istifadə etdiyi bu “kərə yağlarının” kərəliklə bağlı olmadığını, əslində isə bunların “marqarin əvəzləyicisi” olguğunu öyrəndi. Bununla bağlı o, yağların laborator müayinəsininin aparılması ilə bağlı cavabdeh quruma 23 dekabr 2024-cü il tarixində yazılı müraciət etdi. Uzun yazışmalardan sonra cavabdeh istifadə ediyim o “kərə yağlarının” tərkibinin müəyyən olunması haqqında o yağların labarator analizinin nəticələrini yazılı surətdə ona verməkdən imtina edərək onu həmin məhsullar haqqında məlumatlardan məhrum etmişdir. Bu məlumatsızlıq səbəbindən də vətəndaşların qida təhlükəsizliyinə cavabeh olan dövlət qurumu öz işini yerinə yetirməmişdir. Müxtəlif növ dərmanların alışı səbəbindən ona ən azı 500 manatdan çox zərər dəymişdir. Odur ki, ona maddi olmaqla ən azı 500 (beş yüz ) manat, mənəvi də olmaqla ən azı 5000 (beş min manat) zərər vurulmuşdur.
3. X4 Bakı Regional bölməsi tərəfindən Suraxanı rayonu, Əmircan qcsəbəsi, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Megastore" mağazasından aldığı "Belaruskaya" və " West gold" əmtəə nişanlı kərə yağlarının tərkibinin kərə yağından ibarət olmaması ilə bağlı Azərbaycan Respublikasının X4nin “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciəti ilə əlaqədar olaraq qurumun əməkdaşları tərəfindən yuxarıda qeyd olunan yağlardan nümunələr götürülərək AQTİ-nin müvafiq sınaq laboratoriyalarına təqdim edilmiş və sınaq nəticələrinə əsasən uyğunsuzluq aşkar edilməmişdir. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinin tələblərinə görə insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yeni özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, yoxlamalar aparıla bilər.
4. X4 tərəfindən ticarət şəbəkəsində satışı həyata keçirilən və səhhətində ağır fəsadlara səbəb olmasını iddia etdiyi idxal məhsulu olan “West gold” və “Belaruskaya” əmtəə nişanları barədə Agentlik tərəfindən aparılmış sınaq müayinə nəticələrinin təqdim edilməsi ilə bağlı iddiaçının müaricəti ilə əlaqədar bildirilmişdir ki, ilkin müraciətləri əsasında adıçəkilən məhsullarla bağlı aparılmış araşdırmanın nəticəsinə dair ona 17 mart 2025-ci il tarixində məktub ünvanlanmışdır. Bildirilmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Belə ki, həmin sənəd idxal sağlamlıq aktı hesab edilir ki, adıçəkilən məhsullar da ölkə ərazisinə idxal edilən zaman risk əsaslı yanaşma tətbiq edilməklə laborator sınaqlara cəlb edilməklə, nəticələri qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu halda idxal sağlamlıq aktı ilə təmin edilir. Eyni zamanda həmin Qanunun 19.2.6-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məqsədlərinə zidd olmasın. Həmin Qanunun 21.1.1-ci maddəsinə əsasən informasiya sahibi sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda sorğunun icrasından imtina edir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
8. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: 19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı: 19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür.
9. “İnformasiya əldə etmək haqqında” Qanun: 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə tələbin özlüyündə hüquqi müdafiə ehtiyacı yoxdur.
11. Belə ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən ətraflı məlumat verilmiş, odur ki, iddiaçının “İnformasiya əldə etmək haqqında” qanunla qorunan hüquqlarına hər hansı müdaxilə olunmamışdır. Belə ki, iddiaçının müraciətinə əsasən sözügedən məhsulların laborator müayinələrdən keçirilərək idxal sağlamlıq aktı ilə təmin edildiyi ona bildirilmişdir. Səlahiyyətli qurum tərəfindən idxal edilən malların müvafiq normativ-texniki tələblərə uyğunluğunun bildirilməsi istehlakçı kimi iddiaçının hüquqi marağının təmin edilməsi üçün yetərli hesab edilməlidir. Odur ki, iddiaçının həmin məhsulların sınaq-laborator müayinələrinin nəticələrini tələb etməkdə hər hansı hüquqi marağı yoxdur.
12. X8 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X7rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X3rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
13. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.
14. Cavabdeh tərəfindən iddiaçının qanunla qorunan informasiya əldə etmək hüququna hər hansı müdaxilə həyata keçirilmədiyindən həmin hüququn pozulmasından irəli gələn kompensasiya ödənilməsi tələbi mümkün sayılmamalıdır.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva