Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11086/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya təyin edilmiş İİ dərəcə əlillik qrupunun bərpa edilməsi edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbini “qiymətləndirildiyi 19 mart 2021-ci il tarixindən iddiaçıya İİ qrup əlilliyin təyin olunması” kimi dəyişdirmişdir. Cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 12-13 yaşlarından epilepsiya xəstəliyindən əziyyət çəkir. İddiaçıya həmin ildən əlillik verilmişdir. İddiaçı İİ qrup əlil kimi hər beş ildən bir çüyinə keçməklə əlliyi öz təsdiqini tapmışdır. Lakin tibbi müayinədən keçmək üçün tibb müəssisinə müraciət etmişdir. Qeyd edilmişdir ki, iddiaçı epilepsiya xəstəsi kimi daim kənar şəxslərin nəzarətində olmaqla daim dərman qəbul edir. Hətta dərmanalrın iddiaçıya dövlət hesabına pulsuz verilməsi barədə tibbi kartoçka əsasında əldə edərək qəbul edir. İddiaçıya təyin olunan əlillik dərəcəsinin ləğvi və bu əsasla hesablanan pensiya məbləğinin kəsilməsi hesab edir ki, qanunsuzdur. 2021-ci ilin mart ayından pensiya ödənişləri tam dayanmışdır. Cavabdehə məxsus internet sayta daxil olduqda müəyyən etmişdir ki, cavabı mənfi olmuşdur. Belə ki, həmin cavabda Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmləşdirilmiş göndəriş natamam doldurulmuşdur kimi qeyd olunub. Eyni zamanda oda göstərilmişdir ki, Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur. “Əlil və sağlamlıq imkanların məhdudluğu müəyyən edilməsi barədə məlumat” qarfasında isə imtinaya səbəb əlavə müailəcəyə ehtiyacın olması, əlavə müalicə-ixtisaslaşdırılmış müailəcəyə ehtiyac var sözləri yazılmışdır. O cümlədən “diaqnoz” qrafasında dəqiqləşdirilməmiş ensefalopatiya. Ensefalopatiya, tez-tez təkrarlanan simpato-adrenal paraksizmlər və epileptiform gıcolma, tutmaları ilə. Ağırlaşma G40 Epilepsiya. Tez-tez baş verən simpato-adrenal paraksimlərlər və epileptiform gıcolma tutmalar (ayda 4-5 dəfə) Ağırlaşma F48.0.Nevrasteniya, Asteno-nevrotik sindrom yanaşı xəstəliklər M50.1. Boyun şöbəsinin fəqərəası disklərinin radikulopatiya ilə zədədlənməsi. Boyun fəqərələrin osteoxondrozu daimi ağrı sindromu ilə yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arterial hövzədə qan dövranın pozğunluğu yanaşı xəstəliklər Eli İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip orta ağır forma yanaşı xəstəliklər F45.3. Vegetativ sinir sisteminin somatoform disgunksiyası, NSD hipertonik tipli kimi sözlər qeyd olunmuşdur. Hazırda iddiaçıda olan xəstəliyin müalicə olunaraq sağalması mümkün deyildir. Cavabdehin elektron ünvanında iddiaçıya aid olan bölmədə bu kimi imtina cavabında qeyd olunması əsassızdır. Belə ki heç bir araşdırma aparılmadan belə bir cavab verilmişdir. Buna baxmayaraq dəfələrlə əlillik dərəcəsinin bərpa olunması üçün müraciət etmişdir. Mübahisənin məhkəmədən kənar həll olunmağacağını əsas gətirib məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında da xəstəliyi qeyd olunub (G40, Ell, M42, M50.1, F45.3). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əllilliyin təyin edilməsi tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il göndərişi əsasında baxılmış X5 əsası ilə Mərkəzə geri göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixində imtina edilib. Səbəb əlavə müalicəyə ehtiyacın olması (əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var) qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə imtina edilmişdir. İmtina səbəbi kimi göndərişin natamam doldurulması qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsində amplitudu 70 Mv-A qədər, tezliyi 8-10 Hs olan alfa dalğalar indeksi 30% olaraq müntəzəm, ritmik, modulyasiyasız, orqanizə olunmuş şəkildə qeyd olunur. Amplitudu 5-15 Mv, tezliyi 16-22Hs olan beta dalğaların indeksi 40% təşkil edir. Yarımkürələr üzrə simmetriya saxlanılıb. Paylar üzrə məhəlli nisbət saxlanılıb. Paylar üzrə məhəlli nisbət saxlanılıb. Amplitudu 70 Mv-a qədər, tezliyi 5-7Hs olan teta dalğalar indeksi 30% olaraq bütün aparmalar qeyd olunub. Epizodik olaraq frontal, sentral və temporal aparmalar iti dalğa sıçrayışları qeyd olunur. Aktivasiya reaksiya saxlanılıb.Fotoritmlərin qəbulu zəifdir. Hhiperventilyasiya zamanı tetadalğaların inderksi 40%-ə qədər artdı. Nəticə hissəsində isə qeyd olunmuşdur ki, diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsində amplitudu 70 mV-a qədər, tezliyi 8-11 Hs olan alfa dalğalar indeksi 40% olaraq müntəzəm, ritmik, modulyasiyasız, orqanizə olunmuş şəkildə qeyd olunur. Amplitudu 5-15 mV, tezliyi 16-22 Hs olan beta dalğaların indeksi 30% təşkil edir. Yarımkürələr üzrə simmetriya saxlanılıb. Amplitudu 70 mV-a qədər, tezliyi 5-7 Hs olan teta dalğalar indeksi 30% olaraq bütün aparmalar üzrə qeyd olunub. Aktivasiya reaksiyası saxlanılıb. Fotoritmlərin qəbulu əifdir. Hiperventilyasiya zamanı teta dalğaların inderksi 40%-ə qədər artdı. Epizodik olaraq frontal, sentral və temporal aparmalar üzrə iti dalğa boşalmaları bilateral-sinxron olaraq qeyd olunub. Nəticə hissəsində isə qeyd olunmuşdur ki, diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının epilektik aktivliyi qeyd olunmuşdur.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsində amplitudu 70 Mv-A qədər, tezliyi 8-11 Hs oan alfa dalğaları indeksi 40% olaraq müntəzəm, ritmik, modulyasiyasız, orqanizə olunmamış şəkildə qeyd olunur. Amplitudu 5-15 Mv, tezliyi 16-22Hs olan beta dalğaların indeksi 30% təşkil edir. Yarımkürələr üzrə simmetriya saxlanılıb. Paylar üzrə məhəlli nisbət saxlanılıb. Paylar üzrə məhəlli nisbət saxlanılıb. Amplitudu 70 Mv-a qədər, tezliyi 5-7Hs olan teta dalğalar indeksi 30% olaraq bütün aparmalar qeyd olunub. Aktivasiya reaksiyası saxlanılıb. Fotoritmlərin qəbulu zəifdir. Hiperventilyasiya zamanı teta dalğaların inderksi 40%-ə qədər artdı. Epizodik olaraq frontal, sentral və temporal aparmalar üzrə iti dalğa boşalmaları bilateral-sinron olaraq qeyd olunub. Nəticə hissəsində isə qeyd olunmuşdur ki, diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarını əhatə edən epileptik ocaq aşkarlanır.
10. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddiaçıya təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar yoxdur, qiymətləndirmənin etibarsızlığı faktiki xarakterli hərəkətlə həyata keçirilmişdir.
14. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
15. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı bildirir ki, əvvəllər əlilliyi olduğundan, əlilliyin təyin olunmasından imtinadan məlumatsız olub, pensiya almadığından uzun müddət sonra ona məlum olub ki, səbəb əlilliyin təyin olunmasından imtinadır.
18. Əlillik altsistemindən görünür ki, iddiaçıya xx.xx.2014-cü ildə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti (diaqnoz: Ensefalopatiya tez-tez baş verən simpatoadreanal tipli paroksizmlərlə qıcolma tutmaları ilə) xx.xx.2015-ci il tarixdə bitmiş, növbəti müayinə zamanı eyni diaqnozla xx.xx.2016-cı il tarixində 5 il müddətinə təkrar əlillik təyin olunmuşdur. Həmin tarixdən sonra altsistemdən olan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə (eyni diaqnozla) və xx.xx.2023-cü il tarixlərində (diaqnoz: üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, koqnitiv funksiyaların zəifləməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə) müayinə olunmuşur. Həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
20. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
21. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
22. Hazırki iddia müəyyən etməyə və mübahisələndirməyə dair iddiadır. Belə ki, iddiaçı əlilliyin təyini tarixinin cavabdehlə hüquq münasibətlərinin yarandığı tarixdən müəyyən edilməsini və əlilliyin təyini tarixinin dəyişdirilməsini tələb edir.
23. İPM-dən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
25. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya 2014-cü ildə təyin edilmiş əlilliyin müddəti 2015-ci ildə bitmiş, 2016-cı ildə təkrar 5 il müddətinə əlillik təyin olunmuşdur. Təqdim edilən sənədlərə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edildikdən sonra mütəmadi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müayinənin nəticələrinə əsasən əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
26. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş, odur ki, iddiaçı həmin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
27. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
29. Əlillik alt-sistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtinanın səbəbi əlavə ixtisaslaşdırılmış müalicəyə ehtiyacın olması, xx.xx.2023-cü il tarixdə imtinanın səbəbi – göndərişin natamam doldurulması: Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində olmamasıdır.
30. Məhkəmə qeyd edir ki, müvafiq reyestrə əsasən əlillik qrupu təyin edilmiş (qüvvədə olan) şəxslərə həmin dərmanların verilməli olduğundan iddiaçının alt-sistemdə 2021-ci ildən qüvvədə olan əlilliyinin olmaması səbəbindən (iddiaçının mütəmadi müraciətlərinə baxmayaraq) Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində olmaması əsası ilə əlilliyin təyinindən imtina anlaşılmazdır. Belə ki, iddiaçının 2021-ci ildən qüvvədə olan əlilliyinin olmaması işin mübahisəsiz halıdır. Belə olan halda labüddür ki, 2023-cü ildə həmin reyestrdə artıq onun adı olmayacaqdır.
31. İddiaçının 2014-cü il tarixdən 2021-ci ilə qədər qüvvədə olan əlilliyinin olması işin mübahisəsiz halıdır.
32. İddiaçıya ilk dəfə əlilliyin təyinatından imtina xx.xx.2021-ci il tarixli müayinənin nəticəsində olmuşdur. İmtinanın səbəbi - əlavə müalicəyə ehtiyacının olması.
33. İddiaçı barəsində tərtib edilmiş 0TJUWP0005 göndərişinə əsasən (müayinənin tarixi xx.xx.2023) status localis qrafasında ayda 2-4 dəfə epilepsiya xarakterli tutmalar müşahidə olunduğu, həkim müayinəsinin nəticəsində G40 Epilepsiya, epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 2-4 dəfə) diaqnozu qoyulmuş, eləcə də köməkçi diaqnostik müayinələrdən keçmişdir (bir saatlıq EEQ monitorizasiyasının nəticəsi diffuz rezidualorqanik tipli dəyişiklər fonunda alın, mərkəz, gicgah paylarının paroksizmi qeyd olunur).
34. Məhkəmə tərəfindən iddiaçıya ixtisaslaşmış qurumda təkrar elektroensefoloqrafiya (EEQ) müayinəsindən keçmək təklif olunmuş, iddiaçı 2 saylı X3 müayinəsinin nəticələrini məhkəməyə təqdim etmiş, müayinənin nəticələrinə əsasən iddiaçıda diffuz rezidualorqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarını əhatə edən epileptik ocaq aşkarlandığı qeyd edilmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdəəqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
36. Məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən (iddiaçıya ilkin əlillik 2014-cü ildə təyin edilmişdir), Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır, yəni təkrar əlillik təyinatı zamanı şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması tələb edilə bilməz.
37. Bunu qeyd edərkən məhkəmə nəzərə alır ki, iddiaçı qeyd edilən müddətdə mütamadi olaraq ixtisaslaşmış müalicə müəssisələrində (2 nömrəli X4, 3 saylı Şəhər Kliniki Xəstəxana, X7) stasionar və ambulator müalicədə olmuşdur.
38. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.2.11. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla G40) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar (2 nömrəli X4, 3 saylı Şəhər Kliniki Xəstəxana, X7) və mütəmadi olaraq ambulator müalicələrdə olmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
41. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı xx.xx.2023-ci il tarixdən deyil, daha əvvəl, yəni əvvəlki qiymətləndirmənin aparıldığı xx.xx.2021-ci il tarixdən olmaqla ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva