Məhkəmə qərarları › İş №2-1(112)-1109/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1109/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1109/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Sumqayıt regional vəkil bürosunda işləyir) ,cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir), üçüncü şəxsin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X9 cəlb edilməklə “Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı ünvanda 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı ünvanda 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı ünvanda 500 m2 torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 2007-2008-ci illərdə aidiyyəti üzrə müraciət edən zaman, həmin torpaq sahəsində faktiki yaşayan, Qubadlı rayonundan məcburi köçkün düşən X9 ilə iddiaçı arasında mübahisə yaranmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2011-ci il tarixli 2(005)-1610/2011 nömrəli qərardadı və 14 iyun 2011-ci il tarixli eyni nömrəli qətnaməsi ilə sahənin iddiaçının adına özəlləşdirilməsi qadağan edilmişdir. Uzun müddət keçdikdən sonra 2020-ci ildə X9 ilə iddiaçı arasında olan mübahisə həll edilmiş və razılığa gəlinərək torpağın iddiaçının adına özəlləşdirilməsi barədə qərar verilmişdir. İddaiçı torpaq sahəsinə aid olan sənədləri AN-036312 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli 1/25 nömrəli qərarı; Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokolundan çıxarış; Bağçılıq Yoldaşlığına üzvlük vəsiqəsi-kitabçası; “Jilstroy” X1 ərazisi üzrə bölgü-sxemi ; 1988-ci il fevral ayı tarixli 88/62 nömrəli Akt və Cizgi; 20 fevral 2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı nəzərə alınmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı ünvanda yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdehdən xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin “Daşınmaz əmlakı üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 09 fevral 2021-ci il tarixli **********10 nömrəli bildirişində imtinaya əsas kimi göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli 2 (005)- 1610/2011 nömrəli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq Yoldaşlığının bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq Yoldaşlığının bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinin dayandırılması qət edilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Halbuki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq Yoldaşlığının bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Bundan başqa sözügedən torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsinə imtina üçün əsas olmuş iddiaçı ilə X10 arasında olan mübahisə halhazırda həll edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı işi üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinin dayandırılması qət edilmişdir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstrəilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi öz izahatında iddiaçı ilə onun arasında artıq mübahisəsinin olmadığı bildirərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********10 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4116/13 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinin dayandırılması qət edilmişdir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********34 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınamsından imtina edilməsi” barədə bildirişinə əsasən bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Jilstroy” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə təqdim edilən (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş “Jilstroy” bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.1988-ci il tarixli, 01 saylı protokoluna dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4116/13 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinin dayandırılması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 036312 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə görə , Bakı şəhər XDS İKnin xx.xx.1988-ci il tarixli, 1/25 saylı qərarına və “Jilstroy” b/y-nın xx.xx.1988-ci il tarixli 01 saylı protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan torpaq sahəsi 07 saylı bağ evi tikintisi üçün İddiaçı adına X8 kitabında xx.xx.2008-ci il tarixdə 5706 nömrə ilə uçota alınıb; torpagın “plan və ölçüsü”ndə torpaq sahəsinin qaiməsi(sertifikatı), baş plandan çıxarışı, əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. Bakı Baş Tikinti İdarəsi “BQSRKT” Trestinin tərkibində yaranmış “Jilstroy” bağçılıqyoldaşlıqının üzvlərinin 01 dekabr 2001-ci il tarixə olan siyahısında aşağıdakılar qeyd olunmuşdur: 8 - İddiaçı. Bakı Baş Tikinti İdarəsi “Jilstroy” bağçılıq-yoldaşlıqının üzvlərinin xx.xx.1988-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1988-ci il tarixli, 1 nömrəli qərarı ilə Hövsan ərazisindəki 500 kv.m bağçılıq-yoldaşlıq sahəsi ayrılmış, İddiaçı Hövsan ərazisində olan 7 saylı, 500 kv.m bağ sahəsi ayrılıb verilmişdir. Bağçılıq üzvlük kitabçasına əsasən, İddiaçı xx.xx.1988-ci il tarixli, 1 nömrəli prokoluna əsasən bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə Bakı Şəhər X4 İcraiyyə Komitəsinin 30 yanvar 1988-ci il tarixli qərarı, 88/62 nömrəli, fevral 1988-ci il tarixli aktı, Bakı baş tikinti idarəsinin 1988-ci ildə yaradılmış “Jilstroy” X1 ərazisi üzrə bölgü sxeması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı təqdim edilmişdir. Bakı baş tikinti idarəsinin 1988-ci ildə yaradılmış “Jilstroy” X1 ərazisi üzrə bölgü sxemasında 7 saylı bağ sahəsinin yerləşmə yeri göstərilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-545/2008 saylı işi üzrə qəbul etdiyi 27 fevral 2008-ci il tarixli qərardadı ilə, iddiaçı X7 vəsatəti təmin edilərək, hazırki işə məhkəmədə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 7 nömrəli bağ torpaq sahəsinin İddiaçı və ya digər şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı olan bütün hərəkətlərin edilməsi İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı işi üzrə qəbul etdiyi 16 mart 2011-ci il tarixli “iddianı təmin etmə tədbirinin görülməsi” barədə qərardadına əsasən, iddiaçı X7 ərizəsi təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri Hövsan qəsəbəsindəki 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsi ilə bağlı özəlləşdirmə işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı işi üzrə qəbul etdiyi 14 iyun 2011-ci il tarixli qətnaməsi ilə, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə” dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələlrəi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsinin dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1610/2011 saylı işi üzrə qəbul etdiyi 24 sentyabr 2020-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilməsi, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və cavabdeh tərəfiindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Malik oğluna qarşı”vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə” dair mülki iş üzrə iddianın təmin tədbiri ləğv olunması, Bakı şəhəri, Hövsan qəsəbəsi, 7 saylı “Jilstroy” bağçılıq birliyinin bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı qadağa ləğv olunması qərara alınmışdır. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 –ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsaəsn, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İşdə olan sənədlərdən göründüyü kimi, iddiaçının adı bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında vardır, bağın iddiaçıya ayrılması barədə bağçılıq- yoldaşlığının üzvlərinin iclasının protokolundan çıxarış da məhkəməyə təqdim edilmişdir. Bundan başqa, həmin bağ sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 036312 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş X8 kitabında xx.xx.2008-ci il tarixdə 5706 nömrə ilə İddiaçı adına uçota alınmışdır. Məhkəmə hesab edir ki, işdə olan sənədlər: Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” bağşılıq yoldaşlığının üzv olmasına dair üzvlük kitabçası, “Jilstroy” bağçılıq yoldaşlıgının üzvlərinin siyahısı, Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” bağçiliq yoldaşliğinın 1 nömrəli protokolu İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” bağşılıq yoldaşlığının 7 saylı bağ sahəsinə dair hüquqların mövcud olmasını təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Cavabdeh tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” bağçılıq yoldaşlığının 7 saylı bağ sahəsinə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas- iddiaçı ilə 3-cü şəxs X10 arasında olan mübahisə ilə əlaqədar olaraq həmin torpaq sahəsinin özəlləşdirilməsinə məhkəmə qərardadları ilə qoyulmuş qadağalar olmuşdur. Hal-hazırda torpaq üzərində qadağaların ləğv edilməsi işdə olan müvafiq məhkəmə aktı ilə, iddiaçı ilə 3-cü şəxs arasında torpaq üzrə mübahisənin olmaması isə iddiaçının və üçüncü şəxsin məhkəmədə verdiyi izahatları ilə təsdiq olunur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması cavabdehin imtina məktubunda və ya iddiaya dair etirazında göstərilməmiş, məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” bağşılıq yoldaşlığının 7 saylı bağ sahəsinə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası qanuna uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış ünvan ünvanda 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 116-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı Baş Tikinti İdarəsinin “Jilstroy” Bağçılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış ünvan ünvanda 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar