Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11097/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 65 ünvanında yerləşən ümumi sahəsi 39,6 kv. metr olan 3 (üç) otaqlı 107 №-li mənzilə dair X1 adından İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ərizə ilə müraciət edərək etibarnamə üzrə nümayəndəsi olduğu X1 adından order əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı vermişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 65 ünvanında yerləşən 107 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olduğundan, eyni zamanda qeyd olunan mənzilə dair adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyil. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İmtina əsassız və qanunsuzdur. Belə ki, mənzil sahəsi onun adına olmasa da, etibarnamə əsasında yaşayış sahəsi adına olan şəxsin – X1 adından kirayə müqaviləsi bağlamaq istəyir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər, həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5-21/2M-51-068/2023 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 65 ünvanında yerləşən 107 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olduğundan, eyni zamanda qeyd olunan mənzilə dair adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyil. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bakı şəhəri Cavabdeh 243/2 saylı xx.xx.1992-ci il tarixli sərəncamına əsasən “Nümunəvi Qaydalar”ın 33-cü bəndinə əsasən Bakı qarnizonu hərbçilərinə verilmiş 25 mənzilin siyahısı təsdiq edilmiş və adları siyahıda olan 25 hərbçiyə order yazılmışdır. 004721 saylı xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri Krılova küçəsi ev 65 mənzil 107 Yasamal rayon XDS-nin 15.04.192-ci il tarixli 243/2 saylı qərarına əsasən X2 və onun ailə üzvlərinin (arvadı və iki oğlu) istifadəsinə verilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-21/2- 1413/23 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı dair Cavabdehndə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Eyni zamanda, İddiaçı Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 65 ünvanında yerləşən 107 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olduğundan, qeyd olunan mənzilə dair öz adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən etmiş, ona subyektiv hüququnu təsdiq edən sənədlərin təqdim edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”ndan: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd edilən mənzil xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzildir. Qüvvədə olan qaydalara əsasən həmin mənzilin sosial təyinatlı yaşayış fonduna daxil edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı (konkret halda Müdafiə Nazirliyi) və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməlidir. Müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış fonduna aid edildiyi təqdirdə vətəndaşa (qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduqda) yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edilərək sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilir. Nəticə etibarilə məhkəmə qeyd edir ki, qanunvericilikdə iddiaçının mənzilin xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı yaşayış fonduna daxil edilməsini tələb etmək hüququnu əsaslandıran hüquqi müddəa nəzərdə tutulmamışdır. Odur ki, (gələcəkdə) müvafiq qərar əsasında mənzil sosial təyinatlı yaşayış sahəsinə daxil edildiyi təqdirdə iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir. Odur ki, yerli icra hakimiyyəti inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud yerli icra hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Məhkəmə xüsusilə edir ki, sözügedən mənzilə dair iddiaçı tərəfindən nə məhkəməyə qədər inzibati icraat nə də məhkəmə araşdırması zamanı subyektiv hüququnun (hüquqi marağını) mövcudluğuna dair hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçı cavabdeh qurum tərəfindən onun hansı hüquq və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir, iddiaçının hazırki tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11097/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11097/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver