Məhkəmə qərarları › İş №2-1(112)-1110/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1110/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1110/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Kamil qızının (ünvanı: ünvan 1 iş yeri: işləmir), cavabdehin nümayəndəsi X3 (Ünvanı: Oğuz rayonu, Xaçmaz kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X14 X9 üzrə Mərkəzi Filialı, aparıcı məsləhətçi -hüquqşünas) iştirakları ilə, iddiaçı -İddiaçı Kamil qızının cavabdeh -Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X14 X9 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Dövlət X10 X2rşı iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X14 X9 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1960-cı ildə Qazax rayonunda doğulmuşdur. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, xx.xx.1993cü ildən xx.xx.1996-cı ilə qədər Yenidənqurma və X13 130 N-li X8 idarəsində şöbə rəisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər 26 saylı X11 1 N-li sahəsinə iş icraçısı vəzifəsində işləmişdir. Ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir.Lakin, cavabdeh xx.xx.2019-cu il tarixli **********0 N-li imtina məktubu ilə mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçasında qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən İdarəyə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə İdarədə baxılmışdır. Bildiyiniz kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxx 1978-ci il tarixli əmək kitabçasının 26-27-ci səhifələrində xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr əzində Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində işlədiyi qeyd olunmuşdur. İdarə tərəfindən iddiaçının yuxarıda qeyd olunan dövrdə əmək stajının dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılaraq həmin müəssisənin xx xxxxxxx 2004-cü il tarixində Vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə və ümumilikdə sübüt kimi həmin əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də iddiaçıya təqdim edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina məktubunda da qeyd edildiyi kimi qeyd olunan ziddiyyətli faktları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Kamil qızı xx.xx.1960-cı il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən (xx.xx.2012-ci il tarixdən), yəni 52 yaşdan təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.1978-ci il tarixli Əmək Kitabçasından görünür ki, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, xx.xx.1993cü ildən xx.xx.1996-cı ilə qədər Yenidənqurma və X13 130 N-li X8 idarəsində şöbə rəisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə qədər 26 saylı X11 1 N-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin (VÖEN: **********) xx.xx.2019-cu il tarixli Güzəştli arayışında göstərilmişdir: “X1 ondan ötəri ki, O, həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 911 N-li qərarına əsasən kod 23200000 sıfır 19906 üzrə İİ siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Rayonlararası İstehsalat təmir-tikinti birliyinin xx.xx.2019-cu il tarixli Arayışında göstərilmişdir: “Verilir Azərbaycan Respublikası Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə. Ondan ötəri ki, Azərbaycan Respublikası Rayonlar arası istehsalat təmir-tikinti birliyinin tabeliyində olan 26 saylı Təmir-tikinti tiresti xx xxxxx 1993- cü ildə birliyin tərkibində yaradılmışdır.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla bildirmişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən İdarəyə daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz xx xxxxxx 1978-ci il tarixli əmək kitabçanızın 26-27-ci səhifələrində xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr əzində Bakı şəhər 26 saylı “Təmir-Tikinti Tresti”nin 1 nömrəli sahəsində işlədiyiniz qeyd olunmuşdur. İdarə tərəfindən yuxarıda qeyd olunan dövrdə əmək stajınızın dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılaraq həmin müəssisənin xx xxxxxxx 2004-cü il tarixində Vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. Qeyd olunan ziddiyyətli faktları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan əmək kitabçasında, həmçinin Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin (VÖEN: **********) xx.xx.2019cu il tarixli Güzəştli Arayışında iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestində iş icraçısı vəzifəsində işləməsi göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən, Bakı şəhəri 26 saylı X15 xx.xx.2004-cü il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarından görünür ki, Dövlət X5 məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinə aid sorğu edilən məsələlər barədə, o cümlədən vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Dövlət X5nda heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Dövlət X14 məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki,müraciətdə adı qeyd edilən sığortaedən Bakı şəhəri 26 saylı Təmir-Tikinti Tresti (SUN: **********7) “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsindən əldə edilən məlumata əsasən xx.xx.2008-ci il tarixində Bakı şəhər idarəsi tərəfindən uçota alınmışdır. Sığortaedən Bakı şəhəri 26 saylı Təmir-Tikinti Tresti tərəfindən 2012-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar (Forma B1) və ona əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) həmçinin 2017- 2018-ci illlər üçün "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin tərtib etdiyi blanklı Arayışında trestin VÖEN-i ********** kimi qeyd edilsə də, məhkəmənin sorğularına verilmiş cavablardan görünür ki, həmin VÖEN-lə Bakı şəhəri 26 saylı X15 xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin, məhkəmənin sorğularına verilmiş cavablardan görünür ki, 26 saylı Təmir-Tikinti Tresti, o cümlədən vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində və Azərbaycan Respublikası Dövlət X5nda heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri 26 saylı X15 xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçdiyindən, müvafiq arxiv məlumatları mövcud olmadığından, iddiaçının həmin müəssisədə xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan iş stajı onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən az (17 il 2 ay 11 gün) ümumi iş stajına malikdir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, “xxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 09 nömrəli Arayışında göstərilmişdir ki, İddiaçı Kamil qızı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi vəzifələrində işləmişdir. İş materiallarından görünür ki, “xxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 59-18/06 nömrəli İzahli Arayışında göstərilmişdir: “Abdullayeva (Balacanova) Aygün Kamil qızına güzəştli şərtlərlə yaşa görə pensiya rəsmiləşdirmək üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatları, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin xx.xx.2007- ci il tarixli 12 N-li qərarı, 12-ci maddə “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bənd a, sətir 33 və 11-ci maddə “Metal emalı” bənd 11.5 sətir 5. Abdullayeva (Balacanova) Aygün Kamil qızı xx.xx.1980-ci ildən (Əmr 204/ xx.xx.1980-ci il) xx.xx.1993-cü ilədək (Əmr 170/ xx.xx.1993cü il) Bakı elektrik maşınqayırma zavodunda (indiki Yeni “xxxx” ASC) işləmişdir. O, zavodun 2 saylı elektrik maşınları hissələrinin dolanması, sarğısı və izolə edilməsi, sexində xx.xx.1980-ci ilədən (Əmr 204/ xx.xx.1980-ci il) xx.xx.1980-ci ilədək dolaqçı şagirdi (Prot. 67/ 4-15 xx.xx.1980-ci il), xx.xx.1980-ci ildən (Prot. 67/ 4-15 xx.xx.1980-ci il) xx.xx.1981-ci ilədək (Əmr 575/ xx.xx.1981-ci il) isə dolaqçı, xx.xx.1982-ci ildən (Əmr 46/ xx.xx.1982) xx.xx.1982- ci ilədək 17.saylı rəngləmə sahəsində qapalı şəraitdə nişanlayıcı, xx.xx.1985-ci ildən (Əmr 163./ xx.xx.1985) xx.xx.1986-ci ilədəx (Əmr 517/ xx.xx.1986) isə qapalı şəraitdə rəngsaz vəzifəsində işləmişdir. El. maşın hissələrinin dolaqçısı. Gücü 100 kvt-dan yuxarı olan elekrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən dolaqçı xüsusi mexaniki qaydalarla izolyasiya materiallarını konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrinin fazalararası izolə edir və dolağın alın hissəsini şüşə lifli iplə bandaj edir. Bu işlərin yerinə yetirilməsində aşağıdakı material və avadanlıqlardan istifadə edilir: Şüşəvaloknist izolyasiya mis məftil DOİST 7016-63; K- 19 markalı TU OFR 504-010 polikasidnomda hazırlanmış lsepi TÜ 6- 503,016- 61 markalı sintatik elektroizolo edici lent; Steklolakotkan LSK DOİST 10156-60; Mikalenta PEK- TT; SP 44-BB DOİST 4268-65; Şüşəli lent LESB DOİST 5937- 64; Şüşəli şnur- qaytan ASE 4/B/YU xx xxxxx 5873-062; Mexaniki qayçı və stol. Rəngsaz: Rəngsaz yığılmış elektrik mühərriklərini rəngləyərkən onların səthini uayt- spirt və ya kiselol ilə islanmış əski ilə silərək yağsızlaşdırır, xüsusi rəngləmə kamerasında pnevmatik püsgürdücü vasitəsi ilə iki qat rəngləyir. Elektrik mühərriklərinin ayrı-ayrı hissələrinin rəngləməsi zamanı isə rəngsaz onları uayt- spirt və ya kiselol tökülmüş xüsusi vannaya salaraq, batırma üsulu ilə yağsızlaşdırır, sonra isə onları qrunt tökülmüş xüsusi vannaya salaraq batırma üsulu ilə rəngləyir. Zərərli iş şəraitinə görə A.K.Abdullayeva (Balacanova) əlavə əmək haqqı və məzuniyyət verilmişdir.” İş materiallarından görünür ki, “xxxxxxxxx” ASC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli 125/09 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1980-ci il - sex 2- dolaqçı şagirdi; xx.xx.1980-ci il -sex 2 dolaqçı 1-ci dərəcə; xx.xx.1981-ci il-sex 7- dəstələyici 2- ci dərəcə; xx.xx.1982-ci il-sahə 17- nişanlayıcı; xx.xx.1982-ci il sex 6 - dəstələyici 2- ci dərəcə; xx.xx.1984-cü ilsex 6 -anbardar; xx.xx.1985-ci il -sahə 17- rəngsaz 1-ci dərəcə; xx.xx.1986-ci il -sahə 2 7- nəzarətçi 2-ci dərəcə; xx.xx.1987-ci il -sahə 27 -nəzarətçi 3-cü dərəcə; xx.xx.1992-ci il - sex 10 - sarıyıcı 1-ci dərəcə; xx.xx.1993-ci il -sex 10- sarıyıcı 2-ci dərəcə; xx.xx.1993- cü il- öz xahişi ilə işdən azad olunub. Göründüyü kimi, “xxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 59-18/06 nömrəli İzahli Arayışında iddiaçının işlədiyi vəzifələrindən dolaqçı və rəngsaz vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “11. Metal emalı” bölməsində və “12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində göstərilməsi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasından, həmçinin “xxxxxxxxx” ASC-nin yuxarıdqa qeyd edilən məktub və arayışlarından görünür ki, iddiaçı dolaqçı vəzifəsində 1 il 02 ay 09 gün, rəngsaz vəzifəsində isə 1 il 05 ay 12 gün işləmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi digər vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan az (2 il 7 ay 21 gün) güzəştli iş stajına malikdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Kamil qızının xx.xx.2006-cı il tarixədək 25 ildən 25 ildən az (17 il 2 ay 11 gün) ümumi iş stajına malik olması, həmçinin xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan az (2 il 7 ay 21 gün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsin X9 üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar