Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1110/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı mənzillə təmin edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa olunması, mənzillə təmin olunmağına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən Şirvan şəhərində məskunlaşmışdır. 2007-ci ildə yaşadığı Qres yataqxanasının ərazisində tikinti işləri ilə əlaqədar olaraq məcburi köçkünləri həmin ərazidən bir hissəsini Şirvana, qalanlarını isə Sabirabad rayonunun Rüstəmli qəsəbəsinə məcburi şəkildə köçürülmüşlər. Onun valideynləri də həmin Rüstəmli qəsəbəsinə köçürülənlərin arasında idilər. O, Şirvan şəhərində işləməyi ilə əlaqədar olaraq, ailə təsərrüfatı ayrı olduğu üçün Şirvan şəhər 28 nömrəli texniki peşə məktəbində məskunlaşaraq yaşamışdır. 2019-cu ildə məcburi köçkünlərə mənzil tikilib verilməsi ilə əlaqədar Dövlət Qaçqınkomun nümayəndələri təkrar qeydiyyata alsalar da 2020-ci il yanvar ayında mənzillərin verilməsi zamanı ona mənzil verilməmişdir. Onunla əsaslandırmışlar ki, o, Şirvan şəhərində qeydiyatda deyildir. Sənədləri qonşuların şahidliyi ilə onlarla birlikdə yaşadığını desə də əhəmiyyət verməmişlər. Bu barədə Dövlət Qaçqınkom rəhbərliyinə poçt vasitəsi ilə ərizə ilə müraciət etsədə heç bir cavab verməmişdilər. Bununla da hüquqlarını kobud şəkildə pozaraq ona mənzil verməkdən imtina etmişlər. Onun da digər köçkünlər kimi mənzillə təmin olunmağa hüququ və ehtiyacı vardır. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı mənzillə təmin olunması ilə bağlı Komitəyə müraciət etmiş, onun müraciətinə xx.xx.2020-ci il tarixli, 01/8415 nömrəli məktubla cavab, verilərək, atası X7 ailə tərkibində dövlət tərəfindən 2007-ci ildə Sabirabad rayonu, Zəngilan qəsəbəsində 147 nömrəli 2 otaqlı mənzilə təmin olunduğu və məcburi köçkün ailələrinin dövlət tərəfindən yallnız bir dəfə mənzillə təmin edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral, 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmçinin məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilirlər. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı, müvafiq Komissiya tərəfindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Komitə tərəfindən bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Qaydanın 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Qaydanın 2.3-cü bəndinə əsasən, rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə ehtiyacı olan digər ailələrin köçürülməsi mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, mənzillə təmin olunmuş məcburi köçkünlər və onların ailə üzvləri sonradan ayrıca mənzillə təmin olunmurlar. Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşması üçün salınmış qəsəbəyə köçürmələrlə əlaqədar siyahıların yoxlanılması zamanı Komissiya tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 2007-ci ildə atası X7 ailə tərkibində Sabirabad rayonu ərazisində salınmış 161 ailəlik Zəngilan qəsəbəsində 147 nömrəli və 152 nömrəli mənzillərlə təmin edilmişdir. X13 onlara verilmiş mənzildə məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra həmin mənzildən məcburi köçkün kimi müvəqqəti qeydiyyatdan çıxmışdır. Atasının ailə tərkibində mənzillə təmin olunduqdan sonra iddiaçının ailə həyatı quraraq ayrı bir rayonda məskunlaşması onun yenidən Komitə tərəfindən mənzillə təmin olunmasına əsas vermir. İddiaçı atasının ailə tərkibində mənzillə təmin olunmasına dair Komitənin Repatriasiya departamenti tərəfindən həmin mənzilin onlara verilməsi ilə bağlı sənəd (order) tərtib olunmuşdur. Həmin mənzil onlara verilən zaman orderdə ailənin tərkibi aşağıdakı göstərilən şəxslərdən ibarət olmuşdur: X20, X14, X21, İddiaçı, X15, X24, X22. Daha sonra X20 və digər 5 nəfər ailə üzvü ilə (İddiaçı daxil olmaqla) Komitənin Mənzil istismar departamenti arasında xx xxxxxx 2009-cu il tarixli 138 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2007-ci ilin sonunda iddiaçının ailə vəziyyəti subay olduğu zaman atasının ailə tərkibində verilmişdir. xx.xx.2019-cu il tarixli, 346380 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən idddiaçı atasının ailə tərkibində mənzillə təmin olunduqdan sonra ailə qurmuşdur. İddiaçı atasının ailə tərkibində mənzillə təmin olunarkən, onlara verilən mənzili qəbul etməklə öz mənafelərini gerçəkləşdirmək üçün iradə ifadəsinə uyqun olaraq sərbəst surətdə müqavilə şərtləri ilə razılaşmışlar və müqaviləni imzalayaraq mənzili qəbul etmişlər. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçrilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda tam qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Mövcud situasiyada isə artıq Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilmiş məcburi köçkünün yenidən ayrıca yaşayış sahəsi əldə etməsi ədalətlilik prinsipinin tələblərinə də cavab vermir. Bundan əlavə Şirvan şəhərində məcburi köçkün ailələri üçün salınmış qəsəbəyə köçürmə prosesi başa çatmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Cavabdeh həmçinin etiraza əlavə təqdim edərək göstərmişdir ki, X8 atasının ailə tərkibində 2007-ci ilin avqust ayında Sabirabad rayonu ərazisində salınmış 161 ailəlik Zəngilan qəsəbədə 147 nömrəli və 152 nömrəli mənzillər verilmiş və məcburi köçkünlər ora həmin tarixdə köçürülmüşdür. Həmin qəsəbə istifadəyə verildikdən sonra, Abasov X9 RİH-nə müraciət edərək, atasının təsərrüfatından ayrılmasını xahiş etmişdir. Zəngilan RİHnın Ördəkli ərazi icra nümayəndəliyinin xx.xx.2007-ci il tarixli 20 nömrəli əmrə əsasən, atasının təsərrüfatından ayrılmışdır. Göründüyü kimi iddiaçı atasının ailə tərkibində mənzillə təmin edildikdən sora xx xxxxxx 2007-ci il tarixdə atasının təsərrüfatından ayrılmışdır, xx.xx.2007-ci ıi tarixdə müvəqqəti məskunlaşdıqları Şirvan (Əli-Bayramlı) şəhərindəki ünvandan qeydiyyatdan çıxarılaraq, Sabirabad rayonu ərazisində salınmış 161 ailəlik Zəngilan qəsəoəsinə müvəqqəti qeydiyyata alınmışlar. Məcburi köçkünlər mənzillə təmin edildikdən sonra onların müvəqqəti qeydiyyatları həmin qəsəbələrə daxil edilir. İddiaçı onlara verilmiş 152 nömrəli mənzildə məcburi köşkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra həmin mənzildən məcburi köçkün kimi müvəqqəti qeydiyyatdan çıxmışdır. Atasının ailə tərkibində mənzillə təmin olunduqdan sonra iddiaçının ailə həyatı quraraq ayrı bir rayonda məskunlaşması onun yenidən Komitə tərəfindən mənzillə təmin olunmasına əsas vermir. Məcburi köçkünlər mənzillə təmin edilərkən, mənzil verilmə ərəfələrində və ya verildikdən sonra ailə tərkibindən ayrı təsərrüfata ayrılması sonradan onlara ayrıca mənzil verilməsi üçün əsas deyildir. Mənzil verilməmişdən müəyyən müddət əvvəl Qaydalara uyğun məcburi köçkünlərin məskunlaşdıqları obyektlər üzrə onların siyahıya alınması, yoxlanılması və siyahının təsdiq edilməsi prosesləri həyata keçirilir. Eyni zamanda yeni salınacaq qəsəbələrin tikinti layihələndirilməsi və tikintinin başa çatdırılması müəyyən zaman çərçivəsində həyata keçirilir. Burdan belə nəticəyə gəlmək olur ki, 161 nəfərlik Zəngilan qəsəbəsi tikilib hazırlananadək həmin qəsəbəyə köçürüləcək məcburi köçkün ailələrinin adları müəyyənləşdirilmiş və təsdiq olunmuşdur. Həmin ailələrdən biri X20 olmuş, İddiaçı da atasının ailə tərkibində olduğundan mənzillə təmin olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya etirazın və etiraza əlavənin məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq olunmuş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Zəngilan rayonu Qaradər kəndində doğulmuşdur. Yaşayış yeri Zəngilan rayonu, Qaradərə kəndidir. - Azərbaycan Respublikası vətəndaşının AZE 15093205 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır. -Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abasov X9 rayonundan məcburi köçkündür. - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin AZ-İİ 346380 №-li, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov X3 Samirə Rafiq qızı ilə xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan şəhər-Hacıqabul rayon bölməsinin xx.xx.2020-ci il tarixli, 93 nömrəli arayışından görünür ki, Abasov X9 rayonun işğalı ilə əlaqədar olaraq Şirvan şəhər 28N TPM-də qeydiyyatlı yaşayan məcburi köçkündür. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X20 arasında bağlanmış 138 №-li, xx.xx.2009cü il tarixli müqavilənin surətindən görünür ki, X20 və onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Sabirabad rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yeni yaşayış qəsəbədə 2 otaqlı 147 saylı evdə, sakini olduğu Zəngilan rayonunun Qaradərə kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır. - Həmin müqaviləyə əlavə edilmiş məcburi köçkünlərin miqrasiya formasından görünür ki, ailə başçıcsı X20, onun ailə üzvləri X23, İddiaçı, X21, X15, X24, X12r. Həmin şəxslər Əli Bayramlı şəhəri, LES-nin ərazisində qeydiyyatda olmuş, xx.xx.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışlar. Köçürüldükləri yer Sabirabad rayonudur. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Saatlı-Sabirabad rayonları bölməsinin 59 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür. Sabirabad rayonunda müvəqqəti qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanına 2018-ci ildən məskunlaşıb. Ailə üzvləri X23 (həyat yoldaşı) və X6 (övladı) ibarətdir. - Zəngilan rayon İHB-nın Ördəkli ərazi nümayəndəliyi tərəfindən verilmiş 115 №-li, xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayon Qaradərə kənd sakini İddiaçı xx xxxxxx 2007-ci ildə nümayəndəliyə atasının təsərrüfatından ayrılmaq istəyi barəsində ərizə təqdim etmişdir. İddiaçı ərizəsi nəzərə alınıb və ərazi nümayəndəsinin xx xxxxxx 2007-ci il tarixdə 20 №-li əmri ilə İddiaçı müstəqil təsərrüfat kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan şəhər-Hacıqabul rayon bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 598 nömərli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Abasov X9 rayonunun işğalından sonra, yəni 1993-cü ilin oktyabr ayından sonra ailə üzvləri ilə birlikdə (Şirvan) Əli Bayramlı şəhərinə gəlmiş və məcburi köçkün kimi Şirvan şəhərində qeydiyyatdadır. - Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 563 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Zəngilan RİH başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 48 nömrəli, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan şəhər-Hacıqabul rayon bölməsinin xx.xx.2020-ci il tarixli, 598 nömrəli arayışlarına əsasən İddiaçı təsərrüfatı noyabr 2007-ci il tarixdə atası X7 təsərrüfatından ayrılaraq təsərrüfatbaşma uçot kitabında ayrı təsərrüfat kimi qeyd edilmişdir. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 628 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 20 nömrəli arayışına əsasən Zəngilan rayonu, Qaradərə kənd sakini İddiaçı hal-hazırda Sabirabad rayon, Rüstəmli kəndi, yeni salınmış qəsəbədə müvəqqəti məskunlaşmışdır. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan 742 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 8 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin texniki səhvi ilə bağlı Zəngilan rayon sakini İddiaçı ünvanı barədə məlumat onlara düzgün çatdırılmadığına görə, Zəngilan rayon sakininin faktiki yaşayış yeri barədə məlumat yenidən aidiyyəti üzrə göndərilir. Belə ki, Abasov X16 şəhər 28 saylı TPM-in inzibatı binasında qeydiyyatda olmaqla, hal-hazırda həmin ünvanda müvəqqəti məskunlaşmışdır. Əsas: Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 56 nömrəli arayışı. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 809 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubundan görünür ki, ünvan 8 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin texniki səhvi ilə bağlı ünvan 12 İddiaçı ünvanı barədə məlumat onlara düzgün çatdırılmadığına görə Zəngilan rayon sakininin faktiki yaşayış yeri barədə məlumat yenidən aidiyyəti üzrə göndərilir. Belə ki, Abasov X17 şəhərində qeydiyyatda olmaqla. Şirvan şəhəri. 28 saylı Texniki Peşə məktəbinin inzibatıi binasında müvəqqəti məskunlaşmışdır. Əsas: Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 21 nömrəli arayışı. -Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/8415 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, atası X7 ailə tərkibində dövlət tərəfindən 2007-ci ildə Sabirabad rayonu, Zəngilan qəsəbəsində 147 nömrəli 2 otaqlı mənzillə təmin olunmuşdur. Eyni zamanda qeyd etmişlər ki, atası X7 adına çıxarışlı ünvan 13 ünvanında 0.06 ha torpaq sahəsinin olduğu da aşkarlandı. Məlumat üçün bildirmişlər ki, mövcud qaydaların tələblərinə uyğun olaraq məcburi köçkün ailələri dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin olunurlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilirlər. Həmin Qaydanın: -1.3-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. - 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3-cü bəndinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. - 2.11.2-ci bəndinə əsasən köçürülmə zamanı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2007-ci ildə atası Tapdıq Abasovun ailə üzvü kimi Sabirabad rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yeni yaşayış qəsəbədə 147 saylı ünvanında yerləşən 2 otaqlı mənzillə təmin olunmuşdur. X33 və İddiaçı nəzərə alınmaqla həmin ailəyə əlavə olaraq 152 saylı, 1 otaqlı mənzil də verilmişdir. Göründüyü kimi İddiaçı məcburi köçkün statusu ilə atasının ailə tərkibinə aid olan şəxs kimi cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin edilmişdir. Hazırda isə o özünün müstəqil şəkildə məcburi köçkün kimi mənzillə təmin edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məcburi köçkün kimi cavabdeh tərəfindən artıq bir dəfə yaşayış sahəsi ilə təmin edildiyindən onun mənzillə təmin edilməsinə dair tələbindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1110/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1110/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver