Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1110/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ 5377 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamənin AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərar hissəsində “baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə diaqnoz –xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən Müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə döyüş vaxtı yaralanmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin 2 №-li X1, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında və xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinədə və müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və X9, X10 dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona təyin olunmuş Diaqnoz- xəsarət “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu, anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə.” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilmişdir. Diaqnoz-xəstəlik isə “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” “Ümumi Xəstəlikdir” səbəb əlaqəsilə ifadəsi ilə göstərilmişdir. Lakin iddiaçı Diaqnoz-xəstəlik “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” səbəb əlaqəsinin “Ümumi Xəstəlikdir” ifadəsi ilə göstərilməsilə razı deyil. Diaqnoz-xəstəlik “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” hərbi xidmət dövrü aldığı xəsarətlə (travma ilə) əlaqədar olduğuna görə bu diaqnoz xəstəliyin də səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək 5377 №-li, xx.xx.2023-cü il tarixli şəhadətnamənin AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərar hissəsində Diaqnoz-xəstəliyin (“Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” ) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciətinə xx.xx.2024-cü il tarixli, 32 №li məktubla imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.2023-cü il tarixli 5377 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnozu ilə olan xəstəliyin səbəb-əlaqəsinin dəyişdirilərək “hərbi travmadır, azərbaycan respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunan xəstəlik baş-beynin zədələnməsi və travmaları (açıq və qapalı kəllə- beyin travmaları, baş beyin silkələnməsi, kontuziya) nəticəsində əmələ gələn şəxsiyyət və davranış dəyişiklikləri ilə müşayət olunan üzvi-ruhi xəstəlikdir. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə xəsarət aldığını iddia etsə də yuxarıda qeyd olunan (açıq və qapalı kəllə-beyin travmaları, baş beyin silkələnməsi, kontuziya) xəsarətləri almasını təsdiq edən çıxarış epikrizini və hansı şəraitdə xəsarət almasını təsdiq edən Hərbi hissə komandiri tərəfindən verməli olan “Travma haqqında arayışı” (Forma 11) komissiyaya təqdim etməmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan bir il 10 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinin 2 nömrəli X2 göndərilmiş və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək orada “Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. SHXÇDX-nın Bakı şəhəri Binəqədi rayon idarəsi tərəfindən 2020-ci ildən hərbi xidmətə çağırılmış, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2023cü ildə MN Mərkəzi Hərbi Polikliniası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə” diaqnozları ilə oan xəsarətlərin səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır” kimi, “Baş beyninin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə” diaqnozu ilə oan xəsarətin səbəb əlaqəsi “UMUMİ XƏSTƏLİKDİR”kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 14a, 17b, 18b maddələrinin İİ qrafasına əsasən “X9, X10 Dövründə Hərbi Xidmətə Yararsızdır” sayılmışdır. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş “Baş beyninin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi teztez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə”diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Çunki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş qərarın bir hissəsində dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda qeydiyyatda olduğu yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 05 may 2023-cü il tarixli qərarın dəyişdirilməsi barədə ərizələri ilə əvvəl qərarı qəbul etmiş inzibati orqana müraciət etmiş, müvafiq cavabları aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının Vətən müharibəsi iştirakçısı və əlilliyi olan şəxs olduğunu nəzərə alaraq, müharibə zamanı aldığı xəsarətlərlə bağlı uzun müddət tibbi müayinə və müalicə almasını iddia müddətinin buraxılmasının üzürlü səbəbi kimi qiymətləndirərək, buraxılmış iddia müddətinin bərpa edilməsini mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 15 may 2023-cü il tarixli 5377 nömrəli Xəstəlik haqqında şəhadətnamədə aşağıdakılar göstərilmişdir - Hərbi rütbəsi ehtiyatda olan əsgər hərbi-uçot ixtisası atıcı, hHərbi hissəsi SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsində qeydiyyatdadır (h/h 708) SHXÇDXnin Bakı şəhəri Binəqədi rayon idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Şikayətləri - baş ağrısı, əsəbilik, yuxunun və yaddaşın pozulmasındandır. Anamnezi: Anamnezindən məlumdur ki,irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İlkin inkişafı adi olub. İlkin psixo-fiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Natamam-ali təhsillidir. Subaydır. İşləmir. Vətən müharibəsində Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir (əsas: SX seriyalı ******* nömrəli hərbi bilet). Özünü xx.xx.2020-ci il tarixdən xəstə hesab edir. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Suqovuşan istiqamətində gedən döyüşlər zamanı xəsarət almışdır (travma haqqında arayış təqdim olunmayıb). Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım döyüş meydanında göstərilmişdir. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdə ixtisaslı müayinə və müalicə üçün SN 2 nömrəli X2 göndərilmiş, xx.xx.2022xx.xx.2022-ci il tarixədək SN 2 nömrəli X1 “Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 7984/22 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin 18b maddəsinin İİ qraf asına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Obyektiv müayinənin məlumatları: Düzgün bədən quruluşludur. Fiziki inkişafı, qidalanması kafidir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy normal inkişaf etmişdir. Periferik limfa vəzləri böyüməmişdir. Hər iki ağciyər tənəffüsdə simmetrik iştirak edir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürəyin hüdudlan normal, tonlan aydın. Dili nəmdir, təmizdir. Qamı yumşaq, palpasiya zamanı ağrısızdır. Bel nahiyəsində döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktlar sərbəst, adekvatdır. ATT 120/70 mm cv.st. Nəbzi ritmik, dəqiqədə sayı 72 vurğudur. Psixi status: Bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəssiz daxil olur. Zahirən bir qədər gərgin görünür. Tez əsəbiləşir. Əsəbiləşəndə özünü cilovlaya bilmir, aqressiv olur. Əhval- ruhiyyə fonu aşağıdır. Təkliyə meyillidir. İntihara cəhd edib. Əsəbiləşəndə əllərində qıcolma qeyd olunur. Emosional labildir. Davranışı qeyriadekvatdır. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Tənqidi formaldır. Nevroloji status: Huşu aydındır. Kəllə-beyin sinirləri patologiyasızdır. Romberq vəziyyətində davamlıdır. Əllərin zəiftremoru qeyd edilir. Pıçıltı nitqinin hər iki qulaqda 6 metr məsafədən eşitməsi ilə Həmin tarixli və nömrəli Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında, HHK-nın qərarına əsasən: “ Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşəncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu anamnezində suisidial cəhd. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və.s yararlılıq haqqında qərarı “Xəstəliklər cədvəli”nin 14a, 17b, 18b maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, X9, X10 dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var.” Həmin tarixli və nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən, diaqnoz: Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifaə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Diaqnoz: Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, teztez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə”. “ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 32 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, şəhadətləndirilmə zamanı Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən verilmiş 5377 nömrəli xəstəlik haqqında şəhadətnamədən aydın olur ki, xx.xx.2020-ci il ildən xx.xx.2020-ci il tarixədək xidmət etdiyi müddət ərzində “Qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi”ni təsdiq edən hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş travma haqqında arayış təqdim edilməyib. Bununla əlaqədar verilmiş 5377 nömrəli şəhadətnamədə qeyd edilmiş və Səhiyyə Nazirliyinin 2 nömrəli X3 tərəfindən təyin edilmiş “Baş beynin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnozu, “Hərbi-həkim Ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a” yarımbəndinə uyğun olaraq “ÜMUMİ XƏSTƏLİKDİR” kimi düzgün təyin edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin “Həkim Psixiatr Komissiyasının” 640 nömrli, xx.xx.2023-cü il tarixli Rəyinə əsasən, Ömərli X4 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müəyyən olunub. Diaqnoz: Baş beynin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə. Anamnezində suisidal cəhdlərlə F 07.0. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/85 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 15 may 2016-cı ildə, 20 may 2016-cı il tarixdə ambulator müayinədə və 09 fevral 2017-ci il tarixdən 24 fevral 2017-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə (Əhmədbəy hospitalında) stasionar müalicədə olmuşdur. Diaqnoz – 46-cı dişin peredontiti (15 may 2016), 46-cı dişin xroniki peredontiti ( 20 may 2016), ilkin diaqnoz folikulyar angina. Əsas – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin (Əhmədbəyli hospitalın) 2016-2017-ci illərə məxsus “ambulator xəstələrin qeydiyatı” kitabının 8696,8944-cü saylarındakı 79,91-ci səhifələrində və “stasionar xəstələrin qeydiyyatı” kitabının 1931-ci sayındakı, 87-ci səhifəsində olan qeydlər. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə tibbi sənədlər təqdim edilmişdir. Məhkəmənin 19 iyul 2024-cü il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir: xx.xx.1992-ci il təvəllüdlü İddiaçı “baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnoz- xəstəliyi hərbi travma nəticəsində yaranıbmı? “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin T 685/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnozunun səbəb əlaqəsi isə xx.xx.2023-cü il tarixli, 5377 saylı xəstəlik haqqında şəhadətnamədə qeyd edildiyi kimi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. (...) Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar hərbi komissarlıqlardan, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 2.1. İlkin hərbi uçota götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi vətəndaşların hərbi uçota götürülməsi üzrə rayon, şəhər (rayon bölgüsü olmayan) komissiyasına, hərbi xidmətə çağırılarkən isə rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasına həvalə olunur. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur. 2.2. İlkin hərbi uçota götürülərkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. 2.3. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.. 2.4. Hərbi komissarlıqların göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. 2.5. İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkimmütəxəssislər keçirirlər. 2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Respublika Çağırış Komissiyasına həvalə olunur. Respublika Çağırış Komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi, onların çağırış komissiyasına təqdim edilmiş şəxsi işlərinin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Zərurət olduqda, göstərilən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi əyani keçirilə bilər. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Respublika Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Respublika Çağırış Komissiyası rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır:a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»;c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»;e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər hərbi xidmətdə olmuş, döyüş əməliyyatlarda iştirak etmişdir. Döyüş əməliyyatları zamanı xəsarət almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının 15 may 2023-ci il tarixli Qərarına əsasən iddiaçı X9, X10 dövründə hərbi xidmətə yararsız olması, müşayiətçiyə zərurət olması göstərilmişdir. Eyni zamanda Mərkəzi Hərbi Həkim Komissiyasının 15 may 2023-ci il tarixli digər Qərarına əsasən iddiaçının aldığı xəsarətinin (travmanın səbəb əlaqəsini təyin edərkən aşagıdakıları qeyd edilmişdir: Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu anamnezində suisidal cəhd. Orta (mülayim) dərəcədə ifaə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Diaqnoz: Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, teztez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitic pozuntular ilə”. “ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının “Ümumi xəstəlikdir”-kimi iddiaçının aldığı xəsarətin(xəstəliyinin) səbəb əlaqəsinin təyin edilməsi- işin faktiki hallarına və yuxarıda qeyd edilimiş Əsasnamənin müddəalarına uyğun deyildir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmətə çagırılması zamanı tam sağlam olmuş, xx.xx.2020-ci ildə isə ehtiyata buraxılmışdır. Döyüş əməliyyatları zamanı aldığı xəsarət(travma ) nəticəsində hərbi xidmətə yararsız hesab edilmişdir. 5377 nömrəli 15 may 2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək SN 2 nömrəli X1 “Baş beynin üzvi (travmatik mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntuları ilə. Posstravmatik stress pozuntusu. Anamnezində suisidal cəhd” diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. Yuxarıda istinad edilən Əsasnamədən də görünür ki, Hərbi-həkim komissiyaları hərbihəkim ekspertizası məsələləri ilə əlaqədar qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Odur ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi və imtinanın əsası kimi travma haqqında arayışın təqdim edilməməsi göstərilməsi qanunvericiliyə uyğun deyildir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında təqdim edilmiş ekspert rəyindən görünür ki, İddiaçı “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə” diaqnozunun səbəb əlaqəsi isə xx.xx.2023-cü il tarixli, 5377 saylı xəstəlik haqqında şəhadətnamədə qeyd edildiyi kimi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Cavabdeh qeyd edilən bütün halları hərtərəfli və obyektiv araşdırmamış, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuş, qanunsuz inzibati akt qəbul etmişdir. Beləliklə, cavabdehin inzibati orqanın qərarı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün iddiaçının mübahisələndirdiyi Qərar- “ xəstəliyin səbəb əlaqəsi (Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə”. “ÜMUMİ XƏSTƏLİKDİR) hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı iddiası təmin edilməli, 5377 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamənin AR X5 Hərbi Həkim Komissiyasının qərar hissəsində “baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə diaqnoz – xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində 5377 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamənin AR X5 Hərbi Həkim Komissiyasının qərar hissəsində dəyişdirilsin. “Baş beynin üzvi zədələnməsi nəticəsində şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti və koqnitiv pozuntular ilə diaqnoz – xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1110/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1110/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver