Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11104/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçın nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqların tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasının A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145.11 kv.m olan 29 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində yerləşən yaşayış binasının A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 137.8 kv.m olan mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasının A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145.11 kv.m olan 29 saylı mənzilin əldə edilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli müqavilə imzalanmışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2004-cü il tarixli və xx.xx.2004-cü il tarixli Kassa mədaxil orderlərindən də göründüyü kimi Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasının A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145.11 kv.m olan 29 saylı mənzilə dair müqavilədə qeyd olunan məbləğ İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Vətəndaş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasında A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145.11 kv.m olan saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Hal-hazırda hesab edir ki, Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində inşa edilmiş yaşayış binasında A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 145.11 kv.m olan 29 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır.
4. Cavabdeh tərəfindən iddiaya verilən yazılı etirazda bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bundan əlavə, sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Məlumat üçün bildiririk ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan 2 ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 145.11 kv.m, faktiki sahəsi isə 137.2 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.
5. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2004-cü il tarixli, 260 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında A5 korpusu 15-ci mərtəbə 3 otaqdan ibarət sahəsi 145,11 kv.m və yaşayış sahəsi 79,16 kv.m təşkil edən mənzili İddiaçı təhvil verilmişdir.
6. İş materiallarında olan "xxxx" MMC kassa mədaxil orderinin qəbzinin surətinə əsasən 30 yanvar 2004-cü il tarixdə İddiaçı tərəfindən 30 yanvar 2004-cü il tarixli müqaviləyə əsasən 24500000 (iyirmi dörd milyon beş min dörd yüz) manat kassaya mədaxil edilmişdir.
7. İş materiallarında olan "xxxx" MMC kassa mədaxil orderinin qəbzinin surətinə əsasən 11 fevral 2004-cü il tarixdə İddiaçı tərəfindən 30 yanvar 2004-cü il tarixli 260 saylı müqaviləyə əsasən ********* (bir yüz on yeddi milyon yeddi yüz yeddi min səkkiz yüz) manat kassaya mədaxil edilmişdir.
8. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən verilən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən yeni yaşayış binasında A5 korpusu 15-ci mərtəbə 3 otaqdan ibarət sahəsi 145,11 kv.m və yaşayış sahəsi 79,16 kv.m olan 29 saylı mənzilə sahibkarlıq edir və müqavilə üzrə heç bir borcu yoxdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" MMMC-nin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətlərinə əsasən: "xxxx" MMMC-nin Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışa əsasən "xxxx" MMMC xx.xx.2020-ci il tarixdə 1120-MM7-0192 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı ünvan 3i Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A ünvanıdır. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş "xxxx" MMMC-nin üzvlərinin siyahısına əsasən, X4 152 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən 35 nömrəli mənzilin sahibidir.
10. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 19 mart 2020-ci il tarixli 350 nömrəli 2019-cu il tarixli icazə sənədinə əsasən yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, 8 girişli; 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binasının istismarına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 625 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Tikinti obyektinin sahibi (sifarişçisi) - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi – xx.xx.2020-ci il № 0401 Tikinti obyektinin əsas texniki göstəriciləri: Ölçü Binanın əsas texniki Göstəricilərin adı göstəricilərinin və tərkib vahidi hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən 1.Binanın ümumi sahəsi, m2 69996,0 layihə üzrə o cümlədən: - mənzillərin ümumi sahəsi m2 45152,0 - qeyri-yaşayış sahəsi: zirzəmi, kürsü m2 13071,09 və 1- ci mərtəbə və 2 səviyyəli yeraltı - liftin maşın şöbəsi və texniki otaqlar m2 842,0 2 Mənzillərin sayı ədəd 288 3 Mərtəbələrin sayı ədəd 17-18-19
4 Girişlərin sayı ədəd 8
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünküyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.
19. İş materialları ilə müəyyən olunur ki, binanın istismarına icazə verilmiş, binanın idarə olunması üçün mənzil sahibləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və müştərək cəmiyyət tərəfindən də iddiaçının mənzilin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmişdir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
21. Məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, 3078A məhəllə, A5 korpus, 15-ci mərtəbədə yerləşən, 29 saylı 3 otaqdan ibarət faktiki sahəsi 137.2 kv.m. olan mənzil İddiaçı sahibliyində və istifadəsindədir. Binanın istismara icazə sənədi mövcuddur. İddiaçının həmin mənzil üzrə borcunun olmaması mənzilin yerləşdiyi Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhələsində yerləşən yaşayış binasına dair "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışı təsdiq edir.
22. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə torpaq sahəsi üzərində mövcud olan həbsə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin həbsin mövcudluğu iddiaçının hüquqlarının ilkin qeydiyyatından imtina üçün əsas sayıla bilməz, belə ki, həmin mübahisədə iddiaçı tərəf deyildir. Həmin həbs məhz qeyd edilən ünvanda yerləşən 0,5530 ha torpaq sahəsi ilə bağlıdır.
23. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasında iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozuntusu hesab edilə bilər.
24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
30. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsində yerləşən yaşayış binasının A5 korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 137.8 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva