Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1111/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur erməni quldurlarına qarşı gedən döyüşlərdə, torpaqların müdafiəsində iştirak etməsini və 1992-ci ilin avqust ayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb, qəlpə yaraları alıb, əlil olması kimi mübahisəsiz halların olmasını nəzərə alaraq ona müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur erməni quldurlarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 10 may 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasında döyüşən Əfqan batalyonuna qoşularaq döyüşmüşdür. Həmin ərəfələrdə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əlil olmuşdur. O, vətənin qarşısında borcunu yerinə yetirmək üçün əlinə silah götürüb, müharibədə iştirak etsə də, bu gün həmin döyüşlərdə iştirakının təsdiq olunması zərurəti yaransa da, müharibə zamanı döyüşlərdə yaralanması kimi danılmaz faktlar olsa da, dəfələrlə dövlət qurumlarına, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətlərə aylarla cavab verilməyibdir. Nəhayət Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi ərəfələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyini cavabdeh kimi qoyduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən döyüş bölgələrinə gedən könüllü döyüşçülərin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, cavabdeh müraciətinə imtina verdikdən sonra müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati məhkəməsinə müraciət elmək məcburiyyətindədir. Bir daha qeyd edir ki, ən azından vətən qarşısında borcunu yerinə yetirərkən ölümü belə gözünün qarşısına alsa da, bu gün həmin müharibədə iştirakını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmasını təsdiq edə bilməməsi, müharibə veteranı kimi vəsiqə ala bilməməsi ona müharibə iştirakçısı kimi böyük sarsıntı yaşadır. Cavabdeh qurum yaratdığı bütün bu maneələrdən sonra bu kimi hallar mübahisəli olduğundan ona imtinası ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun həmin ərəfələrdə həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməsini və gedən döyüşlər zamanı ağır yaralanmasını şahid qismində həmin zamanlar müharibədə iştirak edib, hazırda sağ qalmış bir çox döyüş yoldaşları və həqiqi vətənpərvər müharibə veteranları da məhkəmə iclası zamanı şahid qismində iştirak edib, təsdiq edə bilərlər. Ona görə də, o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 1991-ci ildən 1992-ci ilin avqust ayına kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına və işğalçılarına qarşı gedən döyüşlərdə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini və həmin müharibədə döyüşlər zamanı 1992-ci ilin avqust ayında ağır yaralanaraq əlil olması nəticəsində müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunmasını tələb və xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onun 10 may 1991-ci ildən başlayaraq 1992- ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına və işğalçılarına qarşı gedən döyüşlərdə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumatların aşkar olunmaması kimi cavab yazması ona müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməməsi üçün bəhanələrdir. Onun 10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, yaralandığını çoxsaylı müharibə iştirakçıları öz ifadələri ilə təsdiq edəcəklər. Həmçinin müharibə zamanı ağır yaralanmasını və bu günədək bədən üzvlərində qəlpələrin qalmasını təsdiq edən AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» Publik Hüquqi şəxs 25 nömrəli Şəhər Poliklinikasından verilmiş epikrizlər də mövcuddur. Buna görə də hüquqlarını müdafiə etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın 1-nə dək qüvvədə olmuş Azərbaycan respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir, yəni həmin şəxslər veteran sayılmırlar. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onun barəsində veteran statusunu istisna edən hər hansı sübutu təqdim edə bilmir, 10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə geriyə çəkilmədən düşmənlə qarşı-qarşıya döyüşmüş, bu müddət ərzində hərbi hissəni, xidmət yerini heç vaxt özbaşına tərk etməmiş fərarilik etməmiş, məhkum olunmamış, amnistiya aktına əsasən məsuliyyətdən azad edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydində nəzərdə tutulmuş əsasların heç birini sübut edə bilmir, cavabdehin bəhanə üçün istinad etdiyi hallar mənim Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına və işğalçılarına qarşı gedən döyüşlərdə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda döyüşüb yaralanmasına, əlil olmasına xələl gətirə, kölgə sala bilməz və onun düşmənlə səngərdə üz-üzə, cəbhə bölgəsində torpaqların müdafiəsi uğrunda əzab əziyyətlər çəkməyi, bir çox vətən oğulları ilə çiyin-çiyinə döyüş əməliyyatlarında iştirak edərək yaralanmağı müqabilində verilməli olan veteran adından məhrum edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Əfqanistan Veteranlar ictimai birliyinin Xətai rayon filialın arayışına və 25 nömrəli şəhər poliklinikasının qısa epikrizinə istinad edir. Adıçəkilən sənədlərin hər hansı sənədə istinadən yazılmamış və bu səbəbdən mötəbər sübutlar hesab edilə bilməz və hüquqi əsasları yoxdur. Həmçinin Cavabdehndə “Əfqan batalyonu” adlanan özünümüdafiə batalyonun (dəstəsinin) siyahısı daxil olmamış və mövcud deyil. Habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”nda “Əfqan batalyonu” adlanan batalyon mövcud olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Əfqanıstan Veteranlar ictimai birliyi Xətai rayon filialının arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 1991-1993-cü illərdə könüllü Əfqan batalyonunun tərkibində Qarabağda gedən döyüşlərdə iştirak etmiş İİ qrup əlil olmuşdur; - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə X9 şəxs 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 186 nömrəli qısa epikrizin surətindən görünür ki, İddiaçı 1964-cü il təvəllüdlü 7 mk.r, ev 72, mənzil 404 ünvanında yaşayan Qarabağ müharibəsinin əlili kimi poliklinikada qeydiyyatdadır. Müxtəlif vaxtlarda sol əlin ovucun arxa səthlərindən qəlpələr xaric edilmişdir.Hal hazırda sol əldə və döş qəfəsi nahiyyəsində dərialtı qəlpələr qeyd edilir (Rentgen müayinələri əsasında); - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-3771 nömrəli məktubunun surətindən görünür ki, Əfqan batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti və yaralanması barədə araşdırma apara bilmirlər. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2017-ci il tarixdə 9/2- 23494 №-li və xx.xx.2020-ci il tarixdə 9/2-447 №-li məktublarla ünvanına cavab göndərilmişdir; - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı "əfqan batalyonları" tərkbində 1991-ci il tarixdən 1992- ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin hansı tarixdə ehtiyata buraxılması barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində məlumat aşkarlanmamışdır; - Cavabdeh xx.xx.2022-ci il tarixli H/1218 nömrəli imtina məktubunun surətindən görünür ki, keçmiş hərbi qulluqçuların hərbi xidmət keçməsinə dair məlumatlar onların xidmət keçdikləri müvafiq dövlət orqanının, eləcə də Xidmətin yerli idarə, şöbə və bölmələrinin arxivində saxlanılır. Belə ki, Xidmətin Binəqədi rayon idarəsinin mövcud (və arxiv) uçot sənədlərində iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməyi (döyüş əməliyyatlarında iştirak etməyi) barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatında mövcud olan hərbi əlillərin siyahısında da iddiaçının adı keçmir. Odur ki, döyüş əməliyyatlarında iştirakı, o cümlədən yaralanmağı və hazırda Qarabağ əlili olmağını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 11/5413 nömrəli məktubu ilə təqdim edilmiş N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 14/3528 nömrəli arayışından görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibindəki birlik və birləşmələrin, hərbi hissələrin, gəmilərin, xüsusi təyinatlı təhsil müəssisələrinin, baş idarə və idarələrin, təşkilat və müəssisələrin sülh və müharibə dövrlərindəki şərti adlarına görə qeydiyyat kitabı”nda “Əfqan” batalyonunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissənin tərkibində olması barədə məlumat yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 2 ünvanda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal- hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X1rın yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi şəxsə müharibə veteranı adı o şərtlə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında verilir ki, həmin siyahılar onun döyüşlərdə iştirakını sübut edən sənədlərlə təsdiq edilsin. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbini 10 may 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasında döyüşən Əfqan batalyonuna qoşularaq döyüşməsi ilə əsaslandırmış və dəlil olaraq Azərbaycan Respublikası Əfqanistan Veteranlar ictimai birliyinin Xətai rayon filialın arayışını və 25 nömrəli şəhər poliklinikasının qısa epikrizini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əfqanistan Veteranlar ictimai birliyinin Xətai rayon filialın arayışı və 25 nömrəli şəhər poliklinikasının qısa epikrizi hər hansı sübuta əsaslanmadan yazılmışdır. İddiaçı "əfqan batalyonları" tərkbində 1991-ci il tarixdən 1992- ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin hansı tarixdə ehtiyata buraxılması barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində, o cümlədən Cavabdeh Binəqədi rayon idarəsində hər hansı məlumatın aşkarlanmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya veteran adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər mövcud deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır. Beləliklə, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur erməni quldurlarına qarşı gedən döyüşlərdə, torpaqların müdafiəsində iştirak etməsini və 1992-ci ilin avqust ayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb, qəlpə yaraları alıb, əlil olması kimi mübahisəsiz halların olmasını nəzərə alaraq ona müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev