Məhkəmə qərarları › İş №2-1(112)-11111/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11111/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11111/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1 Agentliyinin etibarnamə üzrə nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «zəlzələ nəticəsində zərər çəkmişin evinin sökülüb yenidən tikilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «zəlzələ nəticəsində zərər çəkmiş evinin sökülüb yenidən tikilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevral ayında Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunun Dilman kəndindəki ata-baba yurdu olan evi də yaşayış üçün yararsız vəziyyətə düşmüşdür. Əlaqədar komissiya tərəfindən evə baxış keçirilmiş, evin bərpa edilməli olduğu qeydi aparılmışdır. Lakin atası inşaatçı-mühəndis olduğuna görə komissiyaya etirazını bildirərək evin sökülüb yenisi ilə əvəz olunmalı olduğunu bildirmişdir. Hazırda müstəqil komissiya yaradılaraq evə baxış keçirilməsini və cavabdehin üzərinə evin sökülüb yenisi ilə əvəz edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə iddiaçıya və cavabdehə bildiriş ünvanlanmışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyətini müzakirə etməyi zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərazi aidiyyəti məsələsinin məhkəmənin mülahizəsinə uyğun olaraq həllinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddia daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə aid olduğundan işin aidiyyəti müstəsna aidiyyət qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Həmin Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya məxsus fərdi yaşayış evinə vurulmuş ziyanın ödənilməsi ilə, yəni daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır. Həmin əmlak isə Ağsu rayonunun Dilman kəndində yerləşir. Belə olan halda məhkəmənin mövqeyinə görə işə İPM-in 8.1.1 maddəsinin tələbinə uyğun olaraq, daşınmaz əmlakın aid olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Şəki İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «zəlzələ nəticəsində zərər çəkmiş evinin sökülüb yenidən tikilməsi vəzifəsinin qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar