Məhkəmə qərarları › İş №2-1(112)-11113/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11113/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11113/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X7 3-cü şəxsin hüquqi varisi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X3 -3-cü şəxsin hüquqi varisi) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 əyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər bağ təsərrüfatı idarəsinin 76 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi 05 sentiyabr 1989-cu il tarixli 9 nömrəli order əsasında iddiaçıya ayrılmış 209 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli, 195 saylı qərarı və Bakı şəhər Sovetinin 6/133 saylı 14 iyun 1988-ci il tarixli qərarlarına uyğun olaraq Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 4/151 saylı, 19 may 1989-cu il tarixli qərarı ilə bağ tikinti kooperativlərinin (BTK- DSK) 69-79 №-li DSK-ların - 1-11 saylı əlavələdə tərkibi təsdiq edilərək iddiaçıya növbədə olan digər şəxslərlə birlikdə bağ sahəsi ayırmışdır. Bu qərarla əlaqədar 1960-cı illərin ortalarından bağ sahəsi almaq üçün uçotda olduğundan iddiaçıya BŞXDS İK-nin X4 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli, 1973 saylı bildirişi göndərilmiş və sonradan Novxanı bağ massivində 209 nömrəli sahədə 0,12 ha torpaq sahəsi ayrılması barədə 76 saylı BTK-nın 9 saylı (BTK üzvləri siyahısındakı sıra nömrəsinə uyğun), 5 sentyabr 1989-cu il tarixli order verilmişdir. Bu yerin ona məxsusluğu 9 saylı, 5 sentyabr 1989-cu il tarixli orderin surətini AR Dövlət Arxivinin Bakı Filialına təqdim etdikdən sonra, sonuncunun arxiv çıxarışları ilə (№1100, xx.xx.2014 və NZ-86, 29 mart 2015-ci il) öz təsdiqini tapmışdır. AR ƏMDK yanında DƏDRX-nin **********09 saylı, 13 iyun 2017-ci il tarixli məktubunda adının 76 saylı bağtikinti kooperativinin üzvlərinin siyahısında olması faktı da təsdiq olunmuşdur. Bu siyahıda Ə.N.Xanəliyevin adı yoxdur. Lakin DƏDRX-i ona məxsus 209 saylı bağ sahəsinə Ə.Xanəliyevə qanunsuz olaraq verilmiş 26 saylı orderi əsas tutaraq həmin sahədə qanunsuz tikilmiş bağ evinə çıxarışın ləğv edilməsi istiqamətində heç bir addım atmamışdır. Cavabdeh Novxanı bağ massivində 76 saylı BTK-nin üzvü kimi 209 nömrəli sahənin iddiaçıya məxsus olması barədə bütün arxiv materiallarının mövcud olduğu halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 9.2.1-ci maddəsinin hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlətin reyestrində saxlanılan məlumata uyğunluğu, bu qanunun 11.1-ci maddəsi: hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu, həmçinin AR Konstitusiyasının 29-cu maddəsi (Mülkiyyət hüququ - İİ və İV maddələr) kobudcasına pozulmuşdur. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə icraatına X3 zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin digər qərardadı ilə X3 öldüyündən onun oğlu X8 onun hüquqi varisi qismində tanınmışdır. Cavabdehin yazılı etirazında bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Belə ki, İdarənin arxiv məlumatına əsasən eyni X5 (BTK) nəzdində eyni bağ nömrəsinə dair digər fiziki şəxsin (X1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən order idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan bağ sahəsinin digər şəxsin adına qeydiyyatdan keçdiyi və bağ sahəsinin yerini tanımadığı bildirilmişdir. Həmçinin bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2-1(81)-3378/2014 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Şəhər Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı Novxanı bağ massivində yerləşən 209 saylı, 0.12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinə dair X12 kitabında xx.xx.2011-ci il tarixli 25016 nömrə ilə qeydiyyatının, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 209 saylı 0.12 ha bağ sahəsi və həmin sahədə inşa olunmuş 108.28 kv.m. ümumi sahəsi olan bağ evi üzərində X1 mülkiyyət hüquqlarının xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 209 saylı 0.12 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını tanımaqla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-394/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-3378/2014 saylı qərarı ləğv edilməsi, iddia mümkün sayılmaması qərara alınmışdır. Bundan əlavə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına yazılmış 26 nömrəli xx.xx.1989-cu il tarixli orderin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən ona məxsus 209 saylı bağ sahəsində qanunsuz olaraq tikilmiş bağ evinə Ə.Xanalıyevin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsinin ona həvalə edilməsinə dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-4448/2017 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. 3-cü şəxsin hüquqi varisi tərəfindən iddiaya yazılı etiraz təqdim edilməklə bildirilmişdir ki, X3 xx.xx.2022-ci ildə dünyasını dəyişib. İddiaçının iddia tələbləri əsassızdır və bu mübahisəli məsələ 8 ildir ki, davam edib. İş №2-1 (103)-394/2015 - Qərardad 25 fevral 2015-ci il, İş №2-1 (103)-394/2015 - Qərardad 8 aprel 2015-ci il, İş №2-1(81)-1871 (2017)- Qərardad 16 may 2017-ci il və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il qərarı iş №2-1(102)-23/2019. Göstərilən işlər hamısı mərhum X1 xeyrinə həll olunub. Bütün qərarlar o, cümlədən Ali Məhkəmənin qərarı qüvvəyə minib. Bundan əlavə hal-hazırda Mülkü Məcəllənin 373-cü maddəsinə əsasən iddiaçı iddia müddətini buraxmışdır. Eyni zamanda həmin mübahisəli məsələyə məhkəmə qaydasında təkrarən baxılmağa ehtiyac yoxdur. Ona görə həmin işə xitam vermək məqsədəuyğundur. Hazırki işdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinin 76 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi 05 sentyabr 1989-cu il tarixli 9 nömrəli order əsasında ona ayrılmış 209 nömrəli bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3378/2014 nömrəli, 08 dekabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı Novxanı bağ massivində yerləşən 209 saylı 0,12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinə dair X12 kitabında xx.xx.2011-ci il tarixli 25016 nömrə ilə qeydiyyatın, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 209 saylı 0,12 ha bağ sahəsi və həmin sahədə inşa olunmuş 108,28 kv.m ümumi sahəsi olan bağ evi üzərində X1 mülkiyyət hüquqlarının xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 209 saylı 0,12 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını tanımaqla hüquqların Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi barədə iddia tələbləri rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-394/2015 nömrəli, 08 aprel 2015-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3378/2014 saylı 08 dekabr 2014-cü il tarixli qərarı ləğv edilmişdir. İddiaçı cavabdehlər DƏDRX-nin Bakı Ərazi İdarəsinə, DTXÇK-nə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) və 3-cü şəxs Ə.N.Xanəliyevə qarşı «X12 kitabında və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi, iddiaçının mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması» tələbinə dair iddiası mümkün sayılmamışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4448/2017 nömrəli, 05 dekabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İrazi İdarəsinə qarşı orderin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinin 76 nömrəli Bağ Tikinti Kooperativinin verdiyi 05 sentyabr 1989-cu il tarixli 9 nömrəli order əsasında ona ayrılmış 209 nömrəli bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə yönəldilmişdir ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi mümkün sayılmamış, hazırki tələbə hüquqi qiymət verildiyindən işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli, 2-1(103)-394/2015 nömrəli qanuni qüvvəsini almış qərardadı yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar