Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11119/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “əmək pensiyasının verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qardaşı, X4 30 may 2007-ci ildən məhkəmə qərarı qüvvəyə minənə qədər pensiyasının hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hazırlıq icraatına başlanılmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X6 1992-ci ilin Qarabağ qazisidir, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmişdir. 2007-ci ilin may ayından bugünə qədər ona heç bir pensiya ödənilməmişdir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 Filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona verilən cavabda göstərilmişdir ki, qardaşının 30 may 2007-ci il tarixinədək pensiya alması təsdiqini tapmışdır. Sonradan iddiaçıya bildirilmişdir ki, qardaşına 2008-ci ilə qədər pensiya hesablanmış və verilmişdir. 2007-2008-ci ilə qədər qardaşına verilən pensiyanın kim tərəfindən alması və pensiyanın verilməsinin kimin dayandırması barədə cavabdehə etdikləri müraciətlərə heç bir cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçı ilə Mülki Məcəllənin 40.3-cü maddəsinə əsasən yeganə qanuni vərəsəsi olduğunu təsdiq edən sənədin cavabdeh orqana təqdim edib-etməməsi müzakirə olunmuş, bununla baglı iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddiaçı izahatında bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş qardaşının əmlakının idarə olunması üçün müvafiq müqavilənin bağlanması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İddianın təqdim etdiyi sənədlər əsasında təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubunu müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayıla bilməz. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)- 6466/2021 saylı qətnaməsindən göründüyü kimi ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.1971-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X6 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda bildirilmişdir ki, Fond tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sistemi üzərindən araşdırma aparılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilən X3 xx.xx.2007-ci il tarixdən hazırki tarixədək əlilliyə görə əmək pensiyası alması barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi xəbərsiz itkin düşmüş hesab edilmiş qardaşının pensiya ödənişinin ona verilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi, qanunverici xəbərsiz itkin düşmüş hesab olunan şəxslərə pensiya ödənişi verilməsini deyil, həmin şəxsin olmaması ilə bağlı onun ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə həmin ailə üzvlərini ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu müəyyən etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı xəbərsiz itkin düşmüş hesab olunan qardaşına pensiya ödənişinin verilməsini tələb edə bilməz. Məhkəmə iclasında iddiaçının izahatından, işin araşdırılan hallarından aydın olur ki, onun hazırkı hüquqi marağı qardaşına pensiya ödənişinin davam etdirilməsi deyil, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab olunanadək ona cavabdeh tərəfindən ödənilən, lakin iddiaçının əldə edə bilmədiyi vəsaitin iddiaçıya verilməsindən ibarətdir. Məhkəmə pensiya vəsaitinin iddiaçıya ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 10 iyun 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 7.7-ci bəndinə əsasən vəfat etmiş, xəbərsiz itkin düşmüş fiziki şəxslərin, habelə ləğv olunmuş dövlət orqanının, bələdiyyənin, diplomatik nümayəndəliyin və hüquqi şəxslərin bank hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktlarla tənzimlənir. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsini, o cümlədən onun əmlakının idarə edilmə qaydasını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən: - 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. - 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. - 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. İstinad olunan normalardan görünür ki, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Lakin mülki qanunvericilikdə qanuni vərəsələrə kimlərin aid edilməsi göstərilməmişdir. Belə ki, mülki qanunvericilikdə qanuni vərəsə deyil, qanun üzrə vərəsə və vəsiyyət üzrə vərəsə anlayışlarından istifadə olunur və vərəsəliyin müəyyən edilməsi, yəni mirasın açılması üçün miras qoyan fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi tələb olunur. Hazırkı işdən müəyyən olunur ki, şəxs ölməmiş, məhkəmə tərəfindən ölmüş elan edilməmişdir. O, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edilmişdir, bu hal isə mirasın açılması və vərəsəliyin müəyyən edilməsi üçün əsas deyil. Göründüyü kimi, Mülki Məcəllənin 40.2-ci maddəsində müqavilə olmadan xəbərsiz itkin düşən şəxsin əmlakının qanuni vərəsələri tərəfindən idarə edilməsi müəyyən olunsa da, qanuni vərəsələrin necə müəyyən edilməsi tənzimlənməmişdir. Bu isə həmin normanın tətbiq edilməsini imkansız edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həm Mülki Məcəllənin 40-cı maddəsini, həm də Mülki Prosessual Məcəllənin 315.1ci maddəsini birlikdə təhlil etdikdə müəyyən olunur ki, xəbərsiz itkin düşmüş hesab olunan şəxsin əmlakının idarə edilməsi üçün hər bir halda Mülki Məcəllənin 40.2-ci maddəsi deyil, 40.3-cü maddəsi əsas götürülməlidir (Rusiya Federasiyasının Mülki Məcəlləsinin analoji normasına baxdıqda aydın olur ki, həmin Məcəllədə AR Mülki Məcəlləsinin 40.2-ci maddədəsində təsbit olunan norma mövcud deyil, xəbərsiz itkin düşən şəxsin əmlakının idarə olunması AR Mülki Məcəlləsinin 40.3-cü maddəsində nəzərdə tutulan qaydada tənzimlənir). Yəni xəbərsiz itkin düşmüş hesab olunan şəxsin əmlakının idarə olunması üçün şəxs qəyyumluq və himayəçilik orqanı ilə etibarnamə ilə idarəetmə müqaviləsi bağlamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı qardaşının əmlakının idarə olunması üçün qəyyumluq və himayəçilik orqanı ilə müvafiq müqavilə bağlamamışdır, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı onun qardaşının əmlakının idarə olunması, o cümlədən alınmamış pensiya məbləğinə sərəncam verilməsinə yönəlmişdir ki, bunun üçün o, ilk növbədə yuxarıda qeyd olunan qaydada qəyyumluq və himayəçilik orqanı ilə etibarnamə ilə idarəetmə müqaviləsi bağlamalıdır. İddiaçı yalnız bundan sonra həmin əmlakla bağlı müvafiq hərəkətləri həyata keçirə, o cümlədən qardaşının bank hesabındakı məbləği nağd şəkildə çıxartmaq üçün aidiyyəti üzrə müraciət edə bilər. Əgər bu zaman həmin vəsaitin ona ödənilməsindən imtina edilərsə və ya cavabdeh tərəfindən artıq kart hesabına köçürülmüş vəsaitlə bağlı hər hansı hərəkət (hərəkətsizlik) edilərsə, o cümlədən həmin vəsait geri qaytarılarsa, onda həmin hərəkətləri müvafiq qaydada, o cümlədən məhkəmə qaydasında mübahisələndirə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11119/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11119/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver