Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11138/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X3) qarşı “sərəncamın, müqavilənin, çıxarışın etibarsızlığı” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu, “Ləəç” bağ massivi 385-ci sahədə yerləşən 15000 kv.m torpaq sahəsinin də daxil olduğu 4,7 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamının Əmlak Məsələləri Dövlət Xidməti ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 saylı Qərarı ilə Sabunçu rayonu, “Ləəç” bağ massivi 385-ci sahədə yerləşən 15000 kv.m torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2028-ci il tarixədək onun icarəsinə verilmişdir. Bununla əlaqədar Sabunçu rayonu, Maştağa Bələdiyyəsi ilə xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanılmışdır. Son günlər öyrənmişdir ki, onun icarəsində olan ərazinin də daxil olduğu 4,7 hektar torpaq sahəsi qanunsuz olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsi əsasmda 5 il müddətinə X2 icarəyə verilmiş və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək Sabunçu rayonu, “Ləəç” bağ massivi 385-ci sahədə yerləşən 15000 kv.m torpaq sahəsinin də daxil olduğu 4,7 ha torpaq sahəsinin X2 icarəyə verilməsi barədə xx.xx.2022ci il tarixli, 1933 saylı icarə müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın qanuna zidd olduğu üçün ləğv edilməsi barədə Sərəncam verilməsi xahiş etmiş, lakin 40 gün keçməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət tərəfindən hər-hansı tədbir görülməmiş və məktuba cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 nömrəli qərarı ilə Maştağa qəsəbəsi «Ləəç» bağ massivi sahə 385-də 15000 kv.m. torpaq sahəsi bağçılıqla məşğul olmaq məqsədilə vət. İddiaçı icarəsinə verilməsi və vət.İddiaçı ilə Maştağa Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli Torpaq icarə müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006 il tarixli, 40 saylı Qərarı əsasında “Ləəç” bağ sahəsi yerləşən ümumi sahəsi 15000 kv.m olan torpaq sahəsi vət. İddiaçı icarəyə verilmişdir. Sahəsi 15000 kv.m, 1 kv.m illik icarə haqqı 2 qəpik. Müqavilə üzrə illik icarə haqqı 240 manat. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 118 nömrəli məktubunda qeyd edilmişdir ki, Maştağa bələdiyyəsinin 2016-cı ilədək bütün arxiv sənədləri müvafiq qaydalara uyğun Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Odur ki, sözügedən torpaq sahəsinin vətəndaş İddiaçı adına verilməsi haqqında qərarın təsdiq olunmuş surətinin alınmasından ötrü aidiyyəti üzrə Dövlət Milli Arxiv İdarəsinə müraciət edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-05049/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayon Maştağa bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 40 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əlavə olaraq bildiririk ki, Sabunçu rayon Maştağa bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 40 saylı protokolu Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin protokolda vət.İddiaçı barədə heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********76 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” (Ləhiş) bağ massivi, 15000 kv.m ölçüdə olan 385-ci sahədə yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, eləcə də İddiaçı adına sorğuya surəti əlavə edilmiş xx.xx.2006-cı il tarixli 40 nömrəli qərar İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1696/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 nömrəli Qərarı ilə İddiaçı 15000 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-9/2-31880-3-149/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin Sabunçu rayonu Maştağa qəsəbəsi “Ləəç bağ massivində yerləşən 15000 kv.m torpaq sahəsinin İddiaçı ayrılmasına dair xx.xx.2006-cı il tarixli, 40 nömrəli qərarının qeydiyyatdan keçib-keçməməsi barədə sorğunuza baxılmışdır. Bildirilir ki, qeyd edilən qərar Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-35-1/2-2057/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 40 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” bağ massivi, 385-ci sahədə yerləşən 15000 kv.m sahəli torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinda yerləşən 4.7 ha torpaq sahəsi xx.xx.2022-xx.xx.2027-ci ilə kimi xx.xx.2022-ci il tarixli 1933 nömrəli icarə müqaviləsinə əsasən X1 adına icarə hüququ ilə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1933 nömrəli müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 81 nömrəli sərəncamına əsasən “İcarəyəverən" adlandırılacaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 47000.0 kv.m torpaq sahəsi “icarəçi” X1 müvəqqəti istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 14333/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-cü il tarixli 81 nömrəli Sərəncamından Çıxarışa əsasən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 730 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 47000 kv.m torpaq sahəsinə dair X1 adına iacrə müqaviləsinin bağlanması təmin edilsin. -Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 730 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan (4.7 ha) torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıq məqəsdi üçün və həmçinin orada tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. - Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 730 saylı sərəncamına əsasən Nardaran kəndi ərazisində yerləşən vətəndaş X2 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edlmiş, rayon təsərrüfat şöbəsinin və Nardaran qəsəbə nümayəndəliyinin imza və möhürləri ilə təsdiq edilmişdir. -Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı kateqoriyasına aid ərazidən sahibkarlıq məqsədilə X2 ayrılmış 4.7 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə yerquruluşu planı tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il 3-48-2F/2-06542/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayon İH-nin arxiv fondu üzrə 1999-cu ilə dair 730 saylı sərəncamı xx.xx.1999-cu il tarixli deyil, xx.xx.1999-cu il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət.X3 barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin sərəncamın təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət Sizə göndərilir. Digər tərəfdən nəzərinizə çatdırırıq ki, sorğuya əlavə edilmiş sərəncam Dövlət Arxivinin Bakı filialı tərəfindən verilməmişdir və doğruluğu şübhə yaradır. Belə ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Sabunçu rayon İH-nin arxiv fondu 153 saylı deyil, 130 saylıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehin mübahisələndirilən sərəncamı ilə onun hüquqlarının pozulduğuna dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşin hallarından müəyyəndir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 nömrəli qərarı ilə Maştağa qəsəbəsi «Ləəç» bağ massivində sahə 385-də 15000 kv.m. torpaq sahəsinin bağçılıqla məşğul olmaq məqsədilə onun icarəsinə verildiyini, bu barədə bələdiyyə ilə xx.xx.2006-cı il tarixli Torpaq icarə müqaviləsi bağlandığına əsaslanaraq ona ayrılmış torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamına əsasən X1 icarəsinə verildiyini bildirir və bununla da üçüncü şəxsin adına verilmiş həmin sərəncamın, sərəncam əsasında bağlanmış icazrə müqaviləsinin və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin etibarsızlığını mübahisələndirir. Məhkəmə ilk növbədə iddiaçının ona aid olduğunu və üçüncü şəxslə üst-üstə düşüyünü iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərə hazırkı iddianı qaldırmağa subyektiv hüquq baxımından əsas verib-verməməsi baxımından yoxlayır. İşin yuxarıda sadalanan və məhkəmə sorğuları ilə ələ edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün istinad etdiyi torpaqayırma sənədi- Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 nömrəli qərarıdır ki, həmin qərarın nüsxəsi nə aidiyyəti bələdiyyənin özündə, nə də Dövlət Arxivində mövcuddur. Əksinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-05049/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayon Maştağa bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 40 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmiş, Dövlət Arxivinin Bakı filialında mövcud olan Sabunçu rayon Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 saylı protokolunda isə İddiaçı torpaq sahəsinin ayrılması öz əksini tapmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixli bələdiyyənin kollegial iclasında İddiaçı hər hansı torpaq sahəsinin ayrılması məsələsinin müzakirə olunduğu və bu barədə qərar qəbul edildiyi müəyyən olunmur. İddiaçının təqdim etdiyi Sabunçu rayon Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 40 saylı qərarının arxiv əsası olmadığı kimi, həmin torpaq sahəsinin yerləşmə cizgisi də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Hazırkı halda iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edərək üçüncü şəxsin adına verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsızlığını mübahisələndirirsə ilk növbədə ona aid olan torpaq sahəsinin naturada yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini təqdim etməlidir. İddiaçının belə bir yerləşmə sxemini (cizgi) təqdim etməməsi iddia etdiyi torpaq sahəsinin üst-üstə düşmə faktını sübut etməyə imkan vermir. Dolayısı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsinə aid olduğunu təsdiq edən sənədin olmaması iddiaçının torpaqayırma sənədini mübahisələndirmək hüququnu da istisna edir. Bundan əlavə işin hallarından görünür ki, iddiaçı üçüncü şəxsin icarəsinə ayrılmış 4.7 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılmasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamının etibarsızlığını mübahisələndirsə də adıçəkilən sərəncamın mətnindən görünür ki, qeyd edilən sərəncam 4.7 ha torpaq sahəsinin abadlaşdırılması və sahibkarlıq məqsədi üçün müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 730 nömrəli sərəncamı əsasında verilmişdir. Həmin sərəncama əsasən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi, eləcə də yerquruluşu planı tərtib edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi ƏMDX-nin xx.xx.2022-ci il tarixli 81 saylı sərəncamının əsasında ilkin torpaqayırma sənədi-Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cü il tarixli, 730 nömrəli sərəncamı dayandığından həmin sərəncam mübahisələndirilmədən sonrakı inzibati akta hüquqi qiymət verilə bilməz. Bu baxımdan iddiaçının cavabehin sərəncamının etibarsızlığına dair hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur. İddiaçının Dövlət Arxivindən əldə edilmiş məlumata əsaslanaraq qeyd etdiyi Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 730 nömrəli sərəncamının özünün etibarsızlığı ilə bağlı dəlilləri cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı olan iddia icraatının predmetinə aid olmamaqla hazırkı məhkəmə icraatında baxıla bilməz. Üçüncü şəxsin adına verilmiş reyestrdən çıxarışın etibarsızlığı da digər ilkin tələblərdən asılı olduğundan, həmin iddialara baxılmadan, onların hüquqi nəticəsindən asılı olaraq reyestrdəki qeydlərin ləğvi ilə bağlı səlahiyyətli inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədən həmin hissədə əsl cavabdehə qarşı çıxarışın etibarsızlığı tələbinə də baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın, müqavilənin, çıxarışın etibarsızlığı” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11138/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11138/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver