Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1114/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 bağ sahəsinə çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbini “236 bağ sahəsinin 0.05 ha sahəsinə dair çıxırıın verilməsi” kimi dəqiqləşdirmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası “Ulduz” Bağçılıq Cəmiyətinin kitabçasına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 15 sentyabr 1987-ci il tarixli 326№li Qərarı ilə “Ulduz” Bağçılıq Cəmiyətinin torpaq sahəsinin ayrılması haqqında və cəmiyyətin ümumi iclasının qərarı ilə İddiaçı Dübəndi qəsəbəsi Cənub (Yujnaya) küçəsi 12, № 8, sahə 236 ünvanında torpaq sahəsi ayrılmışdır. 27 oktyabr 1987-ci il tarixli 20/396№ li Kollektiv bağçılıq cəmiyyətinin layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması Qərarına əsasən Respublika rəhbər orqanlarının “Kollektiv bağçılıq inkişaf etdirrilməsi üzrə tədbirlər haqqında” qətnaməsinin icra olunması üçün Bakı şəhər X3nin İcraiyyə Komitəsi qərara alıb. “Zvezda” (Ulduz) bağçılıq-yoldaşlıq cəmiyyətinin siyahısında İddiaçı soyadı, adı və torpaq sahəsinin nömrəsi qeyd olunmuşdur. Bildirilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********60 nömrəli xx.xx.2023-ci il tarixli məktubla imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Ulduz” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan siyahısında 236 saylı bağ sahəsi İddiaçı Fərəməz (sənəddə olduğu kimi) oğlunun adına qeyd edilmişdir. Lakin həmin bağ sahəsinin ayrılmasına dair İddiaçı adına surəti sorğuya əlavə edilmiş üzvlük kitabçası, 138 nömrəli xx.xx.2011-ci il tarixli arayış və s. arxiv qovluğunda aşkar edilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş bağçılıqyoldaşlığın üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd olunmamış, həmçinin həmin üzvlük kitabçasının verilmə tarixi 2009-cu il olaraq göstərilmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Dübəndi qəsəbəsi, Cənub küçəsi 12, nömrə 8, sahə 236 bağ sahəsinə çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********35 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş bağçılıq-yoldaşlığın üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd olunmamış, həmçinin həmin üzvlük kitabçasının verilmə tarixi 2009-cu il olaraq göstərilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m qeyd olunsa da, faktiki 500 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.
7. Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Kollektiv bağçılıq cəmiyyətlərinin layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarından Çıxarışa əsasən Respublikanın rəhbər orqanlarının “Kollektiv bağçılığın inkişaf etdirilməsi üzrə tədbirlər haqqında” qətnaməsinin icra olunması üçün Bakı şəhər X3nin İcraiyyə Komitəsi qərara almışdır:
1. Rayon sovetləri nəzdində işçi komissiyaların işlədiyi materiallara əsasən aşağıda göstərilən rayonlarda kollektiv bağların yaradılması üçün aşağıdakı müəssisə və təşkilatlara torpaq sahələrinin ayrılması: 1.1. Əzizbəyov rayonu Dübəndi qəsəbəsində, kollektiv bağçılıq cəmiyyətlərinin yaradılması üçün Azərbaycan SSR Nazirlər Kabineti tərəfindən 15 sentyabr 1987-ci il tarixli, 326 saylı qərara əsasən Bakı şəhər sovetinin icraiyyə komitəsinə verilmiş keçmiş süd-tərəvəz sovxozu ərazisində
8. “Zvezda” bağçılıq cəmiyyətinin torpaq sahəsinin ayrılması haqqında Vəsiqəyə əsasən Azərbaycan SSR Nazirlər Şurasının 15 sentyabr 1987-ci il tarixli 326 №-li Qətnaməsi ilə və ümumi iclasın 3 №-li qərarı ilə vətəndaş İddiaçı verilmiş torpaq sahəsi Dübəndi qəsəbəsi, Yujnaya (Cənub) küçəsi 12, № 8, sahə 236 ünvanındadır.
9. “Zvezda” (“Ulduz”) bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısı: S/S Soyadı, adı Sahənin №-si 9 İddiaçı 236
10. “Ulduz” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvünün 236 №-li sahənin “Ulduz” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən təsdiq edilmiş planı iş materiallarına əlavə olunmuşdur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 138 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı Fərəməz oğlu 1985-ci ildən hazırdaək AR DİN-nin Polis Akademiyasının Xüsusi kitabxanasının kitabxanaçısı vəzifəsində xidmət edir.
12. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Fərəməz oğlunun xx.xx.1985-xx.xx.2023-cü il tarixlərində Daxili İşlər orqanlarında xidmət müddəti: 37 il 09 ay 24 gün, imtiyazlı hesablama ilə 44 il 11 ay 16 gün təşkil edir.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli mayinə (baxış) Aktına əsasən göstərilən bağ sahəsinin sərhədlərinin bir tərəfi qonşu hasar. Bir tərəfi 2 daş hasar, bir tərəfinə bir sıra daş düzülüb və bir tərəfi isə (yol) şərtidir. Darvazası yoxdur. Sahədə tikili yoxdur. Təqdim edilmiş üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Lakin sənədlərə əlavə edilmiş “Ulduz b/y cəmiyyəti üzvünün 236 saylı bağ sahəsinin planında sahənin ölçüləri 20x30 kimi göstərilmişdir. Göstərilən sahə 500 kv.m təşkil edir.
14. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavadbdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
27. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
28. X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
29. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən, 442/269 saylı bağ sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.
30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Kollektiv bağçılıq cəmiyyətlərinin layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarından Çıxarışa əsasən Respublikanın rəhbər orqanlarının “Kollektiv bağçılığın inkişaf etdirilməsi üzrə tədbirlər haqqında” qətnaməsinin icra olunması üçün Bakı şəhər X3nin İcraiyyə Komitəsi Əzizbəyov rayonu Dübəndi qəsəbəsində, kollektiv bağçılıq cəmiyyətlərinin yaradılması üçün Azərbaycan SSR Nazirlər Kabineti tərəfindən 15 sentyabr 1987-ci il tarixli, 326 saylı qərara əsasən Bakı şəhər sovetinin icraiyyə komitəsinə verilmiş keçmiş süd-tərəvəz sovxozu ərazisində torpaq sahələrinin ayrılması qərara almışdır. - “Zvezda” bağçılıq cəmiyyətinin torpaq sahəsinin ayrılması haqqında Vəsiqəyə əsasən Azərbaycan SSR Nazirlər Şurasının 15 sentyabr 1987-ci il tarixli 326 №-li Qətnaməsi ilə və ümumi iclasın 3 №-li qərarı ilə vətəndaş İddiaçı verilmiş torpaq sahəsi Dübəndi qəsəbəsi, Yujnaya (Cənub) küçəsi 12, № 8, sahə 236 ünvanındadır. - “Zvezda” (“Ulduz”) bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısı: S/S Soyadı, adı Sahənin №-si 9 İddiaçı 236 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 138 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı Fərəməz oğlu 1985-ci ildən hazırdaək AR DİN-nin Polis Akademiyasının Xüsusi kitabxanasının kitabxanaçısı vəzifəsində xidmət edir. - İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Fərəməz oğlunun xx.xx.1985-xx.xx.2023-cü il tarixlərində Daxili İşlər orqanlarında xidmət müddəti: 37 il 09 ay 24 gün, imtiyazlı hesablama ilə 44 il 11 ay 16 gün təşkil edir.
31. Odur ki, məhkəmə hesab edir, Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Kollektiv bağçılıq cəmiyyətlərinin layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1987ci il tarixli, 20/396 nömrəli Qərarı “Zvezda” bağçılıq cəmiyyətinin torpaq sahəsinin ayrılması haqqında Vəsiqə ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
32. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki,İddiaçı məxsus üzvlük kitabçasının verilmə tarixi 2009-cu il olaraq göstərilmişdir. Buna baxmayaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.
33. Məhkəmə nəzərə alır ki, iddiaçı Əliyev X2 İşlər orqanlarında xx.xx.1985-ci il tarixdən etibarən əmək fəaliyyəti məşğul olmuşdur (müvafiq fakt İddiaçı məxsus əmək kitabçası və Daxili İşlər Nazirliyi Polis Akademiyası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 138 nömrəli Arayışda əksini tapmışdır). Əzizbəyov rayonu Dübəndi qəsəbəsində, kollektiv bağçılıq cəmiyyətlərinin yaradılması üçün Azərbaycan SSR Nazirlər Kabineti tərəfindən 15 sentyabr 1987-ci il tarixli, 326 saylı qərara əsasən Bakı şəhər sovetinin icraiyyə komitəsinə verilmiş keçmiş süd-tərəvəz sovxozu ərazisində torpaq sahələrinin ayrılması qərara almışdır (Bakı şəhər X3 İcraiyyə Komitəsinin “Kollektiv bağçılıq cəmiyyətlərinin layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarından Çıxarışa əsasən). Daxili İşlər Nazirliyinin “Ulduz” (“Zvezda”) bağçılıq-yoldaşlıq cəmiyyətinin xx.xx.1995-ci il tarixli, 2 nömrəli protokolundan Cəmiyyətin üzvləri siyahısında İddiaçı adı qeyd olunmuşdur (müvafiq protokolun surəti iş materiallarına əlavə olunmuşdur).
34. Odur ki, İddiaçı xx.xx.2007-ci il tarixədək Daxili İşlər Nazirliyinin “Ulduz” (“Zvezda”) bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi nəzərə alınmış və Bakı şəhəri, Dübəndi qəsəbəsi, Cənub küçəsi 12, № 8, 236 nömrəli bağ sahəsi ona ayrılmışdır.
35. Cavabdeh imtinanın digər dəlili olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m qeyd olunsa da, faktiki 500 kv.m təşkil etdiyi məlum olmuşdur.
36. Məhkəmə qeyd edilən hala münasibətdə müəyyən edir ki, iddiaçının nümayəndəsi iddia tələbini torpaq sahəsinin ölçüsünə münasibətdə dəqiqləşdirmiş və faktiki ölçüyə uyğun olaraq 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etmişdir.
37. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən 236 nömrəli bağ sahəsinin (eləcə də qonşuluqda yerləşən 233, 234. 235, 237 və 238 nömrəli bağ sahələrinin) ortofoto çıxarışındakı yerləşmə mövqeyi Dübəndi qəsəbəsindəki bağ sahələrinə dair sxematik xəritədəki yerləşmə mövqeyi ilə tam eynilik təşkil edir.
38. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
39. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən sahəsi 500 kv.m. olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva