Məhkəmə qərarları › İş №2-1(112)-11146/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11146/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11146/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli 29 iyun 2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tərbiq edilməsi haqqında” qərarla əlaqədar cavabdeh tərəfindən cərimənin ödənilməsi tələbinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən onun barəsində MN ******* nömrəli 29 iyun 2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tərbiq edilməsi haqqında” qərar qəbul edilmişdir və həmin qərarda göstərilmişdir ki, vətəndaş X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir və tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin qərarda qərara alınmışdır ki, törədilmiş inzibati xətaya görə 2000 manat məbləğində inzibati cərimə şərti olaraq, tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunsun. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulmuş cərimə ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarda göstərilən cərimənin ödənilməsi tələbini tamamilə qanunsuz və əsassız hesab edir, həmin tələbin məhkəmə qaydasında qanunsuz hesab edilməsini zəruri hesab edir. Bildirmişdir ki, qeyd olunan qərarda göstərilən pozuntular 8 gün ərzində onun tərəfindən aradan qaldırılmışdır. X5 MMC-nin xx.xx.2022-ci il tarixli 12 nömrəli əmri ilə X2 işdən azad olunması haqqında verilmiş 05 saylı xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixdən etibarən ləğv edilmişdir və o, xx.xx.2022-ci il tarixdən X5 MMC-də diş həkimi vəzifəsinə aylıq əmək haqqı 300 manat olmaqla qəbul edilmişdir. Eyni zamanda X1 haqq-hesabı 303 manat olmaqla hesablanaraq, ona ödənmək üşün təklif olunmuşdur. Lakin o, nə işə çıxmamış, nə də ki, son haqq-hesabı almaq üçün iş yerinə gəlməmişdir. Həmin hesablanmış məbləğ X2 yaşadığı ünvana poçt vasitəsilə göndərilsə də, almaqdan imtina etdiyi üçün geri qaytarılmışdır və poçtdan həmin məbləği məcbur olub geri almışdır. Bildirmişdir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki,cavabdeh təşkilatdan şikayət olunan qərar qəbul edilən gün-yəni 29 iyun 2022-ci il tarixdə iddiaçıya göndərilmiş məktubda göstərilmiş tövsiyyələr tərəfindən tam olaraq yerinə yetirilmişdir. X2 işə gəlməməsi və hesablanmış son haqq-hesabı almaqdan imtina etməsi heç bir halda cavabdeh tərəfindən qəbul edilmiş qərarda göstərilən tövsiyyələrin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. xx.xx.2022-ci il tarixli qərarda da qeyd edilmişdir ki, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün vaxt müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Həmin hüquqpozma 8 gün ərizndə aradan qaldırılmışdır və bu barədə cavabdehə məlumat veriimişdir. Lakin buna baxmayaraq, cavabdeh inzibati cərimələrin ödənilməsi üçün bank rekvizitlərini ona göndərərək, həmin cərimənin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarda göstərilənlər tərəfindən tam yerinə yetirildiyi üçün və qərarda göstərildiyi kimi şərti olaraq təyin olunmuş inzibati cərimə ödənilməməlidir. Bu halda cavabdeh tərəfindən qeyd olunan cərimənin ödənilməsi barədə tələbinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha sübut edir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, həmçinin xx.xx.2022ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SS813172726AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, həmin iclasda məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymış və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdeh iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli 29 iyun 2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tərbiq edilməsi haqqında” qərarla əlaqədar cavabdeh tərəfindən cərimənin ödənilməsi tələbinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48.1-ci maddəsinə uyğun olaraq ona hüquqi yardım edilmiş, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya inzibati xətalara dair işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələr tərəfindən baxıldığı izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə inzibati icraat qaydasında baxılaraq yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarından görünür ki, MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərara əsasən iddiaçı barəsində cavabdeh tərəfindən 2000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. İPM-in 2.1-ci maddəsinə əsasən isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati İcraat haqqında qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci bəndində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia tələblərində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, cavabdeh inzibati orqanın inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğvi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar