Məhkəmə qərarları › İş №2-1(112)-11148/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11148/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11148/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X3) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X3) “pasport qeydiyyatından çıxarılma” dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Xətai Rayon Polis idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi ev 57, mənzil 59 xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin əmlaka onun tərəfindən xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə etmişdir. 2023-cü ilin may ayında ASAN Xidmətdən Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayış alanda ona məlum olmuşdur ki, ona məxsus evdə başqa şəxs qeydiyyatdadır. Həmin şəxsin hazırda harada yaşadığını iddiaçı bilmədiyini qeyd edir və həmin şəxsin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu məhdudlaşdırırdığını qeyd edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11148/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinin təmin edilməsi xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmədiklərinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışında qeyd olunmuşdur ki, (xx.xx.1998) X3, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdən digər yaşayış yeri üzrə ünvanda qeydiyyata alınmışdır. Qeyd edilən məktuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışı əlavə edilmişdir. Həmin Arayışdan da görünür ki, Baki şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 57, mənzil 59 ünvanında qeydiyyatda olan şəxslərin siyahısında üçüncü şəxsin adı göstərilməmişdir. İş materiallarına əlavə edilmiş, Xətai rayon İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərrüfat Birliyinin 96 saylı MKİS-nin verdiyi 24.07.2-23-cü il tarixli 83 nömrəli Arayışda qeyd etmişdir ki, X1 Baki şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 57, mənzil 59 ünvanında qeydiyyatda deyildir və həmin ünvanda yaşamır. İş materiallarına əsasən, məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, üçüncü şəxs X1 Baki şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 57, mənzil 59 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ona məxsus Baki şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 57, mənzil 59 ünvanında yerləşən mənzildən üçüncü şəxs X3 qeydiyyatdan çıxmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin üçüncü şəxs X2 məxsusu AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarında onun qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 124 ünvanı göstərilmişdir. Həmçinin qeyd edilməlidir ki, vəsiqənin verilmə tarixi xx.xx.2023-cü il olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən cavabdeh inzibati orqanla onun arasında hər hansı mübahisənin olması, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar