Məhkəmə qərarları › İş №2-1(112)-11157/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11157/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11157/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X13” X15ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «X13” X15ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 28 avqust 2024-cü il tarixdə verilmiş və 31 avqust 2025-ci il tarixədək etibarlı olan ***-*******0 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1996-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. İddiaçı oğlu - Roqojin Roman, oğlu-Roqojin Rafael və qızı Roqojina Fidandır. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-R-9315-xx-xx-11996/2024 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 11 dekabr 1996-cı il təvəllüdlü İddiaçı (himayə sənədi № ***-*******0) ondan ötrü k, o Dövlət Miqrasiya Xidməti tərəfindən 28 avqust 2024-cü il tarixindən 31 avqust 2025-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ilə, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. A 426352 nömrəli Ümumi orta təhsil haqqında Şəhadətnaməyə əsasən X2 1996-cı ildə anadan olmuş və 2014-cü ildə Bakı şəhəri 299№-li məktəb liseyində ümumi orta təhsili bitirmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (İş № 2(009)-995/202), xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktı müəyyən edilmişdir. İddiaçı doğum haqqında akt qeydləri kitabında soyadı – Roqojina, adı – Anastasiya, atasının adı – Vladimir, doğum tarixi – xx.xx.1996-cı il, doğulduğu yer – Rusiya Federasiyasının Stavropol şəhəri, ata qrafasında – Roqojin Vladimir, ana qrafasında – X8 kimi məlumatlar göstərilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ – İV 956923 nömrəli, xx.xx.2024-cü il tarixli Doğum haqqında Şəhadətnaməyə əsasən, iddiaçı xx.xx.1996-cı il tarixində Stavropol şəhərində doğulmuşdur. “X13” X15in Ş.Ələskətova adına 5 saylı Doğum evinin xx.xx.1996-cı il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixində dünyaya gətirdiyi oğlan uşağı (ç-2700.0, b-48 sm) barədə olan 135 Epikrizində qeyd edilmişdir ki, daxil olma tarixi xx.xx.2021, çıxma tarixi xx.xx.2021, anası xx.xx.1996-cı il təvəllüdlü X7 ünvan 2 ünvanda yaşayır. Yenidoğulmuşun inkişaf tarixi kartoçkasında qeyd edilmişdir ki, Ana haqqında məlumat: X3, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bayıl, ev 20 ünvanda yaşayır, yeni doğulmuş haqqında məlumat: 2209 qr, boyu 48 sm, baş dairəsi ölçüsü 35 sm, döş dairəsi ölçüsü 34 sm. Doğulduğu tarix: xx.xx.2021-ci il. İddiaçı dünyaya gətirdiyi kişi cinsindən olan uşağı üçün doğumu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün “X13” X15ə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...(yenidoğulmuşların inkişaf tarixindən çıxarış) xx.xx.2021-ci il tarixində X11” X15 Ş.Ələsgərova adına 5 saylı X9 uşağı dünyaya gətirən zaman Siz Toçilenka soyadı kimi qeydiyyata alınmışsınız. Yaranan zidiyyətlə bağlı uşaq doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin əldə edilməsi ilə bağlı müvafiq məhkəmə orqanlarına mürzciət etməyiniz tövsiyyə olunur.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh «X13” X15ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış, doğum haqqında şəhadətnaməsi və ümumi orta təhsil haqqında şəhadətnaməm əsasında onun - xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuş İddiaçı - xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 5 nömrəli X12 kişi cinsindən olan bir uşaq doğduğumu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuşdur. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Doğumunun isə 27 yaşından sonra qeydə alınıb və o ilk dəfə xx.xx.2024-cü il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Lakin doğumun qeydə alınarkən onun atalığı müəyyən edilməyib. 1998-ci ildə onlar (anası, atası hesab edilən şəxs, qardaşı və bacısə) Azərbaycana köçmüşlər. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. O 1998-ci ildən etibarən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Rusiya dövləti tərəfindən də heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırda onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2006-cı il tarixdə anası Azərbaycanda vəfat etdi. Anası vəfat etdikdən sonra bacısı X1 Bakı şəhəri 10 nömrəli sanatoriya tipli internat məktəbinə yerləşdirdi. X10 Vladimiroviç də o zaman həmin internat məktəbində oxuyurdu. Şəxsiyyətimi təsdiq edən sənədi olmadığından onu də oraya “Toçilenko” (atası hesab edilən şəxsin soyadı “Toçilenko” idi) soyadı ilə yerləşdirdilər. İnternat məktəbindən çıxdıqdan sonra təhsilini üçüncü sinifdən Bakı səhəri 299 saylı məktəb-liseydə davam etdirmiş. 2014-cü ildə həmin məktəb-liseyin 9-cu sinfini bitirmiş. Mən 10 nömrəli sanatoriya tipli internat məktəbində “Toçilenko” soyadı ilə təhsil aldığı üçün Bakı səhəri 299 saylı məktəb-liseydə də təhsilini “Toçilenko” soyadı ilə davam etdirmiş. Ona görə də ona Bakı səhəri 299 saylı məktəb-lisey tərəfindən verilmiş ümumi orta təhsil haqqında şəhadətnamədə soyadı “Toçilenko” kimi qeyd olunub. Bildirmək istəyir ki, xx.xx.2021-ci il tarixdə onun Bakı şəhəri 5 nömrəli X12 (xx.xx.2021-ci il tarixdən etibarən 5 nömrəli X16 Cavabdeh PHS-nin tərkibində fəaliyyət göstərir.) bir oğlum doğulub. Lakin onun həmin vaxt şəxsiyyətimi təsdiq edən sənədi olmadığından xəstəxanada özünü şifahi olaraq atası hesab edilən şəxsin soyadına uyğun olaraq “Toçilenko” soyadı ilə təqdim etmişdir. Ona görə də oğlunun doğulması barədə xəstəxanada saxlanılan tibbi qeydlərdə onun və oğlunun soyadı “Toçilenko” kimi göstərilib. Lakin həmin vaxt şəxsiyyətimi təsdiq edən sənədi olmadığı üçün ona xəstəxana tərəfindən oğlu doğulması haqqında tibbi şəhadətnamə verilmədi. Tibb müəssisəsi tərəfindən ona yalnız “yeni doğulmuşun inkişaf tarixindən çıxarış” təqdim edildi. Ona görə də oğlunun doğulduğu tibb müəssisəsi tərəfindən ona verilmiş “yeni doğulmuşun inkişaf tarixindən çıxarış”da soyadı “Toçilenko” kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixə qədər o “X3” kimi yaşamışdır. Özümü hər yerdə “X3” kimi təqdim etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-995/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun doğulmağım faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2024- cü il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən onun doğum faktı qeydə alındı və o AZ-İV seriyalı, 956923 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş. Doğum faktı qeydə alınarkən atalıq müəyyən edilmədiyindən ona anasının soyadına uyğun olaraq “Rogojina” soyadı verilmişdir. Hazırda oğlunun 4 yaşı var, lakin onun doğum faktını, vaxtını və yerini təsdiq edən sənədi olmadığı üçün onun doğumu dövlət qeydiyyatına alınmayıb. Doğumu qeydiyyata alınmadığı üçün oğlunun doğum haqqında şəhadətnamə ilə təmin olunması da mümkün deyil. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Bu səbəbdən də, o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün oğlunun ilk öncə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Bunun üçün isə onlar müvafiq qeydiyyat şöbəsinə oğlunun doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidirlər. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. İşin hallarından görünür ki, iddiaçı “X13” X15in Ş.Ələskərova adına 5 saylı Doğum evinin qeydiyyat kitabına əsasən xx.xx.2021-ci il tarixində kişi cinsində uşaq dünyaya gətirmiş, lakin iddiaçının soyadı Toçilenko qeyd olunmasını əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın soyadının Toliçenko qeyd olunmasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla, iddiaçının cavabdeh müəssisədə olan xəstəlik tarixçəsi və ona əlavə edilmiş sənədlərindən görünür ki, iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, özünün fotoşəkili sənədlərinə əlavə edilmiş, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya soyadının Toliçenko olması əsası ilə ona dünyaya gətirdiyi yeni doğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Eyni zamanda iş matereallarında olan Ümumi Orta Təhsil Haqqında A 426352 nömrəli Şəhadətnamədə iddiaçının soyad, ad, ata adı X4 qeyd edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon Məhkəməsinin (İş №2(009)-995/2024) xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktı müəyyən edilmiş. İddiaçı doğum haqqında akt qeydləri kitabında soyadı – Roqojina, adı – Anastasiya, atasının adı – Vladimir, doğum tarixi – xx.xx.1996-cı il, doğulduğu yer – Rusiya Federasiyasının Stavropol şəhəri, ata qrafasında – Roqojin Vladimir, ana qrafasında – X8 kimi məlumatlar göstərilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Eyni zamanda ananın (iddiaçının) beynəlxalq himayə sənədində xx.xx.2021-ci il təvəllüdlü övladı Rogojin Rafaeilin da şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-2/2-2753/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlər ilə, xx.xx.1996-cı il təvəllüdlü X4 adına olunmuş 135 saylı xəstəlik tarixinin surəti təqdim edilmişdir. Sorğu əsasında təqdim edilmiş sənədlərə əlavə olunmuş fotoşəkil, doğum tarixi və ad, ata adından, həmçinin ümumi təhsil haqqında Şəhadətnamədən iddiaçının doğum haqqında şəhadətnaməsi almasından öncə soyad, ad, ata adı X4 qeyd olunduğu öz təsdiqini tapır. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı oğlu barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.2021-ci il tarixdə kişi cinsindən olan uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “X13” X15ə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar