Məhkəmə qərarları › İş №2-1(112)-11158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11158/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11158/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «X8” X9ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X8” X9ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuşdur. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Doğumunun isə 27 yaşından sonra qeydə alınıb və o ilk dəfə xx.xx.2024-cü il tarixdə doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Lakin doğumun qeydə alınarkən onun atalığı müəyyən edilməyib. 1998-ci ildə onlar (anası, atası hesab edilən şəxs, qardaşı və bacısı) Azərbaycana köçmüşlər. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. O 1998-ci ildən etibarən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Rusiya dövləti tərəfindən də heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırda onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2006-cı il tarixdə anası Azərbaycanda vəfat etdi. Anası vəfat etdikdən sonra bacısı X1 Bakı şəhəri 10 nömrəli sanatoriya tipli internat məktəbinə yerləşdirdi. X5 Vladimiroviç də o zaman həmin internat məktəbində oxuyurdu. Şəxsiyyətimi təsdiq edən sənədi olmadığından onu də oraya “Toçilenko” (atası hesab edilən şəxsin soyadı “Toçilenko” idi) soyadı ilə yerləşdirdilər. İnternat məktəbindən çıxdıqdan sonra təhsilini üçüncü sinifdən Bakı səhəri 299 saylı məktəb-liseydə davam etdirmiş. 2014-cü ildə həmin məktəb-liseyin 9-cu sinfini bitirmiş. Mən 10 nömrəli sanatoriya tipli internat məktəbində “Toçilenko” soyadı ilə təhsil aldığı üçün Bakı səhəri 299 saylı məktəb-liseydə də təhsilini “Toçilenko” soyadı ilə davam etdirmiş. Ona görə də ona Bakı səhəri 299 saylı məktəb-lisey tərəfindən verilmiş ümumi orta təhsil haqqında şəhadətnamədə soyadı “Toçilenko” kimi qeyd olunub. Bildirmək istəyir ki, Bakı şəhəri 5 nömrəli X6 (xx.xx.2021-ci il tarixdən etibarən 5 nömrəli X10 Cavabdeh PHS-nin tərkibində fəaliyyət göstərir.) bir oğlum doğulub. Lakin onun həmin vaxt şəxsiyyətimi təsdiq edən sənədi olmadığından xəstəxanada özünü şifahi olaraq atası hesab edilən şəxsin soyadına uyğun olaraq “Toçilenko” soyadı ilə təqdim etmişdir. Ona görə də oğlunun doğulması barədə xəstəxanada saxlanılan tibbi qeydlərdə onun və oğlunun soyadı “Toçilenko” kimi göstərilib. Lakin həmin vaxt şəxsiyyətimi təsdiq edən sənədi olmadığı üçün ona xəstəxana tərəfindən oğlu doğulması haqqında tibbi şəhadətnamə verilmədi. Tibb müəssisəsi tərəfindən ona yalnız “yeni doğulmuşun inkişaf tarixindən çıxarış” təqdim edildi. Ona görə də oğlunun doğulduğu tibb müəssisəsi tərəfindən ona verilmiş “yeni doğulmuşun inkişaf tarixindən çıxarış”da soyadı “Toçilenko” kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixə qədər o “X2” kimi yaşamışdır. Özümü hər yerdə “X2” kimi təqdim etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-995/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun doğulmağım faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında xx.xx.2024- cü il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən onun doğum faktı qeydə alındı və o AZ-İV seriyalı, 956923 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmiş. Doğum faktı qeydə alınarkən atalıq müəyyən edilmədiyindən ona anasının soyadına uyğun olaraq “Rogojina” soyadı verilmişdir. Hazırda oğlunun 8 yaşı olacaq, lakin onun doğum faktını, vaxtını və yerini təsdiq edən sənədi olmadığı üçün onun doğumu dövlət qeydiyyatına alınmayıb. Doğumu qeydiyyata alınmadığı üçün oğlunun doğum haqqında şəhadətnamə ilə təmin olunması da mümkün deyil. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Bu səbəbdən də, o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün oğlunun ilk öncə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Bunun üçün isə onlar müvafiq qeydiyyat şöbəsinə oğlunun doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. İşin hallarından görünür ki, iddiaçı “X8” X9in Ş.Ələskərova adına 5 saylı Doğum evinin qeydiyyat kitabına əsasən 31 avqust 2017-ciil tarixində kişi cinsində uşaq dünyaya gətirmiş, lakin iddiaçının soyadı Toçilenko qeyd olunmasını əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın soyadının Toliçenko qeyd olunmasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla, iddiaçının cavabdeh müəssisədə olan xəstəlik tarixçəsi və ona əlavə edilmiş sənədlərindən görünür ki, iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, özünün fotoşəkili sənədlərinə əlavə edilmiş, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya soyadının Toliçenko olması əsası ilə ona dünyaya gətirdiyi yeni doğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Eyni zamanda iş matereallarında olan Ümumi Orta Təhsil Haqqında A 426352 nömrəli Şəhadətnamədə iddiaçının soyad, ad, ata adı X2 qeyd edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon Məhkəməsinin (İş №2(009)-995/2024) xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktı müəyyən edilmiş. İddiaçı doğum haqqında akt qeydləri kitabında soyadı – Roqojina, adı – Anastasiya, atasının adı – Vladimir, doğum tarixi – xx.xx.1996-cı il, doğulduğu yer – Rusiya Federasiyasının Stavropol şəhəri, ata qrafasında – Roqojin Vladimir, ana qrafasında – X4 kimi məlumatlar göstərilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Eyni zamanda ananın (iddiaçının) beynəlxalq himayə sənədində övladının da şəxsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki,, xx.xx.1996-cı il təvəllüdlü X2 adına olunmuş xəstəlik tarixinin surəti təqdim edilmişdir. Həmin sənədlərdən də görünür ki, 31 avqus 2017-ci il tarixdə iddiaçının kişi cinsindən övladı anadan olmuş, soyad Toçilenko kimi göstərilmişdir. Təqdim edilmiş sənədlərə əlavə olunmuş fotoşəkil, doğum tarixi və ad, ata adından, həmçinin ümumi təhsil haqqında Şəhadətnamədən iddiaçının doğum haqqında şəhadətnaməsi almasından öncə soyad, ad, ata adı X2 qeyd olunduğu öz təsdiqini tapır. Himayə sənədindən görünür ki, Roman, Rafael və Fidan adlı övladları nəzərə alınmaqla həmin sənəd verilmişdir. Göründüyü kimi doğumu həyata keçirən Toçilenko Anastasiya ilə, hazırda iddia verən İddiaçı eyni şəxsdir, odur ki, övladı barəsində doğum haqqında şəhadətnamənin verilməsi təmin edilməlidir. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı oğlu barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış, doğum haqqında şəhadətnamə, ümumi orta təhsil haqqında şəhadətnamə nəzərə alınmaqla 30 avqust 2017-ci il tarixdə Bakı şəhəri 5 nömrəli Doğum Evində kişi cinsindən olan uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “X8” X9ə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar