Məhkəmə qərarları › İş №2-1(112)-1116/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1116/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1116/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X11 Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agemtliyinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı “güzəştli mənzil növbəsi sərəncamının dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamı ilə X9 mənzil növbəsi xx.xx.2021-ci il tarixi saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərin güzəştli mənzil növbəsi dəyişdirilərək iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvü (özü İddiaçı, oğlu X17, gəlini X10, nəvəsi X20 və nəvəsi X18) nəzərə alınmaqla yeni sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri iki il Sovet Ordusunda, 1992-ci ilin yanvar-fevral aylarında və 1992-ci ilin mart-aprel aylarından 6 avqust 1992-ci ilədək N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmət etmişdir, Tərtər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İddiaçının əri 2018-ci fevral ayından 2-ci qrup Qarabağ müharibə əlilli olmuşdur və 2022-ci ilin dekabr ayında avtomobil qəzası nəticəsində ölmüşdür. İddiaçı qeyd edir ki, Bakı şəhəri Cavabdeh Başçısının 156 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçının himasində oğlu, gəlini və iki nəvəsi - yəni 5 nəfər ailə üzvü vardır və mənzili yoxdur. İddiaçının əri X15 Bakı şəhəri Cavabdeh Başçısının 156 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə güzəştli mənzil növbəsi dəyişdirilərək onunla birlikdə 5 nəfər ailə üzvünün (İddiaçı, oğlu X17, gəlini X10, nəvəsi X20 və nəvəsi X18) nəzərə alınmaqla yeni sərəncam verilməsinə və mənzillə təmin olunmasına köməklik edilməsi barədə müraciət etmişdir. Lakin Cavabdeh Başçısının xx.xx.2023-cii il tarixli 146 nömrəli sərəncamı ilə ailə üzvləri nəzərə alınmadan sərəncam vermişdir. İddiaçı hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamı ilə güzəştli mənzil növbəsi dəyişdirilərək onunla birlikdə 5 nəfər ailə üzvünün (iddiaçı X6, oğlu X17, gəlini X10, nəvəsi X20 və nəvəsi X18) nəzərə alınmaqla yeni sərəncam verilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X2 Rayon İcra Hakimiyyəti Başçısının 156 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncam ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsinə götürülmüşdür. Cavabdeh Başçısının 146 nömrəli, xx.xx.2023cü il tarixli sərəncamı ilə həmin növbə tarixi saxlanılmaqla iddiaçının adına keçirilmişdir. İİ qrup Qarabağ müharibəsi əlillərinin yaşayış sahəsi ilə təmin edilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı müvafiq quruma müraciət edilməsi tövsiyə olunmuşdur.

4. ünvan 1 ünvanında yaşayan X9 etibarnamə üzrə nümayəndəsi X22 tərəfindən xx.xx.2021ci il tarixdə Bakı şəhəri Cavabdehnə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, X15 İİ Qarabağ müharibəsi əlilidir, ailə tərkibi ilə birlikdə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsinə uçota alınmasını xahiş etmişdir.

5. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 156 nömrəli “X9 güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” Sərəncamına əsasən vətəndaş X15 ünvan 3 ünvanında qeydiyyatdadır və 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı) ilə birgə təsərrüfat aparırlar. X9 etibarnamə üzrə nümayəndəsi X4 rayon İcra Hakimiyyətinə müraciət edərək S.X7 əlili olduğunu və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə qəbul edilməsini xahiş etmiş və tələb olunan müvafiq sənədləri təqdim etmişdir. X15 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.

6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 xx.xx.2022-ci il tarixində ölmüşdür.

7. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 146 nömrəli “Cavabdeh Başçısının 156 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına dəyişiklik edilməsi haqqında” Sərəncamına əsasən İddiaçı Cavabdehnə müraciət edərək həyat yoldaşı X9 xx.xx.2022-ci il tarixində vəfat etdiyini bildirmiş, həyat yoldaşının mənzil növbəsinin onun adına keçirilməsini xahiş etmiş və tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Cavabdeh Başçısının 156 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, S.Şahbazovun mənzil növbəsi tarixi saxlanılmaqla (xx.xx.2021-ci il) həyat yoldaşı İddiaçı adına keçirilmişdir. İddiaçı İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Arayışda qeyd olunmuşdur ki, İddiaçı, X10, X17, X18 və X13 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasə ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində. Keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında və fərdi yaşayış evi haqqında məlumat yoxdur.

9. Bərdə Rayon Bərdə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli Arayışda qeyd olunmuşdur ki, Bakı şəhər B.Hacıyev küçəsi, ev 9, m 1-də qeydiyyatda olan X9, İddiaçı, X11 və X3 adına bələdiyyənin arxivində heç bir həyətyanı və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi yoxdur.

10. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Arayışda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan X12 Yasamal Bələdiyyəsindən torpaq sahəsi ayrılmamışdır.

11. BŞS 52 №-li Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş Arayışda qeyd olunmuşdur ki, İddiaçı gen.A.Abbasov (keçmiş Ə.Qasımzadə) küçəsindəki 16 №-li 9 mərtəbəli evin 4-cü mərtəbəsində 58 kv.m. sahəsi olan 4 otaqlı 20 saylı mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı – özü – xx.xx.1972 X10 – gəlin – xx.xx.1997 X20 – nəvəsi – xx.xx.2015 X18 – nəvəsi – xx.xx.2019

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, sərəmcama dəyişiklik ediləcəyi təqdirdə məsələyə baxılacaqdır və iddia tələbinin məhkəmənin mülahizəsinə uyğun olaraq baxılmasına etiraz etmədiyini bildirdi.

15. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

16. İddianın növü mübahisələndirilmə növündə iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

20. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

22. X21 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının əri X9 etibarnamə üzrə nümayəndəsi X22 tərəfindən Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət olunaraq İİ Qarabağ müharibəsi əlili olduğu bildirilmiş və ailə tərkibi ilə birlikdə Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsinə uçota alınmasını xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 156 nömrəli “X9 güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” Sərəncamına əsasən X15 2 nəfər ailə tərkibi (özü, həyat yoldaşı İddiaçı) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. xx.xx.2022ci il tarixində iddiaçının əri X15 öldükdən sonra Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 146 nömrəli “Cavabdeh Başçısının 156 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına dəyişiklik edilməsi haqqında” Sərəncamına əsasən Cavabdeh Başçısının 156 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, S.Şahbazovun mənzil növbəsi tarixi saxlanılmaqla (xx.xx.2021-ci il) İddiaçı adına keçirilmiş və İddiaçı İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır.

26. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamına əsasən yalnız X15 və İddiaçı, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 156 nömrəli Sərəncamına əsasən isə yalnız İddiaçı güzəştli mənzil növbəsinə götürülmüş və güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir (saxlanılmışdır). Belə ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamı ilə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 156 nömrəli Sərəncamına dəyişiklik edilmişdir və Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 156 nömrəli Sərəncamının qəbul edilməsi üçün əsas iddiaçının əri X9 (etibarnamə üzrə nümayəndəsi X22 tərəfindən) ərizəsi olmuşdur.

27. Məhkəmə nəzərə alır ki, X9 (etibarnamə üzrə nümayəndəsi X22 tərəfindən) Bakı şəhəri Cavabdehnə təqdim edilən ərizəsində məhz ailə tərkibi ilə birlikdə güzəştli mənzil növbəsinə uçota alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən həmin sərəncamın qəbul edilməsi üçün əsas olmuş sənədlər tələb edilmiş, müəyyən edilmişdir ki, mərhum tərəfindən vaxtilə ərizə ilə müraciət olunduğu tarixdə (xx.xx.2021-ci il tarixdə) təqdim edilən sənədlər ərizəçi (iddiaçının əri) X15, arvadı (iddiaçı) İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü), oğlu X17 (xx.xx.1991-ci il təvəllüdlü), gəlini X10 (xx.xx.1997-cü il təvəllüdlü), nəvəsi X20 (xx.xx.2015-ci il təvəllüdlü) və nəvəsi X18 (xx.xx.2019-cü il təvəllüdlü) ilə bağlı olmuşdur.

28. Odur ki, iddiaçının ailə üzvləri ilə birlikdə (oğlu X17, gəlini X10, nəvəsi X20 və nəvəsi X18) güzəştli mənzil növbəsinə uçota alınmasına qanuni gözləntisi vardır və cavabdehin qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli Sərəncamı İddiaçı ailə tərkibinə münasibətdə dəyişdirilsin. X1 mənzil növbəsi tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 2-ci dərəcə Qarabağ müharibəsi əlillərin güzəştli mənzil növbəsində iddiaçı ilə birlikdə 5 nəfər ailə üzvü (İddiaçı (özü), X17 (oğlu), X10 (gəlini), X20 (nəvəsi) və X18 (nəvəsi)) nəzərə alınsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar